Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-618/2025 30.05.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X4 oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 iştirakları ilə, Ərizəçi “doğum faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Ərizəçinin tələbi *. Ərizəçi “doğum faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi 30.05.20*8-ci il tarixdə Bakı şəhərində qız uşağının doğulması faktının müəyyən edilməsi, doğum haqqında akt qeydləri kitabında ana qrafasında Ərizəçi, Həsən qızı (milliyət azərbaycanlı), ata qrafasında Maraqlı şəxs3 Firudın oğlu (milliyəti azərbaycanlı) qeyd edilməklə bu barədə muvafiq şahədətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbin dəlilləri
2. Həsənova İnci onun qızıdır. O, 30.05.20*8-ci ildə Bakı şəhərində yerləşən X6 anadan olmuşdur. Həmin vaxtı şəxsiyyət vəsiqəsi olmadığı üçün baldızı Maraqlı şəxs2 şəxsiyyət vəsiqəsi təqdim edilmişdir. Şəxsiyyət vəsiqəsi olmadığı üçün ona doğum haqqında tibbi şəhadətnamə verilməmişdir. Bu səbəbdən də, həkim arayışında ananın ad, soyad, ata adı Maraqlı şəxs2 kimi qeyd edilmişdir. Doğuşdan sonra onun şəkili çəkilərək həkim aktalarında əlavə edilmişdir. Qızı üçün bu müddət ərzində doğum haqqında şəhadətnamə ala bilməmişdir. İndi qızı məktəb yaşına çatıb. Doğum haqqında şəhadətnamə olmadığı üçün qızının məktəbdə təhsil alması üçün lazım olan sənədləri düzəldə bilmir. Suraxanı rayon Qeydiyyat Şöbəsinə bu barədə müraciət etsə də, ona doğum haqqında şəhadətnamə verməmişlər və bu barədə imtina məktubunu təqdim etmişlər.
İddia tələbinin dəqiqləşdirilməsi
3. Ərizəçi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi 30.05.20*8-ci il tarixdə Bakı şəhərində qız uşağının doğulması faktı müəyyən edilməsi, doğum haqqında akt qeydləri kitabında ana qrafasında Ərizəçi, Həsən qızı (milliyət azərbaycanlı), ata qrafasında Maraqlı şəxs3 (mılliyətı azərbaycanlı) qeyd edilməsini xahiş etmişdir. Tərəflərin izahatları
4. İş üzrə maraqlı şəxs Suraxanı rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında Maraqlı şəxs2 ərizənin təmin olunmasına etirazı olmadığını bildirdi.
7. Məhkəmə iclasında Maraqlı şəxs3 ərizənin təmin olunmasına etirazı olmadığını bildirdi.
İş materialları.
8. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin AZS-096 nömrəli doğum tarixi adlı sənədindən görünür ki, xəstə kimi qeydə alınan Maraqlı şəxs2 30.05.20*8-ci il tarixdə xəstəxanaya daxil olmuş və 04.06.20*8-ci il tarixdə çıxış etmişdir.
9. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi Doğuşun qeydə alınması haqqında aktdan görünür ki, 05.02.*993-cü il təvəllüdlü Maraqlı şəxs2 30.05.20*8-ci il tarixdə, saat *3:00-da KTM-in Doğum şöbəsinə daxil olmuşdur. 30.05.20*8-ci il saat *5:00-da qız uşağı xəstəxanada doğulmuşdur. Ananın şəxsiyyət vəsiqəsi təqdim etmədiyi üçün Doğum haqqında tibbi şəhadətnamə verilməmişdir. Ananın şəkli akta əlavə olunmuşdur. *0. Maraqlı şəxs2 X5 həkimi Ədalət Dadaşova ünvanladığı ərizədən görünür ki, 30.05.20*8-ci il tarixdə anadan olan uşağın doğum haqqında şəhadətnaməsinin ona təqdim edilməsini xahiş etmişdir **. AZ-İ seriyalı, 542627 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs3 ilə Ərizəçi arasında 08.0*.20*0-cü ildə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında *4 nömrə ilə qeyd edilmişdir. Nikaha daxil olduqdan sonra arvada Həsənova soyadı verilmişdir. *2. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X7 *6.04.2025-ci il tarixli, *52/2025-TBŞ saylı rəyindən görünür ki, Maraqlı şəxs3 qrup göstəriciləri: Balfa/İİİ/, Rezus-D /+/, ifraz etmə kateqoriyasına görə ifraz edəndir. -. Ərizəçi qrup göstəriciləri: Balfa/İİİ/, Rezus-D /+/, ifraz etmə kateqoriyasına görə ifraz etməyəndir. -. Uşağın qrup göstəriciləri: Balfa/İİİ/, Rezus-D /+/, ifraz etmə kateqoriyasına görə ifraz etməyəndir. -. Beləliklə yuxarıda tədqiq olunmuş sistemlərin qrup faktorlarının göstəricilərinə əsasən ekspertizaya təqdim olunmuş uşağın Maraqlı şəxs3 və Ərizəçi olan cütlükdən törənməsi mümkündür. Belə olan halda, Ərizəçi təqdim olunmuş uşağın anası olması inkar olunmadı.
İşin faktiki halları.
*3. Tibbi sənədlərdən görünür ki, 30.05.20*8-ci il saat *5:00-da qız uşağı X5 Doğum Şöbəsində anadan olmuşdurlar. Ərizəçi bildirir ki, həmin uşaq əslində onun uşağıdır, lakin həmin vaxtı onun şəxsiyyətinə təsdiq edən sənəd olmadığına görə uşağı dünyaya gətirən şəxs kimi onun baldızı Maraqlı şəxs2 göstərilmişdir. Əslində isə həmin uşaq onunla həyat yoldaşı Maraqlı şəxs3dur. Maraqlı şəxslər ərizədə qeyd olunanları təsdiqləyirlər. İş üzrə alınmış ekspert rəyinə əsasən azyaşlı ərizəçi ilə Maraqlı şəxs3 törəməsi inkar olunmur.
Tətbiq edilən hüquq.
*4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.2.**. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
*5. Azərbaycan Respublikası Ailə Məcəlləsi.
Maddə 44. Uşağın mənşəyinin müəyyən edilməsi 44.*. Uşağın anadan mənşəyi (analıq) ananın uşağı tibb müəssisəsində doğmasını təsdiq edən sənəd əsasında, uşaq tibb müəssisəsindən kənarda anadan olduqda doğuma kömək göstərmiş həkimin sənədi əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bu sənədlər olmadıqda isə şahid ifadələri və digər sübutlar əsasında məhkəmə tərəfindən müəyyən olunur.
*6. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydası.
2.*. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və ya icra hakimiyyətinin nümayəndəliyi tərəfindən dövlət qeydiyyatına alınır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və s.) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. Doğum haqqında məlumat (uşağın doğum tarixi və cinsi, ananın soyadı, adı, atasının adı, yaşayış yeri, şəxsiyyət vəsiqəsinin nömrəsi və verilmə tarixi) Tibbi ərazi X* tabeliyindəki tibb müəssisəsi tərəfindən dərhal İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə, digər tibb müəssisəsi tərəfindən isə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə ötürülür. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən həmin məlumat EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ananın yaşayış yeri üzrə qeydiyyat şöbəsinə ötürülür. Doğum haqqında məlumatın Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə dərhal ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə tibb müəssisəsinin vəzifəli şəxsləri, həmin məlumatın EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə ötürülməməsinə və ya düzgün olmayan məlumatın ötürülməsinə görə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin vəzifəli şəxsləri, habelə üzrlü səbəblər olmadan doğumun qeydə alınması üçün bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddətdə müraciət olunmamasına görə uşağın valideynləri inzibati məsuliyyət daşıyırlar. Qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə doğumun qeydə alınması barədə elektron qaydada müraciət daxil olduqda qeydiyyat üçün zəruri olan sənədlər barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə edilir. Müvafiq məlumatlar həmin informasiya sistemində aşkar edilmədikdə onları əks etdirən sənədlər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə bilavasitə təqdim edilməlidir. Bu Qaydanın 2.8.4-cü və 2.8.5-ci yarımbəndlərində nəzərdə tutulan hallar üzrə doğumun qeydə alınması üçün müraciət və sənədlər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya icra hakimiyyətinin nümayəndəliyinə bilavasitə təqdim edilməlidir. 2.2-*. Doğumun qeydiyyatı üçün müəyyən edilmiş müddətdə müraciət olunmamasının səbəbinin üzrlü hesab edilməsini təqdim olunmuş sənədlər (valideynlərin xəstə olması barədə müalicə müəssisəsinin sənədi, həmin müddətdə uzunmüddətli ezamiyyətdə və ya ölkə hüdudlarından kənarda olmasını təsdiq edən sənəd, valideynlərdən birinin ölümü haqqında şəhadətnamə və sair) əsasında qeydiyyat şöbəsinin vəzifəli şəxsi müəyyən edir. Doğumun qeydiyyatı üçün müəyyən edilmiş müddətdə müraciət olunmamasının səbəbinin üzrsüz hesab edilməsi inzibati tənbehin tətbiq edilməsinə əsas verir. Qeydiyyatın aparılması üçün müəyyən olunmuş müddət keçdikdən sonra vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan icra hakimiyyətinin nümayəndəliyinə müraciət olunduqda, qeydiyyatın aparılması üçün gecikmənin səbəbi göstərilməklə, ərizə və səbəbin üzrlü hesab edilməsini müəyyən etmək üçün sənəd təqdim olunmalıdır. Müvafiq qeydiyyat aparıldıqdan sonra ərizə və gecikmənin səbəbini təsdiq edən sənəd (olduğu halda) dərhal qeydiyyat şöbəsinə təqdim edilir. 2.3. Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci * ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir. 2.5. Doğumun qeydə alınması üçün aşağıdakı sənədlər təqdim edilməlidir: 2.5.*. valideynlərin şəxsiyyətini təsdiq edən sənədlər; 2.5.2. valideynlərin nikah haqqında şəhadətnaməsi; 2.5.3. doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd; 2.5.4. uşaq tibb müəssisəsindən kənarda doğulduqda, doğuma kömək göstərmiş və ya doğuşdan sonra valideynlərin müraciət etdiyi həkimin verdiyi sənəd; 2.5.5. uşaq ölü doğulubsa, onun ödü doğulması barədə həkimin verdiyi sənəd; 2.5.6. uşaq, ana tibb müəssisəsindən çıxmamışdan əvvəl ölübsə, doğum və ölüm barədə həkimin verdiyi sənəd. 2.6. Bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan sənədlər olmadıqda (bu Qaydanın 2.*9-cu və 2.*9-*-ci bəndlərində nəzərdə tutulan hallar istisna olmaqla), uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. 2.6-*. Azərbaycan Respublikası Ailə Məcəlləsinin *66.2-*-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş doğum faktının müəyyən edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən doğumun ilkin uçotu aparılır. *7. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı.
4.3. Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır.
Məhkəmənin mövqeyi. *8. İş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə təmin olunmalıdır. *9. Hazırkı işin hallarından görünür ki, 30.05.20*8-ci il tarixində dünyaya gələn qız uşağının anası kimi doğum sənədlərində Maraqlı şəxs2 adı qeyd edilsə də, doğuşun qeydə alınması haqqında aktda ananın şəkili olaraq Ərizəçi şəkili vurulmuşdur. Ərizəçi bu halı onunla əsaslandırır ki, doğuş zamanı onun şəxsiyyət vəsiqəsi yox idi, uşağın isə mütləq qeydiyyatı aparılmalı idi. Bu səbəbdən onun baldızı olan Səidənin vəsiqəsi təqdim edilmişdir. İş üzrə maraqlı şəxs olan Maraqlı şəxs2 bu faktı təsdiq edir və bildirir ki, uşağın ona heç bir aidiyyatı yoxdur. Digər Maraqlı şəxs3 da bu faktı təsdiq edir və bildirir ki, uşağın atası odur. İşin hallarından görünür ki, Ərizəçi ilə Maraqlı şəxs3 nikahdadırlar. İş üzrə alınmış müvafiq ekspert rəyinə görə uşağın Maraqlı şəxs3 və Ərizəçi olan cütlükdən törənməsi mümkündür. Belə olan halda, Ərizəçi təqdim olunmuş uşağın anası olması inkar olunmadı. Məhkəmə ekspert rəyinə tənqidi yanaşılması üçün hər hansı bir əsas görmür. Ona görə də, hesab edir ki, 30.05.2-*8-ci il tarixində anadan olmuş uşağın anasının Ərizəçi olması, atasının isə Maraqlı şəxs3 olması faktı təsdiqini tapır. Bu səbəbdən ərizə təmin edilməlidir.
Məhkəmə xərcləri.
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.*-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 2*. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş *00 manat dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
22. Beləliklə, məhkəmə hesab edir ki, Ərizə təmin edilməli, Ərizəçi 30.05.20*8-ci il tarixdə Bakı şəhərində qız uşağının doğulması faktı müəyyən edilməli və Doğum haqqında akt qeydləri kitabında ana qrafasında Ərizəçi (milliyyəti azərbaycanlı), ata qrafasında Maraqlı şəxs3 (milliyyəti azərbaycanlı) qeyd edilməlidir.
23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə,
qət etdi:
Ərizə təmin edilsin. Ərizəçi 30.05.20*8-ci il tarixdə Bakı şəhərində qız uşağının doğulması faktı müəyyən edilsin. Doğum haqqında akt qeydləri kitabında ana qrafasında Ərizəçi (milliyyəti azərbaycanlı), ata qrafasında Maraqlı şəxs3 (milliyyəti azərbaycanlı) qeyd edilsin. İş üzrə ödənilmiş *00 manat dövlət rüsumu ərizəçi X2 özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov