Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-6205/2021 23.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinə dair iddia ərizəsinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinə dair məhkəməyə müraciət edərək, cavabdehin 24.09.2021-ci il tarixli əmrin ləğv edilməsi, iddiaçı olaraq işlədiyi Bazarstore marketinə kassir vəzifəsinə bərpa edilməyi, işdən çıxarıldığı vaxtdan qətnamə qəbul olunan vaxtadək həmin zaman üçün ödənilməmiş əmək haqqının birdəfəlik ödənilməsi, məhkəməyə çəkdiyi xərclər və ödədiyi rüsumların iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinə dair 2(010)-6205/2021 saylı mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, iddia ərizəsi və işin materiallarından görünür ki, iddiaçı tərəfindən ərizə cavabdehin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, ünvan 1 ərizə ərazi aidiyyəti pozulmaqla verilmişdir. Yəni tələbkar tərəfindən həmin ərizə ilə Xətai Rayon Məhkəməsinə müraciət etmək əvəzinə Suraxanı Rayon Məhkəməsinə müraciət edilmişdir Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Həmin Məcəllənin 44.2 və 44.2.2-ci maddələrinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Beləliklə də, iş üzrə cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşdiyindən məhkəmə qeyd olunan prosessual qanunvericiliyin normalarına əsasən hesab edir ki, İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinə dair iddia ərizəsinə ərazi aidiyyəti üzrə Bakı şəhəri Xətai rayon məhkəməsində baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı işə bərpa tələbinə dair iddia ərizəsinə dair olan 2(010)- 6205/2021 saylı mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Xətai rayon Məhkəməsinə göndərilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-6205/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-6205/2021
23.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver