Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-652/2025 19.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mirzəyeva Firuzə Fuad qızının sədrliyi Quliyeva Leyla Məmməd qızının katibliyi, Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil, Maraqlı şəxs5 nümayəndəsi Nümayəndə, Maraqlı şəxs** iştirakları ilə, Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. Ərizəçi ölüm faktının müəyyən edilməsinə dair ərizə ilə Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, ünvan sahəsinin X*nın vərəsəsi kimi öz payına düşən hissəsinin miras qismində onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, miras qoyan X7 onun anasıdır. Bakı şəhəri, ünvan sahəsi xüsusi mülkiyyət hüququ ilə onun X*na məxsus olmuşdur. Həmin bağ sahəsini onlar ailəlikcə istifadə etmiş, həmin bağ sahəsi onların sahibliyində olmuşdur. X* 03 noyabr 2000-ci ildə ölmüş, anası öldükdən sonra onun mülkiyyətində olan həmin bağ sahəsini miras qismində onlar, yəni ərizəçi və bacı və qardaşları faktiki olaraq qəbul etmişdirlər. Belə ki, onun anasının vərəsələri o, qardaşı X3* və bacıları Maraqlı şəxs3, X22, Maraqlı şəxs5, X32, X33 və X23 olub. X9 24 dekabr *973-cü ildə yəni anasından əvvəl ölüb. Miras qoyan X4 bütün digər vərəsələri mirası faktiki qəbul etmişdir. Onun həmin miras əmlakı faktiki qəbul etməyinə baxmayaraq, mirasın ona aid hissəsini rəsmi qəbul edərək öz adına keçməsi üçün notariusa müraciət etdiyi zaman, 4 saylı Bakı ASAN Xidmət Mərkəzinin notariusu onun müraciətindən imtina edərək, əsas kimi miras əmlakı qəbul etməyi üçün müddəti ötürməyini göstərmişdir. Göründüyü kimi, anasının birinci dərəcəli vərəsəsi kimi miras açıldıqdan sonra miras əmlakı faktiki olaraq istifadə etməklə, həmin mirasın özünə düşən hissəsini o, faktiki qəbul etmişdir. Qeyd edilən bağ evində yaşamaları, həmin bağ sahəsini saxlamaları, həmin bağ sahəsinə dair vergi ödəməyi, kommunal xətləri öz adına keçirməyi məhz həmin mirası faktiki qəbul etməyi hesab edilməlidir. Ona görə də, bu faktın, yəni Bakı şəhəri, ünvan sahəsinin miras əmlak kimi onun payına düşən hissəsinin qəbul edilməsi faktının müəyyən edilməsi zərurəti vardır. Qeyd edilən bağ sahəsinin miras qismində ona keçməsi faktının müəyyən edilməsi ona həmin bağ sahəsinin onun adına rəsmiləşdirilməsi üçün lazımdır. O, bu faktın müəyyən edilməsi üçün lazım olan sənədləri başqa qaydada ala bilmədiyinə görə, Suraxanı rayon məhkəməsinə müraciət etməyə məcbur olmuşdur. Ərizəçinin nümayəndəsinin ərizəsi. Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə ünvanlayaraq, ərizədə qeyd edilən bağ sahəsinin xüsusi mülkiyyət hüququ ilə deyil icarə hüququ ilə X5 məxsus olmasının nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Tərəflərin izahatları. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, ərizədə xüsusi mülkiyyət hüququnun qeydə alınması yazılmışdır, icarə müqaviləsi olub. Texniki səhvin nəzərə alınmağını və ərizənin təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Maraqlı şəxs5 nümayəndəsi Nümayəndə ərizənin təmin olunmasına etiraz etmədiyini bidirmişdir. Məhkəmə iclasında Maraqlı şəxs** ərizənin təmin olunmasına etiraz etmədiyini bidirmişdir. İş üzrə maraqlı şəxslər Maraqlı şəxs8, Maraqlı şəxs7, Maraqlı şəxs6, X*3, Maraqlı şəxs3, X*0 və 4 saylı Bakı ASAN Xidmət Mərkəzində notariat ofisinin nümayəndəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. Əvvəlki məhkəmə iclasında Maraqlı şəxs8 bildirmişdir ki, o, Səriyyəxanımın nəvəsidir. Qardaşı sağdır, atası rəhmətə gedib. Əliyev Fərhad onun atasıdır. Əvvəlki məhkəmə iclasında Maraqlı şəxs4, Maraqlı şəxs7, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs8 iştirak edərək ərizənin təmin olunmasına etirazlarının olmadığını bildirmişdirlər. Şahidlərin ifadələri. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid* bildirmişdir ki, Ərizəçi bağ qonşusudur. Bağ Eldargilə məxsusdur. O da onların qonşusudur, 30 ildir qonşudurlar, 30 ildir o, bağda yaşayır. Bağ köhnədir, qaynatası orada yaşayıb. Şahidin bağı 4 nəfərə bölünüb, ona aid hissə bilavasitə Eldargilin bağı ilə qonşudur. Aralarında hasar var, bağlar yan-yanadır. * mərtəbəli tikili var, otaq saylarını bilmir. Həyətdə oturmuşdurlar. Həyət təxmini 20-25 sotdur, evin təxminən 2-3 otağı var. Həmişə ailə üzvləri gəlir. Eldar və böyük bacıları gəlir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Ərizəçi qonşusudur. Qeyd edir ki, bağ məsələsinə görə gəlmişdir. Yayda həmişə bağa köçürdülər. Əsas evi ilə qonşudurlar. O, onların bağlarında olmuşdur, dəvət etmişdilər, Əncirnıyda yerləşir. Sahəni dəqiq deyə bilmir. Evi * mərtəbəli olaraq görmüşdür, Sovet dövründə olmuşdur, sonra getməmişdir. Bağ Səriyyəxanımın idi, o da qonşusu idi. Şahid uşaq olanda onlar artıq qonşuları idi, bağlarında olmuşdur. Səriyyəxanımın ölməyi yadına gəlir, sonra bağa getməmişdir. Eldarın gedib-gəldiyini bilmişdir. İş materialları. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı "Asan Xidmət" Mərkəzində Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış *4.**.2024-cü il tarixli 3523 saylı cavab məktubundan görünür ki, ona miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi və mirasın qəbulu müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Əmircan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *5.03.2022-ci il tarixli, *3 nömrəli arayışdan görünür ki, X7 25.02.*946-cı il tarixdən vəfatına kimi (03.**.2000-ci il) Əmircan qəsəbəsi, Vaqif küçəsi ev 2' ünvanında qeydiyyatda olub. Onunla birgə bu ünvanda həyat yoldaşı X34 03.08.*945-ci il tarixdən vəfatına kimi (24.*2.*973-cü il) qeydiyyatda olub. Onların birgə nikahdan bu övladı olub: *.qızı - Maraqlı şəxs3 q. - *7.08.*964-cü il trixdən indiyə kimi qeydiyyatdadır. 2.qızı - X47 q. - *6.08.*968-ci il tarixdən 22.0*.*986-ci tarixə kimi qeydiyyatda olub. 3. qızı - Maraqlı şəxs5 q. - *0.06.*970-ci il tarixdən indiyə kimi qeydiyyatdadır. 4. qızı - X56 q. - *9.04.*973-cü il tarixdən vəfatına kimi (02.09.202*-ci il) qeydiyyatda olub. 5. oğlu - X55 o. - 24.*0.*977-ci il tarixdən vəfatına kimi (*0.09.20*7-ci il) qeydiyyatda olub. 6. qızı - X57 q. - 25.07.*977-ci il tarixdən *6.*2.*985-ci tarixə kimi qeydiyyatda olub, 24.06.202* -ci il tarixdə vəfat edib. 7. oğlu - Ərizəçi o. - 25.**.*982-ci il tarixdən indiyə kimi qeydiyyatdadır. 8. qızı - X48 q. - *8.02.2005-ci il tarixdə qeydiyyatdan çıxıb. İş materiallarında olan 6570 saylı 20.08.*987-ci il tarixli icarə müqaviləsindən görünür ki, X7 Bakı şəhəri, ünvan sahəsinin icarəsi müqaviləsini bağlamışdır. Həmin Müqavilənin *6-cı bəndinə əsasən, bu Müqavilənin müddəti 20.08.*987-ci il tarixdən 20.08.*997-ci il tarixədəkdir. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06.04.20*9-cu il tarixli, AZ-T seriyalı 092507 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs3 (X9, X*) xx.xx.*948-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 2*.02.*948-ci il tarixdə *55 nömrə ilə qeyd edilmişdir. 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş **.0*.2022-ci il tarixli AZ-İİ № 236*40 nömrəli ölüm haqqında şahadətnamənin surətindən görünür ki, X24 24.06.202*-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 06.07.202*-ci il tarixdə 0632 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon VVAQ şöbəsi tərəfindən verilmiş 08.**.2000-ci il tarixli AZ № 05*3*0 nömrəli ölüm haqqında şahadətnamənin surətindən görünür ki, X7 03 noyabr 2000-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 08.**.2000-ci il tarixdə 236 nömrə ilə qeyd edilmişdir. 5 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş 07.09.202*-ci il tarixli AZ-İİ № 2*3863 nömrəli ölüm haqqında şahadətnamənin surətindən görünür ki, X25 02.09.202*-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 07.09.202*-ci il tarixdə 9*8 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06.0*.*975-ci il tarixli İ-ЖГ № 298526 nömrəli ölüm haqqında şahadətnamənin surətindən görünür ki, X34 24.*2.*973-cü il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 27.*2.*973cü il tarixdə 525 nömrə ilə qeyd edilmişdir. 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş *6.09.20*7-ci il tarixli AZ-İ № 897097 nömrəli ölüm haqqında şahadətnamənin surətindən görünür ki, X3* *0.09.20*7-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında *6.09.20*7-ci il tarixdə *845 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07.06.20*8-ci il tarixli sənəddən görünür ki, X34 və X4 nikahı haqqında 20.*2.*945-ci il tarixdə 245 №-li akt qeydi tərtib olunmuşdur. Nikahın qeydə alındığı yer Suraxanı rayon Qeydiyyat Şöbəsidir. Nikah bağlandıqdan sonra arvada Əliyeva soyadı verilmişdir. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 08.03.20*8-ci il tarixli, AZ-T seriyalı 056462 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X35 (X9, X*) *3.0*.*956-cı ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 28.0*.*956-cı il tarixdə *86 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26.**.*959-cu il tarixli, İ-ИЕ seriyalı 834884 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X33 (X9, X*) 05.**.*959-cu ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 26.**.*959-cu il tarixdə *882 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 27.02.*964-cü il tarixli, АЗ seriyalı 4984*6 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 (X9, X*) xx.xx.*964-cü ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 27.02.*964-cü il tarixdə 38* nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 20.*2.*96*-ci il tarixli, АЗ seriyalı 05*488 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi (X9, X*) xx.xx.*96*-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 20.*2.*96*-ci il tarixdə 2048 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsi trərəfindən X2* ünvanlanmış 03.02.20*2-ci il tarixli cavab məktubundan görünür ki, onun tərəfindən bağ sahəsində ölçü işlərinin aparılmasına şərait yaradılmadığından ərizənin icrası mümkün olmamışdır. Bağ sahəsində mütəxəsisslər tərəfindən ölçü işlərinin aparılması təmin edildiyi təqdirdə ərizəyə yenidən baxıla bilər. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 22.08.*988-ci il tarixli, XİV-ЖГ seriyalı 26*429 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs7 (atası X*4, anası X24) xx.xx.*988-ci ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 22.08.*988-ci il tarixdə 29 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 26.06.*984-cü il tarixli, X-ЖГ seriyalı 277676 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*5 (atası X*4, anası X24) xx.xx.*984-cü ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 26.06.*984-cü il tarixdə 908 nömrə ilə qeyd edilmişdir. Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *9.**.*986-cı il tarixli, Xİİ-ЖГ seriyalı 264490 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*6 (atası X*4, anası X24) xx.xx.*986-cı ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında *9.**.*986-cı il tarixdə *454 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan *5.08.20*5-ci il tarixli tədiyyə bildirişindən görünür ki, Şüvəlan qəsəbəsi, 727 saylı bağ ünvanında 36 manat məbləğində torpaq vergisi Maraqlı şəxs3 tərəfindən ödənilmişdir. İş materiallarında olan mədaxil qəbzlərindən görünür ki, ünvan ünvanında elektrik enerjisinin istehlak haqqı və təbii qazın istehlak haqqı Ərizəçi tərəfindən ödənilmişdir. İş materiallarına əlavə edilmiş 04 fevral *994-cü il tarixli 3* nömrəli doğum haqqında akt qeydindən görünür ki, Maraqlı şəxs9 xx.xx.*994-cü il tarixdə doğulmuş, ata haqqında məlumat hissəsində X3*, ana haqqında məlumat hissəsində X** qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 2* fevral *992-ci il tarixli 46 nömrəli doğum haqqında akt qeydindən görünür ki, Maraqlı şəxs8 xx.xx.*992-ci il tarixdə doğulmuş, ata haqqında məlumat hissəsində X3*, ana haqqında məlumat hissəsində X** qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 20 dekabr 2004-cü il tarixli 2*93 nömrəli doğum haqqında akt qeydindən görünür ki, Maraqlı şəxs*0 xx xxxxxx 2004-cü il tarixdə doğulmuş, ata haqqında məlumat hissəsində X3*, ana haqqında məlumat hissəsində X** qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş *958-ci il tarixli 46* nömrəli doğum haqqında akt qeydindən görünür ki, X3* *9 fevral *958-ci il tarixdə doğulmuş, ata haqqında məlumat hissəsində X34, ana haqqında məlumat hissəsində X8 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 08.**.2000-ci il tarixli 236 nömrəli ölüm haqqında akt qeydindən görünür ki, X7 03.*0.2000-ci ildə Bakı şəhərində vəfat etmişdir. İş materiallarına əlavə edilmiş *956-cı il tarixli *86 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X32 *3.0*.*956-cı il tarixdə doğulmuş, ata haqqında məlumat hissəsində X34, ana haqqında məlumat hissəsində X8 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş *5.**.*986-cı il tarixli *925 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X45 *7.*0.*986-cı il tarixdə doğulmuş, ata haqqında məlumat hissəsində Nümayəndə Qüdrət oğlu, ana haqqında məlumat hissəsində X27 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 04.08.*984-cü il tarixli **72 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X36 07.07.*984-cü il tarixdə doğulmuş, ata haqqında məlumat hissəsində Nümayəndə Qüdrət oğlu, ana haqqında məlumat hissəsində Maraqlı şəxs5 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş *953-cü il tarixli *295 nömrəli doğum haqqında akt qeydindən görünür ki, Maraqlı şəxs5 xx.xx.*953-cü il tarixdə doğulmuş, ata haqqında məlumat hissəsində X34, ana haqqında məlumat hissəsində X8 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 09.03.*998-ci il tarixli 32 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X28 **.02.*998-ci il tarixdə doğulmuş, ata haqqında məlumat hissəsində Ərizəçi, ana haqqında məlumat hissəsində X37 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş *96*-ci il tarixli 2048 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X38 xx.xx.*96*-ci il tarixdə doğulmuş, ata haqqında məlumat hissəsində X34, ana haqqında məlumat hissəsində X8 qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş 29.04.*997-ci il tarixli *92 nömrəli nikah haqqında akt qeydindən görünür ki, X38 və X37 arasında Bakı şəhərində nikah bağlanmışdır. İş materiallarında olan Vəkil (X38) tərəfindən Notariat ofisinə yazılmış *4.**.2024-cü il tarixli ərizədə bildirilmişdir ki, 03.**.2000-ci ildə vəfat etmiş mərhum anası X2 miras qalan bağ sahəsindən ona çatası hissəyə dair qanun üzrə vərəsəlik şəhadətnaməsi verilməsini xahiş etmişdir. 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş **.0*.2022-ci il tarixli AZ-İİ № 236*40 nömrəli ölüm haqqında şahadətnamənin surətindən görünür ki, X24 24.06.202*-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 06.07.202*-ci il tarixdə 0632 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı Və Reyestri X54 tərəfindən məhkəməyə ünvanlanmış məktubdan görünür ki, Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X54nin * saylı Bakı Ərazi İdarəsində mövcud arxiv materiallarına əsasən sözügedən bağ sahəsinin X4 adına dövlət reyestrində qeydiyyata alınmasına dair məlumat aşkar edilməmişdir. Arxiv qovluğunda mövcud olan sənədlərə əsasən keçmiş X40 ilə bağlanılmış *6 avqust *963-cü il tarixli, 6570 nömrəli müqavilə ilə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan ərazisində yerləşən 0,20 ha bağ sahəsi X*7 icarəsinə verilmişdir. X34 vəfat etdikdən sonra həyat yoldaşı X6 (sorğuda: X7) bağ sahəsinin adına keçirilməsi ilə bağlı *8.*2.*98*-ci il və *8.08.*987-ci il tarixli ərizələrlə keçmiş Bağlar Təsərrüfatı İdarəsinə müraciət etmişdir. Belə ki, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən 0,20 ha sahəsi olan 727 saylı bağ sahəsinin və onun üzərindəki tikililərin icarəyə verilməsi haqqında keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə X6 arasında 20 avqust *987-ci il tarixli, 6570 nömrəli müqavilə bağlanılmışdır. Tətbiq edilən hüquq. Azərbaycan SSR Mülki Məcəlləsi (0*.09.2000-ci il tarixədək qüvvədə olmuş) Maddə 272. Əmlak kirayə müqaviləsi Əmlak kirayə müqaviləsinə görə kirayədar, əmlakı haqq ilə müvəqqəti istifadə üçün kirayəçiyə verməyi öz öhdəsinə götürür. Maddə 274. Əmlak kirayə müqaviləsinin müddəti Əmlak kirayə müqaviləsinin müddəti tərəflərin razılığı ilə, on ildən artıq olmayan müddətə müəyyən edilir. Dövlət, kooperativ və sair ictimai təşkilatlar arasında tikintilərin və ya qeyri-yaşayış binalarının kirayə müqaviləsinin müddəti beş ildən, avadanlığın və sair əmlakın kirayə müqaviləsinin müddəti isə bir ildən artıq olmamalıdır. Müqavilə bu maddədə göstərildiyindən daha uzun müddətə bağlandıqda, müvafiq olaraq on il, beş il və ya bir il müddətinə bağlanmış hesab olunur. Maddə 276. Müqavilənin müddəti keçdikdən sonra əmlakdan istifadənin davam etdirilməsi Müqavilə müddəti keçdikdən sonra kirayədarın e`tirazı olmadan əmlakdan istifadə davam etdirildiyi halda müqavilə qeyri-müəyyən müddətə təzələnmiş hesab olunur. Bu qayda dövlət, kooperativ və sair ictimai təşkilatlar arasındakı müqavilələrə, habelə məişət burovuz müqavilələrinə tətbiq edilmir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 675. Əmlak kirayəsi müqaviləsiƏmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür.Maddə 695. Kirayəçinin ölümünün nəticələri 695.*. Kirayəçinin öldüyü halda kirayə müqaviləsi üzrə hüquq münasibətləri, əgər başqa kirayəçilər varsa, onlarla davam etdirilir. Başqa kirayəçilər olmadıqda kirayə müqaviləsi üzrə hüquq münasibətləri vərəsələrlə davam etdirilir. Növbəti kirayəçinin və ya vərəsənin qanunla müəyyənləşdirilmiş xəbərdarlıq müddətlərini gözləməklə kirayə müqaviləsi üzrə hüquq münasibətlərinin ləğvinə dair bildiriş vermək hüququ vardır. 695.5. Bu Məcəllənin 695-ci maddəsinin tələblərinə zidd olan razılaşmaların qüvvəsi yoxdur. Maddə **45. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə **46. Mirasın açıldığı vaxt Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Maddə **47. Mirasın açıldığı yer **47.*. Miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. **47.2. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır. Maddə **5*. Miras əmlak **5*.*. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. **59.*. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: **59.*.*. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). **59.*.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar. **59.*.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Maddə *243. Mirasın qəbul edilməsi *243.*. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. *243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. ...307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.9. mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3*0. Ərizənin məzmunu və ərizəyə baxılması 3*0.*. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.... Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı. *0. Məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır.... *0.*. Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir.... Məhkəmənin mövqeyi və gəldiyi nəticə. Məhkəmə hesab edir ki, ərizə təmin edilməlidir. Ərizəçi X*ndan miras qalmış Bakı şəhəri, ünvan sahəsinin X*nın vərəsəsi kimi öz payına düşən hissəsinin miras qismində onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsini tələb etmişdir. Ərizəçi mirasın ona aid hissəsini rəsmi qəbul edərək öz adına keçməsi üçün 4 saylı Bakı ASAN Xidmət Mərkəzinin notariusuna müraciət etmiş, notarius tərəfindən ona miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi bildirilmişdir. Həmin bağ sahəsinin miras kimi onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi Ərizəçi öz payına düşən hissəsinin sənədləşdirilərək, rəsmiləşdirilməsi üçün lazımdır. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ərizəçinin məhrum X*nın vəfat etdiyi vaxtda, yəni 03.**.2000-ci il tarixdə vərəsələrindən – 8 övladı sağ olmuşdur. Onun əri - X34 24 dekabr *973-cü ildə vəfat etmişdir. Onun vərəsələri olan övladlarından – Ərizəçi, Maraqlı şəxs3, X*3, Maraqlı şəxs5, X*0 hazırda sağdırlar və maraqlı şəxslər qismində işə cəlb olunmuşdurlar. Vəfat etmiş övladlarının vərəsələri (X3* vəfat etdikdən onun vərəsələri - Maraqlı şəxs*0, Maraqlı şəxs8, Maraqlı şəxs9, X**; Əliyeva (Hacıyeva) Xanım Vəli qızı vəfat etdikdən onun vərəsələri - Maraqlı şəxs7, Maraqlı şəxs6, Maraqlı şəxs**) də maraqlı şəxslər qismində cəlb olunmuşdur. Digər mərhum vərəsə olan - X*2 vərəsələri müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iş üzrə maraqlı şəxslər məhkəmə iclaslarında iştirak edərək ərizənin təmin edilməsinə etirazlarının olmadığını bildirmişdirlər. Belə olan halda, hesab edilir ki, bağ sahəsinə ərizəçinin hüquqlarının müəyyən edilməsi ilə bağlı vərəslər arasında mübahisə yoxdur. İş materiallarından görünür ki, sözügedən 727 nömrəli bağ sahəsinin icarəsi ilə bağlı 6570 saylı İcarə müqaviləsi X7 ilə 20.08.*987-ci il tarixdə *0 il müddətinə bağlanılmış, müqavilənin müddəti 20.08.*997-ci il tarixdə bitmişdir. Lakin, həmin vaxt qüvvədə olan mülki qanunvericiliyə - Azərbaycan SSR Mülki Məcəlləsinin 276-cı maddəsinə əsasən, müqavilənin müddəti keçdikdən sonra kirayədarın etirazı olmadan əmlakdan istifadə davam etdirildiyi halda, müqavilə qeyri-müəyyən müddətə təzələnmiş hesab olunur. Bununla, müqavilənin qeyri-müəyyən müddətə uzadıldığını hesab etmək olar. Daha sonra, 03.**.2000-ci il tarixdə X7 vəfat etmiş, həmin vaxt artıq yeni qanunvericilik – Azərbaycan Respublikasının Mülki Məcəlləsi qüvvədə olmuşdur. Həmin Məcəllənin 695.*-ci maddəsinə əsasən, kirayəçinin öldüyü halda, başqa kirayəçilər olmadıqda kirayə müqaviləsi üzrə hüquq münasibətləri vərəsələrlə davam etdirilir. Yuxarıda qeyd edilmiş qanunvericiliyin tələblərinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının daxil olduğu nəzərə alındıqda, icarə (kirayə) müqaviləsi üzrə əmlak hüquqları da mərhum X3 qalmış miras kütləsinə daxildir. Bundan başqa, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan ünvanında elektrik enerjisinin istehlak haqqı və təbii qazın istehlak haqqı Ərizəçi tərəfindən ödənilmişdir. Ərizəçi tərəfindən ödənilmiş qeyd edilən kommunal ödənişlər ərizəçinin həmin fərdi yaşayış evindən istifadə etməsi nəticəsinə gəlinməsi üçün əsas kimi çıxış edir. Həmçinin, şahid ifadələrindən görünür ki, ərizəçi miras qalan bağ sahəsinə mütəmadi olaraq gedib-gəlmişdir. Yuxarıda qeyd edilmiş mülki qanunvericiliyin tələblərinə əsasən, vərəsə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Belə olan halda, ərizəçi tərəfindən icarə hüququnu nəzərdə tutan miras əmlakın onun payına düşən hissədə qəbul edilməsi faktı iş materialları və şahid ifadələri ilə tam sübut edilir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Bakı şəhəri, ünvan sahəsinin X4 vərəsəsi kimi öz payına düşən hissəsinin miras qismində Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 233, 3**, 357, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Bakı şəhəri, ünvan sahəsinin X4 vərəsəsi kimi öz payına düşən hissəsinin miras qismində Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Firuzə Mirzəyeva
Məhkəmə qərarları › İş №2(010)-652/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-652/2025
19.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver