Məhkəmə qərarları › İş №2(010)-60/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-60/2020

21.10.2020 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-60/2020 21.10.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı “X5 Kompani S.A” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı X5 Kompani S.A Şirkəti Cavabdeh qarşı özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Mədən küçəsi 39 T 415265.94 m B 4472491.23 m C koorinatlar üzrə yerləşən tikintinin özbaşına tikili sayılaraq sökülməsini, həmin tikilinin yerləşdiyi torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılmasıni, ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq “xxxxxxxxxxxx” ASC Suraxanı filialının AZ69AİİB******************** №-li hesabına köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X5 Kompani S.A Şirkəti daha sonra iddia ərizəsinə əlavə verərək “X5 Kompani S.A.” şirkətinin qanuni istifadəsində olan Suraxanı rayonu, Qara-Çuxur qəsəbəsi, Mədən küçəsi 39 T 415265.94 m B 4472491.23 m C koordinatlar üzrə yerləşən torpaq sahəsində vaxtı ilə tikilmiş köhnə tikilinin sahəsini artırmaq məqsədilə vətəndaş Cavabdeh tərəfindən əlavə olaraq inşa edilmiş yeni iki otaqlı tikilinin özbaşına tikili sayılaraq sökülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə məhkəmə iclaslarının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər və işə onların iştirakı olmadan baxılması barədə xahişlə məhkəməyə müraciət etməmişlər. İş materiallarında mövcud olan 2 X4 Məhkəmənin 2-1(82)-642/2019 saylı və Bakı Apelyasiya Məhkləməsinin İnzibati Kollegiyasının 2-1(103)-468/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadlarından müəyyən olunmuşdur ki, “X5 Kompani S.A” Şirkəti tərəfindən xx xxxxxx 2017-ci il tarixdə verilmiş ümumi etibarnamədə Panama Respublikasının qanunları əsasında qanuni olaraq təsis olunan şirkətin Direktorlar Şurasının qərarı ilə şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə direktor (menecer) vəzifəsinə təyin edilmiş Pakistan vətəndaşı X2 adından 16 bənddən ibarət işlərin yerinə yetirilməsi üçün səlahiyyət verilmişdir. Hazırkı iddia ərizəsi isə X5 Kompani S.A” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin icraaçı direktoru Arzu Sarıbalayev tərəfindən imzalanmışdır. Halbuki, şirkətin və eləcədə, onun Azərbaycan Respublikasındakı Nümayəndəliyinin adından Arzu Sarıbalayevə iddia ərizəsi vermək və onu imzalamaq səlahiyyəti verilməmiş və bununla bağlı hər hansı sənəd iş materiallarına əlavə edilməmiş və eləcə də məhkəməyə təqdim edilməmişdir. İşə əlavə edilmiş X1 adına verilmiş xx xxxxxx 2017-ci il tarixli etibarnamə isə şirkətin adından yox, Pervaiz Naveed tərəfindən verilmiş və həmin etibarnamə Bakı şəhəri 01 saylı notariat ofisinin 1S-4326 nömrəsi ilə qeydə alınaraq təsdiq edilmişdir. MPM-nin 73.4-cü maddəsinə əsasən hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. Azərbaycan Respublikası MPM-nin 259.0.3.-cü maddəsinə əsasən ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı “X5 Kompani S.A” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair mülki iş nümayəndənin imza səlahiyyəti etibarnamədə öz əksini tapmadığından baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.6, 263-264, 266- 268 maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı “X5 Kompani S.A” Şirkətinin Cavabdeh qarşı “özbaşına tikilinin sökülməsi və zəbt olunmuş torpaq sahəsinin nümayəndəliyin istifadəsinə qaytarılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar