Məhkəmə qərarları › İş №2(010)-6702/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-6702/2021

28.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-6702/2021 28.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclasının katibi Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Ərizəçi X* iştirakı ilə, Ərizəçi X* maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi X2 maraqlı şəxs Suraxanı rayon qeydiyyat şöbəsinə qarşı doğumun qeyd edilmə fakt tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizənin təmin edilməsi, onun *2.06.2020-ci il tarixində ev şəraitində bir oğlan uşağının dünyaya gətirməyi faktının müəyyən edilməsi, uşağa doğum aktı qeydlərində X4 adının, soyadının və ata adının verilməsi və bu haqda qeydlərin aparılması vəzifəsinin Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X2 yazılı ərizə təqdim edərək, ərizənin geri götürülməsini və mülki işin baxılmamış saxlanılmasını xahiş etmişdir. Maraqlı şəxs Suraxanı rayon Qeydiyyat şöbəsinə bu barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq göstərilən tarixdə məhkəmə iclasına heç bir üzürlü səbəb göstərmədən gəlməmiş və işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.**-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.*-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 263.*-ci maddəsinin tələbinə görə, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, ərizəçi X* maraqlı şəxs Suraxanı rayon Qeydiyyat şöbəsi iddia ərizəsinin geri qaytarılmasına və işin baxılmamış saxlanılmasına dair ərizəsini verdiyinə görə, cavabdeh işin mahiyyəti üzrə baxılmasını tələb etmədiyinə görə ərizəçi X* maraqlı şəxs Suraxanı rayon qeydiyyat şöbəsinə qarşı doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbinə dair iddiası baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın 259.0.**, 260, 263- 264 və 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi X* maraqlı şəxs Suraxanı rayon Qeydiyyat şöbəsinə qarşı doğumun qeyd edilmə faktının müəyyən edilməsinə dair ərizəsi baxılmamış saxlanılsın və işdəki sənədlər iddiaçıya geri qaytarılsın. Ərizəçi X2 tərəfindən ödənilmiş *00 manat dövlət rüsumu iddiaçıya qaytarılsın. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar