Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-696/2021 01.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X1 iştirakı ilə Ərizəçi maraqlı şəxs “işləmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi “işləmə faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 1974-cü ildən 1976-cı ilədək Meqri rayonu Aldərə kənd kolxozunda sağıcı, 1976-cı ildən 1987-ci ilədək Meqri rayonu Aqarakstroy Mis-Molibden mədənində xammalın boşaldılması ilə məşğul olan yükləyici peşəsində işləməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1958-ci il tarixində Ermənistan SSR Meqri rayonunda doğulmuş, 1974-cü ildə əmək fəaliyyətinə başlamışdır. 1974-cu ildən 1976-cı ilədək Meqri rayonu Aldərə kənd kolxozunda sağıcı, 1976-cı ildən 1987-ci ilədək isə Meqri rayonu, Aqarakstroy Mis-Molibden mədənində xammalın boşaldılması ilə məşğul olan yükləyici, xx.xx.1987-ci ildən xx.xx.1988-ci ilədək Aldərə orta məktəbdə qapıçı peşəsində çalışmışdır. 1988-ci ildə azərbaycanlıların Ermənistan SSR-dən deportasiyası zamanı ona məxsus olan əmək kitabçası da sonuncu işlədiyi Aqarakstroy Mis-Molibden mədənində qalmışdır. Azərbaycan gəldikdən sonra o, xx.xx.1988-ci ildən xx.xx.1994-cü il tarixədək Dər qalantereya fabrikində dərzi peşəsində çalışmış və ona yeni əmək kitabçası açılmışdır. Ərizəçi xx.xx.2020-ci il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin X3 ərizə ilə müraciət edərək yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Lakin xx.xx.2020-ci il tarixli **********4 saylı cavabla pensiya təyin edilməsinin mümkün olmaması haqqında imtina verilmiş və yaşa görə əmək pensıyasının təyini mümkün hesab olunmamışdır. Əsas olaraq bildirilmişdir ki, ümumi iş stajı 25 ildən az təşkil edir və xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı yoxdur. Hesab edir ki, 1974-cü ildən 1976-cı ilədək Meqri rayonu Aldərə kənd kolxozunda sağıcı, 1976-cı ildən 1987-ci ilədək isə Meqri rayonu, Aqarakstroy Mis-Molibden mədənində xammalın boşaldılması ilə məşğul olan yükləyıcı peşəsində çalışması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Belə ki, qeyd edilən hüquqi faktın müəyyən edilməsi ona yaşa görə əmək pesniyasının təyin edilməsi üçün lazımdır. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, ərizədə qeyd edilənlərə uyğun izahat verib, məhkəmən ərizəsinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxsin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi X2 məhkəməyə ərizəyə yazılı etirazını təqdim edərək ərizədə göstərilənlərlə əmək kitabçası arasına ziddiyyətlər olduğu üçün ərizənin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçi və maraqlı şəxsin nümayəndəsini dinləyib, maraqlı şəxsin etirazını nəzərə alıb, işdə olan sənədləri nəzərdən keçirib hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0.10-cu maddəsinin tələbinə görə, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Göründüyü kimi, hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Hazırkı işdə isə maraqlı şəxs ərizənin təmin edilməsinə etiraz edir ki, bu da hüquq haqqında mübahisənin yaranması deməkdir. Həmin Məcəllənin 260.1-ci maddəsinin tələbinə görə, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 260.4-cü maddəsinin tələbinə görə isə, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Həmin Məcəllənin 263.1-ci maddəsinin tələbinə görə, iş mahiyyəti üzrə həll edilmədikdə məhkəmə aktları qərardad formasında çıxarılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın yuxarıda qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Ərizəçi “işləmə faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi baxılmamış saxlanılsın və sənədlər ərizəçiyə geri qaytarılsın. İzah olunsun ki, iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Sədrlik edən Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-696/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-696/2021
01.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver