Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-694/2023 14.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 və Cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əşyaların evdən çıxarılması” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiаçı İddiaçı Cavabdeh qarşı “əşyaların evdən çıxarılması” tələbinə dair iddiа ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə mürаciət edərək məhkəmədən Cavabdeh məxsus yataq dəsti (taxt çarpayı, dolab, termo), qonaq dəsti (stol, stul, kamod, divan, kreslo, jurnal masası), bar və şkaflar, mikrodalğalı soba, televizor, soyuducu, paltaryuyan, qabyuyan, qab-qacaqlar, qızıllar: qarnitur (boyunbağı, qolbaq, bir cüt sırğa, bir ədəd üzük), boyunbağının (əmisinin hədiyyəsi) ona məxsus ünvan 1 ünvanından çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “Bildirirəm ki, cavabdeh mənim keçmiş gəlinimdir. Cavabdeh oğlumla nikaha daxil olduqdan sonra mənə məxsus olan ünvan 1 ünvanına köçərək bizimlə birlikdə həmin ünvanda yaşamışdır. Sonradan isə oğlumla münasibətləri pozulduğundan evdən getmiş, lakin aşağıdakı sadalanan cehiz və zinət əşyalarını aparmamışdır. Onlar aşağıdakılardır: yataq dəsti (taxt çarpayı, dolab, termo), qonaq dəsti (stol, stul, kamod, divan, kreslo, jurnal masası), bar və şkaflar, mikrodalğalı soba, televizor, soyuducu, paltaryuyan, qabyuyan, qab-qacaqlar, qızıllar: qarnitur (boyunbağı, qolbaq, bir cüt sırğa, bir ədəd üzük), boyunbağı (əmisinin hədiyyəsi). Mən həmin əşyaların saxlandığı evdən normal şəkildə istifadə edə bilmirəm. Bu isə mənim mülkiyyətçi kimi hüquqlarımı pozmaqdadır”.
İddia tələbinin dəqiqləşdirilməsi.
3. Daha sonra İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdehə məxsus zinət əşyaları sırasında boyunbağı (əmisinin hədiyyəsi) kimi qeyd etdiyi zinət əşyasının qolbaq kimi qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək bildirdi ki, cavabdehlə aralarında barışıq olması mümkün deyil. Belə ki, oğlu ilə cavabdeh arasında ailə münasibətləri artıq tam pozulmuşdur. Hazırda o, cavabdehin bütün əşyalarının onun evindən çıxarılmasını istəyir. Cavabdehin qızılların hamısı yerindədir və onların da evdən çıxarılmasını tələb edir. Cavabdehin evdə başqa qızılı yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
6. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 iddianı qəbul etməyərək bildirdi ki, cavabdehin əşyaların mənzildən çıxarılmasına razı deyil. Belə ki, cavabdeh ailəsini qorumaq istəyir. Bundan əlavə, iddiaçının evinin üçüncü mərtəbəsində cavabdehin atası tərəfindən mansarda tikilmişdir və əşyalar da orada yerləşdirilmişdir. Əgər həmin əşyalar olduğu yerdən sökülərsə, yararsız vəziyyətə düşəcəklər. Həmçinin onu da qeyd edir ki, iddia ərizəsində cavabdehin qızıllarının hamısı qeyd edilməmişdir. Belə ki, cavabdehin başqa qızılları da var. Odur ki, məhkəmədən iddianın təmin edilməməsini xahiş etdi.
İş materialları.
7. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2016-cı il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi dövlət qeydiyyatına alınmışdır.
İşin faktiki halları.
8. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı xüsusi mülkiyyətindədir.
9. Cavabdeh İddiaçı gəlinidir və cavabdehə məxsus bəzi cehiz və qızıl-zinət əşyaları iddiaçıya məxsus fərdi yaşayış evindədir.
10. Hazırda cavabdehlə oğlunun ailə münasibətlərinin pozulduğunu və cavabdehin evdən çıxıb getdiyini bildirən İddiaçıya məxsus əşyaların öz evindən çıxarılmasını tələb etmişdir. Məhkəmə iclasında iştirak cavabdehin nümayəndəsi (vəkili) isə iddianı qəbul etməmişdir.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
12. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
13. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.
Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - 100 manat.
Məhkəmənin mövqeyi.
16. İşin faktiki hallarından göründüyü kimi cavabdehə məxsus cehiz və qızıl-zinət əşyaları iddiaçıya məxsus fərdi yaşayış evindədir. İşin bu halını məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) də mübahisələndirməmiş, sadəcə olaraq iddia ərizəsində cavabdehə məxsus əşyaların tam göstərilmədiyini iddia etmişdir.
17. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iddiaçının razılığı olmadan cavabdehə məxsus əşyaların iddiaçının evində qalmaqda davam etməsi iddiaçının mülkiyyətindən istifadə hüququnu heç bir qanuni əsas olmadan məhdudlaşdırır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı bu əşyaların öz evindən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur və iddia təmin edilməlidir.
18. İddia ərizəsində əşyaların tam göstərilməməsi ilə bağlı cavabdehin nümayəndəsi (vəkili) tərəfindən qeyd edilənlərə münasibətdə məhkəmə qeyd edir ki, əgər cavabdeh iddiaçının evində iddia ərizəsində göstərilənlərdən başqa da özünə məxsus əşyaların olduğunu iddia edirsə, həmin əşyaların tələb edilməsi ilə bağlı məhkəmədə iddia qaldıra bilər. Hazırkı iddia tələbi iddiaçının cavabdehə məxsus olduğunu iddia etdiyi əşyaların iddiaçının evindən çıxarılması ilə bağlıdır və cavabdehin də mövcudluğunu mübahisələndirmədiyi bu əşyalar iddiaçının evindən istifadə hüququnu məhdudlaşdırdığına görə evdən çıxarılmalıdır.
Məhkəmə xərcləri.
19. İş materiallarından görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Hansı ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qiymətləndirilməyən iddia ərizələri üçün müəyyən edilmiş dövlət rüsumu məbləğinə uyğun olmuşdur.
20. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət edilərkən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
21. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh məxsus yataq dəsti (taxt çarpayı, dolab, termo), qonaq dəsti (stol, stul, kamod, divan, kreslo, jurnal masası), bar və şkaflar, mikrodalğalı soba, televizor, soyuducu, paltaryuyan, qabyuyan, qab-qacaqlar, qızıllar: qarnitur (boyunbağı, qolbaq, bir cüt sırğa, bir ədəd üzük), qolbaq İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılmalı, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilməlidir.
22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiа təmin edilsin. Cavabdeh məxsus yataq dəsti (taxt çarpayı, dolab, termo), qonaq dəsti (stol, stul, kamod, divan, kreslo, jurnal masası), bar və şkaflar, mikrodalğalı soba, televizor, soyuducu, paltaryuyan, qabyuyan, qab-qacaqlar, qızıllar: qarnitur (boyunbağı, qolbaq, bir cüt sırğa, bir ədəd üzük) və qolbaq İddiaçı mülkiyyətində olan, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva