Məhkəmə qərarları › İş №2(010)-6627/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-6627/2021

29.11.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-6627/2021 29.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, İddiaçı cavabdeh Suraxanı Rayon İcra İdarəsinə qarşı əmək haqqında tutulmanın həcminin azaldəlması tələbinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək,Suraxanı Rayon Məhkəməsinin 2(010)-9667/2017 saylı,17.11.2017-ci il tarixli icra sənədi üzrə Suraxanı Rayon İcra İdarəsinin icra məmurunun ona çatacaq əmək haqqının borc ödənilənədək hər ay 50% miqdarında əmək haqqından tutulmanın azaldılaraq 30% miqdarında müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1. ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 24.2-ci maddəsinin tələbinə görə, Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. İddiaçı hazırkı ərizəsində faktiki olaraq məhkəmə qətnaməsinin icrası qaydasının dəyişdirilməsini xahiş edir ki, bu xahişə də iddia icraatı qaydasında yox, məhkəmə aktlarının icrası qaydasında baxıla bilər. MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Suraxanı Rayon İcra İdarəsinə qarşı əmək haqqında tutulmanın həcminin azaldılması tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 153-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldım: İddiaçı cavabdeh Suraxanı Rayon İcra İdarəsinə qarşı əmək haqqında tutulmanın həcminin azaldəlması tələbinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin və ərizəyə əlavə edilmiş sənədlər İddiaçı qaytarılsın. Ərizəçiyə izah olunsun ki, o hazırki xahişlə qətnamənin icra üsulunun dəyişdirilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar