Məhkəmə qərarları › İş №2(010)-5833/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5833/2025

03.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5833/2025 03.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Məmmədova Xatirə Xanbaba qızının katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi) "doğum akt qeydinin bərpa edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizәçinin tәlәbi X6 xx.xx.1954-cü ildə Ermənistan SSR Kalinino rayonunda doğulmağı ilə bağlı doğum akt qeydinin bərpa edilməsi, ata haqqında məlumat bəndində X7, ana haqqında məlumat bəndində X8, valideylərinin milliyətinin “azərbaycanlı” kimi göstərilməsi. Ərizәnin әsaslandırıldığı hallar Ərizəçi Ərizəçi atası X13 ilə X12 xx.xx.1980-ci il tarixində rəsmi nikaha daxil olmuş və nikahları qeyd edilən tarixdə Ermənistan SSR Kalinino rayonunun Privolnoe kənd sovetində rəsmiləşdirilmişdir. Atası xx.xx.2025-ci il tarixində beyin ödemi səbəbindən ünvan 1 ünvanında yerləşən mənzildə vəfat etmişdir. X1 miras əmlak olaraq ünvan 1 ünvanında yerləşən mənzil qalmışdır. Qeyd edilən mənzilin miras əmlak olaaq qəbul edilməsi üçün notariat ofisinə gedən zaman ona bildirilmişdir ki, vərəsəlik işi ilə bağlı atası X6 doğum şəhadətnaməsinin təqdim edilməsi də zəruridir. Qeyd edilən sənəd etdiyindən təəssüf ki, atası X6 doğum şəhadətnaməsini təqdim etmək mümkün olmamışdır. Qeyd edilən doğum haqqında şəhadətnamənin alınması məqsədilə Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinə müraciət etmiş, lakin Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi xx.xx.2025-ci il tarixli 3-16-5/7- 10-2195/25 saylı imtina ilə ona bildirmişdir ki, atası Niyaz Əhmədovun xx.xx.1954-cü il tarixdə Ermənistan Respublikasının Kalinino rayonunda doğulduğu, doğunun Ermənistanda qeydiyyata alındığı müəyyən olunmuşdur. Yekun olaraq mövcud problemin həlli ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Məhz bu səbəbdən atası X6 xx.xx.1954-cü il tarixində xx.xx.1956-ci ildə Ermənistan SSR Kalinino rayonunda doğulmağı və doğum akt qeydininin bərpa edilməsi, ata haqqında məlumat bəndində X7, ana haqqında məlumat bəndində X8, valideylərinin milliyətinin “azərbaycanlı” kimi qeyd olunmasına dair qətnamənin qət edilməsi zəruridir. Miras əmlakın sənədləşdirilməsi zamanı doğum akt qeydinin bərpa edilməsi zərurəti yaranmışdır. Qeyd edilən faktın müəyyən edilməsi ona miras əmlakın qəbulu və vərəsəlik işi üçün lazlımdır. Lakin atasının doğum haqqında şəhadətnaməsi olmadığından ona qeyd edilən məsələləri həll edə bilmir. Tәrәflәrin izahatı Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ata haqqında məlumat bəndində X7, ana qrafasında məlumat bəndində X8, valideynlərinin milliyyətinin «azərbaycanlı» kimi göstərilməklə xx.xx.1954-cü il təvəllüdlü X6 doğum qeydinin aparılması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Suraxanı rayon X2 Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə xx.xx.2026-cı il tarixli məktubla məhkəməyə müraciət edərək, xx.xx.2026-cı il tarixdə keçiriləcək işə nümayəndənin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahidlәrin ifadәsi Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində göstərdi ki, mərhum X13 onun qardaşı idi, Ərizəçi isə qardaşının qızıdır. Niyaz Əhmədov 26 mart 2025-ci il tarixdə vəfat etmişdir. Qardaşı Niyaz 13 mart 1954-cü il tarixdə Ermənistanda anadan olmuşdur. Niyaz Əhmədovun doğum haqqında şəhadətnaməsi var idi, lakin yas vaxtı evdə itibdir. Qardaşı və həyat yoldaşı 1972-ci ildə ailə həyatı qurublar. Məhkəmə iclasında şahid qismində dindirilən X4 ifadəsində göstərdi ki, X13 həyat yoldaşı idi, Ərizəçi isə qızıdır. Həyat yoldaşı Niyaz 26 mart 2025-ci il tarixdə vəfat etmişdir. Niyaz Əhmədov 13 mart 1954-cü il tarixdə anadan olmuşdur. Onların faktiki nikahı 1974cü ildə olmuşdur, nikah haqqında şəhadətnaməsi isə 1981-ci ildə alınıb. Həyat yoldaşının doğum tarixi nikah haqqında şəhadətnamədə ola bilsin ki, texniki olaraq səhv yazılıb, lakin Niyaz Əhmədov 1954-cü ildə anadan olmuşdur. İş materialları xx.xx.1981-ci il tarixli nikah haqqında şəhadətnamədən görünür ki, X13 ilə X12 arasında nikah xx.xx.1981-ci ildə bağlanmışdır. Sabunçu rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnaməsindən görünür ki, X13 xx.xx.2025-ci il tarixdə "beyin ödəmi" səbəbindən ölmüşdür. xx.xx.1977-ci il tarixdə verilmşi doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi xx.xx.1977-ci ildə doğulmuş, valideynləri X13 və X5. MA seriyalı ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 38 mənzil 142 X6 adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 1044 nömrəli reyet kitabının 94053 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli Ərizəçi ünvanlamış məktubundan görünür ki, Suraxanı rayon qeydiyyat şöbəsində atası X6 doğum haqqında akt qeydini bərpa edərək, doğum haqqında akt qeydinin ata haqqında məlumat bəndində X7, ana haqqında məlumat bəndində X10, valideynlərinin milliyətinin azərbaycanlı qeyd olunmasına dair daxil olmuş ərizəyə baxılmışdır. N.Əhmədov xx.xx.1954-cü il tarixdə Ermənistan Respublikasının Kalinino rayonunda anadan olmuşdur, doğum Ermənistanda qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmçinin həmin Məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Qeyd olunanlara əsasən Suraxanı rayon qeydiyyat şöbəsi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etməsini tövsiyə edilmişdir. Ümumvətəndaş pasportundan görünür ki, X13 xx.xx.1954-cü ildə doğulmuşdur. Sürücülük vəsiqəsindən görünür ki, X13 xx.xx.1954-cü ildə Ermənistan Respublikasında doğulmuşdur. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə müəyyən olunur ki, X13 xx.xx.1954-cü ildə Kalinin rayonunda anadan olmuşdur. Tәtbiq edilәn hüquq Azәrbaycan Respublikasının Ailә Mәcәllәsi. Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 162. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası. 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Ərizənin verilməsi. 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin xx.xx.2001-ci il tarixli qәrarı ilә tәsdiq edilmiş “Vәtәndaşlıq vәziyyәti aktlarının qeydindә dәyişiklik, bәrpa vә lәğv qaydalarını müәyyәn edәn әsas müddәalar”. İİ. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qaydası.

13. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.

14. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.

16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 16-1. Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir.

“Hüquqi әhәmiyyәti olan faktların müәyyәn edilmәsinә dair işlәr üzrә mәhkәmә tәcrübәsinin bәzi mәsәlәlәri haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qәrarı.

4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.

Mәhkәmәnin mövqeyi Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçi, X6 xx.xx.1954-cü ildə Ermənistan SSR Kalinino rayonunda doğulmağı ilə bağlı doğum akt qeydinin bərpa edilməsi, ata haqqında məlumat bəndində X7, ana haqqında məlumat bəndində X8, valideylərinin milliyətinin “azərbaycanlı” kimi göstərilməsini istəyir. Belə ki, ərizəçinin mərhum atası X11 məxsus doğum haqqında şəhadətnaməsi itmişdir. Hazırkı ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl ərizəçi doğum haqqında şəhadətnaməsini almaq üçün qeydiyyat orqanına müraciət etsə də, müraciətin təmin edilməsindən imtina edilmişdir. İş materiallarından görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda ərizəçinin doğum faktını təsdiq edən müvafiq qeyd olmadığından, onun müraciətindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, iş materiallarında Ərizəçi həqiqətən də mərhum atası X6 xx.xx.1954-cü ildə Ermənistan SSR Kalinino rayonunda doğulması, atası qrafasında X7, anası qrafasında X8, valideynlərinin milliyyətinin «azərbaycanlı» kimi göstərilməklə doğulması barədə qeyd aparılmasına kifayət qədər sübut vardır. Belə ki, Ərizəçi mərhum atası X11 məxsus doğum haqqında şəhadətnaməsi itmişdir. Bundan başqa, mərhum X6 xx.xx.1954-cü ildə Ermənistan Respublikası Kalinin rayonunda doğulması barədə ümumvətəndaş pasportu və sürücülük vəsiqəsi ilə təsdiq edilir. Həmin rəsmi sənəddə ərizəçinin mərhum atası X6 xx.xx.1954-cü ildə Ermənistan SSR Kalinin rayonunda doğulması qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən tələb edilən sənədlərdən biri də onun doğum haqqında şəhadətnaməsidir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin doğum aktı qeydə alınmış, lakin sonradan köçkünlük dövründə bu qeydiyyatı təsdiq edən sənəd yararsız vəziyyətə düşmüşdür. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmçinin həmin məcəllənin 162.2-ci maddəsinə əsasən, itmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Belə olan halda məhkəmə hesab edir ki, ərizədə göstərilən hüquqi fakt təsdiq edilməlidir.

Mәhkәmәnin gәldiyi nәticә Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X6 xx.xx.1954-cü ildə Ermənistan SSR Kalinin rayonunda (ata qrafasında X7, ana qrafasında X8 göstərilməklə) doğumunun qeyd edilməsi faktı müəyyən edilsin və doğum akt qeydi bərpa edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ:

Ərizə təmin edilsin. X6 xx.xx.1954-cü ildə Ermənistan SSR Kalinin rayonunda (ata qrafasında X7, ana qrafasında X8 göstərilməklə) doğumunun qeyd edilməsi faktı müəyyən edilsin və doğum akt qeydi bərpa edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sәdrlik edәn Rübabә Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar