Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-626/2020 28.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Musayeva Aysel Xaliddin qızının katibliyi, cavabdeh, Cavabdeh1 nümayəndəsi Cavabdeh2 iştirakı ilə, iddiaçı “Etibarlı” Mənzil Tikinti Kooperativinin Cavabdeh3 və qeyrilərinə qarşı “istismara yararsız mənzilin sökülməsi əvəzində kompensasiya ödənilməklə mənzilin boşaldılması və s.” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı “Etibarlı” Mənzil Tikinti Kooperativinin Cavabdeh3 və qeyrilərinə qarşı “istismara yararsız mənzilin sökülməsi əvəzində kompensasiya ödənilməklə mənzilin boşaldılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 47,5 m2 olan üç otaqlı, 8 saylı mənzilin sökülməsi əvəzinə Cavabdeh1 mənzilin hər m2 üçün 1100 manat olmaqla cəmi 52.250 manat məbləğində kompensasiya ödənilməklə Cavabdeh1 əşyaları ilə birlikdə həmin mənzildən çıxarılmaları, mənzilin boşaldılaraq iddiaçıya təhvil verilməsi, Cavabdeh1 mülkiyyət hüququna xitam verilərək adına verilmiş ÖM seriyalı, 042229 saylı qeydiyyat vəsiqəsinin ləğv edilməsi və bildirişin verildiyi xx xxxx 2019-cu il tarixindən qətnamə qanuni qüvvəsini alaraq cavabdehin mənzildən çıxarıldığı günədək yubanma nəticəsində iddiaçı tərəfindən köçürülmüş 13 mənzilə görə ödənilən aylıq 4100 manat məbləğində pulun hesablanaraq cavabdehdən tutulması tmişdir. İş üzrə məhkəmə baxışı iclası xx xxxxxxxx 2020-ci il tarixə, saat 10:50-yə təyin edilmişdir. İddiaçı və üçüncü şəxs məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq, onların nümayəndəsi göstərilən tarixdə məhkəməyə gəlməmiş və işə onlarınn iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Cavabdeh, Cavabdeh1 nümayəndəsi Cavabdeh2 məhkəmə prosesində iş üzrə iddiaçı tərəf məhkəmə prosesinə gəlmədiyinə görə işə mahiyyəti üzrə baxılmasını tələb etmədi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı “Etibarlı” Mənzil Tikinti Kooperativinin Cavabdeh3 və qeyrilərinə qarşı “istismara yararsız mənzilin sökülməsi əvəzində kompensasiya ödənilməklə mənzilin boşaldılması və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.7, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı “Etibarlı” Mənzil Tikinti Kooperativinin Cavabdeh3 və qeyrilərinə qarşı “istismara yararsız mənzilin sökülməsi əvəzində kompensasiya ödənilməklə mənzilin boşaldılması və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Təranə Mahmudova
Məhkəmə qərarları › İş №2(010)-626/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-626/2020
28.09.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver