Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(105)-569/2025 03.06.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X5 və X1 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi vəkil Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdeh MTK-ya qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-2(012)-2751/2024 nömrəli 25 dekabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) İddiaçı Cavabdeh MTK-ya qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsinin təmin edilməməsi, 100 (yüz) manat ekspertiza xərci İddiaçı tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN **********, Hesab AZ41NABZ********************) ödənilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. İŞİN HALLARİ İddiaçı Cavabdeh MTK-ya qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh MTK-nın onun qarşısında 31 avqust 2021-ci il tarixli, kooperativ tərəfindən inşa olunan binada alqi-satqı üçün 387/2021 №-li müqavilədən irəli gələn öhdəliklər artıq ödənilmiş 6049,60 manat həcmində pul vəsaitinin, tərəflərindən ödənilmiş 82 manat dövlət rüsumunun Cavabdeh MTK-ya aid edilməsinə və ümumilikdə 6131,60 manat məbləğinin Cavabdeh MTK-dən tutulub ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh Mənzil Tikinti Kooperativi və İddiaçı arasında bağlanmış 31 avqust 2021-ci il tarixli, “Kooperativ tərəfindən inşa olunan binada alqı-satqı üçün müqavilə №387/2021”-nin 1.1. bəndinə əsasən ünvan 1 ünvanında MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış binasının 3cü giriş, 8-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 87.0 (səksən yeddi) kv.m.dən ibarət 56 saylı, 2 otaqlı mənzil İddiaçı satılmışdır. Müqavilənin 3.1. bəndi ilə həmin mənzilin 1,0 kv.m-nin qiyməti 796,00 (yeddi yüz doxsan altı) manat olmaqla, onun dəyəri 69 210,00 (altmış doqquz min iki yüz on) manat müəyyən edilmişdir. Bildirmək istəyir ki, “Payçı” olaraq İddiaçı 31 avqust 2021-ci il tarixli, “Kooperativ tərəfindən inşa olunan binada alqısatqı üçün müqavilə № 387/2021”-də nəzərdə tutulmuş öhdəliklərini vaxtında və ləyaqətlə yerinə yetirmişdir. Belə ki Cavabdeh MTK tərəfindən verilmiş 02 noyabr 2023-cü il tarixli “Maliyyə arayışı №141/2023”-də ünvan 1 ünvanında yerləşən 3 saylı yaşayış binasının 8ci mərtəbəsində, ümumi sahəsi 87.0 (səksən yeddi) kv.m. olan 56 saylı mənzilinin 69 210,00 (altmış doqquz min iki yüz on) manatdan ibarət pay dəyəri İddiaçı tərəfindən kooperativə ödənilmiş və həmin tarixə onun Cavabdeh MTK qarşısında heç bir borcu olmadığı öz təsdiqini tapmışdır. Həmin məbləğ İddiaçı tərəfindən ümumi sahəsi 87.0 (səksən yeddi) kv.m. təşkil edən mənzil üçün Cavabdeh MTK-nə ödənilmişdir. Buna baxmayaraq “Kooperativ” olaraq Cavabdeh MTK 31 avqust 2021-ci il tarixli, Kooperativ tərəfindən inşa olunan binada alqı-satqı üçün müqavilə №387/2021”-nin nəzərdə tutulmuş öhdəliklərini tam həcmdə yerinə yetirməmişdir. Belə ki, qeyd edilən müqavilədə nəzərdə tutulduğu kimi ümumi sahəsi 87.0 (səksən yeddi) kv.m. təşkil edən 2 otaqlı mənzil İddiaçı satmalı olduğu halda, kooperativin ona satdığı mənzilin ümumi sahəsi 79,40 kv.m. təşkil edir. Bu fakt ünvan 1 (hazırda ev 1043) yerləşən yaşayış binasının 56 saylı mənzilinə dair hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı aldıqdan sonra İddiaçı məlum olmuşdur. Belə ki, həmin fakt 17 noyabr 2023-cü il tarixində ünvan 1 (hazırda ev 1043) yerləşən yaşayış binasında ümumi sahəsi 79,40 kv.m-dən ibarət 2 otaqlı, 56 saylı mənzilin **********03-05301-093072 reyestr nömrəsi ilə İddiaçı adına rəsmiləşdirildiyinə dair Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışda öz təsdiqini tapmışdır. Beləliklə, müəyyən olunur ki, 31 avqust 2021-ci il tarixli, Kooperativ tərəfindən inşa olunan binada alqı-satqı üçün müqavilə №387/2021”-yə əsasən Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı satılmış ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 3cü giriş, 8-ci mərtəbəsində 56 saylı, 2 otaqlı mənzilin ümumi sahəsi 87.0 (səksən yeddi) kv.m.-dən ibarət deyil, həmin mənzilin ümumi sahəsi 79,40 kv.m olmaqla müqavilədə nəzərdə tutulduğundan 7,60 kv.m. azdır. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq və mənzilin sahəsinin fərqinə dair ixtilafı məhkəmədənkənar qaydada həll etmək məqsədi ilə tərəflərindən Cavabdeh Mənzil Tikinti Kooperativinə 08 fevral 2024-cü il tarixində pretenziya ünvanlanmışdır. Həmin pretenziyaya Cavabdeh MTK-nın onlara ünvanlanmış 04/2024 saylı, 24 fevral 2024-cü il cavab məktubunda müxtəlif bəhanələr göstərilməklə haqlı tələbləri yerinə yetirilməmişdir. Qeyd etdiklərinə əsasən hesab edir ki, Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı satılmış ünvan 2 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının 3-cü giriş, 8-ci mərtəbəsində 56 saylı, 2 otaqlı mənzilin çatışmayan hissəsini naturada qaytarmaq mümkün olmadığından, onun pul ilə ifadəsini, yəni mənzilin çatışmayan 7,60 kv.m-dən ibarət hissəsinin hər 1,0 kv.m üçün 796,00 (yeddi yüz doxsan altı) manat olmaqla cəmi - 7,60 m2 x 796,00 manat = 6 049,60 (altı min qırx doqquz) manat həcmində artıq ödənilmiş pul vəsaitininin cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair tələbləri haqlıdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Əbdülov X4 Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, Cavabdeh Mənzil Tikinti Kooperativinin İddiaçı qarşısında 31 avqust 2021-ci il tarixli, “Kooperativ tərəfindən inşa olunan binada alqı-satqı üçün müqavilə №387/2021”-dən irəli gələn öhdəliklər üzrə artıq ödənilmiş 6049,60 manat həcmində pul vəsaitinin və ödənilmiş 82,00 (səksən iki) manat dövlət rüsumunun Cavabdeh MTK aid edilməsinə və ümumilikdə 6131,60 manat məbləğinin Cavabdeh Mənzil Tikinti Kooperativindən tutulub İddiaçı ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh Mənzil Tikinti Kooperativi və İddiaçı arasında bağlanmış 31 avqust 2021-ci il tarixli, “Kooperativ tərəfindən inşa olunan binada alqı-satqı üçün müqavilə №387/2021”-də mənzilin sahəsinin fərqli qaydada hesablanmasını tərəflər razılaşdırmamışdırlar. Məhz bu səbəb görə də birinci instansiya məhkəməsi dispozitiv norma olan Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 59.3. maddəsinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 04 dekabr 2012-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Tikinti obyektlərinin sahəsinin və həcminin hesablanması qaydaları”-nın 3.8-ci bəndinin tələblərini nəzərə almaqla qətnamə çıxarmalı idi. Lakin birinci instansiya məhkəməsi bunun əksi olaraq öz qətnaməsində göstərir: “Cavabdeh tərəf sahibkarlıq fəaliyyəti ilə məşğul olarkən yerinə yetirdiyi işdən qazanc, fayda götürmək məqsədi daşıyır. Ona görə də tikinti işləri aparılarkən mənzillərin ümumi sahəsi onlar tərəfindən çöldə-çölə ölçüləri ilə aparılır ki, bu isə onların fəaliyyət istiqamətlərinə uyğundur. Ona görə də məhkəmə tərəflər arasında bağlanmış müqavilədə göstərilmiş mənzilin ümumi sahəsinin 87 kv.m. göstərilməsini əsaslı sayır və ekspert rəyi ilə həmin sahə təsdiq edildiyindən iddia tələbini əsassız hesab edərək təmin olunmaması qənaətinə gəlir.” Belə çıxır ki, kimsə qazanc əldə etmək üçün qanunları poza bilər və məhkəmə də normativ hüquqi aktların müddəalarını əsas tutmayıb həmin şəxsin maraqlarını qoruyan qətnamə qəbul edə bilər. Birinci instansiya məhkəməsi özünün qətnaməsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/6821 saylı rəyini göstərsə də məlum olmayan səbəblərə görə onun nəzərə almamışdır. Həmin rəydə göstərilir: “ünvan 3 ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan 56 saylı mənzilin ümumi sahəsinin Şəhərsalma və Tikinti Məcəlləsinin 59-cu maddəsinin 2-ci və 3-cü bəndlərinin və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Kollegiyasının 7 saylı 04 dekabr 2012-ci il tarixli 2ci və 3.8-ci bəndinin tələblərinə uyğun olaraq 79,4 m² olduğu müəyyən edilmişdir.” Bununla da hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATİ Məhkəmə kollegiyasının iclasında dindirilən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. İş materiallarını araşdırıb, məruzəçini və işdə iştirak edən şəxslərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iddia tələbinin rədd edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Azərbaycan Respublikası MPM-nin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini tərəflər arasında bağlanmış müqavilədə göstərilmiş mənzilin ümumi sahəsinin 87 kv.m. göstərilməsini əsaslı sayması və ekspert rəyi ilə həmin sahə təsdiq edildiyindən iddia tələbini əsassız hesab etməsi ilə əsaslandırmış, bu nəticədən narazı qalan iddiaçı qətnaməni mübahisələndirmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətinin dəlilləri nəzərə alınmaqla iddia tələbi üzrə hüquqi dəyərləndirmə aparmaqla, qətnaməyə hüquqi qiymət verilməsini zəruri hesab edir. Qeyd edilməlidir ki, iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İddia tələbinin qanuni əsasını təşkil edən maddi hüquq normalarının dispozisiya şərtləri müəyyən edilmədən və işin müəyyən edilmiş hallarının həmin şərtlərə uyğunluğu ilə bağlı hüquqi dəyərləndirmə aparılmadan mübahisənin mahiyyəti üzrə həlli maddi və prosessual hüquq normalarının tələblərinə uyğun hesab edilə bilməz. ünvan 3 ünvanında tikilən bina, başa çatdıqdan sonra, həmin binanın 3-cü girişi, 8-ci mərtəbədə yerləşən, ümumi sahəsi 87 kv.m. olan, 2 otaqlı, 56 saylı mənzilin iddiaçıya satılması barədə Cavabdeh MTK ilə İddiaçı müqavilənin bağlanması işin mübahisəsiz halıdır. İddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 752.1. maddəsi nəzərdən keçirilə bilər. Həmin maddənin dizpozisiya şərtinə görə iştirakçılardan biri (podratçı) digərinin (sifarişçinin) istəyi ilə iş görür və onun maddiləşdirilmiş nəticəsini sifarişçiyə verir. Birinci instansiya məhkəməsində icraat zamanı Cavabdeh MTK məhkəməyə yazılı ərizə ünvanlayaraq iddia tələbi ilə razılaşmadıqlarını, onunla müqavilənin xx.xx.2021-ci il tarixdə deyil, məhz xx.xx.2018-ci il tarixdə bağlandığını, iddiaçının mənzildə təmir işləri apararaq orada yaşamaq qərarına gəldiyindən, aralarında razılaşmaya əsasən təmir öhdəliy üçün xx.xx.2018-ci il tarixli müqavilə bağlandığını, iddiaçının ümumi sahəsi 87 kv.metr təşkil edən mənzildə 2018-ci ildən yaşamasına baxmayaraq ödənişi yerinə yetirməkdə çətinliyi yarandığından, cavabdehə müraciət edərək müqavilə müddətinin uzadılmasını xahiş etdiyini, sonuncunun rəhbərliyi də ona güzəştə gedərək, xx.xx.2018-ci il tarixli müqaviləni ləğv edərək, xx.xx.2021-ci il tarixli yeni müqavilənin bağlandığını bildirərək iddiaya etiraz etmişdir. Cavabdeh həmçinin iddiaçının xx.xx.2018-ci ildən 23 saylı müqaviləyə əsasən köçüb mənzildə yaşadığından, sonuncunun iddia müddətini ötürməsini əsas gətirərək, iddianın rədd edilməsini xahiş etmişdir. Lakin iddianı rədd edən məhkəmə işin bu hallarına və iddia müddətinin tətbiqi barədə ərizəyə münasibət bildirməmiş və nəticədə düzgün olmayan məhkəmə aktı qəbul etmişdir. İddiaçı tərəfindən cavabdeh MMC-yə ünvanlanmış xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, mənzilin ümumi sahəsinin az olduğunun 2021-ci ildə ona məlum olduğunu bildirsə də, məhkəmənin 11 iyun 2024-cü il tarixli iclasında verdiyi izahatda isə mənzili 2018-ci ildə aldığını, 2018-ci ilin dekabr ayında mənzilə köçdüyünü bildirmişdir. Məhkəmə kollegiyası iddia müddətinin axımının hansı vaxtdan başlamalı olduğunu aydınlaşdırmaq məqsədilə iddiaçıya bu məsələyə aydınlıq gətirməsini təklif etmiş və sonuncu izahatında mübahisəli mənzilə 2018-ci ilin dekabr ayında köçdüyünü, elə həmin ildə də mənzili təmir etdirməyə başladığını bildirmişdir. Göründüyü kimi mübahisəli mənzil iddiaçıya 2018-ci ilin dekabr ayında rəsmi təhvil verildikdən sonra təmirə başladığını qeyd etmişdir. Nəzərə almaq lazımdır ki, təmir işləri aparmaq istəyən şəxs kimi iddiaçı əvvəlcədən təmir-tikinti materiallarını və onun dəyərini müəyyənləşdirmək üçün mənzildə ölçü işlərinin aparmaması mümkünsüzdür. Çünki tikinti materiallarının alınması üçün təmir olunan sahədə ölçmə işlərinin aparılması mütləqdir və bu işlərin dəvət olunmuş mütəxəssislər (usta və s.) tərəfindən aparılmaması da inandırıcı görünmür. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, mənzilin sahəsinin az olduğu məhz iddiaçıya mənzilin ona təhvil verildiyi vaxtdan bəlli olsa da, sonuncu mövcud iddianı iddia müddətini ötürməklə qaldırmışdır. Məlum olduğu kimi Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətləri iki növə bölünür – ümumi və xüsusi. Ümumi iddia müddəti nə hüquq münasibəti subyektlərinin hüquqi statusundan, nə də mülkiyyətin formasından və növündən asılı deyil (Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarı). İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Mülki Məcəllənin 776.1. maddəsinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Qanunun ümumi xarakterli bu müddəasına əsasən, maddədə sifarişçinin icranın qüsuru barəsində tələb üçün fərqli iddia müddəti müəyyənləşdirilmişdir. Belə ki, sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələb isə beş il ərzində irəli sürülə bilər. Qüsur barəsində iddia müddətinin axımı da məhz işin tam qəbul olunduğu gündən başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (Mülki Məcəllənin 375.2. maddəsi). Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Mülki Məcəllənin 776.1-ci maddəsində nəzərdə tutulan 5 illik iddia müddətini ötürdüyündən, iddia tələbi təmin edilə bilməz. Bu baxımdan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirmir, eləcə də qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş işin əhəmiyyətli olan hallarının sübut edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır (Azərbaycan Respublikası MPM-nin 385.1.1., 385.1.2., 385.1.3., 385.1.4 maddələri). Bununla yanaşı, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat iddiaçıdan alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilməlidir. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir (MPM-nin 119.1. maddəsi). Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1., 385.2., 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin 25 dekabr 2024-cü il tarixli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi rədd edilsin. İddiaçı iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP (XİİS) hesabı, X2, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ34CTRE********************) hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-569/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(105)-569/2025
03.06.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver