Məhkəmə qərarları › İş №2(010)-6656/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-6656/2021

06.12.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-6656/2021 06.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 İltifaq oğlunun, İddiaçı4, İddiaçı5 və X1 Cavabdeh qarşı zəbt edilmiş ümumi küçəyə məxsus torpaq sahəsinin ərazidə sakinlərin ümumi istifadəsinə qaytarılmasının təmin edilməsi tələbinə dair iddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİM: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 İltifaq oğlu, İddiaçı4, İddiaçı5 və X2 Cavabdeh qarşı zəbt edilmiş ümumi küçəyə məxsus torpaq sahəsinin ərazidə sakinlərin ümumi istifadəsinə qaytarılmasının təmin edilməsi tələbinə dair qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsini və ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilən əsaslara görə ərizənin qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 İltifaq oğlu, İddiaçı4, İddiaçı5 və X2 iddia ərizəsini verərkən dövlət rüsumunun ödənilməsinə dair sənəd təqdim etməmişlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.1 və 150.1.2-ci maddələrinə əsasən, iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Həmin Məcəllənin 152.1 və 152.1.5-ci maddələrinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bu Məcəllənin 108.3.-ci maddəsinə əsasən dövlət rüsumu yalnız elektron ödəniş sistemləri vasitəsilə ödənilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “X3” Azərbaycan Respublikası Qanunun 8.2-ci maddəsinə əsasən Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat məbləğində dövlət rüsumu kimi ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 263-264, 276-278 və 279-cu maddələrini rəhbər tutub, Q Ə R A R A A L D İ M : İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 İltifaq oğlunun, İddiaçı4, İddiaçı5 və X1 Cavabdeh qarşı zəbt edilmiş ümumi küçəyə məxsus torpaq sahəsinin ərazidə sakinlərin ümumi istifadəsinə qaytarılmasının təmin edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Hakim: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar