Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-63/2021 11.08.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Cəfərova Səltələt Ələsgər qızının katibliyi, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1, Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı kompensasiya verilmədən yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və cehiz əşyalarının həmin evdən çıxarılması tələbinə dair, qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X17 qarşı evə köçürülmə tələbinə dair, müstəqil tələb irəli sürən üçüncü şəxslər X8, Nəzərli Xanımana Fərman qızının və X10 Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi və cehiz əşyalarının çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y YƏ N E T D İ : İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh Nəzərova (Tahirova) Xuraman Zakir qızının ünvan 1 ünvandakı evimdən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi və Nəzərova (Tahirova) Xuraman Zakir qızının ünvan 1 ünvandakı evimdən işlənmiş köhnə vəziyyətdə olan 1 dəst yataq dəstinin (1 ədəd kravat, 1 ədəd paltar şkafı), 1 ədəd qorka bufetinin, 1 ədəd stolun, 6 ədəd stulun, 1 ədəd divanın, 2 ədəd kreslonun, 1 ədəd jurnal masasının, 1 ədəd 3 metr x 5 metr ölçüdə xalçanın (adi), 5 ədəd 3 metr x 2 metr ölçüdə pərdənin (adi), 3 ədəd çilçırağın (sadə), 1 ədəd 40 kv.m-lik super max markalı kondisionerinin cavabdehin vəsaiti hesabına çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddianı onunla əsaslandırmişdır ki, ünvan 2 ünvandakı yaşayış evi Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyinin “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasporf’u əsasında 1962-ci ildə həyat yoldaşı X11 atası X12 xüsusi mülkiyyətinə verilmişdir. Qaynatam X1 (Rzayeva) Xanımana Vəlican qızı ilə rəsmi nikahda olmuşdur (nikah şəhadətnaməsinin surəti əlavə olunur). Bu nikahdan X29 (həyat yoldaşım) və X30 dünyaya gəlmişdir. Sözügedən yaşayış sahəsinin mülkiyyətçisi X28 18.05.1969-cu ildə vəfat edib onun həyat yoldaşı Nəzərova (Rzayeva) Xanımana Vəlican qızı isə 22.09.1989-cu ildə vəfat etmişdir.Çaparidze küçəsi 24 ünvandakı həmin yaşayış evinin mülkiyyətçisi və mülkiyyətçinin həyat yoldaşı vəfat etdiyindən bu evdə yaşan oğlanları qanuni vərəsə kimi həmin mülkiyyətə bərabər (50/50) qanuni pay haqqı ilə faktiki sahib olmuşlar. Qaynatasının oğlu X30 vəfat etdikdən sonra digər oğlu X29 da 17.05.2006-cı ildə vəfat etmişdir. 1962-ci ildən mülkiyyətçi - X12 (qaynatası) və həyat yoldaşının (qaynanasının) adına mövcud olan mülkiyyət sənədləri əsasında Çaparidze küçəsi 24 ünvandakı həmin yaşayış evinə dair iddiaçıya çıxarış verilmiş və həmin çıxarışda mülkiyyətçilərin 40 ildən artıq bu əmlaka mülkiyyətçi kimi malik olan övladlarının: X13 oğlu X8 payı 3/6 hissədə və X11 həyat yoldaşı, oğlu və qızının hər biri üçün 1/6 hissədə haqları bir daha təsdiq olunmuşdur. Göründüyü kimi sözügedən əmlak oğlu X31 ilə onun keçmiş həyat yoldaşı Cavabdeh arasında 2004-cü ildə bağlanmış nikahdan çox uzun illər əvvəldən iddiaçıya, oğluna, qızına və ərinin qardaşı oğluna hüquqi sənədlər üzrə məxsus olmuşdur. Yəni, Çaparidze küçəsi 24 ünvandakı həmin yaşayış evi oğlunun sözügedən nikahından uzun illər əvvəldən iddiaçıya və onun ailəsinə mənsub mənsub əmlak olmuşdur. Həmin evdə qeydiyyatda olan oğlu Nəzərov amerlan Fərman oğlunun keçmiş həyat yoldaşı Cavabdeh oğlu ilə nikaha daxil olduqdan sonra bu nikahdan uzun illər əvvəldən iddiaçıya və digərlərinə mənsub olmuş həmin evə gəlin gəlmişdir. Bu evdə iddiaçı sözügedən nikahdan əvvəl artıq uzun illərdi ki, ailəsi ilə birlikdə yaşadığından ev zəruri məişət avadanlıqları ilə təchiz olunmuşdu. Cavabdeh iddiaçının evinə gəlin gələrkən bu cehiz əşyalarını özü ilə gətirmiş, lakin oğlu ilə boşandıqdan və iddiaçının evini tərk edib getdikdən sonra həmin əşyalarını iddiaçının evindən çıxartmaqdan imtina etmişdir: yataq dəsti (1 ədəd kravat, 1 ədəd paltar şkafı), köhnə; 1 ədəd qorka bufet, köhnə; 1 ədəd stol, 6 ədəd stul, köhnə; 1 ədəd divan, 2 ədəd kreslo, köhnə; 1 ədəd jurnal masası; 1 ədəd 3 metr x 5 metr ölçüdə xalça (adi, işlənmiş); 5 ədəd 3 metr x 2 metr ölçüdə pərdə (adi, işlənmiş); 3 ədəd çilçıraq (sadə); 1 ədəd 40 kv.m-lik super max markalı kondisioner (köhnə).Cavabdeh həmin evə gəlin gəldikdən sonra iddiaçının razılığı olmadan həmin evə qeydiyyata düşmüşdür. İddiaçı isə AR DƏDRX-nin HDQ haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № ******* olan Çıxarış üzrə mülkiyyətçi olaraq sözügedən evində daimi pasport qeydiyyatına düşmüşdür.Evindən qeydiyyatdan çıxması və cehiz əşyalarını evindən çıxarması barədə dəfələrlə cavabdehə müraciət etsə də, müraciəti rədd olunmuşdur. Öz evində qanunvericiliklə müəyyən olunmuş qaydada mülkiyyətçi kimi daimi pasport qeydiyyatında olmağına baxmayaraq nə qədər çalışsa da xüsusi mülkiyyətçi kimi qeydiyyatda olduğu evdə normal yaşaya bilmir, cavabdehin cehiz əşyalarından istifadə etmək istəməməyimiz normal yaşayışımıza maneə olur.Cavabdeh xx.xx.1983-cü il təvəllüdlü Nəzərova (Tahirova) Xuraman Zakir qızının sözügedən həmin evdə qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da iddiaçının mülkiyyətçi kimi hüquqlarımı pozur. Onun əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur, ikincisi, o iddiaçının ailə üzvüm deyil ki, onun iddiaçının xüsusi mülkiyyətində olan evində qeydiyyatda qalmasına razılaşsın, onun iddiaçının evində qeydiyyatda qalması iddiaçının həmin evlə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Bununla əlaqədar olaraq, cavabdeh Nəzərova (Tahirova) Xuraman Zakir qızının ünvan 1 ünvandakı evimdən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi və Nəzərova (Tahirova) Xuraman Zakir qızının ünvan 1 ünvandakı evimdən işlənmiş köhnə vəziyyətdə olan 1 dəst yataq dəstinin (1 ədəd kravat, 1 ədəd paltar şkafı), 1 ədəd qorka bufetinin, 1 ədəd stolun, 6 ədəd stulun, 1 ədəd divanın, 2 ədəd kreslonun, 1 ədəd jurnal masasının, 1 ədəd 3 metr x 5 metr ölçüdə xalçanın (adi), 5 ədəd 3 metr x 2 metr ölçüdə pərdənin (adi), 3 ədəd çilçırağın (sadə), 1 ədəd 40 kv.m-lik super max markalı kondisionerinin cavabdehin vəsaiti hesabına çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdehlər X17 və İddiaçı qarşı uşaqları 01.05.2005-ci il təvəllüdlü X32 və 26.01.2007-ci il təvəllüdlü X36 ilə birlikdə ünvan 1 ünvanında yerləşən torpaq sahəsində birgə vəsaitləri hesabına tikilmiş üçmərtəbəli fərdi yaşayış evinə köçürülməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh iddianı onunla əsaslandırmişdır ki,cavabdeh X31 ilə 2004-cü ailə həyatı qurmuş, rəsmi nikahları isə Bakı şəhəri, Suraxanı rayon VVAQ dndən 08.06.2004-cü ildə rəsmi olaraq “373” nömrəsi ilə qeydə alınmışdır. Birgə nikahdan 01.05.2005-ci il təvəllüdlü Nəzərli Fərman və 26.01.2007-ci il təvəllüdlü Nəzərli Nuran anadan olmuşdur. Həyat yoldaşı ilə münasibətləri yaxşı olsa da, qayınanası İddiaçı müdaxiləsi nəticəsində ailəsində münaqişələr baş verirdi. Nəzərov Tamerlan an oğlunun iddiasına əsasən nikahımız məhkəmə qaydasında pozulmuşdur. Hal-hazırda uşaqları 01.05.2005-ci il təvəllüdlü Nəzərli Fərman və 26.01.2007-ci il təvəllüdlü rli Nuran onun himayəsində yaşayır. Nikah bağlandığı vaxtdan etibarən cehiz əşyalarını da yerləşdirməklə Bakı şəhərii, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Caparidze küçəsindəki 24 saylı evə köçmüş, fasiləsiz 2019-cu ilin əvvəllərinə kimi yaşamışdır. Evi məcbur tərk etdiyi gündən müvəqqəti olaraq valideynlərinə məxsus yaşayış evində yaşayır. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Caparidze küçəsindəki 24 saylı evdən kompensasiya vermədən yaşayış sahəsinə istifadə hüququna xitamm verilməsi və cehiz əşyalarının həmin evdən çıxarılması tələbi tamamilə qanunsuz və əsassızdır. Belə ki, MH seriyalı ******* nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış, habelə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsininin 26.04.2019-cu il tarixli məktubla müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Caparidze küçəsindəki 24 saylı ev 1/6 hissədə mülkiyyət hüququ əsasında keçmiş əri X17 məxsusdur. Bundan başqa, birgə nikah dövründə ilk iddia üzrə iddiaçı X10 da paylı mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən torpaq sahəsində birgə vəsaitləri hesabına 3 mərtəbəli fərdi yaşayış evi tikilmişdir. Həmin evin inşasına cavabdehin bildirdiyinə görə ən azı 300.000 (üç yüz min) manat məbləğində vəsait xərclənmişdir. Sözügedən ev Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyatdan keçməsə belə, həmin evə sərf edilmiş məbləğ ümumi əmlakdır. Dolayısı ilə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə əsasən (nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyətidir) ünvan 3 ünvanında yerləşən torpaq sahəsində qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehin birgə vəsaiti hesabına 3 mərtəbəli fərdi yaşayış evi qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehin ümumi birgə əmlaklarıdır. Əmlakları olması ilə bərabər o, özünün (həm cehiz, həm də birgə nikah dövründə əldə olunmuş əşyalar) və övladlarının əşyalarını yerləşdirməklə artıq 2018-ci etibarən ünvan 3 ünvanında yerləşən torpaq sahəsində qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehin birgə vəsaiti hesabına tikilmiş 3 mərtəbəli fərdi yaşayış evində yaşayırlar. Belə ki, birgə nikah müddətində 800 manat dəyərində Gree markalı kondisioner (kiçik), 1700 manat dəyərində Gree markalı kondisioner (böyük), 750 manat dəyərində Shivaki markalı televizor, Samsung markalı Smart Hub, 1800 manat dəyərində Hitaci soyuducusu, Ariston Hotpoint markalı paltaryuyan maşın, Ariston Hotpoint markalı qabyuyan maşın, Silverline markalı qara duxovka, Silverline markalı mikrodalğalı fırın, qara Aspirator, Silverline markalı qaz sobası (qara şüşəli), 2000 manat dəyərində güzgülü paltar dolabı, 2.200 manat dəyərində Edel mebeldən sarı künc divanı, 1000 manat dəyərində masa və stullar, 1800 manat dəyərində yataq mebeli, 4.500 manat dəyərində mətbəx mebeli əldə edilmişdir. Həmin əmlakları hal-hazırda ünvan 1 ünvanında yerləşən torpaq sahəsində birgə vəsaitləri hesabına tikilmiş 3 mərtəbəli fərdi yaşayış evindədir. Təhqirlərə, təzyiqlərə və təhdidlərə məruz qalaraq məcbur olub yaşadığı evini (ünvan 1 ünvanında yerləşən torpaq sahəsində qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə cavabdehin birgə vəsaiti hesabına tikilmiş 3 mərtəbəli fərdi yaşayış evi) tərk edib valideynlərinə məxsus evə gəlsə də, hesab edir ki, ovladları ilə öz evinə qayıtmalıdır. Bununla əlaqədar qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh İddiaçı ona qarşı kompensasiya vermədən yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və cehiz əşyalannın həmin evdən çıxarılması tələbinə dair iddia tələbini rədd edərək, övladlanın 01.05.2005-ci il təvəllüdlü Nəzərli Fərman və 26.01.2007-ci il təvəllüdlü Nəzərli Nuranla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, (ünvan 1 ünvanında yerləşən torpaq sahəsində bizim birgə vəsatiləri hesabına tikilmiş 3 mərtəbəli fərdi yaşayış evinə köçürülməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X8, Nəzərli Xanımana Fərman qızının və X2 Xuraman Zakir qızına qarşı istifadə hüququna xitam verilməsi və cehiz əşyalarının çıxarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 50 ildən artıq müddətdə mülkiyyətdə olan, qanuni vərəsəlik üzrə əldə olunan, Həzərova (Tahirova) Xuraman Zakir qızına nə qanuni və də mənəvi əsasla aidiyyəti olmayan, ünvan 1 ünvandakl Çıxarışlı (AR DƏDRX-nin HDQ haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № 0165593) yaşayış sahəsinə Xuraman Zakir qızına kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi və həmin evdə Xuraman Zakir qızının işlənmiş cehiz əşyalarının: 1 dəst yataq dəstinin (1 ədəd kravat, 1 ədəd paltar şkafı), 1 ədəd qorka bufetinin, 1 ədəd stolun, 6 ədəd stulun, 1 ədəd divanın, 2 ədəd kreslonun, 1 ədəd jurnal masasının, 1 ədəd 3 metr x 5 metr ölçüdə xalçanın (adi), 5 ədəd 3 metr x 2 metr ölçüdə pərdənin adi), 3 ədəd çilçırağın (sadə) Xuraman Zakir qızının vəsaiti hesabına çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X8, Nəzərli Xanımana Fərman qızının və X31 iddianı onunla əsaslandırmişlar ki, Nəzərova (Tahirova) Xuraman Zakir qızı uzun müddətdir ki, Bakı şəhəri Suraxanı rayonu, Əmircan qəsəbəsi, Çaparidze küçəsi (hazırda İsmayıl Quliyev küçəsi adlanır) 24 ünvandakı yaşadığı çıxarışlı evdən çıxıb daimi yaşamaq üçün valideynlərinə məxsus ünvan 5 ünvanına köçmüşdür. Onun hazırki yaşayış yeri üzrə faktiki yaşayış yeri var və birgə nikah dövründə keçmiş əri tərəfindən mənzil əldə olunmuşdur. Nəticə etibarilə, Xuraman Zakir qızının ona heç bir aidiyyəti olmayan, Əmircan qəsəbəsi, Çaparidze küçəsi (hazırda İsmayıl Quliyev küçəsi adlanır) 24 ünvandakı çıxarışlı evdəki isifadə hüququna xitam verilməli, o həmin evdən qeydyyatdan çıxarılmalı, ona aid cehiz əşyaları bu evdən Xuramanın vəsaiti hesabına çıxarılmalıdır. İddiaçılar hazırki mülki iş üzrə İddiaçı iddiasını 50 ildən artıq müddətdə mülkiyyətdə olan, qanuni vərəsəlik üzrə əldə olunan, Nəzərova (Tahirova) Xuraman Zakir qızına nə qanuni və də mənəvi əsasla aidiyyəti olmayan, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Çaparidze içəsi 24 ünvandakı Çıxarışlı (AR DƏDRX-nin HDQ haqqında Daşınmaz Əmlakın Dövlət ryestrindən Seriya MH № 0165593) yaşayış sahəsinə dair Xuraman Zakir qızına kompensasiya verilmədən istifadə hüququna xitam verilsin və həmin evdə Xuraman Zakir qızının işlənmiş cehiz əşyaları: 1 dəst yataq dəsti (1 ədəd kravat, 1 ədəd paltar şkafı), 1 ədəd qorka bufeti, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd divan, 2 ədəd kreslo, 1 ədəd jurnal masası, 1 ədəd 3 metr x 5 metr ölçüdə xalça (adi), 5 ədəd 3 metr x 2 metr ölçüdə pərdə adi), 3 ədəd çilçıraq (sadə) Xuraman Zakir qızının vəsaiti hesabına çıxarılsın. Xuraman Zakir qızının qarşılıqlı iddiasını tam əsassız hesab edirlər. Çünki Xuramanın bir çox digər uydurma tələblərində olduğu kimi bu qarşılıqlı iddia tələbi də tamamilə ona və keçmiş həyat yoldaşına aidiyyəti olmayan, Nəzərli Xanımana Fərman qızının vəsaiti hesabına, Nəzərli Xanımana Fərman qızı üçün inşa edilmiş 2 mərtəbəli Xuraman əsassız tələbində 3 mərtəbəli yazıb) çıxarışsız yaşayış evinə yönəlmişdir, birgə əmlakının mübahisə predmetinə çevrilməsi xüsusi mülkiyyətin toxunulmazlığı ilə bağlı Konstitusiya ilə qorunan Nəzərli Xanımana Fərman qızının qanuni maraqlarına toxunur. Xuraman Zakir qızı yaşayış sahəsinə olan ehtiyacını qanun üzrə vərəsəlik payı olan çıxarışlı evdən istifadə etməklə qarşılamır, onun faktiki yaşadığı yeri vardır və eyni zamanda onunla birgə nikah dövründə keçmiş həyat yoldaşı ******* saylı tam mülkiyyət hüququna dair çıxarışlı mənzil əldə etmişdir (Məlumat üçün bildirirk ki, həmin mənzilə dair Xuraman Zakir qızı payın müəyyən olunması barədə iddia qaldırmışdır). Bununla əlaqədar müstəqil tələb irəli sürən üçüncü şəxslər X8, Nəzərli Xanımana Fərman qızının və X31 50 ildən artıq müddətdə mülkiyyətdə olan, qanuni vərəsəlik üzrə əldə olunan, Həzərova (Tahirova) Xuraman Zakir qızına nə qanuni və də mənəvi əsasla aidiyyəti olmayan, ünvan 1 ünvandakl Çıxarışlı (AR DƏDRX-nin HDQ haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Seriya MH № 0165593) yaşayış sahəsinə Xuraman Zakir qızına kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi və həmin evdə Xuraman Zakir qızının işlənmiş cehiz əşyalarının: 1 dəst yataq dəstinin (1 ədəd kravat, 1 ədəd paltar şkafı), 1 ədəd qorka bufetinin, 1 ədəd stolun, 6 ədəd stulun, 1 ədəd divanın, 2 ədəd kreslonun, 1 ədəd jurnal masasının, 1 ədəd 3 metr x 5 metr ölçüdə xalçanın (adi), 5 ədəd 3 metr x 2 metr ölçüdə pərdənin adi), 3 ədəd çilçırağın (sadə) Xuraman Zakir qızının vəsaiti hesabına çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 18 mart 2021-ci il tarixli məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 Cavabdeh iddiaya olan əlavəsini təqdim edərək, Bununla əlaqədar qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh İddiaçı ona qarşı kompensasiya vermədən yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və cehiz əşyalannın həmin evdən çıxarılması tələbinə dair iddia tələbini rədd edərək, övladlanın 01.05.2005-ci il təvəllüdlü Nəzərli Fərman və 26.01.2007-ci il təvəllüdlü Nəzərli Nuranla birlikdə Bakı şəhəri, Suraxanı rayonu, (ünvan 1 ünvanında yerləşən torpaq sahəsində bizim birgə vəsatiləri hesabına tikilmiş 3 mərtəbəli fərdi yaşayış evinə köçürülməsi, cavabdehlər və digər şəxslərə ünvan 1 ünvanında birgə vəsait hesabına tikilmmiş üçmərtəbəli fərdi yaşayış evindən istifadəsinə olan maneələr aradan qaldırılması, əmlakdan istifadəsinə qarşı yönəldilən qanunsuz hərəkətlərin qadağan edilməsinə dair qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil1 2000 manat məbləğində kompensasiya verilməklə iddiada qeyd olunan birmərtəbəli evdən istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil2 ilkin iddianı və müstəqil tələb irəli sürən şəxslərin iddiasının rədd edilməsini və qarşılıqlı iddianın təmin edilməsini xahiş etmişdir. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X34, Nəzərli Xanımana Fərman qızı və X31 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən təkrarən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə müstəqil tələb irəli sürən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ilkin iddia, qarşılıqlı iddia və müstəqil tələb irəli sürən şəxslərin iddiası rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Eyni Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Belə ki, şahid X18 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Cavabdeh xalası qızıdır Uşaqların əksər ad günlərində iştirak etmiş, Xuraman anasıgilə gələndə onunla görüşürdü, xalasıgillə bir ailə olmuş, daim gəlib-getmişdir. Xuramanın problemin bilirdi, çünki özü bu haqda ona deyirdi. Qudalar bir-birilə danışmırdı, də fikirləşdi ki, araları yumşalsın deyə onlaraq qonaq gedəcək. Xalasıgil avqust ayında 2018-ci ildə yığışıb gediblər, Xuramanı ad günü münasibəti ilə təbrik etsinlər, lakin onları qaynanası qapıdan qovub, hətta nalayiq ifadələr işlədiblər. Qayıtdıqda xalam onu yığdı və baş verənləri dedi, o isə narahat olmamasını yenidən olara özüm gedəcəyimi bildirdim. Yeni evə köçdükləri üçün sentyabr ayında ev üçün hədiyyə alaraq, yeni evə getdilər, lakin qapını açdıqları an S.Müzəffərovanı təhqir etdilər, qapıdan qovdular. Təzə evin tikilməsi 10 il davam edib, onlar hər dəfə Xuramanla danışarkən Xuraman sevinərək, yeni ev tikdiklərini, hər dəfəsində evə dair təzə bir iş gördüklərini deyirdi. Məsələn, mətbəxi nə rəng olacağın, yeni verəcəyi mebel sifarişləri və s. haqqında məsləhətləşirdi. Təzə evə getməmiş, lakin Tamerlana məxsus iş telefonu Xuramanda olduğu üçün bu vasitə ilə danışırdı. O evin özülü atılarkən, paxlava bişirib xalamgilə yığışmışdılar. Yeni evə hədiyyə almağı düşünürdü, bunun üçün Xuramandan xalça ölçüsü soruşurdu. Evlə bağlı hər hansı ödəniş edildiyin görməmisdir. X7 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Cavabdeh bacısıdır. Onların evi 10 il ərzində tikilmişdir. Təzə sütün atılan zaman xonça aparmışdı, daha sonra da ev tikilənədək gedib-gəlmişdir. Evin tam hazır formasını görməmiş, o gedəndə hamam-tuvalet hazırıydı ki, hələ daşdan yığılma formada idi. Uşaqların əksər ad günlərində iştirak etmiş. Avqust ayında 2018-ci ildə yığışıb Xuramanı ad günü münasibəti ilə olara getdik, lakin bizi qaynanası qapıdan qovdu. Hamam-tualet ayrı-ayrı idi və kafel rəngi açıq krem rəngi idi. Evi bacıcı özü onu gəzdirib və öz evləri kimi təqdim etmişdir. Həmçinin bacısına 15 il ərzində ev tikməklərin səbəb gətirərək bir üst geyimi almıyıblar. Bacıcının yataq mebeli sifariş etdiyini bilirdi, hətta yataq çarpayısının taxtasının ölçüsü düzgün olmadığından onu dəyişdirmək istəyirdilər. Nəzərov Tamerlan anası ilə birgə qalır, anası onların birlikdə qalmasına icazə vermir. Uşaqların köhnə evdə yerləşən yataq çarpayıların, yeni evə gətirmişdilər. Bacısının ad günü zamanı o, yoldaşı və iki övladı qonaq gəldi, lakin onları qapıdan qovdular, nalayiq ifadələr səsləndirdilər, hətta kiçik uşağımı itələyib bayıra atdılar. Həmin vaxt o bacısına gizlincə ona məxsus köhnə bir telefon verdi. Daha sonra o telefon vasitəsi ilə Xuraman ilə əlaqə saxlayırdı. Kim tərəfindən ödəniş edilməsin görməmiş, lakin bacısı deyirdi ki, bu evi Tamerlan tikir və həmin ev oğlu Nəzərov Fərmana qalacaq. X4 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, Cavabdeh bacısının əridir. Bu evi Tamerlan öz şəxsi ailəsi üçün tikmişdir. Biz onlara qonaq gedib, gəlmişik. Hər dəfə onlar gedəndə tikilən yeni evdə aparılan təmir işləri ilə onu tanış edirdi. Sonuncu dəfə ikinci mərtəbədə hamam-tuvaleti ona göstərdi ki, artıq kafel vurulmuşdur. Hətta ev böyük olduğundan o bildirirdi ki, gələcəkdə iki oğlunun ailəsi də bu evdə qala bilər. Tamerlan isə ona bu evi böyük oğlu Fərmana verəcəyin, Qara Qarayevdəki ipoteka ilə verilmiş evi isə Nurana verəcəyin bildirmişdir. Tamerlana təmir üçün ustalar məsləhət görmüşəm. O Nəzərov Tamerlanla telefon vasitəsi ilə deyil, üzbəüz söhbət etmiş, hətta Tamerlan ona qarajı harda tikəcəyi barədə məsləhət edirdi. Yanvarın 19-u Cavabdeh gecə ilə bir xalat, bir başmaqda evdən çıxmışdır, hətta taksinin pulun anası vermişdir. Uşaqların geyim və dərslikləri olmadığından daha sonra o, Fərman və Mehriban xalası uşaqların dərsliklərin götürmək üçün getmişdik. Fərman və xalam evə qalxsalar da, o evə qalxmadım, lakin evdə mübahisə yarandı və o səs-küyü eşidirdim. Tamerlanın əmisi oğlu bizim evə girib, lazımı əşyaları götürməyimizə şərait yaratmışdır. Nəzərov Tamerlan ailəsi ilə birlikdə sentyabr ayında yeni evə köçmüşdür. Ödənişin edilməsin şəxsən görməsə də, yanımda olarkən usta zəng etdik də, bildirmişdir ki, hələ material almağa yeterincə pulu yoxdur buna görə işlər hələki dayandırılsın. X59 üçün tikildiyin qonşular tərəfindən eşitməmiş, çünki qonşularla münasibəti yoxdur. Məhkəmə iclasında şahid X14 izahatı: Hal-hazırda 124 nömrəli məktəbdə 9-cu sinifdə oxuyur. əvvəl ünvan 7 ünvanında yaşamış, sentyabr ayından yanvarın 19-a kimi üçmərtəbəli yeni evimizdə yaşamış, qaldığı müddət ərzində həmin evdə o, qardaşı, atası, anası və nənəsi yaşamış, öz otağı yaşayış üçün olan ikinci mərtəbədə idi. Divar kağızında eyfel şəkilləri var idi, çünki o onları çox sevir. Öz otağına yeni mebel zakaz vermişlər, onun üçün həmin otaqda mebel olmadığından hələki orada yaşamırdı. Təqdim edilmiş nömrə 4 şəkildəki otaq otağıdır. Masadakılar onun daxılı, pazılı, 8-ci sinif ingilis dilindən mörfi kitabı və digərləri yeni oxumağa başladığı kitablardır. Şəkil nömrə 12-dəki qardaşı Nəzərli Nurandır, otaq isə anası, qardaşı ilə birlikdə qaldığı otaqdır. Şəkil 18-dəki anasının yataq mebelidir. Nəbi adlı usta yığmışdır, həmin usta evə gəlib, öz planşetində modelləri seçim üçün anasına təqdim etmişdi. Ustaya pulu bəzən atası, atası evdə olmadıqda isə pulun yerin nənəsinə deyirdi və nənəsi ona verirdi ki, ustaya təqdim etsin.Yeni ildən qabaq yeni evə köçmüş. Əvvəl qaldığı köhnə evdə kombiyə heçnə olmamışdı normal işləyirdi, sadəcə olaraq, kombi onlar köçdükdən 1- 2 həftə sonra söküldü. Onlar evi tərk etdiyi gün səhərsəhər kombini bərpa etməyə başlamışdılar. Ev 2010-cu ildə tikilib, atası həmin evi özü üçün tikib. Atası yeni evə köçən gündən nənəsi ilə bir otaqda, üzbəüz divanlarda yatırdılar. Məhkəmə iclasında şahid X19 izahatında göstərmişdir ki, hal-hazırda 124 nömrəli məktəbdə 7-ci sinifdə oxuyuram, yayda köhnə evdə yaşayırdı, sentyabr ayında isə yeni evə köçdü. Təxmini tədris ili başlayan zaman onlar yeni evə köçdülər. Yuxarıda pilləkandan düşəndə sağ tərəfdə nənəsinin otağı idi. Gətirdiyi mebelləri həmin otağa qoyduq, nənəsi isə divanda yatırdı. Anasıgil özlərinə yeni mebel yığdırmışdı, lakin hələ onlar sifariş etməmişlər. Anasıgilin yeni yataq dəsti olsa da, nənəsi həmin yataqdan istifadə etməyə icazə vermirdi. İddiaçının vəkili tərəfindən təqdim edilmiş göstərdiyiniz 15 nömrəli şəkildəki yatağın tumboçka yeni evdə idi, lakin hal-hazırda bu şəkildə olar üst-üstə qoyulub. Atası pulu ustalara ya özü verirdi, yada səhər işə getməzdən əvvəl pulu qoyub gedirdi, yada ki, nənsinə verirdi ki, ustalara versin. Mülki iş materiallarında olan: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yannıda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışa əsasən , Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Caparidze küçəsində istifadədə olan 0.03599 ha torpaq sahəsində yerləşən 2 ədəd 1 mərtəbəli, 6 otaqlı, 97.62 kv.m yaşayış, 84.4 kv.m köməkçi sahədən ibarət 24 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə İddiaçı 1/6 hissə, X20 3/6 hissə, X10 1/6 hissə, Nəzərova Xanımana Fərman qızının 1/6 hissə adlarına saşmmaz əmlakın dövlət reyestrində 95 nömrəli reyestr kitabının 8629 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yannıda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 8 yanvar 2020-ci il tarixli məktubuna əsasən, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan faəsi, İsrafil Quliyev küçəsi, ev 24 ilkin olaraq X15 İ|K 21.10.1969-cu il tarixdə qeydiyyata alınmışdır. Suraxanı Rayon İcra Hakimiyyətinin 03.05.2005-ci il tarixli, 334 saylı Sərəncamına əsasən Bakı şəhəri, Əmircan qəsəbəsi, Caparidze küçəsi, 24 saylı mülk sahəsi 1279,10 kv.m torpaq sahəsində yerləşmiş, sahəsi 98,10 kv.m olan 6 yaşayış otaqlarından, sahəsi 88,20 kv.m olan köməkçi otaqlardan və həyətyanı təsərrüfat tikililərindən ibarət hesab edilmmişdir. Sözügedən fərdi yaşayış evinin 1/2 hissəsi 37 saylı DNK-nın 2-V-84 reyestr nömrəli, İE2005-Cİ il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X6 adına qeydiyyata alınmışdır. Fərdi evin digər 1/2 hissəsi isə 37 saylı DNK-nın 2-V-84 reyestr nömrəli, 27 avqust 2005-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X16, X8, X21, X22 adına qeydə alınmışdır 37 saylı DNK-nın 4ə-3/ reyestr nömrəli, 27.08.2005-ci il tarixli bağışlama müqaviləsinə əsasən mülkün 1/2 hissəsi X20 adına qeydə alınmışdır. 34 saylı DNK-nın 2V-1-22 reyestr nömrəli, 21.08.2008-ci il tarixli Qanun üzrə vərəsəlik huququ haqqında şəhadətnaməyə əsasən X26 məxsus olmuş 1/2 hissə İddiaçı, X31 və Nəzərova Xanımana Fərman qızının adına qeydiyyata alınmışdır. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, İsrafil Quliyev küçəsi, ev 24 hazırda aşağıda sadalanan şəxslərin, İddiaçı-1/6 hissə; Nəzərova Xanımana Fərman qızı -1/6 hissə; X31-1/6 hissə; X38-3/6 hissə, mülkiyyətlərindədir. Mülki işdə olan Azərbaycan Respublikası Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən 19.08.2020-ci il tarixli çıxarışa əsasən ünvan 8 – B tikilisi və 870.3 kv.m torpaq sahəsinin 1/3 hissəsi, C tikilisi mülkiyyət hüququ üzrə X9, A tikilisindən 3 otaq, B tikilisi və 870,3 kv.m torpaq sahəsindən 1/3 hissə, İddiaçı adına, A tikilisindən 3 otaq, B tikilisi və 870,3 kv.m torpaq sahəsindən 1/3 hissə X10 adına, A tikilisindən 2 otağı və 408,8 kv.m torpaq sahəsi X23 adına qeydə alınmışdır. 18 fevral 2021-ci il tarixli məhkəmə iclas protokoluna əsasən ünvan 8 ünvanda köhnə birmərtəbəli tikili və yeni ikimərtəbəli tikili mövcud olması müəyyən edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 hazırda aşağıda sadalanan şəxslərin, İddiaçı-1/6 hissə; Nəzərova Xanımana Fərman qızı -1/6 hissə; X31-1/6 hissə; X38-3/6 hissə, mülkiyyətlərindədir. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ünvan 1 saylı evində qeydiyyatdadır və faktiki olaraq həmin ünvanda yaşamışdır. Məhkəmə araşdırması zamanı mülkiyyətçi cavabdehin həmin mənzilə istifadə hüququnu tanıdığını, sonuncunun mövcud olan hüququna kompensasiya vermək yolu mənzildən çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci hissəsinə əsasən, mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və X35 haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və X35 haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və X35 haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir.” Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31.03.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26.09.2007-ci il tarixli qərarında göstərilir ki, «Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8.-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair 25.10.2012-ci il tarixli qərarında qeyd olunur ki,Kooperativ üzvlərinin mülkiyyət hüququ ilə əlaqədar qeyd edilməlidir ki, pay haqqının tam ödənilməsinə qədər kooperativin və onun üzvü arasında yaranan hüquq münasibətləri öhdəlik xarakterlidir. Bu öhdəliyin mahiyyəti ondan ibarətdir ki, kooperativin üzvü yaşayış və ya qeyri-yaşayış sahəsinə mülkiyyət hüququnun əldə edilməsinə əsas verən pay haqqının tam ödənilməsi vəzifəsini, kooperativ isə həmin sahənin müəyyən olunmuş müddətdə kooperativ üzvünə təhvil verilməsi vəzifəsini daşıyır. Beləliklə, kooperativin üzvü tərəfindən kooperativə pay haqqının tam ödənilməsi onun dövlət qeydiyyatını həyata keçirən orqandan həmin əmlakın sahibi kimi mülkiyyət hüquqlarının, yəni sahiblik, istifadə və sərəncam hüquqlarının dövlət qeydiyyatına alınmasını tələb etmək hüququ yaradır. Məhkəmə hesab edir ki, istifadə hüququnun xitamı zamanı, elə bir əvəzləşdirmə olmalıdır ki, mülkiyyətçinin hesabına istifadəçi davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə etsin. Qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, mülkiyyətçi X31 tərəfindən təklif olunan 2000 manat kompensasiya müqabilində cavabdeh davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı əldə edə bilməz. Məhkəmə işin faktiki hallarını, iddiaçının himayəsində yetkinlik yaşına çatmayan azyaşlı övladının olmasını, hazırkı mövcud qarşılıqlı münasibəti nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən təklif edilən 2000 manat məbləğində vəsait cavabdehə davamlı surətdə yaşaması üçün kifayət etmədiyindən müstəqil tələb irəli sürən üçüncü şəxs X31 qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı 2000 manat kompensasiya ödənilməklə cavabdehin və əşyalarının mənzildən çıxarılması tələbinə dair iddiası təmin olunmamalıdır. İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh Nəzərova (Tahirova) Xuraman Zakir qızının ünvan 1 ünvandakı evimdən istifadə hüququna kompensasiya verilmədən xitam verilməsi və Nəzərova (Tahirova) Xuraman Zakir qızının ünvan 1 ünvandakı evimdən işlənmiş köhnə vəziyyətdə olan 1 dəst yataq dəstinin (1 ədəd kravat, 1 ədəd paltar şkafı), 1 ədəd qorka bufetinin, 1 ədəd stolun, 6 ədəd stulun, 1 ədəd divanın, 2 ədəd kreslonun, 1 ədəd jurnal masasının, 1 ədəd 3 metr x 5 metr ölçüdə xalçanın (adi), 5 ədəd 3 metr x 2 metr ölçüdə pərdənin (adi), 3 ədəd çilçırağın (sadə), 1 ədəd 40 kv.m-lik super max markalı kondisionerinin cavabdehin vəsaiti hesabına çıxarılmasına dair tələbinə münasibətdə məhkəmə zəruri qeyd etməyi hesab edir ki, cavabdehlərin yalnız yaşayış yeri üzrə qeydiyyatlarının olması onların həmin yaşayış sahəsinə istifadə hüququnun olması demək deyil. Belə ki, xüsusi mülkiyyətdə olan evdə yerləşən yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün 2000-ci il 01 sentyabr tarixinədək Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsində və ya 2000ci il 01 sentyabr tarixindən sonra Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsində müəyyən edilmiş əsaslar mövcud olmalıdır.(Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27.07.2001-ci il tarixli qərarı). Məhkəmə cavabdehin iş materiallarında olan yaşayış haqqında məlumatına əsasən 08.06.2004-cü ildən sonra mübahisəli evdə qeydiyyata alınmasını və bununla da mübahisəli evdən istifadə edilməsi ilə əlaqadər hüquq münasibətlərinin 01 sentyabr 2000ci il tarixdən sonra yaranmasını, iddiaçı tərəfindən bu halı təkzib edən sübutların təqdim olunmamasını nəzərə alıb, belə bir qənaətə gəlir ki, cavabdehlərin mübahisəli evdən istifadə hüququnun əmələ gəlməsi üçün Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Göründüyü kimi maddi normanın mənasına görə evə istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmalıdır və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. Lakin işə baxılarkən cavabdehlə əlaqədar notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın olması və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması müəyyən olunmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin mübahisəli evdən istifadə hüququ müəyyən olunmadığından mövcud olmayan hüququn məhkəmə qaydasında itirilmiş hesab edilməsi mümkün deyildir. Bu baxımdan İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbi və Nəzərova (Tahirova) Xuraman Zakir qızının ünvan 1 ünvandakı evimdən işlənmiş köhnə vəziyyətdə olan 1 dəst yataq dəstinin (1 ədəd kravat, 1 ədəd paltar şkafı), 1 ədəd qorka bufetinin, 1 ədəd stolun, 6 ədəd stulun, 1 ədəd divanın, 2 ədəd kreslonun, 1 ədəd jurnal masasının, 1 ədəd 3 metr x 5 metr ölçüdə xalçanın (adi), 5 ədəd 3 metr x 2 metr ölçüdə pərdənin (adi), 3 ədəd çilçırağın (sadə), 1 ədəd 40 kv.m-lik super max markalı kondisionerinin cavabdehin vəsaiti hesabına çıxarılması təmin olunmamalıdır. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X17 qarşı evə köçürülmə tələbinə dair qarşılıqlı iddiaya münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, İnsan Hüquqlarının və X35 haqqında Konvensiyaya dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X35 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarının 23-cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Qarşılıqlı iddia üzrə mübahisənin predmeti olan və qarşılıqlı iddia iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh X31 ilə birgə vəsait hesabına tikilməsi iddia olunan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Çaparidze 24 ünvanında yerləşən ikimərtəbəli evə dair artıq müstəqil tələb irəli sürən üçüncü şəxs X9 adına olan və onun mülkiyyət hüququnu təsdiq edən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yannıda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 19.08.2020-ci il tarixli çıxarış mövcud olduğundan və bütün yuxarıda göstərilən işin faktiki hallarının məcmusunu nəzərə almaqla, həmçinin onlara tətbiq ediləcək şərh olunan hüquq normalarını rəhbər tutmaqla məhkəmə belə qənaətə gəlir ki, qarşılıqlı iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İlkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qarşı kompensasiya verilmədən yaşayış sahəsinə istifadə hüququna xitam verilməsi və cehiz əşyalarının həmin evdən çıxarılması tələbinə dair ilkin iddia rədd edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı ilkin iddia üzrə Cavabdeh ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və müstəqil tələb irəli sürən üçüncü şəxs X17 qarşı evə köçürülmə tələbinə dair qarşılıqlı iddia rədd edilsin. Müstəqil tələb irəli sürən üçüncü şəxslər X8, Nəzərli Xanımana Fərman qızının və X10 Cavabdeh qarşı istifadə hüququna xitam verilməsi və cehiz əşyalarının çıxarılması tələbinə dair iddia rədd eşilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Xətai rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-63/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-63/2021
11.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver