Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5836/2025 06.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, X*7 qızının katibliyi ilə, İddiaçı Cavabdehna qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. İddiaçı Cavabdehna qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, cavabdeh 269 saylı körpələr evi-uşaq bağçasının xx.xx.2025-ci il tarixli 68 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının “musiqi rəhbəri” vəzifəsinə işə bərpa edilməsi, məcburi işburaxma dövrünə görə (xx.xx.2025-ci il tarixindən faktiki bərpa gününədək) iddiaçının aylıq əməkhaqqısının tam məbləğdə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin əsaslandırıldığı hallar. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı 269 saylı körpələr evi-uşaq bağçasında “musiqi rəhbəri” vəzifəsində əmək funksiyasını yerinə yetirmişdir. xx.xx.2025 tarixli 68 nömrəli əmrlə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (“əmək funksiyasını və ya müqavilə üzrə öhdəlikləri yerinə yetirməmək və ya Məcəllənin 72-ci maddəsində göstərilən hallarda əmək vəzifələrini kobud şəkildə pozmaq”) istinadla xitam verilib. Xitamın əsaslandırılması kimi “valideynin şikayəti, Həmkarlar Komitəsinin qərarı, faktlar, video görüntü və izahat” ifadələri göstərilsə də, iddiaçıya qarşı iddia edilən “kobud pozuntu”nun konkret faktiki halları, hadisələrin tarixi, sübutların məzmunu və qiymətləndirilməsi barədə əsaslandırma təqdim edilməmiş, işçidən izahatın alınması və intizam tənbehinin tətbiqi qaydaları gözlənilməmişdir. Valideyn şikayəti kimi göstərilən hal isə əmək müqaviləsinə xitam verilməsi üçün kobud pozuntu kimi qiymətləndirilə bilməz. Hesab edilir ki, daha yüngül tənbeh tədbiri tətbiq edilə bilərdi. Lakin cavabdehin iddiaçı ilə qərəzli münasibəti olaraq, əsasız əmr veilmişdir. Xitamdan sonra iddiaçı mediasiya müraciəti etmiş, lakin razılaşma əldə olunmamışdır. Nəticədə iddiaçı iş yerindən əsassız məhrum edilmişdir. Cavabdehin nümayəndəsinin etirazı. Cavabdeh Suraxanı rayonu 269 nömrəli körpələr evi-uşaq bağçasında müdir vəzifəsini müvəqqəti icra edən Samirə Tanırverdiyeva məhkəməyə etiraz məktubu ünvanlayaraq, İddiaçı Suraxanı rayonu 269 nömrəli körpələr evi-uşaq bağçasına qarşı iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, 23 sentyabr 2025-ci il tarixində Kamran Həbibov adlı vətəndaş bağça rəhbərliyinə müraciət edərək övladına bağçanın musiqi rəhbəri İddiaçı tərəfindən fiziki zorakılıq göstərildiyini bildirmişdir. Şikayət əsasında bağça rəhbəri tərəfindən daxili araşdırma aparılmış, kamera görüntülərinə baxış keçirilmiş və fiziki və psixoloji şiddət faktı təsdiq edilmişdir. İzahatı alındıqda isə İddiaçı uşağa qarşı kobud rəftar etdiyini etiraf etmişdir. Bu əməlləri ilə “Uşaqların hüquqları haqqında” Azərbaycan Respublikası Qanununu, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununu, “Təhsilverənlərin etik davranış qaydaları’nın və Əmək Məcəlləsinin normalarını kobud şəkildə pozmuşdur. *8 iyun 2025-ci il tarixində İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin *86-cı maddəsinin ikinci hissəsinin “a” bəndinə əsasən“ töhmət növündə intizam tənbehi verilmişdir. Buna baxmayaraq, o, əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozmuşdur. Tərəflərin izahatları. Əvvəlki məhkəmə iclaslarında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək bildirmişdir ki, bağça müdiri digər bir neçə müəlliməyə qarşı da qərəzli münasibətlə yanaşaraq onlara ərizə yazdırıb işdən çıxartmışdır. Qarşı tərəf iddiaçıya töhmət verildiyini bildirsə də, töhmətin rəsmi getməsi ilə bağlı heç bir məlumat, nə də poçt məlumatı yoxdur. Videodan görünür ki, iddiaçı uşağı sakitləşdirmək istəyir. Heç bir döymə yoxdur. Şəkil də var ki, uşağın qolunda xəsarət var, lakin şiddətin dərəcəsini bilmək olmur. Bundan əlavə əvvəlcədən də iddiaçının iş saatları azaldılıb. Valideynin iddiaçıdan şikayət etməsi barədə rəsmi şikayət yoxdur. İddianın təmin edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsi X9 iddianı qəbul etməyərək bildirmişdir ki, uşağın valideynləri özləri idarəyə gələrək şikayətlərini bildirmişdirlər. Video və şəkildəki uşağın eyni olmasını uşağın paltarından bilmək olur. İddianın təmin edilməməsini xahiş edir. Əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsi Tanırverdiyeva Sevda iddianı qəbul etməyərək bildirmişdir ki, hadisə zamanı o bağçada olmamışdır. Valideynin zəngindən sonra hadisədən xəbəri olmuşdur. Hadisə yayda olub. Şəkilləri həmin gün valideynlər çəkib. İddianın təmin edilməməsini xahiş edir. Əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsi X*0 bildirmişdir ki, hadisə o məzuniyyətdə olan dövrdə olub. Valideyn şəkil ataraq övladının iddiaçının ona dırnaq batırdığını dediyini bildirmişdir. Bunu iddiaçıya bildirəndə iddiaçı aqressiv cavab vermişdir. Həmkarlarla iclas keçirmiş və iddiaçının işdən çıxarılması barədə yekdilliklə qərər qəbul olunmuşdur. İclas müəssisədə keçirilib. Valideyn bağçaya şikayət edib, sonra həmkarlar, valideynlər və o idarəyə getmişdir. Əvvəlki məhkəmə iclaslarında cavabdehin nümayəndəsi X*5 bildirmişdir ki, valideynlər şifahi formada şikayət edib, lakin qəbul günü olmadığı üçün şikayət rəsmiləşdirilməyib. Valideynlər bildirdi ki, müəllim işdən çıxmasa aidiyyəti qurumlara şikayət verəcəklər. Xəsarətlə bağlı ekspertiza keçirilməyib. Hesab edir ki, xəsarət mübahisələndirilmədiyinə görə ekspertizanın keçirilməsinə ehtiyac yoxdur. İş materialları. Bakı *6 saylı Mediasiya Təşkilatı tərəfindən 22.*0.2025-ci il tarixdə verilmiş MŞB/*6/2025- 0*423 nömrəli “X3 sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, tərəflər arasında xx.xx.2025-ci il tarixli əmrlə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin tətbiqi ilə xitamın qanunsuz sayılması, işə bərpa, məcburi dayanmış əmək haqqı və digər tələblər barədə mediasiya işi açılmış, 22.*0.2025-ci il tarixə təyin edilmiş ilkin mediasiya sessiyasında İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi Vəkil, BŞTİ-nin tabeliyində Suraxanı ray., 269 saylı körpələr evi – uşaq baxçasının nümayəndəsi X*0 ilkin mediasiya sessiyasında iştirak etsələr də, prosesin davam etdirilməsi barədə razılığa gələ bilməmişlər. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı tərəfindən 50 manat məbləğində mediasiya xərci və *0 manat poçt xərci ödənilmişdir. Cavabdeh direktoru X*0 – işəgötürən, İddiaçı – işçi olmaqla tərəflər arasında bağlanmış əmək müqaviləsindən müəyyən olunur ki, İddiaçı musiqi müəlliməsi kimi həmin müəssisədə 05.*2.2022-ci il tarixdən işə başlamışdır. Müqavilə müddətsiz bağlanmışdır. Həmin müqavilədən görünür ki, əmək müqaviləsi Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslarla və qaydalara ciddi əməl olunmaqla tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilər; İşəgötürən tərəfindən bu Əmək müqaviləsi ləğv edilərkən işçi qanunvericilikdə nəzərdə tutulan hallarda xəbərdar edilir; İşçi tərəfindən bu əmək müqaviləsi ləğv edilməzdən əvvəl işəgötürən azı bir təqvim ayı qabaqcadan xəbərdar edilməlidir; İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə bu Əmək müqaviləsini ləğv etməyə onun məcbur edilməsinə yol verilmir. Müqavilənin 3.*-ci bəndində əmək funksiyası kimi musiqi müəllimi göstərilmişdir. Suraxanı rayonu 269 saylı körpələr evi uşaq bağçasının müdiri X*0 tərəfindən verilmiş əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2025-ci il tarixli, 68 nömrəli əmrdən görünür ki, 269 nömrəli körpələr evi uşaq bağçası'' bölməsində "Musiqi rəhbəri" vəzifəsində işləyən İddiaçı Tofiq qızı ilə bağlanılmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə “AR ƏM-nin 70. "ç" - işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsinə əsasən xx.xx.2025 tarixindən xitam verilməsi, işçinin 05.*2.2022 tarixindən xx.xx.2025 tarixinə qədər istifadə edilməmiş 0 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi əmr edilmişdir. Həmin əmrdən görünür ki, İddiaçı Tofiq qızı ilə bağlanılmış əmək müqaviləsinə xitam verilməsinin əsasını valideynin şikayət ərizəsi, Həmkarlar Komitəsinin qərarı, faktlar, video-görüntü və izahat təşkil etmişdir. Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli xxxxxxx002X0 nömrəli bildirişin əmək müqaviləsi bildirişlərinin mərkəzləşdirilmiş elektron informasiya sistemindən çıxarışından görünür ki, İddiaçı əmək müqaviləsinə 68 nömrəli xx.xx.2025-ci il tarixli əmr ilə xitam verilmiş, əmək müqaviləsinə xitam verilməsinin əsası kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi – “işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” göstərilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil İdarəsi 4 Saylı Xidmət Və Əməliyyat Mərkəzi tərəfindən *7.*2.2025-ci il tarixdə verilmiş 852 nömrəli arayışdan görünür ki, İddiaçı 09.*0.2002-ci il tarixdə 269 nömrəli körpələr evi — uşaq bağçasında musiqi rəhbəri vəzifəsinə qəbul olunmuşdur. O, işlədiyi illər ərzində hər il əmək məzuniyyətindən istifadə etmiş və sonuncu dəfə 2024/2025-ci tədris ili üçün xx.xx.2025-ci il tarixdən **.08.2025ci il tarixədək 42 gün müddətinə əmək məzuniyyətindən istifadə etmişdir. İşçi məzuniyyət hüququndan tam istifadə etdiyinə görə xx.xx.2025-ci il tarixdə işdən azad olan zaman son haqq-hesab hesablanmamışdır. İş materiallarında olan xx.xx.*977-ci il təvəllüdlü İddiaçı məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı 09.*0.2002-ci ildə Suraxanı rayonu 269 saylı körpələr evi uşaq bağçasına musiqi rəhbəri ixtisası üzrə müəllim təyin edilmiş, xx.xx.2025-ci il tarixdə isə onunla bağlanmış əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2025-ci il tarixli, *2 nömrəli iclas protokolunun çıxarışından görünür ki, həmin iclasda video-görüntü, foto-sübutlar, valideynin şikayət ərizəsi, M.Sevincin öz izahatı nəzərə alınaraq, Əmək məcəlləsinin 70-ci maddəsinin ç bəndi - işçi özünün əmək funksyasıyasını və ya əmək müqaviləsi üzrə öytəliklərini yerinə yetirmədikdə yaxud bu məcəllənin 72-ci mədəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda maddəsinə əsaslanaraq işçi ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qərara alınmışdır. X*0, X**, X*, X*2, X4 tərəfindən *8.06.2025-ci il tarixdə tərtib olunmuş əlyazma aktdan görünür ki, onlar İddiaçı dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, müntəəm olaraq işə gecikdiyini, müdir izahat tələb edərkən yazmaqdan imtina etdiyini öz imzaları ilə təsdiq etmişdir. Suraxanı rayonu 269 saylı körpələr evi - uşaq bağçasının müdiri X5 intizam tənbehi haqqında *8.06.2025-ci il tarixli, 32 nömrəli əmrindən görünür ki, bağçanın musiqi rəhbəri İddiaçı əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyasını vicdanlı yerinə yetirmədiyinə görə AR ƏM-nin *86-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən töhmət verilməsi əmr edilmişdir. Həmin əmr ilə bir daha Əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etməzsə onun barəsində daha ciddi intizam tənbehinin tətbiq ediləcəyi barədə İddiaçı xəbərdarlıq edilmişdir. X*0, X**, X*, Mustafayeva.H.M. tərəfindən xx.xx.2025-ci il tarixdə tərtib olunmuş əlyazma aktdan görünür ki, onlar musiqi rəhbəri olan İddiaçı 29 sentyabr tariixndə keçiriləcək Həmkarlar İttifaqı və rəhbərlik iclası barədə telefon zəngi ilə öncədən xəbərdarlıq edilsə də, iclasda əsassız səbəbdən iştirak etmədiyini öz imzaları ilə təsdiq etmişdir. İclas növbədənkənar olduğu üçün İddiaçı telefon zəngi ilə məlumat verilmişdir. X*6 rayonu 269 saylı körpələr evi - uşaq bağçasının direktoru X7 ünvanladığı ərizəsində qanunauyğun tədbirlərin görülməsini xahiş edərək qeyd etmişdir ki, 0*.09.2025-ci il tarixdə musiqi rəhbəri olan İddiaçı övladına qarşı şiddət göstərmişdir. Belə ki, İddiaçı onun övladının qolundan kobud şəkildə tutub qaldırmış və bundan başqa otağın bir ucundan digər ucuna sürüyərək çölə çıxartmışdır. Bu hadisədən sonra övladının qolunda ləkə və dırnaq izləri qalmışdır. İddiaçı 269 saylı körpələr evi - uşaq bağçasının direktoru X7 yazdığı xx.xx.2025-ci il tarixli izahatından görünür ki, o, * sentyabr tarixində musiqi dərsində X2 durmayıb qaçdığına görə uşağı sıraya gətirmək üçün kobud şəkildə qolundan tutaraq sıraya qoymaya çalışmışdır. Bu səbəbdən üzrxahlıq edir. İş materiallarında olan şəkillərdən görünür ki, uşağın sağ qolunda ləkə izləri var. İş materiallarında olan videogörüntülərdən görünür ki, tədbir keçirilən zaman azyaşlı uşaq ağlamağa başlamış, İddiaçı uşağı qolaltı nahiyəsindən tutub qaldırmış və otaqdan çıxarmışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 35. Əmək hüququ İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Maddə 42. Əmək müqaviləsinin tərəfləri *. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.
2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Maddə 43. Əmək müqaviləsinin məzmunu *. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları *. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 7*. Əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilərkən görülən tədbirlər. *. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edilərkən işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
2. Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinə xitam verilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinə xitam verilməsinin zəruriliyini əsaslandırmalıdır. Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) dövlət, kommersiya və (və ya) vergi sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimaitəhlükəli əməllərə yol verməsi; g) “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən konfidensial hesab edilən xüsusi kateqoriyalı fərdi məlumatların yayılması. Maddə 300. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələri *. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 7*, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Qeyd: Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş “dəymiş zərərin məbləği” dedikdə işçinin işdən çıxarılması ilə əlaqədar işləmədiyi müddətin orta əmək haqqı, fərdi əmək mübahisəsinə məhkəmədə baxılması ilə əlaqədar məhkəmədə hüququnun müdafiəsi üçün vəkil (müdafiəçi) tutması ilə əlaqədar çəkdiyi xərclərin məbləği, eləcə də işçinin iddia ərizəsi ilə tələb etdiyi mənəvi ziyanın, işsiz qalması ilə əlaqədar borc alması, şəxsi əşyalarının satılması nəticəsində çəkdiyi, habelə digər xərclərin məcmusu başa düşülməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir..... Maddə *24. İşə baxılarkən məhkəmənin çəkdiyi xərclərin ödənilməsi *24.*. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı 2*7.*. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 2*7.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 2*8. Qətnamə çıxarıldıqda həll edilən məsələlər 2*8.*. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 2*8.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. .... 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - *00 manat... Maddə 9. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun ödənilməsindən azadolmalar və dövlət rüsumunun ödənilməsinin xüsusiyyətləri 9.*. Aşağıdakılar dövlət rüsumu ödəməkdən azad olunurlar: 9.*.*. əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar; Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, təqdim edilmiş sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən iddia tələbi təmin edilməlidir. İşin faktiki hallarından göründüyü kimi, İddiaçı Suraxanı rayonu 269 saylı körpələr eviuşaq bağçasında “musiqi rəhbəri” vəzifəsində çalışmış, tərəflər arasında əmək münasibətləri müddətsiz bağlanmış əmək müqaviləsi əsasında yaranmışdır. xx.xx.2025-ci il tarixli 68 nömrəli əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edilməklə xitam verilmişdir. Əmrdə xitamın əsasları kimi valideynin şikayət ərizəsi, Həmkarlar Komitəsinin qərarı, foto və video görüntülər, eləcə də iddiaçının izahatı göstərilmişdir. Hazırda iddia tələbi cavabdeh 269 saylı körpələr evi-uşaq bağçasının xx.xx.2025-ci il tarixli 68 nömrəli əmrinin ləğv edilməsi, iddiaçının “musiqi rəhbəri” vəzifəsinə işə bərpa edilməsi, məcburi işburaxma dövrünə görə (xx.xx.2025-ci il tarixindən faktiki bərpa gününədək) iddiaçının aylıq əməkhaqqısının tam məbləğdə tutulmasından ibarətdir. Cavabdeh tərəf həm məhkəmə iclaslarındakı izahatlarında, həm də məhkəməyə ünvanladığı etiraz ərizəsində iddiaçının azyaşlı uşağa qarşı fiziki zorakılıq göstərdiyini qeyd etmiş və bu halı təsdiq etmək məqsədilə foto və video materiallar təqdim etmişdir. Tələbin cavabdeh 269 saylı körpələr evi-uşaq bağçasının xx.xx.2025-ci il tarixli 68 nömrəli əmrinin ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinə əsasən əmək müqaviləsinə yalnız həmin Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilə bilər. Lakin bu əsasın tətbiqi üçün işçinin əmək vəzifələrini kobud şəkildə pozmasının mötəbər sübutlarla təsdiq olunması zəruridir. Əmək hüququ şəxsin əsas konstitusion hüquqlarından biri olmaqla dövlət tərəfindən qorunur. Eyni zamanda Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 202*-ci il tarixli “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin *-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” qərarında göstərilmişdir ki, əmək münasibətlərində tərəflərin hüquqları və qanuni maraqları arasında ədalətli tarazlıq təmin edilməli, işçinin əmək hüququna müdaxilə yalnız qanunda nəzərdə tutulmuş əsaslar mövcud olduqda və həmin əsaslar mötəbər sübutlarla təsdiq edildikdə yol verilə bilər. Məhkəmə tərəfindən təqdim edilmiş sübutlar hərtərəfli qiymətləndirilərkən müəyyən edilir ki, uşağın bədənində olan izlərin məhz iddiaçının hərəkətləri nəticəsində yarandığını və ya həmin hərəkətlərin zorakılıq xarakteri daşıdığını təsdiq edən mötəbər sübutlar iş materiallarında mövcud deyildir. Belə ki, cavabdeh tərəfindən uşağın sağlamlığına zərər vurulması faktının təsdiqi üçün hər hansı tibbi sənəd, ekspert rəyi və ya hüquq-mühafizə orqanlarının araşdırma materialları təqdim edilməmişdir. Uşağın bədənində olan izlərin yaranma səbəbi və mənşəyi dəqiq müəyyən edilməmişdir. Məhkəmə həmçinin nəzərə alır ki, iddiaçının xx.xx.2025-ci il tarixli izahatında uşağı sıraya gətirmək məqsədilə qolundan tutduğu göstərilmişdir. Video görüntülər də uşağın yalnız qolaltı nahiyəsindən tutularaq qaldırıldığını əks etdirir. Məhkəmə diqqətə çatdırır ki, cavabdeh tərəfin izahatlarından da görünür ki, hadisə ilə bağlı tibbi ekspertiza keçirilməmiş, valideyn tərəfindən şikayət rəsmi qaydada qeydiyyata alınmamış və hadisə üzrə hüquq-mühafizə orqanlarına müraciət edilməmişdir. Bu hallar təqdim olunmuş sübutların etibarlılığını və yetərliliyini şübhə altına alır. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının əmək vəzifələrini kobud şəkildə pozması faktı iş üzrə mötəbər sübutlarla təsdiq olunmadığından cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə istinad edilərək əmək müqaviləsinə xitam verilməsi qanunvericiliyin tələblərinə uyğun hesab edilə bilməz. İddia tələbinin məcburi işburaxma dövrünə görə (xx.xx.2025-ci il tarixindən faktiki bərpa gününədək) iddiaçının aylıq əməkhaqqısının tam məbləğdə tutulması hissəsinə münasibətdə məhkəmə qeyd edir ki,
AR Əmək Məcəlləsinin 300-cü maddəsinə əsasən əgər işəgötürən əmək müqaviləsinin həmin Məcəllənin 70-ci maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır. Belə olan halda, məhkəmə hesab edir ki, Suraxanı rayonu 269 saylı körpələr evi-uşaq bağçasının xx.xx.2025-ci il tarixli 68 nömrəli əmri ləğv edilməli, iddiaçı “musiqi rəhbəri” vəzifəsinə işə bərpa edilməli və ona məcburi iş buraxmaya görə əmək haqqı hesablanıb, ödənilməlidir. Məhkəmə xərcləri. İddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan *00 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2*6-220, 233-cü, 357-ci, 358-ci, 360-cı və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia təmin edilsin. Cavabdeh 68 nömrəli, xx.xx.2025-ci il tarixli əmri ləğv edilsin. İddiaçı Cavabdeh “musiqi rəhbəri” vəzifəsinə bərpa edilsin və ona məcburi iş buraxmaya görə əmək haqqı hesablansın və ödənilsin. Ödənilməmiş *00 manat məbləğində dövlət rüsumu Cavabdehndan tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Firuzə Mirzəyeva