Məhkəmə qərarları › İş №2(010)-585/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-585/2022

28.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-585/2022 28.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Almuradov Ülvi Ramiz oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 01.03.2019-cu il tarixdən hesablanmaqla hazırki iş üzrə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixədək İddiaçı tərəfindən 15.11.2012-ci il tarixli 100.LN.1502.151112 saylı kredit müqaviləsinə əsasən, birgə borca görə Kapital banka ödənilən kredit ödənişi ilə bağlı pul vəsaitinin tərəflərin bu mənzilə paylarına uyğun olaraq Cavabdeh Zakı̇ r qızından tutularaq İddiaçı ödənilməsi, hazırki iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən sonra 15.11.2012-ci il tarixli 100.LN.1502.151112 saylı kredit müqaviləsinə əsasən Kapital Bank ASC-nə olan kredit ödənişlərinin tərəflərin bu mənzilə paylarına uyğun olaraq Cavabdeh Zakı̇ r qızının və İddiaçı vəsaiti hesabına ödənilməsi və iş üzrə ödənilmiş 165 manat dövlət rüsumundan 115 manat hissəsinin və hüquqi xidmətə görə ödənilmiş 250 manat məbləğində pulun Cavabdeh Zakı̇ r qızından tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı cavabdeh xx.xx.1983-cü il təvəllüdlü Nəzərova (Tahirova) Xuraman Zakir qızı ilə (bundan sonra mətn üzrə-Xuraman Zakir qızı) (bilikdə işlədildikdə - Tərəflər adlandırılacaqlar) 04.06.2008-ci il tarixdə rəsmi nikaha girərək ailə qurmuşdur. Cavabdehlə birgə nikahlarından 01,05.2005-ci il təvəllüdlü X3 və 26.01.2007-ci il təvəllüdlü X4 adlı iki övladları dünyaya gəlmişdir. Suraxanı rayon Məhkəməsinin 2(010)-1726/2019 saylı qətnaməsi ilə iddiaçının cavabdeh Xuraman Zakir qızı ilə aralarındakı nikahının pozulması və azyaşlı övladlarının cavabdehin himayəsində saxlanılması qət edilmişdir. Tərəflər arasında Suraxanı rayon Məhkəməsinin icraatında 2(010)-63/2021 saylı mülki iş üzrə (hakim Nərminə Rzayeva) cavabdeh qismində Xuraman Zakir qızına qarşı iddiaçı (İddiaçı anası) X7 tərəfindən irəli sürülmüş iddia ərizəsi üzrə (kompensasiya verilmədən yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və cehiz əşyalarının həmin evdən çıxarılması tələbinə dair) icraat olmuşdur. Həmin iş üzrə 11.08.2021-ci il tarixdə yekun məhkəmə qətnaməsi çıxarılmış, lakin qətnamə tərəflərə rəsmi qaydada 11.11.2021-ci il tarixdə təqdim edilmiş, qanuni qüvvəyə minməmiş, hazırda apelyasiya şikayətinin verilməsi mərhələsindədir. Eyni zamanda, Suraxanı rayon Məhkəməsinin icraatında 2(010)-43/2021 saylı mülki iş üzrə (hakim Tural Məmmədov) iddiaçı qismində Xuraman Zakir qızının iddiası üzrə cavabdehlər (keçmiş həyat yoldaşı) İddiaçı və (keçmiş həyat yoldaşının anası) X5 qarşı birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi və cehiz əşyalarının tələb olunması ilə bağlı mülki işin icraat olmuşdur. Həmin iş üzrə 14.07.2021-ci il tarixdə yekun məhkəmə qətnaməsi çıxarılmış, iş tərəflərin apelyasiya şikayəti əsasında 2(103)-9436//2021 saylı mülki iş olaraq Bakı Apellyasiya Məhkəməsində (hakim Vəfaddin İbayev) baxılmış və hər iki tərəfin şikayətləri bu instansiya məhkəməsində təmin olunmamış, bu iş üzrə də qətnamə qanuni qüvvəyə minməmiş, hazırda kasasiya şikayətinin verilməsi mərhələsindədir. Eyni zamanda, Suraxanı rayon Məhkəməsinin icraatında 2(010)-1107/2020 saylı iş üzrə (hakim Səlimə Miriyeva) cavabdeh Xuraman Zakir qızına qarsı iddiaçı (keçmiş həyat yoldaşı) İddiaçı uşaqla ünsiyyət tələbi ilə bağlı mülki işin icraat olmuşdur. Həmin mülki iş üzrə 02.09.2020-ci il tarixdə yekun məhkəmə qətnaməsi çıxarılmış və qanuni qüvvəyə minmişdir. İşə əlavə olunan Kreditor-ipoteka saxlayan "xxxx" ASC, alıcı-ipoteka qoyan İddiaçı və satıcı X1 arasında bağlanmış 15 noyabr 2012-ci il tarixli, 100.CL.151112.00002/a № li alqı-satqı və ipoteka müqaviləsinə əsasən, ünvan 1 ünvanında, 2 mərtəbəli binanın 2-ci mərtəbəsində yərləşən 10 nömrəli mənzil (bundan sonra mətn üzrə - Mənzil) alıcı-ipoteka qoyanın mülkiyyətinə verilmişdir. İşə əlavə olunan seriya RX ******* № li, 06.12.2012-ci il tarixli Çıxarışdan görünür ki, bu mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Bununla da Xuraman Zakir qızının onun qarşısında icra olunmamış pul öhdəliyi qalmış, habelə birgə borc üçün gələcəkdə həyata keçirilməli olan pul öhdəliyinin hüquqi vəziyyətinin məhkəmə qaydasında təsbit olunmasına zərurət yaranmışdır. Bununla bağlı qeyd edilməlidir ki, mənzillə bağlı ipoteka ödənişlərinin bir hissəsi tərəflərin birgə nikahı müddətində ödənilmişdir. Eyni zamanda qeyd edirik ki, birgə nikah dövründə əldə olunmuş Mənzilə dair payın hansı həcmdə müəyyən olunması digər məhkəmə prosesinin predmetidir, hazırki iddia çərçivəsində araşdırılmır və hazırki iddia tələbi üzrə pul öhdəliklərinə dair mübahisənin aparılmasına təsir etmir. Başqa sözlə desək müxtəlif predmet və əsas təşkil edir. Çünki birgə nikah dövründə tərəflərin əldə etdikləri əmlakda onların payları istənilən halda mütləq şəkildə müəyyən edilir (məhkəmələr tərəfindən ədalət və qanunçuluq prinsipi əsasında bir qayda olaraq paylar bərabər bölünür). Və hazırki iş üzrə Mənzilə dair paya uyğun olaraq icra edilməli olan pul öhdəlikləri vardır. Aydındır ki, mənzilin ipoteka ilə yüklülüyü nəzərə alınmalı və ipoteka borcu tərəflərin paylarına uyğun müəyyən edilməlidir. 15.11.2012-ci il tarixli 100.LN.1502.151112 saylı kredit müqaviləsinə əsasən, Nəzərov X2 Zakir qızı ilə birgə borcları üçün 300 ay müddətinə hər ay 184,74 AZN olmaqla ümumilikdə 55369,15 AZN ödəniş məbləğini (35000 əsas borcu + 20369,15 AZN faiz borcu = 55369,15 AZN ödəniş məbləğini) banka ödəməlidir. 01.12.2012-ci il tarixindən 01.02.2019-cu il tarixədək İddiaçı tərəfindən birgə borca görə 75 ay üçün (6 il 3 ay) 13816,6 AZN ödəniş edilmiş, 41552,55 AZN birgə borc qalmışdır. 01.03.2019-cu il tarixdən 01.12.2021 -ci il tarixədək 33 ay ərzində İddiaçı tərəfindən İddiaçı şəxsi vəsaiti hesabına 6096,42 AZN ödəniş edilmişdir, hansında ki, birgə borclu Xuraman Zakir qızı öz borc payına nisbətdə öhdəliyini qanunsuz olaraq icra etmək istəmir. 01.12.2021-ci il tarixdən 01.11.2037-ci il tarixədək 35456,13 AZN birgə pul borcu öhdəliyi qalmışdır. Məlumdur ki, Ailə Məcəlləsinin 37.3-cü maddəsinin tələblərinə görə ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Tərəflər arasındakı nikahın faktiki olaraq 01.02.2019-cu il tarixdən pozulduğu nəzərə alındıqda müqavilə üzrə hesabdan çıxarışa əsasən müəyyən edilir ki, 01.03.2019- cu il tarixdən 01.12.2021-ci il tarixədək İddiaçı tərəfindən şəxsi vəsaiti hesabına tək şəkildə aylıq 184,74 manat olmaqla ödənilmişdir. Bu ödəniş sabit şəkildə aylıq olaraq bankın müvafiq hesabına ödənişin İddiaçı vəsaiti hesabına ödənilməsi ilə həyata keçirilir. Hesab edilir ki, nikahın pozulmasından sonra iddiaçı tərəfindən məhkəmə qətnaməsinin qəbul ediləcəyi tarixədək edilmiş ödənişlərin də yarısı borclu Xuraman Zakir qızından tutularaq iddiaçıya ödənilməlidir. Tərəflərin qalıq borcdakı paylarının bərabər olduğunu, 2021-ci ilin noyabr ayı da, daxil olmaqla ödənişlərin İddiaçı tərəfindən tək həyata keçirildiyini və Ailə Məcəlləsinin 37.3-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edilir ki, müqavilə üzrə 01.03.2019-cu il tarixdən etibarən aylıq ödənişlərin yarı hissəsinin ödənilməsi öhdəliyi Xuraman Zakir qızının üzərinə qoyulmalıdır. Həmçinin, müqavilənin onunla bağlanıldığını nəzərə alaraq hesab edilir ki, Xuraman Zakir qızı tərəfindən aparılmalı (amma aparılmamış) ödənişlər ona verilməlidir. Xuraman Zakir qızı tərəfindən aparılmalı (amma aparılmamış) ödənişlərin məbləği isə aylıq ödənilməli olan məbləğin (184 AZN 74 qəpik) yarı hissəsi şəklində 92,37 manat (92 manat 37 qəpik) təşkil edir. Hüquqi xidmətlərin göstərilməsi üçün iddiaçı tərəfindən vəkillə müqavilə bağlanılmış və ona 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti ödənilmişdir. Həmçinin, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün 50 AZN dövlət rüsumu və 50 (əlli) manat məbləğində mediasiya ödənişi də ödənilmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkli İddiaçı iddia ərizəsində qeyd edilənlərə uyğun izahat verib, ailə qanunvericiliyinin normalarına əsaslanmaqla, məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iddia tələbi ilə razı olmadığını bildirərək, ödənişlərin iddiaçı tərəfindən aparıldığının sübut edilmədiyini, həmin mənzilin yerləşdiyi binanın isə sökülməli olan binalar kateqoriyasına aid olduğunu qeyd etdi və iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərfləri dinləyib iş materiallarını araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Məhkəmə aktlarından və nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə Cavabdeh 04.06.2008-ci il tarixində nikaha daxil olmuşlar, onların nikahları 26.11.2019-cu ildə pozulmuşdur. -15.11.2012-ci il tarixli, 100.LN.1502.151112.00002 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən İddiaçı 300 ay müddətinə, illik 4 % olmaqla 35.000 manat məbləğində kredit verilmişdir. Həmin kredit məbləği ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 51.5 kvadrat metr olan 10 nömrəli mənzilin alınması məqsədilə verilmiş və bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. - 06.12.2012-ci il tarixli, ******* nömrəli AR DƏDRX-nin çıxarışından görünür ki, ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 51.5 kvadrat metr olan 10 nömrəli mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, İddiaçı tərəfindən yuxarıda qeyd edilmiş kredit müqaviləsi üzrə müvafiq ödənişlər həyata keçirmişdir. İş materiallarında olan "xxxx" ASC-nin 961/112 nömrəli, 23.11.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı 15.11.2012-ci il tarixli, 100.LN.1502.151112.00002 nömrəli kredit müqaviləsi üzrə həmin tarixə olan borcu 26168.06 manat təşkil edir. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, tərflər birgə nikah dövründə "xxxx" ASC ilə İddiaçı arasında bağlanmış 15.11.2012-ci il tarixli, 100.LN.1502.151112.00002 nömrəli kredit müqaviləsi üzrə verilmiş kredit məbləği vasitəsilə ünvan 2 ünvanında yerləşən və ümumi sahəsi 51.5 kvadrat metr olan 10 nömrəli mənzili əldə etmiş və həmin mənzil "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. 26.11.2019-cu il tarixdə İddiaçı ilə Cavabdeh arasında olan nikah pozulmuşdur. Tərəflər arasında birgə nikah dövründə əldə edilmiş əmlakın bölüşdürülməsi ilə bağlı məhkəmə çəkişməsi olmuş, sözügedən mənzil tərəflər arasında ½ hissədə bölünmüşdür. Tərəflərin qeyd edilən mənzili birgə nikah dövründə ipoteka müqaviləsi əsasında əldə etmələri işin mübahisəsiz halıdır. İşin mübahisəli halını, mənzilin yerləşdiyi binanın sökülməli olan binalara aid edildiyi, həmin mənzilin iddiaçı tərəfindən kirayə verildiyi və gəlir əldə edildiyi barədə cavabdehin etirazları təşkil edir. AR Ailə Məcəlləsinin 37.1-ci maddəsinə görə, ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə görə, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32 və 36-cı maddələri baxımından həmin məcəllənin 37.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 iyul 2021-ci il tarixli Qərarında qeyd edilir ki, ərarvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və ya intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri, ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və nikah dövründə ərarvadın qazandığı hər hansı sair əmlak daxildir. Qanunverici əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə tərəflərin qazandığı əmlakın onların ümumi birgə mülkiyyətini təşkil etdiyini təsbit etmişdir (Ailə Məcəlləsinin 32.2.1 və 32.2.2-ci maddələri). Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, nikah dövründə ər və ya arvadın kredit müəssisələrindən aldığı kreditin onların ümumi birgə əmlakına daxil olubolmaması məsələsi ilə bağlı ilk növbədə əşya hüquq institutunun əmlak anlayışına aydınlıq gətirilməlidir. Əmlak anlayışı bir əşyanı və ya maddi dəyəri olan konkret bir subyektiv hüququ deyil, bir şəxsə mənsub maddi dəyəri olan bütün subyektiv hüquqların və öhdəliklərin cəmini ifadə edir. Yəni mülki hüquqda əmlak anlayışı şəxsin bütöv iqtisadi vəziyyətini ifadə edir. Mülki Məcəllənin 391-ci maddəsində də tərəflərdən birinin özünün bütün gələcək əmlakını və ya onun bir hissəsini digər tərəfə verməyi, yaxud onu uzufruktla yüklü etməyi öhdəsinə götürdüyü müqavilənin etibarsızlığı ilə bağlı müddəasında əmlak sözü məhz bu mənanı ifadə edir. Həmçinin Mülki Məcəllənin 6.1.3-cü maddəsində mülki qanunvericiliyin prinsipləri içərisində xüsusi qeyd olunan mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi prinsipində də əmlak ifadəsi bu mənada istifadə olunmuşdur. Mülki Məcəllənin qeyd edilən maddəsində nəzərdə tutulan bu prinsiplə hər bir şəxsin (subyektin) digər şəxslərdən ayrı və müstəqil olaraq iqtisadi varlığa malik olduğu, bir subyekt olaraq ayrı və müstəqil şəkildə mülki hüquq və öhdəliklərin tərəfi (subyekti) olduğu vurğulanır. Bunun məntiqi nəticəsi olaraq Mülki Məcəllənin 1151.1-ci maddəsində vəfat edən fiziki şəxsdən qalan əmlakı ifadə edən miras əmlak müddəası da məhz bu mənada istifadə olunmuşdur. Beləliklə, şəxsə (hüquqi və ya fiziki şəxsə) mənsub maddi dəyərə malik olan bütün haqlar (hüquqlar) əmlakın aktiv qismini, iqtisadi mahiyyət kəsb edən öhdəliklər isə onun (əmlakın) passiv qismini təşkil edir. Konstitusiya Məhkəməsi Plenumunun S.Nuriyev və H.Nuriyevanın şikayəti üzrə 2017-ci il 12 iyul tarixli Qərarında bununla bağlı qeyd edilmişdir ki, əmlak anlayışı yalnız əşyanı deyil, həmçinin əmlak hüquqlarını, ərin (arvadın) ümumi mülkiyyət üzərində sərəncam verməsi nəticəsində əmələ gələn vəzifələrini də əhatə edir. Ərin (arvadın) ümumi əmlakının qanuni rejiminin tərkibinə ümumi birgə mülkiyyət əsasında onlara məxsus obyektlər, özündə tələb hüququ ilə yanaşı borcları (aktiv və passiv) ehtiva edən ümumi öhdəliklər də daxildir. Qanunverici Mülki Məcəllənin 225-ci, Ailə Məcəlləsinin 31 və 32-ci maddələri ilə ərarvadın birgə nikah dövründə qazandığı əmlakın ümumiliyi prezumpsiyasını müəyyən etdiyindən, onların kimin adına olmasından asılı olmayaraq ailə ehtiyaclarının təmin edilməsi məqsədilə əldə etdiyi əmlak xarakterli öhdəliklər də ümumi birgə əmlaka daxil olmaqla hər ikisi üçün vəzifələr yaradır. Beləliklə, qeyd edilən maddi hüquq normalarından və Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən aydın olur ki, tərəflərin birgə nikah dövründə əldə etdikləri və məhkəmə qətnaməsi ilə birgə mülkiyyət sayılan mənzilin ipoteka borcu da tərəflərin birgə öhdəliyi hesab edilməlidir. Buna münasibətdə cavabdeh tərəfin etirazlarını məhkəmə əsaslı hesab etmir. İpoteka borcunun hansı tarixdən cavabdehdən payına mütənasib tutulmalı olması ilə bağlı məhkəmə, iddia tələbində göstərilmiş 01.03.2019-cu il tarixini əsaslı hesab edir. Belə ki, işə əlavə edilmiş məhkəmə aktları ilə sübut olunur ki, 2019-cu ilin mart ayında tərəflərin münasibətləri artıq pozulmuşdur və onlar ayrı yaşayırdılar. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı cavabdehlə münasibətlərinin pozulduğu vaxtdan hazırkı dövrə kimi ipoteka borcunu ödəməkdədir. Hazırkı iş üzrə qəbul edilən qətnamənin apellyasiya şikayəti veriləcəyi təqdirdə nə vaxt qüvvəyə minəcəyi bəlli olmadığına görə, İddiaçı ipoteka müqaviləsi üzrə birtərəfli qaydada hansı məbləğdə ödəniş edəcəyini də təyin etmək mümkün deyil. Ona görə də, məhkəmə hesab edir ki, 01.03.2019-cu il tarixindən hesablanmaqla, hazırkı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixədək İddiaçı tərəfindən 15.11.2012-ci il tarixli, 100.LN.1502.151112 saylı kredit müqaviləsi üzrə birgə borca görə ödənilən kredit ödənişi tərəflərin bu mənzilə dair paylarına uyğun olaraq Cavabdeh onun payı həcmində tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə, iddia tələbinin ikinci hissəsini də əsaslı sayır və qeyd edir ki, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən etibarən qeyd edilən kredit müqaviləsi üzrə kredit ödənişləri tərəflərin mənzilə dair paylarına uyğun olaraq İddiaçı və Cavabdeh vəsaiti hesabına ödənilməlidir. Məhkəmə iddia tələbini hüquqi xidmətə görə 250 manatın cavabdehdən tutulması hissəsində əsassız sayır. Belə ki, tələb bu hissədə tutarlı dəlillərlə sübut edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası MPM-in 119.1ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia qismən təmin edildiyindən hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət 173 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin müvafiq madddələrini rəhbər tutaraq məhkəmə, Qət etdi: İddia qismən təmin edilsin. 01.03.2019-cu il tarixdən hesablanmaqla hazırki iş üzrə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi tarixədək İddiaçı tərəfindən 15.11.2012-ci il tarixli 100.LN.1502.151112 saylı kredit müqaviləsinə əsasən, ipoteka predmeti olan Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 59 saylı evin 10 saylı mənzilinə görə Kapital Bank ASC-nə ödənilən kredit ödənişi ilə bağlı pul vəsaitinin 1/2 hissəsi Cavabdeh Zakı̇ r qızından tutularaq İddiaçı ödənilsin. Hazırki iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən sonra 15.11.2012-ci il tarixli 100.LN.1502.151112 saylı kredit müqaviləsinə əsasən Kapital Bank ASC-nə olan kredit ödənişləri 1/2 hissədə İddiaçı, 1/2 hissədə Cavabdeh Zakı̇ r qızının vəsaiti hesabına ödənilsin. İş üzrə ödənilmiş 173 manat məbləğində dövlət rüsumu Cavabdeh Zakı̇ r qızından tutularaq İddiaçı ödənilsin. İddia hüquqi xidmətə görə 250 manat məbləğində pul vəsaitinin Cavabdeh tutulması hissəsində təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar