Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-584/2025 07.01.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X3 oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili X*, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Bakı şəhərı̇ *54 saylı tam orta məktəbı̇ nə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi *. İddiaçı cavabdeh Bakı şəhərı̇ *54 saylı tam orta məktəbı̇ nə qarşı "əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxma müddətinə görə əmək haqqının ödənilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri *54 saylı tam orta məktəbin xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsi, xx.xx.2024-cü il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa edilməsi, mediasiya üçün ödənilmiş 50 manat məbləğində pul vəsaitinin cavabdeh Bakı şəhəri *54 saylı tam orta məktəbindən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin dəlilləri
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı 20*9-cu il tarixdən Bakı şəhəri *54 saylı tam orta məktəbində təsərrüfat işləri üzrə direktor müavin vəzifəsində işləmişdir. Bakı şəhəri *54 saylı tam orta məktəbinin direktoru Mahru Rəcəbovanın *8.05.2023-cü il tarixli, 23 nömrəli əmri ilə bağlanılmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin **.09.2023-cü il tarixli, 2(0*0)-3427/2023 saylı qətnaməsi ilə iddia tələbi təmin ediiərək Bakı şəhəri *54 saylı tam orta məktəbinin *8.05.2023-cü il tarixli, 23 nömrəli əmri ləğv edilmiş, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməklə Bakı şəhəri *54 saylı tam orta məktəbinin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilmişdir. Lakin Bakı şəhəri *54 saylı tam orta məktəbinin xx.xx.2024-cü il tarixli əmri ilə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 68.2-ci maddəsinin b) bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması ilə xitam verilmişdir. O, Bakı şəhəri *54 saylı tam orta məktəbinin direktorunun xx.xx.2024-cü il tarixli əmrini qanunsuz hesab edir. Hesab edir ki, onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, əmək müqaviləsi bildirişində işə başlama tarixi 06.**.2023-cü il, əmək müqaviləsinə verilən xitamın tarixi xx.xx.2024-cü il göstərilir. Lakin ona məxsus əmək kitabçasında qeyd edilən *5.**.2023 cü il tarixli, 46 nömrəli əmrdə göstərilir ki, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddisinin “ç” bəndini rəhbər tutaraq xitam verimiş *8.05.2023-cü il tarixli, 23 nömrəli Əmr etibarsız hesab edilsin. İddiaçı işə bərpası nəzərə alınmaqla onunla xx.xx.2023-cü il tarixdə bağlanmış müddətli əmək müqaviləsi xx.xx.2024-cü ildə bitmiş hesab edilsin”. Əgər onunla xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdırsa və müqavilənin bitmə tarixi xx.xx.2024-cü il tarixi göstərilirsə, onda onun xx.xx.2024-cü il tarixdə əmək müqaviləsinin müddətinin qurtarması ilə işdən çıxarılmağı qanunsuzdur.
Tərəflərin izahatları
3. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X2 iddia tələbində qeyd olunanlara uyğun izahat verərək bildirdi ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil bildirdi ki, hazırki iddia tələbi əsassızdır və bu səbəbdən də təmin edilməməlidir.
İş materialları
6. Əmək kitabçasının təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 02.*2.20*9-cu il tarixli, 3982 nömrəli əmrlə Bakı şəhərı̇ *54 saylı tam orta məktəbı̇ nə kiçik texniki işçi vəzifəsinə qəbul edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. Daha sonra, xx.xx.2020-ci il tarixli müvafiq əmrlərlə əvvəlcə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və daha sonra isə Bakı şəhərı̇ *54 saylı tam orta məktəbı̇ nə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmiş və onunla müddətli əmək müqaviləsinə bağlanmışdır.
7. “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək müqaviləsi bildirişi”ndən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə *8.05.2023-cü il tarixdə xitam verilmişdir.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin **.09.2023-cü il tarixli, 2(0*0)- 3427/2023 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, Bakı şəhəri *54 saylı tam orta məktəbin *8.05.2023-cü il tarixli, 23 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə Bakı şəhəri *54 saylı tam orta məktəbinin təsərüfat işləri üzrə direktor müavini vəzifəsinə bərpa edilməsi və 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir.
9. “Əmək müqaviləsinin bağlanması ilə bağlı Əmək müqaviləsi bildirişi”ndən görünür ki, İddiaçı 06.**.2023-cü il tarixdə bağlanmış müddətli əmək müqaviləsi ilə xx.xx.2024-cü il tarixədək Suraxanı rayon *54 saylı tam orta məktəbində təsərüfat işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir. *0. Bakı şəhəri *54 saylı tam orta məktəbin *5.**.2023-cü il tarixli, 46 nömrəli əmrindən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə *8.05.2023-cü il tarixli, 23 nömrəli əmr etibarsız hesab edilmiş və İddiaçı işə bərpası nəzərə alınmaqla onunla xx.xx.2023-cü il tarixində bağlanmış müddətli əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bitmiş hesab edilmişdir. **. Bakı şəhəri *54 saylı tam orta məktəbin *7.07.2024-cü il tarixli əmrindən görünür ki, məktəbin təsərüfat işləri üzrə direktor müavini İddiaçı AR Seçki Məcəlləsinin 36.*, 38.* və 38.2 maddələrinə əsasən 32 saylı Suraxanı üçüncü Secki Dairəsi seçki komissiyasının 29 MSK sədri olduğu nəzərə alınaraq, 0*.07.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək iş yeri üzrə aldığı əmək haqqı saxlanılmaqla vəzifəsindən müvəqqəti azad edilmişdir. *2. Bakı şəhəri *54 saylı tam orta məktəbin İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişindən görünür ki, İddiaçı onunla bağlanmış müddətli əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam veriləcəyi barədə xəbərdarlıq edilmişdir. *3. “Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Əmək müqaviləsi bildirişi”ndən görünür ki, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Əmək müqaviləsinə əmək müqaviləsinin müddətinin qurtarması ilə əlaqədar xitam verilmişdir. *4. Bakı şəhəri *54 saylı tam orta məktəbin xx.xx.2024-cü il tarixli aktından görünür ki, əmək kitabçası İddiaçı təhvil verilmişdir.
İşin faktiki halları
*5. İşin faktiki halları ondan ibarətdir ki, tərəflər arasında daha əvvəl də əmək münasibəti ilə bağlı mübahisə olmuş və həmin mübahisə məhkəmə qaydasında öz həllini tapmışdır. İddiaçı daha əvvəl məhkəmə qaydasında işə bərpa olunandan sonra, 06.**.2023-cü il tarixində onunla yenidən əmək müqaviləsi bağlanmış, bu əmək müqaviləsinin növü müddətli olmaqla, xx.xx.2024-cü il tarixinə qədər müəyyən edilmişdir. xx.xx.2024-cü ildə isə iddiaçı ilə əmək münasibətlərinə xitam verilmişdir. Hazırki iddia tələbində iddiaçı cavabdeh tərəfindən onunla bağlanmış əmək müqaviləsinə qanunsuz və əsassız olaraq xitam verildiyini qeyd edir və bu səbəbdən iddia tələbinin təmin edilməsini xahiş edir. Tələbini onunla əsaslandırır ki, əmək müqaviləsi bildirişində işə başlama tarixi 06.**.2023-cü il, xitamın tarixi isə xx.xx.2024-cü il göstərilmiş, ama eyni zamanda onun əmək kitabçasında onunla xx.xx.2023-cü il tarixdə bağlanmış müddətli əmək müqaviləsi xx.xx.2024-cü ildə bitmiş hesab edilsin qeyd edilmişdir. Hesab edir ki, qeyd edilən hallara görə onun xx.xx.2024-cü ildə əmək müqaviləsinin müddətinin qurtarması ilə işdən çıxarılması qanunsuz olmuşdur. Cavabdeh tərəf isə iddia tələbinə etiraz edir və bildirir ki, tələb tamamilə əsassızdır və təmin edilməməlidir. Cavabdeh tərəf iddiaçının dəlilinə qarşı onu bildirir ki, iddiaçı seçki prosesinə cəlb edildiyi üçün onunla bağlanmış müddətli əmək müqaviləsi seçkilər bitəndən sonra xitam edilmişdir. Ona görə ki, seçki prosesində olan işçinin əmək müqaviləsinə xitam verilə bilməz.
Tətbiq edilən hüquq
*6. Azərbaycan Respublikası Əmək Məcəlləsi
Maddə 45. Əmək müqaviləsinin müddəti *. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır.
2. Əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. Maddə 47. Müddətli əmək müqaviləsi bağlanan hallar f) tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə Maddə 49. Əmək müqaviləsinin hüquqi qüvvəyə minməsi və qüvvədən düşməsi
1. Bu maddənin 2-ci və 3-cü hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsi və ya ona dəyişiklik tərəflərin gücləndirilmiş elektron imzası ilə imzalandıqda, son imzalanma tarixindən əmək müqaviləsi bağlanılmış və ya ona dəyişiklik edilmiş hesab olunur və hüquqi qüvvəyə minir.
5. Bu Məcəllənin 7-ci maddəsinin 2-*-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinə xitam verilməsi bu barədə əmrin (sərəncamın, qərarın) işəgötürən tərəfindən elektron informasiya sisteminə daxil edilərək gücləndirilmiş elektron imza ilə imzalandığı tarixdən hüquqi qüvvəyə minir. Əmək müqaviləsinə xitam verilməsi tarixi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin (sərəncamın, qərarın) imzalandığı tarixdən əvvəlki tarixə (bu Məcəllənin 74-cü maddəsinin *-ci hissəsinin “e” bəndi ilə xitam verilən və həmin maddənin *-*-ci hissəsi ilə xitam verilmiş hesab edilən hallar istisna olmaqla) müəyyən edilə bilməz. Maddə 287. Fərdi əmək mübahisələri anlayışı Fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. Maddə 288. Fərdi əmək mübahisələrinin predmeti Bu Məcəllə ilə aşağıdakı məsələlərin tənzimlənməsi zamanı yaranan fərdi əmək mübahisələrinin həlli nizama salınır: a) əmək müqaviləsinin bağlanması, ləğv edilməsi və ya onun şərtlərinin dəyişdirilməsi; k) əmək müqaviləsinin, habelə kollektiv müqavilənin şərtlərinin və əmək qanunvericiliyinin pozulması ilə bağlı digər məsələlərin tətbiq edilməsi. Maddə 292. İşçinin pozulmuş hüquqlarının bərpasını iddia etmək hüququ *. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. Maddə 9. Əmək müqaviləsi üzrə işçinin əsas hüquqları Əmək müqaviləsi üzrə işçinin aşağıdakı əsas hüquqları vardır: q) əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaq; Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları *. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: b) əmək müqaviləsinin müddətinin qurtarması; Maddə *79. İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar *. İşçi qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada dövlət və ictimai vəzifələrin yerinə yetirilməsinə cəlb edildiyi müddət ərzində iş yeri, vəzifəsi (peşəsi) saxlanılmaqla ona orta əmək haqqı ödənilməlidir.
2. Aşağıdakı hallarda işçinin iş yeri və orta əmək haqqı saxlanılır: m) dövlət və ya bələdiyyə orqanlarının işçiləri seçki qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda nəzarət-təftiş xidmətinə cəlb edildikdə
*7. Azərbaycan Respublikasının Seçki Məcəlləsi:
M a d d ə 2 2 . Seçki komissiyası üzvünün statusu
22.8. Seçki komissiyasının bu Məcəllənin 36.3-cü maddəsində göstərilən bələdiyyə vəzifələrində, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatlarda, idarələrdə və təsisatlarda işləyən həlledici səs hüquqlu üzvləri, seçki komissiyasında fəaliyyəti dövründə özlərinin razılığı olmadan işəgötürənin təşəbbüsü ilə başqa işə keçirilə bilməzlər və ya vəzifələrindən azad oluna bilməzlər.
*8. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3* yanvar 2024-cü il tarixli Qərarı:
Həmin Qərarda qeyd edilir ki, Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin əsas şərti tərəflərin hüquq bərabərliyi və sərbəst iradə ifadələri əsasında belə müqavilənin bağlanmasıdır. Burada əmək münasibətlərinin daha güclü tərəfi olaraq işəgötürənin Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndindən sui-istifadə hallarının qarşısının alınmasının, tərəflərin hüquq bərabərliyinin təmin edilməsinin əsas vasitəsi kimi məhkəmə müdafiəsi mexanizmi çıxış edir. Belə ki, Əmək Məcəlləsinin 9-cu maddəsinə əsasən, işçinin əsas hüquqlarından biri əmək hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək və hüquqi müdafiə olunmaqdır. Habelə həmin Məcəllənin *4-cü maddəsinə görə, qanunverici, icra hakimiyyəti orqanları, eləcə də məhkəmələr əmək münasibətləri subyektləri tərəfindən qanunvericiliyin tələblərinə hər yerdə eyni qaydada və dürüst əməl olunmasını, işçilərin və işəgötürənlərin hüquqlarının pozulmasının qarşısının alınmasını, pozulmuş hüquqların bərpasını təmin etməlidirlər. İşçinin əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş hüquqlarının təmin edilməsi və qanuni mənafelərinin qorunması məqsədilə Konstitusiya Məhkəməsinin Plenumu məhkəmələrin diqqətini ona cəlb etməyi vacib hesab edir ki, müddətli əmək müqaviləsi ilə bağlı işlərə baxılarkən məhkəmələr tərəflərin münasibətlərinin həqiqi xarakterini müəyyən etməli, digər işçilərlə oxşar müqavilələrin bağlanıbbağlanmamasına, müddətsiz əmək müqaviləsi ilə işləyən işçilər üçün nəzərdə tutulmuş təminatların təmin edilməsindən yayınmaq məqsədinin olub-olmamasına diqqət yetirməli, tərəflərin əsl niyyətinin və iradələrinin aşkar edilməsi üçün işin faktiki hallarını və tərəflərin dəlillərini hərtərəfli araşdırmalıdırlar. Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, - Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi həmin maddənin digər bəndlərində nəzərdə tutulmuş hallar olmadığı təqdirdə, tərəflərin hüquq bərabərliyi şəraitində azad iradə ifadələri və qarşılıqlı razılığı əsasında müddətli əmək müqaviləsini bağlamaq imkanını ehtiva etməklə, Konstitusiyanın 25-ci maddəsinin İ hissəsinə və 35-ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğun hesab edilməlidir; - məhkəmələr Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndi ilə bağlı işlərə baxarkən müqavilə tərəflərinin həqiqi iradə ifadələrini bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqelərə uyğun olaraq araşdırıb nəticəyə gəlməlidirlər.
*9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 77. Sübut etmə vəzifəsi 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı 2*7.*. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi
20. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. 2*. Məhkəmə qeyd edir ki, hazırki iddia tələbində iddiaçı onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə AR Əmək Məcəlləsinin tələbləri pozulmaqla xitam verildiyini qeyd etsə də, lakin iş materiallarının araşdırılması nəticəsində müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsi cavabdeh tərəfindən iddiaçıya xəbərdarlıq edilməklə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2 b) bənində uyğun olaraq, yəni əmək müqaviləsi müddətinin bitməsi ilə əlaqədar xitam verilmişdir. Əvvəla qeyd edilməlidir ki, tərəflər arasında qarşılıqlı razılıq əsasında müddətli əmək müqaviləsi bağlanmış və əmək müqaviləsinin qüvvədən düşəcəyi tarix müəyyən edilmişdir. İşin hallarını araşdıraraq, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış müddətli əmək müqaviləsi işçinin əmək qanunvericiliyi ilə müəyyən edilmiş hüquqlarını əsassız məhdudlaşdırmamış, digər işçilərlə müqayisədə onu malik ola biləcəyi təminatlardan məhrum etməmişdir. Bu əsasla, məhkəmə hesab edir ki, tərəflər arasında olan əmək münasibətləri tərəflərin həqiqi iradə ifadələrini əks etdirmişdir. İddiaçının əmək müqaviləsinə xitam verilməsi tarixləri arasındakı ziddiyyətin ona münasibətdə əmək qanunvericiliyinin pozulması olması barədə bildirdikləri ilə məhkəmə razılaşmır. Ona görə ki, işdən göründüyü kimi, müddətli əmək müqaviləsinin qurtardığı tarix xx.xx.2024-cü il müəyyən edilmişdir. 32 saylı Suraxanı İİİ Seçki dairəsinin Dairə Seçki komissiyasının arayışından isə görünür ki, İddiaçı seçki komissiyasına üzv təyin olunmuş və 0*.07.2024cü il tarixindən xx.xx.2024-cü il tarixinədək seçki prosesinə cəlb edilmişdir. Yuxarıda istinad olunan maddi hüquq normalarının tələblərinə əsasən, seçki komissiyasının üzvü seçki komissiyasında fəaliyyəti dövründə özünün razılığı olmadan işdən çıxarıla bilməz. Belə olduğu təqdirdə, müəyyən edilir ki, əmək müqaviləsinə onun müqavilədə göstərildiyi bitmə tarixində, yəni xx.xx.2024-cü ildə qanunla xitam verilə bilməzdi. Müqaviləyə yalnız xx.xx.2024-cü il tarixindən sonra xitam verilə bilərdi, hansı ki, bu tarixdən üç gün sonra müqaviləyə xitam verilmişdir. Məhkəmə hesab edir ki, işəgötürənin hərəkətləri əmək qanunvericiliyi çərçivəsində olmuşdur və mübahisələndirilən əmrin ləğv edilməsi üçün əsaslar yoxdur. İddia tələbinin məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi hissəsini də məhkəmə əsaslı hesab etmir. Ona görə ki, sonuncu əmək münasibətlərinə xitam verilməsi qanuni hesab edildiyinə görə məcburi işburaxma müddəti mövcud deyildir. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in *4.2 və 77.*-ci maddələri). Həmin Məcəlləsinin 78.*-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: *) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Göründüyü kimi hazırki iddia tələbində qeyd olunan hallar öz təsdiqini tapmır və bu səbəbdən iddia tələbi təmin edilə bilməz. Məhkəmə eyni zamanda qeyd edir ki, iddiaçı mediasiya xərcinin cavabdehdən tutulmasını tələb etmişdir. İddia tələbi təmin edilmədiyindən ödənilmiş mediasiya xərci iddiaçının özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə
22. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh Bakı şəhərı̇ *54 saylı tam orta məktəbı̇ nə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməməlidir.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddiaçı cavabdeh Bakı şəhərı̇ *54 saylı tam orta məktəbı̇ nə qarşı əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.