Məhkəmə qərarları › İş №2(010)-6019/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-6019/2025

02.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-6019/2025 02.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi və onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsinə, Bakı şəhəri 24 saylı Notariat Ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “doğum aktı qeydinin bərpa edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi. 1.Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, atası mərhum X18 xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikası Spitak rayonunda anadan olması barədə doğum akt qeydinin bərpa edilməsi, doğum haqqında akt qeydləri kitabında atası mərhum X18 doğum tarixi - xx.xx.1960-cı il, doğulduğu yer - Ermənistan Respublikasının Spitak rayonu, ata qrafasında - X24 (milliyyəti azərbaycanlı), ana qrafasında - X5 (milliyyəti azərbaycanlı) qeyd edilməklə məlumatların göstərilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbin əsaslandırıldığı hallar.

2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X11 xx.xx.2025-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Mərhum atası xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikası Spitak rayonunda anadan olmuşdur. Baba və nənəsi, yəni X11nun valideynləri - X10 xx.xx.2022-ci ildə, anası X8 isə xx.xx.2018-ci il tarixdə hər iki Mingəçevir şəhərində vəfat etmişlər. X11 doğum haqqında şəhadətnaməni doğulduğu Ermənistan Respublikasında almışdır və doğum haqqında şəhadətnaməsi itmişdir. Həmin ölkə ilə əlaqələr kəsildiyinə görə şəhadətnamənin bərpa edilməsi üçün müraciət etmək mümkün olmamışdır. Doğum haqqında şəhadətnamənin bərpası üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidmət” X12 müraciət etsə də, imtina cavabı almış və həmin imtina sənədində məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Halhazırda vərəsəlik işləri ilə əlaqədar atası mərhum X18 xx.xx.1960-cı il tarixdə Ermənistan Respublikası Spitak rayonunda anadan olması barədə doğum akt qeydi bərpa edilməsi, doğum haqqında akt qeydləri kitabında atası mərhum X18 doğum tarixi - xx.xx.1960-cı il, doğulduğu yer - Ermənistan Respublikasının Spitak rayonu, ata qrafasında - X24 (milliyyəti azərbaycanlı), ana qrafasında - X5 (milliyyəti azərbaycanlı) qeyd edilməklə məlumatların göstərilməsi zərurəti vardır. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.

Tərəflərin izahatları.

3. Ərizəçi ərizəyə uyğun izahat verərək bildirmişdir ki, X31 onun atasıdır və o, xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Onlar ailədə dörd qardaş və üç bacı olublar. Atasının doğum haqqında şəhadətnaməsi itmişdir. Hal-hazırda atasının doğum akt qeydinin bərpa edilməsi vərəsəlik işinin açılması üçün lazımdır.

4. Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil ərizəyə uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Maraqlı şəxslərə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişlər. Məhkəmə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Şahid İfadələri

6. Şahid1 öz ifadəsində göstərmişdir ki, Sərxan onun qardaşı oğludur. Qardaşı- X31 1960-ci ildə anadan olmuş, hazırda vəfat etmişdir. Ailədə dörd qardaş və üç bacı olmuşlar. X10 X1dır.

7. Şahid2 öz ifadəsində göstərmişdir ki, X31 onun qardaşıdır və qardaşına məxsus doğum haqqqında şəhadətnamə itib. Ailədə dörd qardaş və üç bacı olmuşlar. Şaşa xx.xx.2025-ci iı tarixində vəfat edib. X10, X1dır.

İş materialları.

8. Ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X31 xx.xx.2025ci il tarixdə ölmüşdür.

9. Ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 xx.xx.2018-ci il tarixdə ölmüşdür.

10. Ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X24 xx.xx.2022-ci il tarixdə ölmüşdür.

11. 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1988-ci ildə doğulmuşdur, anası X13 və X11dur.

12. Ermənistan SSR Spitak rayonu Saraart kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X32 xx.xx.1987-ci ildə doğulmuşdur, anası X13 və X11dur.

13. Sakahart kənd Sovetliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X19 xx.xx.1967-ci ildə doğulmuşdur. atası X36 və anası X9r.

14. Sakahart kənd Sovetliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 xx.xx.1965-ci ildə doğulmuşdur. X1 və X10dur.

15. Sarahard kənd Sovetliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X21 xx.xx.1967-ci ildə doğulmuşdur. X1 və X10dur.

16. Sakahart kənd Sovetliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X25 xx.xx.1962-ci ildə doğulmuşdur. X1 və X10dur.

17. Spitak rayonu VVAQ bürosu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 xx.xx.1960-ci ildə doğulmuşdur. X2 və X10dur.

18. Sarahart kənd Sovetliyi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X26 xx.xx.1971-ci ildə doğulmuşdur. X3 və X10dur.

19. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 6 Saylı Bakı ‘’Asan Xidmət” X17 tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, 6 saylı Bakı "ASAN xidmət" mərkəzi qeydiyyat şöbəsi yazaraq bildirir ki, mərhum atası-X18 doğum haqqında akt qeydinin bərpa olunması haqqında xx.xx.2025-ci il tarixli ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci İl tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəaların 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Müddəaların 14-cü bəndinə, əsasən, İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün oimadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Hazırkı halda doğum haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən müvafiq sənədlər təqdim olunmadığı üçün müraciətin İcrası imkan xaricindədir. Bununla əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə olunur.

20. Arayışın surətindən müəyyən olunur ki, Ərizəçi həqiqətən Qaraçuxur qəsəbəsi 4048/49 məhəllə, 2 saylı evin 36 mənzilində qeydiyyatdadır. Vəfat edən X11 ölən gün xx.xx.2025-ci ilə kimi göstərilən ünvanda qeydiyyatda olub və yaşayıb. Ailə tərkibi aşağıdakılardır. X13.

21. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 Saylı Bakı ‘’Asan Xidmət” X17 Tərəfindən verilmiş arayışın surətindən müəyyən olunur ki, Vətəndaşlıq vəziyyəti aktları“ avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində aşağıdakı şəxsə aid xx.xx.2025-ci ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və qeyd olunan ailə üzvlərinə dair məlumatlar aşkar edilmişdir: X31 18.08 1960 (öldüyü tarix xx.xx.2025),əri (arvadı): X13 (xx.xx.1967),Oğlu:X32 (xx.xx.1987), Oğlu:Ərizəçi (xx.xx.1988)

İşin faktiki halları.

22. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin X11 xx.xx.1960-cı ildə Ermənistan Respublikasının Spitak rayonunda anadan olmuş və xx.xx.2025-ci ildə vəfat etmişdir. Ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidmət” X12 müraciət etmiş və onun müraciətinə məktubla cavab olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci İl tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalarının 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Müddəaların 14-cü bəndinə, əsasən, İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Hazırkı halda doğum haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən müvafiq sənədlər təqdim olunmadığı üçün müraciətin İcrası imkan xaricindədir. Bununla əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə olunur. Doğum aktı qeydinin başqa yolla bərpa edilməsi mümkün olmadığından ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Tətbiq edilən hüquq

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Ərizənin verilməsi 309.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarı.

4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 4.2. Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir.

Məhkəmənin mövqeyi.

25. Məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər.

26. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ərizəçinin X11 xx.xx.1960-cı ildə Ermənistan Respublikasının Spitak rayonunda anadan olmuş və xx.xx.2025-ci il tarixdə vəfat etmişdir. Ərizəçi doğum haqqında şəhadətnamənin bərpası üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 6 saylı Bakı “Asan Xidmət” X12 müraciət etmiş və onun müraciətinə məktubla cavab olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci İl tarixli, 52 saylı qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalarının 13-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Müddəaların 14-cü bəndinə, əsasən, İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Hazırkı halda doğum haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən müvafiq sənədlər təqdim olunmadığı üçün müraciətin İcrası imkan xaricindədir. Bununla əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə olunur. Doğum aktı qeydinin başqa yolla bərpa edilməsi mümkün olmadığından ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Məhkəmə xərcləri.

27. İş materiallarından görünür ki, hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edən ərizəçi 100 manat məbləğində dövlət rüsumu ödəmişdir.

Məhkəmənin gəldiyi nəticə.

28. Beləliklə, məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, ərizə təmin edilməli, xx.xx.1960-cı il tarixdə anadan olmuş X18 doğumunun qeydə alınması faktı müəyyən edilməli, xx.xx.1960-cı il təvəllüdlü X18 doğum haqqında akt qeydi bərpa olunaraq doğum haqqında akt qeydində-doğulduğu yer “Ermənistan SSR, Spitak rayonu”, doğum tarixi xx.xx.1960-cı il, adı “Saşa”, ata adı “Məmməd”, soyadı “Həsənov” valideynləri haqqında qeyddə atası qrafasında “X24” milliyəti azərbaycanlı, anası qrafasında “X5” milliyəti azərbaycanlı kimi qeyd edilməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

Ərizə təmin edilsin. xx.xx.1960-cı il tarixdə anadan olmuş X18 doğumunun qeydə alınması faktı müəyyən edilsin. xx.xx.1960-cı il təvəllüdlü X18 doğum haqqında akt qeydi bərpa olunaraq doğum haqqında akt qeydində-doğulduğu yer “Ermənistan SSR, Spitak rayonu”, doğum tarixi xx.xx.1960-cı il, adı “Saşa”, ata adı “Məmməd”, soyadı “Həsənov” valideynləri haqqında qeyddə atası qrafasında “X24” milliyəti azərbaycanlı, anası qrafasında “X5” milliyəti azərbaycanlı kimi qeyd edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi doğum haqqında akt qeydinin bərpa olunması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar