Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-634/2023 05.04.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh1 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdeh1 vurulmuş zərərə görə 1400 (min dörd yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 34 (otuz dörd) manat, cəmi 1434 (min dörd yüz otuz dörd) manat məbləğində pul vəaitinin alınaraq iddiaçıya ödənilməsi. İddia tələbinin dəlilləri İddiaçı, Cavabdeh1 mebel ustası olması barədə sosial şəbəkədə elan verdiyi üçün mebel düzəlmək istəyi barədə Cavabdeh1 məlumat vermişdir. Qiymət barədə razılığa gəldikdən sonra Bəxtiyar Aliyev iddiaçıdan ilkin olaraq 1000 manat ödəməli olduğunu bildirmişdir. Bu səbəbdən də 1000 manat pulu xx.xx.2021-ci il tarixdə Cavabdeh1 vermişdir. Bundan bir neçə gün sonra Cavabdeh1 material fərqi yarandığından iddiaçının əlavə olaraq 400 manat pul ödəməli olduğunu bildirmişdir. Cavabdeh1 Cavabdeh2 plastik kartını iddaçıya göndərərək pulu həmin karta göndərməsini istəmişdir. Bu səbəbdən də, 400 manat pulu xx.xx.2021-ci il tarixdə Cavabdeh2 plastik kartına ödəmişdir. Lakin, bir neçə gün keçsə də, Cavabdeh1 düzəltməli olduğu mebeli düzəltməmişdir. Bu barədə müraciətə cavab olaraq Cavabdeh1 mebelin Mahir adlı şəxs tərəfindən düzəldilməli olmasını bildirib. Bundan sonra Cavabdeh1 1400 manat pulu geri istəsə də, cavabdehlər pulu qaytarmaqdan imtina edir. Cavabdeh1 mebel düzəltmək adı altında digər Cavabdeh2 ilə birlikdə 1400 manat pulunu ələ keçirmişlər. Cavabdeh1 və Cavabdeh2 dələduzluq əməlləri barədə polis orqanlarına müraciətlərinə cavab olaraq polis orqanları tərəfindən məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Sonuncu dəfə iddiaçıya hüquqi xidmət göstərən "xxxx" MMC tərəfindən cavabdehə pretenziya məktubu ilə müraciət edilərək, ondan pretenziya məktubunun ünvanına daxil olduğu vaxtdan 5 (beş) gün müddətində 1400 (min dörd yüz) pulu qaytarması tələb edilmiş, lakin, cavabdeh yenə də ondan aldığı pulu qaytarmaqdan imtina etmişdir. Tərəflərin izahatları İddiaçı məhkəməyə teleqram ünvanlayaraq Cavabdeh1 1400 (min dörd yüz) manat əsas pulun və 34 (otuz dörd) manat ödənilmiş dövlət rüsumunun, cəmi 1434 (min dörd yüz otuz dörd) manat pulun alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını və işə qiyabi icraat qaydasında baxılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbinə dair məhkəməyə məlumat verməmiş, eləcə də işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. İşə qiyabi icraat qaydasında baxılması Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Cavabdeh iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlmədiyinə və gəlməməsinin səbəbləri barədə məlumat vermədiyinə görə, iddiaçı tərəfin ərizəsi nəzərə alınmaqla işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. Həmin Məcəllənin 241.4-cü maddəsinə əsasən, iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. İş materialları Xəzər rayon Pİ-nin 3-cü PŞ-nin baş təhqiqatçısı polis mayoru Anar Hacıyevin “cinayət işinin başlanmasının rədd ediliəməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarından görünür ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Binə qəsəbəsi,Ş Marxiyevka küçəsi, ev 5də yaşayan İddiaçı müraciəti əsasında toplanmış material icraatına daxil olmuşdur. İddiaçı DİN-nin Baş Polis İdarəsinin rəhbərliyinə yazmış olduğu ərizəsində bildirmişdir ki, Cavabdeh1 internet sosial şəbəkəsində mebel ustası olması barədə elan vermiş, İddiaçı mebel düzəltmək istədiyini və qiymət barəsində onunla danışaraq razılığa gəlmiş, daha sonra ilkin olaraq 1000 manat pul ödəməli olduğunu bildirmişdir. xx.xx.2021-ci ildə İddiaçı 1000 manat pulu Cavabdeh1 vermiş, daha sonra Bəxtiyar mebel fərqi yarandığını ona bildirərək əlavə 400 manat pul istəmişdir. Bununla razılaşan Rövşən, Bəxtiyarın ona göndərdiyi Cavabdeh2 plastik kartına 400 manat pul göndərmişdir. Lakin bir neçe gün keçsə də Cavabdeh1 və Cavabdeh2 söz verdikləri mebeli düzəltməmişlər. Daha sonra Cavabdeh1 mebeli Mahir adlı şəxsin düzəldəcəyini demiş, lakin Mahir əlavə pul isdəmiş, bununla razılaşmayan Rövşən verdiyi 1400 manat pulu onlardan geri istəmişdir. Buna baxmayraq üstündən 10 ay keçsə də Bəxtiyar və digər şəxslər həmin pulu geri qaytarmamış, nəticədə ona 1400 manat maddi ziyan dəymişdir. Ərizəsinin sonunda İddiaçı Cavabdeh1 barəsində tədbir görülməsini xahiş etmişdir. Həmin qərarla, qərarın təsvir hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Femida Hüquq və Konsaltinq Şirkəti MMC-nin xx.xx.2022-ci il tarixli Cavabdeh1 ünvanlanmış pretenziyadan görünür ki, İddiaçı "xxxx" MMC-yə müraciət edərək, Cavabdeh2 birlikdə mebel düzəltmək adı ilə 1400 (min dörd yüz) manat pulunu ələ keçirdiyini, daha sonra mebeli düzəltmədiyini və pulu qaytarmadığını bildirmişdir. Göstərilənlərə əsasən bu pretenziya məktubu ünvanına daxil olduğu vaxtdan 5 (beş) gün müddətində 1400 (min dörd yüz) manat pulun ödənilməsi tələb edilir. Əks təqdirdə ona və Cavabdeh2 qarşı məhkəmədə pul tələbinə dair iddia qaldırılacağı və məhkəmə xərclərinin də, ondan tələb ediləcəyi nəzərinə çatdırılmışdır. “Mebel Bextiyar” adlı mobil telefon istifadəçisi ilə “whatsapp” yazışmalarında aşağıdakı məzmunda və orfoqram saxlanılmaqla mətnlər yerləşdirilmişdir: xx.xx.2021 -Bextiyar ne oldu nə yerdə qaldı -Siz ne qerara geldiz. -Nə qerarlara geldin -men dediyim kimi o qiymətlə razı deyilem. -kamndor paxlava -Komondor paxlava laminatla 2600 dedi -amma men onu 1800 m yığıram binede -Mahirrin qiyməti mənə sərf etmir. -Bildim sabah mahire deyim nedi onuda hell eliyey yığağ verey -gorürem senMahirle sohbet edene oxshamırsan enyaxshısı pulumu ver -niye elemirem sabah danışım verey - sabaz yıgacam sene Danışandan sonra -inşhallah teki sen deyen olsun amma en yaxşısı pulu tapıb geri versen daha yaxshı olar -membranın km her yerde 230-240 dır -mende 9 kv -oda hec 2200m etmir -bu qeder borcdayamm ona tapmag sox vaxt alacag belede yoluna qoyag verey mebelivu -amma Mahirin qiyməti 2700mdir -sen komondor isdiyirsen xx.xx.2021-ci il -Bextiyar salam. görurem sen uje meni emelli bashlı ele salırsan, getir menim 1400 maat pulumu be hefte ichindechatır mene daha senden mebel lazım olmadı sen meni 8 aydır dolayırsan bugun sabah salı b sohbeti uzadırsan -alındıra bilmirsen men sene bir shey demirem ki getir menim pulumu qaytar meöeli 8 aydır ede bilmirsengunu gune yftırsan indide deyirsen bir-iki gune lazım deyil istemirem mebeli, pulumu ver xx.xx.2021 -Salam Bextiyar, ne oldu pul bugun 400 mantı hansı ki, sen mene gunduz dedin mn sene işhden chıxan kimi axsham ver xx.xx.2021 -Salam Bextiyar. Ne oldu pul bugun 400 manat hansı ki, sen mene gunduz dedin men sene işhden cıxan kimi axşam kartına keçhirdimki mebeli tez baszha gelsin daha bilmedim ki sen meni aldatmaqla ieshulsan. Qalan 1000 manatda oktyabrın birine kimi verersen -Salam rösen banka gedecemsabah pul göturmey isdiyirem borcları verim gedimgörüm ne deyiler bu meseleni yoluna qoyag -bu heftede gözləyirem, olmasa incime menden qanunla hereket etmeli olacam. xx.xx.2021 -Salam Bəxtiyar ne oldu neyneye bildin. Ne vaxt catdırırsan menim 1400manatımı. xx.xx.2021 -???Bextiyar ne oldu -Salam röşen -Rösen mene ayın axırına kimi vaxt ver ne qeder düzeltsem verecem sene and olsun allah ne düzeltsem brc ver verecem sene -ayın axırına kimin düzeldin deyen yerde, tam pulumu duzelt yeni 1400 manatı. xx.xx.2021 -Salam Bextiyar bugun ayın son gunu amma senden helede bir xeber yoxdu xx.xx.2021 Salam röşen 2 gün insallah sene yığacam xx.xx.2021 -Salam Bextiyar, yaxshıı. xx.xx.2021 -Bextiyar ne oldu senin zengin? xx.xx.2021 -Salam Bextiyar, melumatın olsun bugun verirem seni polise gorurem men xosh niyyetle sene verdiyim 1400 manatı ala bilmirem. Ancaq qanunla senden ala bilerem. İşin faktiki halları İddiaçı Cavabdeh1 ondan mebel hazırlamaq adı ilə 1400 manat məbləğində pul aldığını, lakin ona heç bir mebel düzəltmədiyini, ödədiyi pulu isə geri qaytarmadığını iddia edərək, həmin pulu Cavabdeh1 tələb etmişdir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, işə qiyabi icraat qaydasında baxılmasına etiraz etmədiyini bildirmişdir. Cavabdehə isə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclaslarının heç birində iştirak etməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752. Podrat müqaviləsi. 752.1. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi İşin faktiki hallarından göründüyü kimi, İddiaçı Cavabdeh1 ondan mebel düzəltmək üçün cəmi 1400 manat məbləğində pul aldığını, lakin qarşılığında heç bir mebel düzəltmədiyini, pulunu isə geri qaytarmadığını iddia etmişdir. Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, Cavabdeh1 İddiaçı ilə şifahi podrat müqaviləsi bağlamış, mebel hazırlanması xidməti göstərmək qarşılığında iddiaçıdan 1400 manat məbləğində pul almış, lakin qarşılığında nə bir iş görmüş, nə də iddiaçının pulunu qaytarmışdır. Bununla da cavabdeh iddiaçı qarşısında podrat müqaviləsi üzrə öhdəliklərini pozmuşdur. Odur ki, cavabdeh görmədiyi işin qarşılığında aldığı 1400 manat məbləğində pulu iddiaçıya qaytarmalıdır. Məhkəmə xərcləri İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 34 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ödənilmiş 34 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 1400 (bir min dörd yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 34 (otuz dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 238, 244 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 1400 (bir min dörd yüz) manat və ödənilmiş dövlət rüsumuna görə 34 (otuz dörd) manat, cəmi 1434 (bir min dörd yüz otuz dörd) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı xeyrinə ödənilməlidir. Cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxarmış məhkəməyə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-634/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-634/2023
05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver