Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-6/2022 04.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas kаtibliyi, İddiaçının nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə, İddiaçı “X6 Kompani S.A” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikililərin sökülməsi torpaq sahəsinin qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı “X6 Kompani S.A” Şirkəti Cavabdeh qarşı “özbaşına tikililərin sökülməsi torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Suraxanı rayonu, Əmircan qəsəbəsi, 39 T 415639.00 m B 4474408.00 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində yerləşən tikilinin özbaşına tikili sayılara sökülməsi, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyinin istifadəsinə qaytarılması, ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq "xxxx" ASC Suraxanı filialının AZ69AİİB**********012467119 №-li hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30.11.2018-ci il tarixli, 2(010)-6235/2018 saylı qərardadı ilə iddiaçı “X6 Kompani S.A” Şirkətinin cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı Suraxanı rayon İcra Hakimiyyəti başçısının 776 nömrəli, 22.07.1996cı il tarixli sərəncamının ləğv edilməsinə dair iddia tələbi üzrə mülki işə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılıb qurtaranadək və həmin iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək hazırda Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan iddiaçı "xxxx" Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və torpaq sahəsinin qaytarılması”tələbinə dair mülki iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İcraatın dayandırılmasına zərurət aradan qalxdıqdan sonra, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16.02.2022-ci il tarixli, 2(010)-6/2022 saylı qərardadı ilə iş üzr icraat təzələnmiş, məhkəmə iclası təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Həmçinin, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanmadığına görə baxılmamış saxlanılmasına etiraz etdiyini bildirdi. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, iddianın təmin edilməməsini xahiş etdi. Həmçinin, bildirdi ki, iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.3-cü maddəsinin tələbinə əsasən baxılmamış saxlanılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkləməsinin İnzibati Kollegiyasının 27.02.2020-ci il tarixli, 2-1(103)-468/2020 saylı qərardadından görünür ki, “X6 Kompani S.A” Şirkəti tərəfindən 22 noyabr 2017-ci il tarixdə verilmiş ümumi etibarnamədə Panama Respublikasının qanunları əsasında qanuni olaraq təsis olunan Şirkətin Direktorlar Şurasının qərarı ilə Şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə direktor (menecer) vəzifəsinə təyin edilmiş Pakistan vətəndaşı Pervaiz Naveedə Şirkətin adından 16 bənddən ibarət işlərin yerinə yetirilməsi üçün səlahiyyət verilmişdir. Hazırkı iddia ərizəsi isə “X6 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin icraaçı direktoru Arzu Sarıbalayev tərəfindən imzalanmışdır. Halbuki, şirkətin və eləcə də onun Azərbaycan Respublikasındakı Nümayəndəliyinin adından Arzu Sarıbalayevə iddia ərizəsi vermək və onu imzalamaq səlahiyyəti verilməmiş, bununla bağlı hər hansı sənəd iş materiallarına əlavə edilməmiş, eləcə də məhkəməyə təqdim edilməmişdir. İş materiallarına əlavə edilmiş X1 adına verilmiş 21 dekabr 2017-ci il tarixli etibarnamə isə şirkətin adından yox, Pervaiz Naveed tərəfindən verilmiş və həmin etibarnamə Bakı şəhəri 50 saylı notariat kontorunda 7E-19037 nömrəsi ilə qeydə alınaraq təsdiq edilmişdir. Halbuki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 73.4-cü maddəsinə əsasən, hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.3.-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Bundan başqa, məhkəmə qeyd edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26.09.2018-ci il tarixli, 2(010)-6235/2018 saylı qərardadına əsasən, iddiaçı “X6 Kompani S.A” Şirkətinin ərizəsi təmin edilmiş, iş üzrə qətnamə çıxarılanadək Cavabdeh Suraxanı rayonu, Əmircan qəsəbəsi, 39 T 415639.00 m B 4474408.00 m C koordinatları üzrə yerləşən torpaq sahəsində tikinti işlərini davam etdirmək qadağan edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.3-cü maddəsinə əsasən, iddia rədd edildikdə, baxılmamış saxlanıldıqda və ya iş üzrə icraata xitam verildikdə məhkəmənin tətbiq etdiyi müvəqqəti təminat tədbiri məhkəmə aktı qanuni qüvvəyə minənə qədər saxlanılır. Məhkəmə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, müvəqqəti təminat tədbirinin ləğv edilməsi haqqında qərardad çıxara bilər. Məhkəmə hesab edir ki, hazırda iddia ərizəsi baxılmamış saxlanıldığından müvafiq iddianı təmin etmə tədbiri də ləğv edilməlidir. Belə ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31.03.2011-ci il tarixli, 3 nömrəli Qərarının 15-ci bəndində qeyd edilir ki, iddianın təmin edilməsi üçün tədbirlər görüldükdə və ərizə baxılmamış saxlanıldıqda həmin tədbirlər ləğv edilməlidir... Beləlikə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia ərizəsi buna səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığından baxılmamış saxlanılmalı, eyni zamanda iş üzrə tətbiq edilmiş iddianı təmin etmə tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1-ci maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı “X6 Kompani S.A” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikililərin sökülməsi torpaq sahəsinin qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 26.09.2018-ci il tarixli, 2(010)-6235/2018 saylı qərardadı ləğv edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-6/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-6/2022
04.03.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver