Məhkəmə qərarları › İş №2(010)-582/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-582/2021

22.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-582/2021 22.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “doğum akt qeydinin bərpa edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : Ərizəçi “doğum akt qeydinin bərpa edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun xx.xx.1964-cü ildə Ermənistan SSR Masis rayonunda doğulmağı və doğum akt qeydinin bərpa edilməsi, ata qrafasında X7, ana qrafasında - X1 göstərilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumtlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, xx.xx.1964cü ildə Ermənistan Respublikasının Masis rayonunda doğulmuşdur. 1988-ci ildə etnik azərbaycanlıların ata-baba torpaqlarından deportasiya edilməsi nəticəsində Bakı şəhərinə pənah gətirmişlər. Sonradan ona verilmiş doğum haqqında şəhadətnamə itmişdir. Doğulduğu Masis rayonu hal-hazırda Ermənistan ərazisində yerləşdiyindən yeni doğum şəhadətnaməsinin alınması qeyri mümkün olduğundan, xx.xx.1964-cü ildə Ermənistan Respublikasının Masis rayonunda doğulmağı və doğum aktı qeydinin bərpa edilməsi haqqında Maraqlı şəxsnə müraciət etmişdir. Lakin Maraqlı şəxs xx.xx.2020-ci il tarixli 924- 05/75 saylı cavab məktubunda bildirmişdir ki, onun doğumu Ermənistsan Respublikasında qeydə alınmışdır. Doğum haqqında akt qeydinin bərpasına dair kifayət qədər sübut olmadığından qeydiyyat şöbəsində ərizənin təmin olunması mümkün deyildir. Maraqlı şəxs hüquqi əhəmiyyətli olan doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Hal-hazırda yaşadığı mənzilə dair sənədləşdirmə islərinin aparılması və eyni zamanda sosial təminatlardan yararlanmaq məqsədilə doğum akt qeydinin bərpa edilməsi zərurəti yaranmışdır. Lakin doğum haqqında şəhadətnamə olmadığından o, qeyd edilən məsələləri həll edə bilmir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən şahid X4 izahatında bildirdi ki, Ərizəçi onun bacısıdır. Pərvanə həqiqətən də xx xxxx 1964-cü ildə Ermənistan Respublikasının Masis rayonunda doğulmuş, ataları X7, anaları X3r. Minayə ona məxsus doğum haqqında şəhadətnaməni naməlum şəraitdə itirmişdir, arxiv sənədləri isə Ermənistan Respublikasında qalmışdır. Məhkəmə iclasında iştirak edən şahid X6 izahatında bildirdi ki, Pərvanə onun bacısıdır. Pərvanə həqiqətən də xx xxxx 1964-cü ildə Ermənistan Respublikasının Masis rayonunda doğulmuş, ataları X7, anaları X3r. Pərvanə ona məxsus doğum haqqında şəhadətnaməni naməlum şəraitdə itirmişdir, arxiv sənədləri isə Ermənistan Respublikasında qaldığı üçün doğum haqqında akt qeydini məhkəmədən kənar bərpa etmək mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan ASAN 4 tərəfindən xx.xx.2015-ci il tarixdə verilmiş, AZE seriyalı ******** №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1964-cü ildə Ermənistan Respublikası, Masis rayonunda doğulmuşdur. Bakı şəhər Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2020-ci il tarixli 924- 05/75 №-li məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı xx.xx.2001-ci il tarixli “ Vətəndaşliq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalara” uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydinin bərpa edilməsi bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən kifayət qədər sübut olduqda qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Ərizəçi doğumu Ermənistsan Respublikasında qeydə alınmışdır. Doğum haqqında akt qeydinin bərpasına dair kifayət qədər sübut olmadığından qeydiyyat şöbəsində ərizənin təmin olunması mümkün deyildir. Maraqlı şəxs hüquqi əhəmiyyətli olan doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət edilməsini tövsiyə edir. xx.xx.1968-ci il tarixdə verilmiş İ-ЗЖ seriyalı 930534 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.1966-cı il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1968-ci ilin mart ayının 11-ci günündə qeydiyyat aparılmışdır. X2, anası X3r. xx.xx.1957-ci il tarixdə verilmiş İ-ЗЖ seriyalı 059927 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.1957-ci il tarixdə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1957-ci ilin sentyabr ayının 13-ce günündə qeydiyyat aparılmışdır. X2, anası X3r. Ərizəçi ona məxsus doğum haqqında şəhadətnamənin naməlum şəraitdə itdiyini və hazırda onun surətini əldə etməyin mümkün olmadığı bildirilmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bəzi hallarda doğumun qeyd edilmə faktı şübhə yarada bilər. Arxivlərin məhv və ya əlçatmaz olması səbəbindən onu bərpa etmək mümkün deyildirsə həmin faktlar məhkəmə tərəfindən müəyyən edilə bilər. Bu işlər o halda qaldırılır ki, vətəndaşlıq aktlarını dövlət qeydiyyatına alan orqan zəruri sənədin dublikatını üzrlü səbəblərə (məsələn, arxivin məhv olması üzündən) görə verə bilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. Həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən itmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi xx xxxx 1964-cü ildə Ermənistan Respublikası, Masis rayonunda doğulması, atasının X7, anasının X5 olması haqqında akt qeydiyyatı faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 311-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx xxxx 1964-cü ildə Ermənistan Respublikası, Masis rayonunda doğulması haqqında akt qeydiyyatı faktı müəyyən edilsin. Ərizəçi doğum haqqında akt qeydiyyatının ata qrafasında X7, ana qrafasında X1 qeyd olunsun. Qətnamə Ərizəçi xx xxxx 1964-cü ildə Ermənistan Respublikası, Masis rayonunda doğulması akt qeydinin bərpa edilməsi və yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar