Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-68/2021 13.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı maneənin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun Cavabdeh mənzil tikinti kooperativliyinə üzv qəbul olunmağı və Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, məhəllə 4048/49 ünvannıda Cavabdeh MTK tərəfindən inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun 3-cü mərtəbəsindəki ümumi sahəsi 105,36 kv.m olan 3 otaqlı, 11 nömrəli mənzilin ona verilməsi haqqında kooperativin qərarının əslinin və ya qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq edilmiş surətlərinin ona təqdim edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İşə məhkəmə iclasında baxılarkən, iddiaçı iddia tələbinə dəqiqləşmə verərək ona məxsus olan qeyd olunan mənzilə Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında əmlakın dövlət reyestrindən Çıxarış almağı üçün cavabdehdən tələb olunan sənədlərin alınıb ona verilməsi üçün müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2013-cı ildə münasib qiymətə özünə ev almaq istəyib. Bakı şəhəri, Suraxanı ravonu, Qaraçuxur ŞTQ, məhəllə 4048 ünvanında "Elita-R” MTK-nın inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 3-cii mərtəbəsindəki ümumi sahəsi 105,36 kv.m. 3 otaqlı 11 nömrəli mənzil ona təklif olunduqda qiyməti münasib olduğu üçün mənzilin müqavilə ilə nəzərdə tutulmuş dəyərini tam ödədiyi üçün öz adına mənzilin müqaviləsi və mənzilin dəyərini tam ödəməyi haqqında maliyyə arayışı verilmişdir. Sonralar mənzilə baxmağa gedəndə orda bir çox özbaşınalıqların baş verdiyini sakinlərdən eşitmişdir. Belə ki, bu MTK-nın həmin yerdə ayrı-ayrı bir bloklu olmaqla üç bina tikintisini aparıldığını, bu binalarda bir mənzilin bir neçə şəxsə satılması, mənzillərin vaxtında təhvil verilməməsi, mənzil sahibləri onlara məxsus mənzili satarkən (müqaviləni addan-ada keçirərkən) MTK rəhbərliyi tərəfindən böyük məbləğdə (mənzilin sahəsinə görə 3-5 min manat) pul tələbi, yaşayış olan 2-ci blokda suyun və işığın həftələrlə, qazın isə ümumiyyətlə olmamasının binanın sakinlərindən öyrənmişdir. Bu MTK-da belə halları eşitdikdən sonra, mənzilini satmaq qərarına gəlmiş, mənzilə alıçı tapmış, mənzilin müqaviləsini alıcının adına keçirtmək üçün MTK-nin işçiləri tərəfindən onlardan beş min manat pul istənildi o, da öz növbəsində razı olmamış, alıcı da bu məbləğin verilməsinə razılaşmadığı üçün mənzili sata bilməmışdır. İkinci dəfə yendə belə hal təkrarlandıqdan sonra MTK- ya dəfələrlə ərizə yazb ödədiyi məbləğin ona qaytarılması şərti daxilində mənzilin MTK-ya qaytarılmasına razı olduğunu bildirmişdir. Onlarsa mənzilin dəyərindən cox asağı məbləğ ödənilməsini təklif etdikləri üçün onlarla razılaşmamışdır. Bir müddət sonra, sözügedən bina sakinlərinin yeni tikliyə girişinə məhdudiyyətlərin qoyulmasının şahidi olduğu üçün "xxxx" MTK-ya qarşı "hüquqların həyata keçirilməsinə mane olmaq və mənzilin təhvil verilməsi’' tələbinə dair iddia ərizəsi ilə Suraxanı rayon Məhkəməsinə müraciət etmiş, Suraxanı rayon Məhkəməsi 10.02.2017-ci il tarixli №2(010)- 715/2017 saylı qətnaməsi ilə "hüquqların həyata keçirilməsinə mane olmaq və mənzilin təhvil verilməsi” tələbini təmin etmişdir. Hal-hazırda 2 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsində ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ, məhəllə 4048 ünvanında Cavabdeh MTK-nın inşa etdiyi yüksək mərtəbəli yaşayış binasının 1-ci blokunun 3-cü mərtəbəsindəki ümumi sahəsi 105.36 kv.nı olan 3 otaqlı, 11 nömrəli mənzilə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və həmin mənzilə dair ARAYİŞ-ın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması ilə bağlı müraciətimlə bağlı məhkəmə prosesi gedir. 2 saylı Bakı İnzibati - İqtisadi Məhkəməsin heç bir tələbinə əməl etmədiyinə görə 05.03.2019, 18.04.2019 və 05.09.2019-cu il tarixlərində (üç dəfə) “Elita-R" MTK-ya cərimə tətbiq edilməsi barəsində qərardad qəbul edilmişdir. O, üzərinə düşən öhdəliyini müəyyən edilmiş qaydada tam icra etməyinə (müqavilə ilə müəyyən edilmiş məbləği tam ödəməyinə) baxmayaraq MTK onun üzv qəbul edilməyi ilə bağlı müvafiq sənədləri, tələblərinə məhəl qoymayaraq, ona təhvil vermir. Belə ki, Cavabdeh MTK-ya göndərdiyi (10.09.2019-cu il tarixili telqramın qəbzi və onun 12.09.2019-cu il tarixli cavabnaməsi, 10.09.2019-cu il tarixli məktubun qəbzi) müraciətlərin onlar tərəfindən alınmasına baxmayaraq müraciətlərinə bu günə qədər heç bir cavab verilməmişdir. Odur ki, qeyd edilənlərə əsasən iddiasının təmin edilməsini xahiş edir. Məhkəmənin iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək iddiasının təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh "xxxx"MTK-ya məlmat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini məhkəməyə bildirməmişdir. Məhkəmə MPM-nin 185-ci maddəsinə uyğun olaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işin hallarını və sübutları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş: Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 2-(010)-8828/2016 saylı, 17 oktyabr 2016-cı il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh MTK-nə qarşı sahiblik və istifadə hüquqlarının tannıması tələbinə dair iddia tələbi təmin edilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qara-Çuxur ŞTQ, məhəllə 4048 ünvanında Cavabdeh MTK tərəfidən inşa edilən yüksək mərtəbəli yşaayış binasının 1-ci blok, 3-cü mərtəbəsindəki ümumi sahəsi 105,36 kv.m, 3 otaqlı 11 nömrəli mənzil sahəsinə İddiaçı sahiblik və istifadə hüququ tanınmışdır. 2 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin 18 aprel 2019-cu il tarixli, 2-1(82)- 747/2019 saylı qərardadından görünür ki, Cavabdeh məhkəmənin icraatında olan işlə bağlı MTK da olan sənədlərin məhkəməyə təqdim edilməsi barədə məhkəmə sorğusunu təkrarən icra etmədiyinə görə 220 manat məbləğində yenidən cərimə edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 02.06.2020-ci il tarixli, 2-(103)-240/2020 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur ŞTQ, məhəllə 4048 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsindəki ümumi sahəsi 105,36 kv.m, 3 otaqlı 11 nömrəli mənzil sahəsinə İddiaçı sahiblik və istifadə hüququnun tannıması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Suraxanı Rayon Məhkəməsinin 2-(010)-8828/2016 saylı, 17 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. İkinci mülki iş üzrə İddiaçı Cavabdeh MTK-ya qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Qara Çuxur ŞTQ, məhəllə 4048 ünvanında Cavabdeh MTK tərəfindən inşa edilən yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 3-cü mərtəbəsindəki ümumi sahəsi 105,36 kv.m, 3 otaqlı 11 nömrəli mənzil sahəsini iddiaçıya təhvil vermək və onun həmin əmlaka hüquqlarını həyata keçirməyinə mane edən əməllər etməmək vəzifəsi cavabdehin üzərinə qyulması, həmin yaşayış sahəsini özgəninkiləşdirə bilməsi üçün iddiaçıya maneə törədilməməsini və özgəninkiəşdirmənin həyata keçirilməsi üçün cavabdehdən asılı hərəkətləri etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Suraxanı Rayon Məhkəməsinin 2-(010)- 715/2017 saylı, 10 fevral 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsi 04 iyun 2019-cu il tarixli qərardadı ilə qeyd edilən hər iki mülki işi bir icraatda birləşdirmişdir. Üçüncü mülki iş üzrə iddiaçı Cavabdeh MTK cavabdehlər İddiaçı və X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 10 iyun 2013-cü il tarixli müqavilənin etibarsız hesab edilməsi və X1 10000 manat maddi ziyanın tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin 19 iyun 2019-cu il tarixli, 2(008)-4305/2019 saylı qətnaməsi ilə iddia təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsi 20 fevral 2020-ci il tarixli qərardadı ilə mülki işlər bir icraatda birləşdirmiş və 02.06.2020-ci il tarixli qətnaməsi ilə hər üç qətnamə qüvvədə saxlanılmışdır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh MTK arasında mənzilin alqı-satqısı ilə bağlı müqavilə imzalanmışdır. İddiaçı tərəfin dəlili ondan ibarətdir ki, mənzilin dəyərini tam ödəməsinə baxmayaraq cavabdeh kooperativin mənzilə dair sənədləri bilərəkdən vermədiklərinə görə mənzilə dair mülkiyyət hüququnu rəsmiləşdirə bilmir. Cavabdeh tərəfindən mübahisə predmeti olan mənzillə bağlı iddiaçıya hər hansı maneənin olub-olmamasına qiymət vermədən öncə, məhkəmə iddiaçının həmin mənzillə bağlı hazırkı iddianı irəli sürməyə subyektiv hüququnun olub-olmamasının müəyyən edilməsini zəruri hesab edir. İş materiallarına əlavə edilmiş məhkəmə aktlarından görünür ki, iddiaçının mübahisəli mənzilə məhdud əşya hüququ, yəni istifadə və sahiblik hüququ tanınmış, onun həmin mənzili alqı-satqı yolu ilə alması müəyyən edilmiş, həmçinin onun əmlak hüquqlarının həyata keçirilməsində maneə törədilməməsi tələbi ilə cavabdehə qarşı iddiası əsaslı sayılmışdır. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının hazırkı tələbi irəli sürməyə subyektiv hüququ mövcuddur. İddiaçıya cavabdeh tərəfindən hansı maneənin yaradılması ilə bağlı məhkəmə qeyd edir ki, mənzilə dair mülkiyyəti təsdiq edən çıxarışı alması üçün tələb edilən sənədləri iddiaçıya verməməklə cavabdeh tərəfindən ona maneə yaradılması işin halları ilə də təsdiq olunur. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 157.4-cü maddəsinə görə isə, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Mülkiyyət toxunulmazlığı təkcə başqa şəxsin subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçinin qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iddia əsaslıdır və cavabdeh tərəfindən iddiaçıya məxsus olan mənzilə dair sənədlərin ona verilməməsindən ibarət olan maneə aradan qaldırılmalı, həmin sənədlər cavabdehdən alınıb ididaçıya verilməlidir. Çünki, iddiaçının mənzilə məhdud əşya hüququ vardır və o bu hüququna əsaslanmaqla cavabdehdən mənzilinə dair sənədləri tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia təmin edildiyindən ödənilmiş dövlət rüsumu cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin qeyd edilən maddələrinin göstərişini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı Əsədov Emın Fəxrəddın oğluna məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur ŞTQ məhəllə 4048/49 ünvanında "ratılE" Mənzıl Tıkınti Kooperatıvi tərəfindən inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının birinci blokunun 3-cü mərtəbəsindəki ümumi sahəsi 105,36 kv.m olan 3 otaqlı 11 nömrəli mənzilə dair Əmlak Məsələləri Dövlət Komitəsi Yanında DƏDRX tərəfindən çıxarış almaq üçün tələb olunan sənədlər cavabdeh "ratılE" Mənzıl Tıkınti Kooperatıvindən alınıb iddiaçı Əsədov Emın Fəxrəddın oğluna verilsin. Ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdeh "ratılE" Mənzıl Tıkınti Kooperatıvindən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-68/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-68/2021
13.09.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver