Məhkəmə qərarları › İş №2(102)-732/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-732/2024

18.04.2024 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-732/2024 18.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X6 qarşı mülki iş üzrə QƏRARİ iş № 2(102)-732/2024 Açar sözlər: mülkiyyət hüququnun müdafiəsindən irəli gələn tələblər; paylı mülkiyyətlə olan əşyanın bölünməsi və ondan payın ayrılması; kompensasiya ödənilməklə pay hüququna xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç, Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh X6 qarşı kompensasiya verilməklə mülkiyyət hüququna xitam verilməsi tələbinə dair Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)- 984/ 2023 nömrəli 26 sentyabr 2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Göyçay rayonu Hacalıkənd kəndində 183.9.kv.m fərdi yaşayış evi və 0.44 ha torpaq sahəsi üzərində (bundan sonra – mübahisəli ev) iddiaçı X7 (bundan sonra – iddiaçı), cavabdeh X9, X10, X8, X11 paylı mülkiyyətə sahibdirlar.

2. İddiaçının mübahisəli ev üzərində payı fərdi yaşayış evinə münasibətdə 5/8 hissə, torpaq sahəsinə münasibətdə isə 1/4 hissədir.

3. Cavabdehin mübahisəli ev üzərində payı isə fərdi yaşayış evinə münasibətdə 1/8 hissə, torpaq sahəsinə münasibətdə isə 1/20 hissədir.

4. X3 mübahisəli evdə torpaq sahəsinə münasibətdə 1/5 hissədə, X1 və X4 isə hər birinin fərdi yaşayış evinə münasibətdə 1/8 hissə, torpaq sahəsinə münasibətdə isə 1/4 hissə payları mövcuddur.

5. Göyçay Rayon Məhkəməsinin 2(046)-55/2021 nömrəli, 15 mart 2021-ci il tarixli qətnaməsi ilə, iddiaçılar X2, Nümayəndə1, X1 və X3 Göyçay rayon Hacalıkənd kəndində yerləşən ümumi sahəsi 183.9 kv.m olan evin 7/8 hissəsi, 0.44 ha torpaq sahəsinin 3/4 hissəsi, X3 mülkiyyətində olan 1/5 hissə torpaq sahəsinin naturada ayrılması və torpaq sahəsindən küçəyə çıxış yolunun açılması barədə tələbi təmin edilməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi, sonradan iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, sonuncunun pay dəyərinə uyğun, yəni 8000 manat kompensasiya verilməklə fərdi yaşayış e vindən və torpaq sahəsindən mülkiyyət hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdeh evin 1/8 hissəsinin mülkiyyətçisi olmasına baxmayaraq ailəsi ilə birlikdə 5 otaqlı fərdi yaşayış evinin 2 otağında yaşamaqla mülkiyyətində olan sahədən artıq hissədən istifadə edir və bununla da digər mülkiyyətçilərin mülkiyyət hüquqlarını pozur. Bundan başqa cavabdeh torpaq sahəsinin 1/20 hissəsinin mülkiyyətçisi olsa da faktiki olaraq 0,15 ha torpaq sahəsindən istifadə edir. Ona görə də fərdi yaşayış evindəki və torpaq sahəsindəki payların naturada ayrılması, torpaq sahəsindən küçəyə çıxış yolunun açılması tələbinə dair iddia ərizəsi ilə Göyçay rayon Məhkəməsinə müraciət etmiş, Məhkəmənin 15 mart 2021-ci il tarixli 2(046)-55/2021 nömrəli qətnaməsinə əsasən iddia təmin edilməmişdir. Belə ki, həmin mülki iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının 20 oktyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən tərəflərlə ümumi paylı mülkiyyətində olan fərdi yaşayış evinin 4 hissəyə təcrid mənzillər şəklində ayrılmasının “İnşaat Norma və Qaydalarının” 2.08.01.89-nun 1.1, 2.2, 2.4, 2.9-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmiş, "xxxx" MMC Ağsu Layihə-Tədqiqat İdarəsinin 30 iyul 2020-ci il tarixli rəyi ilə 0,44 ha torpaq sahəsində mövcud olan fərdi yaşayış evi və tikililərin bölgüsü aparıldıqdan sonra torpaq sahəsinin naturada bölgüsünə baxıla biləcəyi gös tərilmişdir. Paylı mülkiyyətdə olan daşınmaz əmlakın mülkiyyətçilər arasında naturada bölgüsü barədə razılaşa bilməmiş və payın naturada ayrılması məhkəmə yolu ilə də mümkün olmadığı üçün cavabdehə poçtla yazılı müraciət edərək payına uyğun kompensasiya təklif etmiş, lakin cavabdeh evin və torpaq sahəsinin bazar qiyməti ilə onun payına uyğun təklif etdiyi kompensasiya məbləği ilə razılaşmamışdır.

8. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş "xxxx" MMC tərəfindən verilmiş 27 oktyabr 2022-ci il tarixli rəydə mübahisəli evin bazar dəyərinin 64.000 manat, aylıq kirayə haqqının 100 manat olması göstərilmişdir.

9. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, iddia tələbi ilə razı deyil.Belə ki, ailə üzvləri ilə birlikdə həmin fərdi yaşayış evində yaşayır və qalmağa başqa yeri yoxdur. 25.000 manat kompensasiya təklif edildiyi halda razılaşa bilər.

10. Göyçay Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(046)-33/2023 nömrəli 9 fevral 2023-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir (hakim İbrahim Fəttahov).

11. Məhkəmə mövqeyini iddiaçı tərəfindən təqdim edilmiş qiymətləndirmə rəyinə istinad edərək əsaslandıraraq qeyd etmişdir ki, təklif edilən 8000 manat kompensasiya məbləği ağlabatan və ədalətlidir. Belə ki, cavabdehin həmin əmlakda payının 1/8 hissə olduğu nəzərə alınmaqla, əmlakın cavabdehə düşən hissəsi (64.000: 8 = 8.000) manat təşkil edir.

12. Məhkəmə mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyasının 60, 72-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.1, 220.3, 220.4, 220.5-ci, Azər baycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 78.1, 80, 81, 217, 218.3-cü maddələrinə istinad etmişdir. b) apellyasiya instansiya məhkəməsində icraat

13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

14. Apellyasiya şikayətinin əsaslandırmasına görə, ümumi paylı mülkiyyətdə olan payın əvəzinə kompensasiya tələb etmək hüququ öz payını ayırmaq istəyən mülkiyyətçiyə məxsusdur. Bununla yanaşı payını ayırmaq istəyən mülkiyyətçinin payı cüzi olduqda, payın naturada ayrılması mümkün olmadıqda və ümumi əmlakdan istifadə olunmasında onun mühüm mənafeyi olmadıqda payını ayırmaq istəyən mülkiyyətçinin razılığı olmadan da onun payının əvəzinə pul kompensasiyası verilə bilər. İşin mübahisə edilməyən hallarından göründüyü kimi mülkiyyət hüquqlarına xitam verilməsi müqabilində pul kompensasiyası verilmiş mübahisəli evin və torpağın mülkiyyətçiləri ümumi mülkiyyətlərindəki payların ayrılmasına dair iddia verməmişlər. Digər tərəfdən həmin şəxslər tərəfindən belə bir iddianın qaldırılması ehtimal olunduğu halda da qanunverici yalnız üç şərt olduqda-payın cüzi olması, naturada ayrılmasının qeyri-mümkünlüyü, istifadə edilməsində mühüm mənafeyin olmaması-payın ayırmaq istəyin mülkiyyətçinin razılığı olmadan da onun payının əvəzinə pul kompensasiyası ödənilməsi vəzifəsini qoya bilər. Birinci instansiya məhkəməsi iddiaçıya münasibətdə yuxarıda qeyd olunan mülkiyyətçilərə məxsus payların cüziliyini, həmin payların ayrılmasının qeyrimümkünlüyü nü, o cümlədən göstərilən mülkiyyətçilərin ümumi əmlakdan istifadə edilməsində mühüm mənafeyinin olmamasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220-ci maddəsinin tələbləri baxımından əsaslandırmamışdır. Həmçinin paylı mülkiyyətdə olan fərdi yaşayış evi dəyərindən həddindən artıq aşağı qiymətləndirilmişdir. Bundan başqa iddiaçı cavabdehin doğma anasıdır, onunla söhbət zamanı məlum olmuşdur ki, ona qarşı heç bir iddia qaldırmamış, iddia ərizəsindəki imzanı iddiaçı icra etməmiş, məhkəmə iclasında iddiaçı iştirak etməmiş, nümayəndəsi başqa işə görə aldığı etibarnaməni iddiaçının məlumatı olmadan bu işdə də istifadə etmişdir. Məhkəmə iclasında cavabdehin iddiaçı ilə söhbətini əks etdirən (iddiaçının bu işdən xəbəri olmaması, iddia ərizəsini imzalamaması barədə) videodiski təqdim ediləcək.

15. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-984/2023 nömrəli 26 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilmiş, iş üzrə yeni qətnamənin qəbul edilmiş, iddia tələbi rədd edilmişdir. (hakimlər Elçin Mehdiyevin sədrliyi və məruzəsi ilə, Ələddin Məcidov və Elçin Hüseynov)

16. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin mülkiyyətçilərə məxsus payların cüziliyini, həmin payların ayrılmasının qeyri-mümkünlüyünü, o cümlədən göstərilən mülkiyyətçilərin ümumi əmlakdan istifadə edilməsində mühüm mənafeyinin olmamasını MM-in 220-ci maddəsinin tələbləri baxımından əsaslandırmamasına dair dəlilləri ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məh kəməsi iddia tələbini təmin edərkən səhv nəticəyə gəlmişdir.

17. Məhkəmə kollegiyası bildirmişdir ki, hazırki iddia tələbinin əsasını Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsi təşkil edir və həmin maddəyə görə paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər.

18. Birinci instansiya məhkəməsi mübahisə predmeti olan əmlakın naturada bölünməsinin mümkünsüz olmasını müəyyən etsə də qeyd edilməlidir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.4-cü maddəsi üç halın mövcud olması halında payı cüzi olan mülkiyyətçinin payının onun razılığı olmadan kompensasiya ilə əvəzləşdirərək mülkiyyət hüququna xitam verilməsini mümkün edir.

19. Yəni sözügedən normanın mənasına görə məhkəmə, paylı mülkiyyətçinin razılığı olmadan paylı mülkiyyətin qalan (digər) iştirakçısının öhdəsinə ona real bazar qiymətinə uyğun kompensasiya ödənilməsi vəzifəsini o halda qoya bilər ki: birincisi, mülkiyyətçinin payı cüzi olsun; ikincisi, real surətdə ayrıla bilməsin; üçüncüsü, ümumi əmlakdan istifadə edilməsində on un mühüm mənafeyi olmasın. Sözügedən maddənin üçüncü cümləsinin tətbiq olunması yalnız qanunverici tərəfindən sadalanan bütün şərtlərin eyni zamanda mövcud olması halında mümkündür. Həmin maddədə öz payının ümumi əmlakdan ayrılması tələbini irəli sürməyən mülkiyyətçinin əmlaka olan mülkiyyət hüququndan onun iradəsinə zidd olaraq digər mülkiyyətçilər tərəfindən kompensasiyanın ödənilməsi yolu ilə məhrum edilməsinin başqa qaydası nəzərdə tutulmayıb, əks yanaşma mülkiyyət hüququnun toxunulmazlığı prinsipinə də ziddir.

20. İş materialı ilə cavabdehin digər bir yaşayış sahəsinə malik olması müəyyən edilmədiyindən, iddiaçı tərəfindən buna dair hər hansı bir sübut təqdim edilmədiyindən, yeganə yaşayış sahəsi olan mübahisəli əmlakdan istifadədə cavabdehin mühüm mənafeyinin olmaması qənaətinə gəlin məsi mümkünsüzdür. Həmçinin ümumi sahəsi 183,9 kvadratmetrlik fərdi yaşayış evindən iddiaçıya aid 1/8 hissənin 22,98 kvadratmetr, ümumi sahəsi 0,44 ha olan həyətyanı torpaq sahəsindən iddiaçıya aid 1/20 hissənin 220 kvadratmetr təşkil etməsi nəzərə alınaraq həmin payların cüzi paylar kimi qəbul edilməsi də yolverilməzdir.

21. Lakin işə baxan birinci instansiya məhkəməsi iddianı təmin edərkən cavabdehin digər bir yaşayış sahəsinə malik olmamasını, buna dair hər hansı bir sübutun təqdim edilməməsini, ümumi əmlakdan iddiaçıya aid payın cüzi pay təşkil etməməsini nəzərə almamışdır.

22. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, mübahisəli əmlak paylı mülkiyyətdə olmasına, baxılan məsələ mübahisə tərəfi olmayan paylı mülkiyyətçilərin də hüquq və vəzifələrinə təsir göstərməsinə baxmayaraq, digər paylı mülkiyyətçilər iş üzrə 3-cü şəxs qismində cəlb edilməmiş, onların iddia tələbinə münasibəti müəyyənləşdirilməmiş, beləliklə də işə baxan birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tələbləri pozulmuşdur.

23. Məhkəmə kollegiyası apellyasiya şikayətinin mülkiyyət hüquqlarına xitam verilməsi müqabilində pul kompensasiyası verilmiş mübahisəli evin və torpağın mülkiyyətçilərinin ümumi mülkiyyətlərindəki payların ayrılmasına dair iddia verməmələrinə dair dəlili ilə bağlı qeyd etmişdir ki, işdə olan Göyçay Rayon Məhkəməsinin 15 mart 2021ci il tarixli, 2(046)-55/2021 nömrəli qətnaməsindən göründüyü kimi iddiaçı və digərləri mübahisəli evin naturada ayrılmasına dair iddia tələbi irəli sürmüş, lakin iddia təmin edilməmişdir.

24. Məhkəmə kollegiyası apellyasiya şika yətinin paylı mülkiyyətdə olan fərdi yaşayış evinin dəyərindən həddindən artıq aşağı qiymətləndirilməsinə dair dəlilinə də münasibət bildirərək qeyd etmişdir ki, cavabdehin mübahisəli əmlakdakı payının cüzi olmaması və onun həmin paydan istifadə edilməsindəki mənafeyinin mühüm olması müəyyən edildiyindən əmlakın dəyəri ilə bağlı məsələnin müzakirəsinə zərurət qalmır.

25. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddiaçının ona qarşı heç bir iddia qaldırmaması, iddia ərizəsindəki imzanın iddiaçı tərəfindən icra edilməməsi, nümayəndəsinin başqa işə görə aldığı etibarnaməni iddiaçının məlumatı olmadan bu işdə də istifadə etməsinə dair dəlilinə münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı birinci instansiya məhkəməsində notarial qaydada verdiyi etibarnamə əsasında nümayəndə və vəkil tərəfi ndən təmsil edilmiş, cavabdehə də məhkəmə kollegiyasının iclasında bunun aydınlaşdırılması üçün iddiaçını, yəni anasını məhkəmə iclasına gətirməsi, mümkün olmadığı halda isə buna dair anasının notarial qaydada imzası təsdiq edilmiş ərizəsinin məhkəmə kollegiyasına təqdim edilməsi təklif edilmiş, lakin cavabdeh tərəfindən buna əməl edilməmişdir. Əksinə iddiaçı 15 avqust 2023-cü il tarixdə məhkəmə kollegiyasına daxil olmuş teleqramında işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bir sözlə iddianın iddiaçı tərəfindən qaldırılmaması, iddia ərizəsinin iddiaçı tərəfindən imzalanmaması halları müəyyən edilməmişdir.

26. Məhkəmə kollegiyası mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1, 213.2, 215.1, 220.1, 220.2, 220.3, 220.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcə lləsinin 9.1, 9.3, 14.2, 77.1, 88, 217-ci maddələrinə, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2014-cü il tarixli qərarına istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

27. İddiaçı (vəkil Nümayəndə2) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

28. Kassator şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin ümumi mülkiyyətdəki payı iddiaçının payına nisbətdə cüzidir. Məhkəmənin ikinci şərt olaraq göstərdiyi cavabdehin payının real surətdə ayrıla bilməməsini isə Göyçay Rayon Məhkəməsinin 2(046)-55/2021 nömr əli 15 mart 2021-ci il tarixli qətnaməsi təsdiq edir. Belə ki, iddiaçının cavabdehə qarşı qaldırdığı fərdi yaşayış evindəki və torpaq sahəsindəki payların naturada ayrılması, torpaq sahəsindən küçəyə çıxış yolunun açılması tələbinə dair iddiası həmin qətnamə ilə təmin olunmamışdır. Belə ki, həmin mülki iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki obyektlərinin tədqiqi ekspertizasının 20 oktyabr 2020-ci il tarixli ekspert rəyinə əsasən tərəflərlə ümumi paylı mülkiyyətdə fərdi yaşayış evinin 4 hissəyə təcrid mənzillər şəklində bölgüsünün “İnşaat norma və qaydalarının 2.08.01.89-nun 1.1, 2.2, 2.4, 2.9-cu bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmadığı müəyyən edilmiş, Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Ağsu Layihə-Tədqiq at İdarəsinin 30 iyul 2020-ci il tarixli rəyi ilə 0,44 ha torpaq sahəsində mövcud olan fərdi yaşayış evi və tikililərin bölgüsünə baxıla biləcəyi göstərilmişdir. Məhkəmə kollegiyasının qeyd etdiyi 3-cü şərt yəni, ümumi əmlakdan istifadə edilməsində cavabdehin mühüm mənafeyinin olmaması onun əmlakda payının cüzi olması, anası və payı çox olan mülkiyyətçi kimi iddiaçı ilə münasibətinin pis olması, əmlak və torpaq vergilərinin ödənilməsində, həmçinin evin yaşadığı hissəsinin təmir edilməsində maddi vəsait xərcləməməsi ilə təsdiq olunur.

29. Kassator həmçinin qeyd etmişdir ki, apellyasiya instansiya məhkəməsi iş üzrə sübutları obyektiv tədqiq etməyərək işi tam araşdırmamışdır. Belə ki, Şəki Apellyasiya Məhkəməsinin qüvvəyə minmiş 23 may 2022-ci il tarixli, 2(107)-641/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmişdir ki, torpağın mülkiyyətə verilməsinə dair JN-247A saylı şəhadətnamə ilə iddiaçı X5 mülkiyyətinə Göyçay rayonu Hacalıkənd kəndində yerləşən 0.26 ha torpaq sahəsi verilmişdir. Beləliklə, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə cavabdehin digər bir yaşayış sahəsinə malik olmaması ilə bağlı məhkəmə kollegiyasının mövqeyi təkzib olunur.

30. Kassator şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.2, 215.4, 220.4-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 88, 217.1, 372.1-ci maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Cavabdeh kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək şikayətin təmin olunmaması, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən sa xlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

32. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdehin digər bir yaşayış sahəsinə malik olması ilə bağlı iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. Eləcə də bu hal iş materialları ilə öz təsdiqini tapmır.

33. Cavabdeh etirazında onu da bildirmişdir ki, mübahisəli evdə iddiaçının payının cüzi pay kimi qiymətləndirilməsi də yolverilməzdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

34. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

35. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə pa ylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər.

36. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.

37. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

38. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

39. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.

40. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştir akçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

44. Maddə 407.

2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

45. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyindən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş dur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

49. Məhkəmə kollegiyası, hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, tərəflərin tələb və etirazlarını əsaslandırdıqları dəlillərə ətraflı qiymət verilmişdir.

50. Kassasiya şikayətinin dəlillərinə qiymət verərək, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının sırf sahə nisbətindən çıxış edərək, cavabdehin əşya üzərindəki payının cüzi olması barədə gətirdiyi dəlillər əsaslı olmamaqla, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 aprel 2014-cü il tarixli qərarında ümumi paylı mülkiyyətə pay hüququndan məhrum etmənin mümkünlüyü ilə bağlı müəyyən edilmiş dispoziya şərtlərni ödəmir.

51. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

52. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 sentyabr 2023-cü il tarixli 2(107)-984/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar