Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-590/2025 05.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi X*9 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Tələb. *. Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mərhum qayınanası Babayeva (Xəlilova) Vera Həsən qızının *929-cu ildə Bərdə şəhərində anadan olması, atasının X*5, anasının isə X4ması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin dəlilləri.
2. Tələb onunla əsaslandırılmışdır ki, o, Ərizəçi X9 ilə 22 fevral *986-cı il tarixdə nikah münasibətlərinə daxil olmuşdur. Həyat yoldaşı 25 yanvar 20*8-ci il tarixdə vəfat etmişdir. Hal-hazırda həyat yoldaşının nənəsindən - X*, yuxarıda ünvanı qeyd olunmuş əmlaka dair sənədlərin rəsmiləşdirilməsi məqsədilə vərəsəlik işi üzrə icraat aparılır. Lakin icraat zamanı notariat ofisi tərəfindən müvafiq şəxslərin doğum haqqında şəhadətnamələri onlardan tələb edilərkən mərhum qayınanası - Babayeva (Xəlilova) Vera Həsən qızının doğum haqqında şəhadətnaməsini tapa bilmədiklərindən təqdim etmələri mümkün olmamışdır. Bununla bağlı arxiv sənədlərinin axtarışı məqsədilə aidiyyatı orqanlara sorğu göndərsələr belə, uğurlu bir nəticə əldə edə bilməmişlər.
Tərəflərin izahatları.
3. İş üzrə maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumtlandırılsa da, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
4. Məhkəmə iclasında Ərizəçi ərizədə qeyd olunanlara uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
İş materialları.
5. İ-ИЕ seriyalı, 29564* nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X*5 ilə X6 rəsmi nikaha daxil olmuşlar.
6. İİ-ЖГ seriyalı, 292*90 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 *6.0*.*98*-ci il tarixdə vəfat etmişdir.
7. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X*6 ilə X*7 arasında 29.0*.*949-cu il tarixdə nikah bağlanmışdır. Nikaha daxil olduqdan sonra arvada Babayeva soyadı verilmişdir.
8. İİ-ЖГ seriyalı, 36*989 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*8 3*.07.*982-ci il tarixdə vəfat etmişdir.
9. İİ-ЖГ seriyalı, 384659 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*6 03.*0.*983-cü il tarixdə vəfat etmişdir. *0. İ-ИЕ seriyalı, 9**504 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 *8.04.*960-cı il tarixdə anadan olmuşdur. X2, anası X*0r. **. İİİ-ЖГ seriyalı, 496458 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X9 ilə X** arasında 22.02.*986-cı il tarixdə nikah bağlanmışdır. Nikaha daxil olduqdan sonra arvada Babayeva soyadı verilmişdir. *2. AZ-İ seriyalı, 923497 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 25.0*.20*8-ci il tarixdə vəfat etmişdir. *3. Bərdə rayon Dövlət Arxivinin *6.*0.2024-cü il tarixli arxiv arayışından görünür ki, rayon Dövlət Arxivində 24* saylı fondda mühafizə edilən Maraqlı şəxs *929-cu ilə aid doğum aktları yoxlanılarkən vətəndaş Babayeva/X7 doğum aktına rast gəlinməmişdir. *4. AR Dövlət Arxivinin Ərizəçi ünvanlanmış 28.*0.2024-cü il tarixli məktubundan görünür ki, “AR ƏN yanında notariat və vətəndaşlıq vəziyyəti aktları idarəsi”nin *929-cu ilə dair Bərdə rayonu üzrə doğum haqqında qeydiyyat kitablarının arxivə dövlət mühafizəsinə verilməməsi səbəbindən Babayeva (Xəlilova) Vera Həsən qızının təvəllüdü haqqında akt qeydinin axtarışının aparılması imkan xaricindədir. *5. Məhkəmə iclasında şahid qismində dindirilən X*2 bildirdi ki, Ərizəçi qonşusudur. Uzun müddətdir ki, onu tanıyır. Onun həyat yoldaşı Suliddin idi, vəfat etmişdir. Reyhanın qaynanasının adı Vera idi və *982-ci il tarixdə vəfat etmişdir. *6. Məhkəmə iclasında şahid qismində dindirilən X8 bildirdi ki, Ərizəçi qonşusudur. Uzun müddətdir ki, onu tanıyır. Eyni zamanda Veranı da görmüşdür və tanıyırdı. Daha sonra vəfat etmişdir.
İşin faktiki halları.
*7. İşin halları ondan ibarətdir ki, Ərizəçi X9 ilə rəsmi nikaha daxil olmuşdur. Həyat yoldaşı X9 25.0*.20*8-ci il tarixdə vəfat etmişdir. Hazırki tələbində ərizəçi qaynanasının, yəni mərhum həyat yoldaşının anası Babayeva (Xəlilova) Vera Həsən qızının doğum faktının müəyyən edilməsini xahiş edir.
Tətbiq edilən hüquq.
*8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi.
Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2.**. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
*9. Azərbaycan Respublikası Ailə Məcəlləsi.
Maddə 44. Uşağın mənşəyinin müəyyən edilməsi 44.*. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.
20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası.
2.*. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.5. Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.*. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd. 2.6. Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.*9-cu və 2.*9-*-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. 2.6-*. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *66.2-*-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən doğumun ilkin uçotu aparılır.
2*. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.
4.3. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.
Məhkəmənin mövqeyi.
22. Ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır.
23. Məhkəmə qeyd edir ki, ərizəçi hazırki ərizəsində qaynanası, yəni mərhum həyat yoldaşı X5 anası Babayeva (Xəlilova) Vera Həsən qızının doğum faktının müəyyən edilməsini xahiş edir. Həyat yoldaşı X9 25.0*.20*8-ci il tarixdə, qaynanası Babayeva (Xəlilova) Vera Həsən qızı isə *982-ci il tarixdə vəfat etmişdir. Ərizəçi tərəfindən müvafiq orqanlara Babayeva (Xəlilova) Vera Həsən qızının doğumu haqqında sənədinin verilməsi ilə bağlı müraciətlər olsa da, lakin sənədin əldə edilməsi mümkün olmamışdır. Məhkəmə tərəfindən iş materiallarının araşdırılması və şahid ifadələri nəticəsində müəyyən edildi ki, Babayeva (Xəlilova) Vera Həsən qızı *929-cu il tarixdə doğulmuş, atası X*5 və anası X4muşdur.
24. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Ona görə ki, ərizəçi hazırkı vəziyyətdə digər qaydada doğum haqqında şəhadətnamə ala bilməyəcəkdir.
Məhkəmənin gəldiyi nəticə.
25. Beləliklə, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Babayeva (Xəlilova) Vera Həsən qızının *929-cu il tarixdə Bərdə şəhərində doğulması, atasının X*5, anasının X4ması faktı müəyyən edilməlidir.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi: Ərizə təmin edilsin. Babayeva (Xəlilova) Vera Həsən qızının *929-cu il tarixdə Bərdə şəhərində doğulması, atasının X*5, anasının X4ması faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.