Məhkəmə qərarları › İş №2(010)-583/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-583/2022

02.03.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-583/2022 02.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X19 iştirakı ilə, İddiaçı cavabdehlər X8, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdehlər X15, Cavabdeh2, Cavabdeh3 və onun azyaşlı uşağı 20.10.2004-cü il təvəllüdlü X11 sahibliyində və istifadəsində olan ünvan 1 ünvanda yerləşən 2 saylı mənzillə bağlı yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi. İddia tələbinin dəlliləri İddiaçı pasport qeydiyyatında olduğu ünvan 2 ünvanda yerləşən 2 saylı mənzildə ailə üzvləri ilə birlikdə daimi yaşayır. Məlum yaşayış sahəsi mərhum anası X4 mülkiyyətindədir və bununla bağlı AR İqtisadiyyat Nazirliyinin yanında ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (keçmiş Bakı ŞİB-nın Tİ və MHQİ-dən) 30/43224 saylı 07.12.1994-cu il tarixli Çıxarış təqdim edilmişdir. Həmin mənzildə ailə üzvlərindən başqa yaxın qohumları- cü il təvəllüdlü Cavabdeh3 , onun azyaşlı uşağı-xx.xx.1973-cü il təvəllüdlü X16, xx.xx.1974-cü il təvəllüdlü X15 və xx.xx.2003-cü il təvəllüdlü Cavabdeh2 pasport qeydiyyatmdadırlar. Həmin şəxşlər təxminən 2017-ci ilin yay aylarında Azərbaycan Respublikasından daimi yaşamaq məqsədi ilə X2 Vilayətinə köçmüşlər. Hazırda həmin şəxslər Rusiya Federasiysının vətəndaşlığını qəbul etmiş və Xabarovsk vilayətində yaşayırlar. Yaxın qohumları Cavabdeh3, X16 , X15 və Cavabdeh2ın təxminən 2017-ci ilin yay aylarında Azərbaycan Respublikasının Dövlət Sərhədinin hüdudlarını keçərək Rusiya Federasiysına getmələri və indiyə kimi geri dönməmələri barədə müvafiq arayışın verilməsinə dair Azərbaycan Respublikasının Sərhəd Xidmətinə Bakı şəhəri 9 saylı Vəkil Bürosundan 353 saylı 10.06.2021-ci il tarixli sorğu ilə müraciət edilmiş, lakin həmin sərhəd xidməti 08.07.2021-ci il tarixli 33/2326 saylı məktubla bu xahişi təmin etməmişdir. Adıçəkilən şəxslərin sözügedən mənzildə pasport qeydiyyatında olmaları onun və ailə üzlərinin məlum yaşayış sahəsi ilə bağlı bir sıra mülki hüquqlarının həyata keçirilməsinə mane olur. Məlum şəxslərin hazırda da sözügedən mənzildə pasport qeydiyyatında olmaları barədə faktlar 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin təqdim etdiyi 23.07.2021-ci il tarixli ******* saylı arayışla təsdiqlənir. Cavabdeh3 , X16 , X15 və Cavabdeh2 sahibliyində, habelə istifadəsində olan ünvan 2 ünvanda yerləşən 2 saylı yaşayış sahəsindən pasport qeydiyyatından çıxarılmaları ilə bağlı 17.07.2021-ci il tarixli ərizə ilə Suraxanı RPİ-ə müraciət etmiş, lakin həmin idarə 096-19128x-1221 saylı 26.07.2021-ci il tarixli məktubu ilə xahişimi təmin etməmişdir. İddiaçı, cavabdehlərin onun sahibliyində və istifadəsində olan ünvan 1 ünvanda yerləşən 2 saylı mənzildən pasport qeydiyyatından çıxarılmaları barədə vəzifəli şəxsin hərəkətsizliyinə dair 20.08.2021-ci il tarixli iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş və həmin məhkəmə iddianın mümkünsüzlüyü barədə 2- 1(112)-9635/2021 saylı 03.11.2021-ci il tarixli qərardad qəbul etmişdir. Hesab edir ki, sözügedən yaşayış sahəsi ilə bağlı əmlak hüququna malik olmayan X15, Cavabdeh2, Cavabdeh3 və onun azyaşlı uşağı X11 məlum mənzildə pasport qeydiyyatında olmaları, həmin daşınmaz əmlak üzərində iddiaçının əmlak hüquqlarını kobud şəkildə pozur. Belə ki, sözügedən əmlakla bağlı o, sərbəst surətdə sahiblik və istifadə edə bilmir, habelə həmin əmlak barəsində öz mülahizəsinə uyğun olaraq, bir sıra mülki hüquqlarını həyata keçirə bilmir. Tərəflərin izahatları İddiaçının nümayəndəsi və vəkili X22 izahatında iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə xatırladır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməmənin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda məhkəmə işə iclasa gəlməyən cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: Lenin rayon Razin qəsəbə nümayəndəliyi tərəfindən 13.01.1984-cü ildə verilmiş doğum haqqında şəhadətnamədən müəyyən olunur ki, X9 24.12.967-ci ildə doğulmuş və valideynləri X17 və X3. Suraxanı rayon VVADQ şöbəsi tərəfindən 11.11.2003-cü ildə verilmiş nikah haqqında şəhadətnamədən müəyyən olunur ki, X21 ilə X5 arasında nikah 11.11.2003-cü ildə bağlanmışdır. Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsinin 30/43224 saylı 07.12.1994-cü il tarixli qeydiyyat vəsiqəsindən müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı qəsəbəsi, 4-cü mədən küçəsindəki 126 saylı yaşayış evinin 2 saylı mənzili X4 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə 298 №-li reyestr kitabında 43224 səhifə qeydəalma № 30/43224 07.12.1994-cü il tarixdə qeydiyyat aparılmışdır. Suraxanı rayon VVADQ şöbəsi tərəfindən 27.03.2002-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədən görünür ki, X12 22.03.2002-ci il tarixdə ölmüşdür. Suraxanı rayon Polis İdarəsinin 26.07.2021-ci il tarixli 096-19128x-1221 saylı İddiaçı ünvanladığı məktubundan müəyyən olunur ki, vətəndaşların qeydiyyatdan çıxarılması DİO-nun səlahiyyətlərinə aid olmadığından və Azərbaycan Respublikası «Yaşayış yeri və olduğu yer üzrə qeydiyya haqqında» Qanunun 9-cu bəndinin tələbinə zidd olduğundan müraciətinizin müsbət həlli mümkün deyildir. Odur ki, onun aidiyyəti üzrə məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyyə olunmuşdur. Bakı İnzibati məhkəməsinin 03.11.2021-ci il tarixli 2-1(112)-9635/2021 saylı qərardadı ilə müəyyən olunmuşdur ki, İddiaçı cavabdeh Bakı şəhəri Suraxanı Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxslər Cavabdeh3 və X15) “qeydiyyatdan çıxarılma” tələbinə dair iddiası mümkün sayılması qərara alınmışdır. Asan 4 xidmətinin 23.07.2019-cu il tarixli "yaşayış yeri üzrə qeydiyyat haqqında" ******* saylı arayışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev 126, mənzil 2–də X6, X18, X16, Cavabdeh3, X13, X20, X10, X14, Cavabdeh2, X15, X7 qeydiyyatdadırlar. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin 33/400 saylı 01.02.2022-ci il tarixli məktubundan müəyyən olunur ki, Cavabdeh3, X15, Cavabdeh2 və X11 2017-2022-ci illər ərzində dövlət sərhəddindən hərəkətləri barədə İAMAS bazasında məlumat qeydə alınmışdır: 26.07.2017-ci il çıxış. Məhkəmə tərəfindən müəyyən edilir ki, iddiaçı cavabdehlərin Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, A.Rzayev küçəsi, ev 126, mənzil 2-yə dair istifadə hüquqlarına xitam verilməsini tələb edir. Cavabdehlər Cavabdeh3 və X15 iddiaçının bacılarıdır. Həmin mənzil onların anası X4 adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. X12 isə 22.03.2002-ci il tarixində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Bu mənada qeyd olunmalıdır ki, iddiaçıların irəli sürdüyü faktiki hallar onların iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır, çünki iddia tələbinin qanuni əsası kimi istinad olunan Mülki Məcəllənin 152.5 və 157.4-cü maddələrinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər - hazırkı iş üzrə isə cavabdehlərin istifadə hüquqlarına xitam verilməsini tələb etdiyi mənzilin iddiaçıya məxsusluğu müəyyən edilməmişdir. Nəzərə alınmalıdır ki, MPM-in 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008- ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İşin yuxarıda sadalanan hallarını nəzərə almaqla məhkəmə hesab edir ki, İddiaçı hazırki iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər X8, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi” tələbinə dair iddiası rədd edilsin. İddia ərizəsi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar