Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-642/2023 29.09.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “payın ayrılması” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “payın naturada ayrılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsi, 19 saylı evin, 1 saylı mənzilin paylara uyğun naturada bölünməklə sərhədinin müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırılması.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Cavabdeh ilə 06 yanvar 2007-ci il tarixdə rəsmi nikaha daxil olub ailə həyatı qurmuşduq. Həmin nikahdan 01 aprel 2009-cu il təvəllüdlü X8, 16 oktyabr 2010-cu il təvəllüdlü X9, 21 aprel 2014-cü il təvəllüdlü X5, 21 aprel 2014-cü il təvəllüdlü X6 adlı dörd övladımız dünyaya gəlmişdir. Suraxanı Rayon Məhkəməsinin 2(010)-5645/2021 saylı, 29 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsinin 19 saylı evin 1 saylı mənzilinin 3 otağına 1/2 hissədə Cavabdeh, 1/2 hissədə İddiaçı paylarının müəyyən edilməsi qət edilmişdir. Hazırda evin ümumi girişi bir olduğundan cavabdeh tərəfindən mülkiyyətimdən sərbəst istifadəyə maneələr törədilir. Mülkiyyətimdə olan əmlakdan sərbəst istifadə edə bilmirəm, gedib-gələ bilmirəm, cavabdeh mənimlə mübahisə yaradır. Cavabdeh ona düşən paya qane olmur və mənim mülkiyyətimdə olan hissəyə müdaxilə edir. Buna görə də cavabdehlə aramızda yaranmış mübahisənin dostcasına həll edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada 26 sentyabr 2022-ci il tarixdə Cavabdeh mediasiya prosesinin tətbiqi barədə təklif göndərdim. Lakin cavabdehə qanunvericiliyə uyğun olaraq ilkin mediasiya sessiyasının tarixi, saatı, yeri barədə ətraflı məlumat verilsə də, sonuncu mediasiya iclasında iştirak etməkdən imtina etmişdir. Buna görə də Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsinin 19 saylı evin 1 saylı mənzilinin paylara uyğun naturada bölünməklə, sərhədi müəyyən edilməlidir”. İddia tələbinin dəyişdirilməsi.
3. İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə ilə müraciət edərək, məhkəmədən Cavabdeh ilə paylı mülkiyyətdə olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsinin 19 saylı evin 1 saylı mənzilinin paylara uyğun naturada bölünməsi və istifadə qaydasının müəyyən edilməsi, mənzilin bölünməsi mümkün olmadığı təqdirdə kompensasiya olaraq 25000 manat pulun cavabdehə ödəməklə cavabdehin həmin mənzilə mülkiyyət və istifadə hüququna xitam verilməsi, kompensasiya qəbul edilmədiyi halda paylı mülkiyyətdə olan mübahisəli mənzilin açıq hərracdan satılması və satışdan əldə olunmuş vəsaitin 4 uşağın mənafeyi nəzərə alınmaqla 2/3 hissədə iddiaçıya ödənilməsi, 1/3 hissədə cavabdehə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatı.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iddiaçının nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, iştirakı olmadan işə baxılaraq yekun qərar qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək bildirdi ki, iddiaçı ilə paylı mülkiyyətində olan mənzilin hərracdan satılmasına və hərracdan əldə olunan məbləğin aralarında bölünməsinə etiraz etmir. Lakin iddiaçıya payına görə kompensasiya ödəməyə maddi imkanı yoxdur. Odur ki, iddianın qismən – hərracda satılmaq hissəsində təmin edilməsinə etiraz etmir. Cavabdeh bununla bağlı məhkəməyə ərizə də təqdim etmişdir.
İş materialları.
6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(010)- 5645/2021 saylı qətnaməsindən görünür ki, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsinin 19 saylı evin 1 saylı mənzilinin 3 otağı üzərində 1/2 hissədə Cavabdeh, 1/2 hissədə İddiaçı paylarının müəyyən edilməsi qət edilmişdir.
7. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 3 otağının 1/2 hissəsi üzərində İddiaçı mülkiyyət hüququ xx.xx.2022-ci il tarixdə, 1/2 hissəsi üzərində Cavabdeh mülkiyyət hüququ isə xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmışdır.
8. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixdə verilmiş, AZ-İİ seriyalı, 245388 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X8 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2009-cu il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2009-cu il tarixdə 908 nömrə ilə qeyd edilmişdir.
9. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2010-cu il tarixdə verilmiş, AZ-İİ seriyalı, 545287 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X9 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2010-cu il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2010-cu il tarixdə 2880 nömrə ilə qeyd edilmişdir.
10. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş, AZ-İİİ seriyalı, 319644 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X3 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2014-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 1035 nömrə ilə qeyd edilmişdir.
11. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş, AZ-İİİ seriyalı, 319643 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, X4 (atası Cavabdeh, anası İddiaçı) xx.xx.2014-cü il tarixdə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 1034 nömrə ilə qeyd edilmişdir.
12. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli, AZ-İ seriyalı, 423257 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında olan nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsinə əsasən pozulmuş, nikaha xx.xx.2019-cu il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2022-ci il tarixdə 201 nömrə ilə qeyd edilmişdir.
13. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10/2239 nömrəli ekspert rəyindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Q yaşayış sahəsi, ev 19 ünvanında yerləşən 1 saylı mənzilin naturada 1/2 hissəyə bölünməsinin İnşaat Norma və Qaydaları 2.08.01.89*un 1.1, 2.2, 2.4 bəndlərində və Məhkəmə Tikinti-X2 Metodlarında göstərilənlərə əsasən texniki cəhətdən mümkün olmadığı müəyyən olunmuşdur. Rəyin tədqiqat hissəsində qeyd olunanlara əsasən Bakı şəhəri, Suraxanı rayonu, Q yaşayış sahəsi, ev 19 ünvanında yerləşən 1 saylı mənzilin hazırkı orta bazar qiymətinə uyğun olaraq dəyəri təqribən 85250 manat (55 m2 x 1150 manat) məbləğində müəyyən olunur.
İşin faktiki halları.
14. İddiaçı və Cavabdeh arasında olan nikah Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə pozulmuşdur.
15. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qətnaməsi ilə birgə nikah dövründə əldə edilmiş əmlak kimi Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsinin 19 saylı evin 1 saylı mənzilinin 3 otağı üzərində 1/2 hissədə Cavabdeh, 1/2 hissədə İddiaçı payları müəyyən edilmişdir. Hər iki tərəfin öz payları üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır.
Tətbiq edilən hüquq.
16. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 213. Ümumi mülkiyyət anlayışı və onun əmələ gəlməsi əsasları. 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 220. Paylı mülkiyyətdə olan əşyanın bölünməsi və ondan payın ayrılması. 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Maddə 221. Ümumi paylı mülkiyyət hüquqlarına xitam verilməsi Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər.
18. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarı.
Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi paylı mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi. ...Beləliklə, əmlakın bölünməsi və ya ondan payın naturada ayrılması mümkün olmadıqda, əmlakın bölünməsinin və ya payın ayrılmasının yeganə ağlabatan üsulu pul kompensasiyasının ödənilməsidir. ...Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
20. İşin faktiki hallarından göründüyü kimi, Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “Q” yaşayış sahəsinin 19 saylı evin 1 saylı mənzilinin 3 otağı hər birinə 1/2 pay olmaqla tərəflərin paylı mülkiyyətindədir. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edən İddiaçı öz payının ayrılmasını tələb edir.
21. Yuxarıda (§ 18) istinad edilmiş Konstitusiya Məhkəməsi Plenumunun qərarında qeyd edildiyi kimi, ümumi paylı mülkiyyətdə olan payın ayrılması iki formada həyata keçirilə bilər: 1) ümumi paylı mülkiyyətdə olan payın natura formasında ayrılması; 2) pul kompensasiyasının (dəyərinin) ödənilməsi.
22. İş materiallarından görünür ki, iddiaçıya məxsus payın naturada ayrılmasının mümkün olmamasına dair ekspert rəyi verilmişdir. Belə olan halda payın ayrılmasının birinci üsulunun hazırkı işə tətbiqi istisna edilir.
23. Payın ayrılmasının ikinci üsulu olan pul kompensasiyasının ödənilməsinə isə cavabdeh razı olmamışdır. Belə ki, iş üzrə keçirilmiş ekspertiza nəticəsində tərəflərin paylı mülkiyyətində olan əmlakın orta bazar qiyməti 82500 manat məbləğində müəyyən edildikdən sonra Cavabdeh iddiaçıya payı qarşılığında kompensasiya verməyə maddi imkanı olmadığını bildirmiş, bununla bağlı məhkəməyə ərizə təqdim etmişdir.
24. Konstitusiya Məhkəməsi Plenumunun müvafiq qərarında qeyd edilmişdir ki, digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər.
25. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.6-ci maddəsində isə qeyd edilir ki, bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər.
26. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin paylı mülkiyyətində olan əmlakdan iddiaçıya məxsus payın naturada ayrılması mümkün olmadığından və cavabdeh iddiaçıya məxsus payın əvəzində ona kompensasiya ödəməyə maddi imkanı olmadığını bildirdiyindən əmlak açıq hərracdan satışa çıxarılmalı, satışdan əldə olunan pul əmlakın paylı mülkiyyətçiləri olan tərəflər arasında onların paylarına mütənasib surətdə (hər birinə 1/2) bölünməlidir.
27. Bu hissədə məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbində hərracdan əldə edilmiş vəsaitin dörd uşağın mənafeyi nəzərə alınmaqla (uşaqlar iddiaçının yanında qalır), iddiaçıya 2/3, cavabdehə 1/3 hissədə bölünməsini xahiş etmişdir. Lakin nəzərə alınmalıdır ki, əmlak üzərində tərəflərin payları artıq müəyyən edilmişdir. Hazırda isə məhkəmə müəyyən edilmiş payın ayrılması məsələsini həll edir. Bu mərhələdə isə paylar ancaq paylara mütənasib surətdə bölüşdürülə bilər. Odur ki, iddia qismən təmin edilməli, əmlakın açıq hərracdan satılması nəticəsində əldə edilmiş vəsait tərəflərin hər birinə bərabər payla (1/2) bölünməlidir.
Məhkəmə xərcləri.
28. İş materiallarından görünür ki, iddiaçı müvafiq iddia ərizələri ilə məhkəməyə müraciət edərkən 50 manat məbləğində dövlət rüsumu ödəmişdir.
29. İş materiallarında olan ekspert rəyinə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 50 manat məbləğində olmuşdur. Məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq həm müvafiq dövlət rüsumu, həm də ekspertiza xərci cavabdehdən tutularaq müvafiq olaraq iddiaçıya və ekspertizanı həyata keçirən orqana ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
30. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, ünvan 2 ünvanında yerləşən mənzilin İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan 3 otağı açıq hərracdan satışa çıxarılmalı, satışdan əldə edilmiş vəsaitin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh ödənilməli, iddia qalan hissədə təmin edilməməli, ödənilmiş 50 manat məbləğində dövlət rüsum Cavabdeh tutularaq İddiaçı ödənilməli, 50 manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq ekspertizanı həyata keçirən orqanın hesabına ödənilməlidir.
31. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
İddiа qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən mənzilin İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan 3 otağı açıq hərracdan satışa çıxarılsın və satışdan əldə edilmiş vəsaitin 1/2 hissəsi İddiaçı, 1/2 hissəsi Cavabdeh ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilmiş 50 (əlli) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. 50 (əlli) manat məbləğində ekspertiza xərci Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinədаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva