Məhkəmə qərarları › İş №2(010)-5824/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5824/2023

14.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5824/2023 14.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, *3.05.2003-cü il təvəllüdlü qardaşı X* Bakı şəhərində anadan olması barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi, miliyyəti – azərbaycanlı, ata qrafasında – X4 və ana qrafasında – X2 qeyd edilməklə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, həmin sənədlər geri qaytarılmalıdır. Belə ki, hazırkı ərizənin mahiyyətindən görünür ki, barəsində hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə verilən şəxs - X* *3.05.2003-cü il tarixdə doğulduğu bildirilmiş, lakin həmin sənədlər hazırda məhv olduğundan qeyd edilən hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi zərurətinin yarandığı qeyd olunmuşdur. Yəni, göründüyü kimi X3 *8 yaşı tamam olmaqla tam fəaliyyət qabiliyyəti olan şəxsdir. Məhkəmə qeyd edir ki, şəxs özü yetkinlik yaşına çatmaqla tam fəaliyyət qabiliyyəti olduğu halda, həmin şəxsin maraqları naminə hüquq əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizə də şəxsin özü tərəfindən verilməlidir. Lakin göründüyü kimi, ərizə həmin şəxsin özü deyil, bacısı kimi qeyd olunan Ərizəçi tərəfindən məhkəməyə təqdim edilmişdir. Bu səbəbdən hazırki ərizənin məhkəmə icraatına qəbul edilməsi prosessual qanunvericiliyin tələbi baxımdan qanunsuz və əsassızdır. Azərbaycan Respublikası MPM-nin 49.*-ci maffəsinə əsasən öz fəaliyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülki-prosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur. MPM-nin 49.3-cü maddəsinə əsaəsn yetkinlik yaşına çatmayan on dörd yaşından on səkkiz yaşınadək şəxslərin, habelə məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquq, azadlıq və qanunla qorunan mənafeləri məhkəmədə onların qanuni nümayəndələri tərəfindən qorunur. Lakin məhkəmə yetkinlik yaşına çatmayanların və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin özlərini bu işlərdə iştirak etməyə cəlb edə bilər. Hazırkı işdə barəsində ərizə verilən şəxsin məhdud fəaliyyət qabiliyyətli şəxs olması barədə də, hər hansı sübut yoxdur. MPM-nin *5*.*-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin *52.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin yuxarıda qeyd olunan maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbinə dair ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Ödənilmiş *00 manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılsın. İzah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra məhkəməyə müraciət etmək olar. Qərardaddan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən *0 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar