Məhkəmə qərarları › İş №2(010)-63/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-63/2024

31.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-63/2024 31.07.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə İddiaçı Cavabdeh (üçüncü şəxs Qaraçuxur Bələdiyyəsi) qarşı “torpaq sahəsinə qanunsuz müdaxiləyə son qoyulması” tələbinə dair iddia ərizəsı üzrə mülki işə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh (üçüncü şəxs Qaraçuxur Bələdiyyəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, İ.Musayev 8/4 ünvanda olan 70 saylı 5,26 sot torpaq sahəsinə Cavabdeh tərəfindən qanunsuz müdaxiləyə son qoyulması, ona (iddiaçıya) məxsus torpaq sahəsində onun tərəfindən aparılmış bütün tikililərin cavabdeh tərəfindən sökülməsi, eyni zamanda torpaq sahəsini digər əşyalardan təmizlənərək torpaq sahəsinin əvvəlki vəziyyətinə gətirilərmək onun (İddiaçı) sahibliyinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı tərəfindən iddia ərizəsinin dəqiqləşməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən, ona məxsus olan 526.28 kv.m (0.052628 ha) torpaq sahəsinə sahiblik və istifadə hüquqlarını həyata keçirməklə bağlı Cavabdeh tərəfindən maneələr yaradılmasına son qoyulması və torpaq sahəsindən Cavabdeh mişar daşının və digər əşyalarının çıxarılıb torpaq sahəsinin onun (iddiaçının) sahibliyinə və istifadəsinə qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “2. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.”; Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh (üçüncü şəxs Qaraçuxur Bələdiyyəsi) qarşı “torpaq sahəsinə qanunsuz müdaxiləyə son qoyulması” tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsinin geri qaytarılması barədə ərizə verildiyindən ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Beləliklə, Suraxanı rayon məhkəməsinin 2(010)-63/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh (üçüncü şəxs Qaraçuxur Bələdiyyəsi) qarşı “torpaq sahəsinə qanunsuz müdaxiləyə son qoyulması” tələbinə dair iddia ərizəsinin geri qaytarılmasını nəzərə alıb, məhkəmə hesab edir ki, məhkəmə qərardadı qanuni qüvvəsini almadan ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun İddiaçı büdcədən geri qaytarılması mümkündür. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Bundan əlavə məhkəmə hesab edir ki, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq ümumilikdə 100 manat məbləğində pul iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** X2 41 NABZ******************** SFİFT BİK CTREAZ 22) köçürülməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ : İddiaçı Cavabdeh (üçüncü şəxs Qaraçuxur Bələdiyyəsi) qarşı “torpaq sahəsinə qanunsuz müdaxiləyə son qoyulması” tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (xx.xx.2023-cü il tarixli, **********-li qəbz) dövlət büdcəsindən İddiaçı geri qaytarılsın. Aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq ümumilikdə 100 manat məbləğində pul İddiaçı alınaraq dövlət büdcəsinə (hesab: Az.MEM VÖEN **********, X1, Kod 210005 VÖEN ********** X2 41 NABZ******************** SFİFT BİK CTREAZ 22) köçürülsün. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar