Məhkəmə qərarları › İş №2(010)-597/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-597/2023

06.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-597/2023 06.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X* iclas katibliyi, Ərizəçi və Maraqlı şəxs2 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə (maraqlı şəxs qismində cəlb edilmiş Maraqlı şəxs2) qarşı “doğum faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin tələbi. *. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2022-ci il tarixdə anadan olmuş qızı Sonanın doğum yeri Bakı şəhəri, doğum tarixi xx.xx.2022-ci il, atası Maraqlı şəxs2, anası ərizəçi göstərilməklə doğum faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki: “Mən Ərizəçi *4.07.2007-ci il tarixdə xx.xx.*986-cı il təvəllüdlü Maraqlı şəxs2 ilə nikaha daxil olmuşam. Birgə nikahdan xx.xx.2022-ci il tarixdə anadan olmuş qız övladımız Sonanın doğum akt qeydinin aparılması və doğum haqqında şəhadətnamənin verilməsinə dair Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etmişik. Lakin Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən doğum akt qeydinin aparılmasından və doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bununla xx.xx.2022-ci il tarixdə anadan olmuş övladımız Sonanın doğum akt qeydini təsdiq edən sənədi əldə edə bilməmişik. Buna görə də doğum faktının müəyyən edilməsinə dair hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışıq”.

Tərəflərin izahatları.

3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, Maraqlı şəxs2 ilə 2007-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişdir. Həmin nikahdan üç uşaqları dünyaya gəlmişdir. Birinci övladı 2009-cu ildə, ikinci övladı 20**-ci ildə, üçüncü övladı isə 2022-ci ildə doğulmuşdur. İlk iki uşağı üçün doğum haqqında şəhadətnamə almış, lakin sonuncu uşaq evdə doğulduğu üçün doğum haqqında şəhadətnaməsini ala bilməmişlər. Uşağın evdə doğulmasına səbəb doğuş sancısının yalançı olduğunu hesab etməsi olmuşdur. Belə ki, ondan əvvəl də 2-3 dəfə sancısı olmuş, həkimi Təranə xanımın yanına getmişdir. Təranə xanım ona bildirmişdir ki, doğuş zamanı sancıların arasındakı müddət *5-20 dəqiqə olur. Bundan sonra o, evə gəlib gözləməyə başlamışdır. Təxminən *0-*5 gün sonra sancıları başlamışdır. Qəflətən doğuş başladığından o, balaca oğlundan qonşuları köməyə çağırmasını istəmişdir. Oğlu Fərid qonşusu Almaz xalanı köməyə çağırmışdır. Sonradan özünə gəlmiş və görmüşdür ki, Gülü, Şahnaz və Xurşud xala onun yanındadırlar. Uşağın doğulmasına Xurşud xala kömək etmişdir. Həyat yoldaşı Xəyal da həmin vaxt həyətdə olmuşdur. Ağrıları olmadığı üçün təcili tibbi yardıma zəng etməmişlər. Sonradan bilmişdir ki, təcili tibbi yardım onları aparmalı imiş. Doğuşdan 2-3 gün sonra sahə həkimi Cəmilə xanım gəlib uşağa baxaraq sağlamlığını yoxlamışdır. İndi də uşağın qeydiyyat salınması üçün doğum haqqında şəhadətnamə istəyir. Bu səbəbdən hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

4. Məhkəmə iclasında maraqlı şəxs qismində işə cəlb edilmiş Maraqlı şəxs2 bildirdi ki, təcrübəsiz olduqları üçün doğuş vaxtı təcili tibbi yardıma zəng vurmamışlar. Uşaq xx.xx.2022-ci il tarixdə təxminən saat 2-3 radələrində doğulmuş və həmin vaxt o özü evin həyətində olmuşdur. Qonşulardan Xurşud, Almaz və Şahnaz evdən çıxaraq qızı olduğunu bildirmiş və onu həyətdə təbrik etmişlər. Qızı olduğuna görə çox sevinmişdir. Uşağın ata adı kimi öz adının qeyd edilməsini istəyir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir.

İş materialları.

6. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 752/05-75 nömrəli məktubdan görünür ki, doğumun qeydiyyata alınması üçün sənədlər təqdim edilmədiyindən doğum haqqında şəhadətnamə verilməsinə dair Ərizəçi ona müraciətindən imtina edilmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir.

7. Kəlbəcər rayon VVADQ Şöbəsi tərəfindən *4.07.2007-ci il tarixdə verilmiş AZ-İ seriyalı, 304896 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs2 və X3 arasında *4.07.2007-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə *62 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Alıyeva soyadı verilmişdir.

8. *5 saylı Birləşmiş Şəhər Xəstəxanasının qadın məsləhətxanası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, *57 saylı arayışın surətindən görünür ki, Ərizəçi həqiqətən **.03.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər 29-30 həftəlik hamiləlik dəyişmə vərəqəsini götürmüş, *5 saylı Birləşmiş Şəhər Xəstəxanasının Qadın Məsləhətxanasında müayinə olmuşdur.

Şahid ifadələri.

9. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X2 bildirmişdir ki, ərizəçi ilə ** ildir ki, qonşudurlar. Ərizəçinin uşağının doğulduğu vaxt yay ayları - təxminən iyul ayı olmuşdur. Öz qızının da həmin vaxtlarda ad günü olduğu üçün yaxşı xatırlayır. Günorta təxminən saat birdə onun oğlu ilə ərizəçinin oğlu Fərid həyətdə oynayarkən oğlu ona Fəridin bacısı olduğunu demişdir. Daha sonra bu barədə Fəriddən soruşmuş, o da bacısı olduğunu təsdiqləmişdir. Bundan sonra o, dərhal Zeynəbgilə getmiş və evə çatdıqda artıq uşağın doğulduğunu, Xurşud xalanın əlində olduğunu görmüşdür. Həmin vaxt öz evində qonaqları olduğu üçün 5-*0 dəqiqədən sonra evə qayıtmışdır. Bu uşaqdan başqa Zeynəbin iki oğlu var və həmin uşaqların da atası Xəyaldır. Onlar birlikdə yaşayırlar. Doğuşdan əvvəl Zeynəb uzun müddət sancı çəkmiş, lakin doğuş qəfil baş vermişdir. Onlar qızın adını Sona qoymuşlar. *0. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X6 bildirmişdir ki, ərizəçi Zeynəblə 25 ildir qonşudurlar. Evində oturan zaman Zeynəbin balaca oğlu onu evlərinə köməyə çağırmış, həmçinin Almaz da gələrək Zeynəbin uşağının dünyaya gəldiyini demişdir. Dərhal Zeynəbgilə getmiş, uşağın doğuşu çox rahat keçmiş və göbəyini də özü kəsmişdir. Sonra qonşulardan Şahnaz və Gülü də gəlmişdir. Qız doğulduqdan sonra ona Sona adını vermişlər. **. Məhkəmə iclasında şahid kimi ifadə vermiş X4 bildirmişdir ki, ərizəçi Zeynəblə təxminən *2 ildir ki, qonşudurlar. Zeynəbin qızı iyul ayının 4-də doğulmuşdur. Onun öz qızının ad günü iyulun 6-sı olduğundan həmin günü xatırlayır. Doğuşda şəxsən iştirak etmişdir. Belə ki, doğuşun başladığını bilən kimi Xurşud xalanı çağırmış, özü də onunla birlikdə Zeynəbgilə getmişdir. Zeynəbin həyat yoldaşı Xəyal həmin vaxt həyətdə avtomobil düzəltməkdə olmuşdur. Onların evə çatması ilə uşağın doğulması bir olmuşdur. Uşağın adını Sona qoymuşlar və onu qonşuluqda tez-tez görür.

İşin faktiki halları.

*2. Ərizəçi xx.xx.2022-ci il tarixdə qızı doğulmuşdur. Uşağın doğumu ev şəraitində baş tutmuş, doğuşun baş tutması heç bir həkim tərəfindən təsdiq edilməmiş, hazırkı tarixədək ərizəçinin qızının doğum faktını təsdiq edən heç bir sənəd əldə edilə bilməmişdir. Bu səbəbdən ərizəçi tərəfindən hazırkı ərizə ilə məhkəməyə müraciət edilərək uşağın doğum faktının təsdiq edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında maraqlı şəxs qismində cəlb edilmiş uşağın atası Maraqlı şəxs2 və uşağın doğuşunda iştirak etmiş şahidlər qeyd edilənləri təsdiqləmişdir.

Tətbiq edilən hüquq.

*3. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsi.

Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır ... *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *66. Doğumun qeydə alınması qaydası. *66.*. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. *66.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. *4. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.**. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

Məhkəmənin mövqeyi.

*5. Ərizəçinin xahişindən görünür ki, o, məhkəmədən xx.xx.2022-ci il tarixdə Bakı şəhərində Maraqlı şəxs2 Sona adlı qızının doğulması faktının müəyyən edilməsini xahiş edir. Yəni, hazırkı ərizə şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, şəxsin doğulması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. *6. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçi xx.xx.2022-ci il tarixdə tibb müəssisəsindən kənarda, ev şəraitində qız uşağı dünyaya gətirmişdir. Ərizəçinin həmin tarixdə ev şəraitində uşaq dünyaya gətirdiyini məhkəmə iclasında iştirak edən şahidlər də təsdiq etmiş, bu şahidlərdən ikisi doğuşda birbaşa iştirak edərək doğuşun baş tutmasına kömək edən şəxslər olmuşdur. Lakin uşaq tibb müəssisəsindən kənarda doğulduğundan ərizəçi doğumu təsdiq edən tibbi sənəd ala bilməmiş, elə bu səbəbdən vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etmişdir. *7. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2.04.20*9-cu il tarixli qərarının 4.3-cü bəndində qeyd edilmişdir ki, uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. *8. Məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ərizəçinin qızının doğum faktının mövcudluğunu təsdiq edən kifayət qədər mötəbər və təkzibedilməz sübutlar məhkəməyə təqdim edilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən şahidlər ərizəçinin həmin tarixdə ev şəraitində qız uşağı dünyaya gətirməsi ilə bağlı bir-biri ilə üstüstə düşən məzmunda ifadələr vermişlər. Eyni zamanda həmin tarixlərdə ərizəçinin hamilə kimi müayinədən keçdiyini təsdiq edən sənəd də iş materiallarına əlavə edilmişdir. *9. Ərizədə həm də uşağın atasının Maraqlı şəxs2 olmasının müəyyən edilməsi xahiş edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, maraqlı şəxs qismində işə cəlb edilmiş və ərizəçi ilə rəsmi nikahda olan Maraqlı şəxs2 məhkəmə iclasında izahat vermiş və izahatında uşağın atası olduğunu və doğum haqqında şəhadətnamədə uşağın atası kimi qeyd edilmək istədiyini bildirmişdir. Məhkəmə iclasında dinlənilən şahidlər də uşağın atasının həmin şəxs olduğunu təsdiqləmişlər.

20. Belə olan halda məhkəmə hesab edir ki, Ərizəçi xx.xx.2022-ci il tarixdə Bakı şəhərində Maraqlı şəxs2 Sona adlı qızının doğulması faktı müəyyən edilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

2*. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.2022-ci il tarixdə Bakı şəhərində Maraqlı şəxs2 Sona adlı qızının doğulması faktı müəyyən edilməlidir.

22. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. Ərizəçi xx.xx.2022-ci il tarixdə Bakı şəhərində Maraqlı şəxs2 Sona adlı qızının doğulması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar