Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-697/2021 04.05.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Nərminə Cahangir qızının sədrliyi, İmanov Rəşadət Rəvayət oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Daxili İşlər Nazirliyinin nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi “Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi “Azərbaycan Respublikasının ərazisində daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktının müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 1993-cü il tarixdən Azərbaycan Respublikası ərazisində daimi yaşamağı və heç bir ölkənin vətəndaşlığına mənsub olmaması faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 05.09.1988-ci ildə Gürcüstan SSRnin Rustavi şəhərində anadan olmuşdur. 09.09.1988-ci il tarixli 1986 saylı qeyd əsasında Rustavi şəhər VVADQ şöbəsi tərəfindən doğum haqqında şəhadətnamə ilə təmin edilmişdir. 1993-cü ildə ailə üzvləri ilə birlikdə (atası, anası, böyük qardaşı) daimi yaşamaq məqsədilə Azərbaycan Respublikasına gəlmişdir. Azərbaycana gəldiyi vaxtdan hazırkı vaxtadək ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Həmin ünvana onların yaşayış hüquqlarının tanınması barədə məhkəmə qətnaməsi (Suraxanı rayon Məhkəməsinin 28 avqust 2006-cı il tarixli qətnaməsi) də var. 1996-2007-ci illərdə Bakı şəhəri Suraxanı rayonu 76 saylı orta məktəbdə təhsil almışdır. Lakin 11-ci sinfi bitirmədiyi üçün tam orta təhsil haqqında attestat almamışdır. Sonra təhsilini heç yerdə davam etdirməmişdir. Orta məktəbdən sonra fərdi əməklə (hörgü və ev təmiri işləri) məşğul olmuşdur. X1 22.06.1959cu ildə Gürcüstan SSR-də anadan olmuşdur. Hazırda Azərbaycan Respublikasının vətandaşıdır. O, 1993-1996-cı illərdə Baku Ali Hərbi Birləşmiş Komandanlıq Məktəbinin (indiki Azərbaycan Ali Hərbi Məktəbi) zabiti olub. 1996-1998-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi liseydə hərbi rəhbər vəzifəsində çalışmışdır. 1998-ci ildən hazırkı vaxtadək Bakı şəhəri 196 saylı orta məktəbdə hərbi rəhbər vəzifəsində çalışır. Anası X4 01.03.1957ci ildə Gürcüstan SSR-də anadan olub, Gürcüstan Respublikasının vətəndaşıdır. Heç yerdə işləmir, pensiyaçıdır. Böyük qardaşı X6 23.03.1987-ci ildə Gürcüstan SSR-də anadan olmuşdur. 1995-2006-cı illərdə Bakı şəhəri 196 saylı orta məktəbdə təhsil alıb və həmin məktəbin 11-ci sinfini bitirmişdirü. Qardaşı Gürcüstan Respublikasının vətəndaşı olub, 2015-ci ildə Bakıda vəfat etmişdir. Kiçik qardaşı X8 26.07.1993-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. 1999-2008-ci illərdə Bakı şəhəri 196 saylı tam orta məktəbdə təhsil alıb və həmin məktəbin 9-cu sinfini bitirib. Qardaşı Azərbaycan Respublikasının vətəndaşıdır. Fərdi əməklə məşğuldur, ancaq hazırda işsizdir. Ərizəçi 1993-cü ildən davamlı olaraq Azərbaycan Respublikasının ərazisində yaşayır və Azərbaycan Respublikasının ərazisini heç vaxt tərk etməmişdir. Lakin 1993-cü ildən Azərbaycan Respublikasının ərazisində yaşasa da, Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilməmiş, Gürcüstan Respublikasının vətəndaşlığını isə itirmişdir. Belə ki, Gürcüstan Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin 27 sentyabr 2018-ci il tarixli, N 05/00033229/2018-02 saylı arayışından da görünür ki, ərizəçi Gürcüstan Respublikasının vətəndaşı hesab olunmur. Bundan başqa, ərizəçi Azərbaycan Respublikasının vətəndaşı hesab olunmadığı Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 11 iyul 2018-ci il tarixli arayışdan da aydın görünür. Ərizəçi Azərbaycana gələndə Gürcüstan SSR tərəfindən verilmiş doğum haqqında şəhadətnamə ilə gəlmişdir. 1993-cü ildən Azərbaycan Respublikasının ərazisində yaşamağına baxmayaraq, Azərbaycan Respublikasının vətəndaşlığını əldə edə bilmədiyi üçün hazırda ərizəçinin şəxsiyyətini təsdiq edən etibarlı sənədi yoxdur. Hazırda, ərizəçi vətəndaşlığı olmayan şəxsdir, lakin bu statusunu təsdiq edən heç bir sənədi yoxdur. Vətəndaşlığını və şəxsiyyətini təsdiq edən sənədi olmadığı üçün vətəndaşlığı olmayan şəxs kimi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) himayəsindədir. Azərbaycan daimi yaşamağı və vətəndaşlığı olmayan şəxs olduğunu təsdiq edən sənədin olmadığı üçün o, Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilmək üçün vəsatət qaldıra bilməmişdir. Ərizəçinin də Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməsi üçün Azərbaycan respublikasının ərazsində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşaması vətəndaşlığı olmayan şəxs olduğu təsdiq edilməlidir. Ərizəçi isə bu faktları təsdiq edən sənədlər heç bir qaydada əldə edə bilməmişdir.Vətəndaşlığı olmayan şəxsin Azərbaycan respublikası ərazisində daimi yaşaması faktını ona verilmiş Azərbaycan respublikası ərazisində daimi yaşamaq üçün icazə vəsiqəsi təsdiq edir. Ərizəçinin vəziyyətində olan şəxslərin isə daimi yaşamaq üçün icazə vəsiqəsi ilə təmin edilməsi səlahiyyətini qanunvericlik heç bir orqana həvalə etməmişdir. Bu səbəbədn də ərizəçi 1993-cü il tarixdən ha-hazırki dövrdəkə Azərbaycan respublikasının ərazisində daimi yaşamağı faktını təsdiq edən sənədi heç bir qaydada ala bilməmişdir. Belə ki, ərizəçi 1993-cü ildə Azərbaycan Respublikasın gəldikdən sonra “Gürcüstna vətəndaşlığı haqqında” Gürcüstan respublikası Qanunun 32-ci maddəsinin “b” bəndinə əsasən daimi olaraq başqa bir dövlətin ərazsində yaşayan və iki il ərzində heç bir səbəb olmadan Gürcüstanın konsulluğunda qeydiyyata alınmayan şəxs Gürcüstan vətəndaşlığını itirir) Azərbaycan Respublikası ərazisində vətəndaşlığı olmayan şəxsə çevrilmişdir. Ərizəçi 31.01.2020-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edərək ərizəçinin Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilməyinə yardım edilməsini xahiş etmişdir. Ərizəçinin Azərbaycanda daimi yaşamağını və vətəndaşlığı olmayan şəxs olduğunu təsdiq edən sənədin olmadığı üçün ərizəçi Azərbaycan respublikası vətəndaşlığına qəbul edilmək üçün vəsatət qaldıra bilməmişdir. DMX ərizəçinin müraciətinə 18.02.2020-ci il tarixli, R/M - 521 saylı məktubla aşağıdakı məzmunda cavab vermişdir: Bildiririk ki, "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun '14-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətində, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Sözügedən Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Həmçinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. 1993-cü il tarixdən Azərbaycan Respublikası ərazisində daimi yaşamağı və heç bir ölkənin vətəndaşlığına mənsub olmaması faktının təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinin məzmununa uyğun çıxış edərək, ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X9 ərizənin qəbul edərək, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 310.2-ci maddəsinə uyğun olaraq doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənədlə şəxsin heç bir dövlətin (faktiki hala görə Gürcüstanın) vətəndaşlığına mənsub olmaması və daimi yaşama faktı təsdiqləndiyi halda Ərizəçi ərizəsinin təmin olunmasına tərəfindən etiraz olunmadığı nəzərə almaqla müvafiq qətnamənin çıxarılmasını xahiş etmişdir. Onunla əsaslandırmışdır ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəllənin 310.2-ci maddəsinə əsasən Bu Məcəllənin 307.2.10-1-ci maddəsində nəzərdə tutulan faktın müəyyən edilməsi haqqında ərizədə şəxsin Azərbaycan Respublikasına gəlməsi tarixi və səbəbləri göstərilməli, həmin ərizəyə müvafiq faktları təsdiq edən sənədlər (olduğu halda), həmçinin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınmaması barədə müvafiq icra hakimiyyəti orqanının arayışı və doğulduğu (əvvəllər daimi yaşadığı) ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənəd əlavə edilməlidir. Həmin ərizəyə baxılmasında müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin iştirakı məcburidir. Bildirmişdir ki, (“Giriş-çıxış və qeydiyyat” idarələrarası avtomatlaşdırılmış məlumat-axtarış sistemi (İAMAS) vasitəsilə yoxlanış zamanı şəxsin ölkə ərazisindən kənara çıxışı qeydə alınmamışdır. Məhkəmə iş materiallarını araşdırıb, ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan Gürcüstanın Azərbaycandakı səfirliyi tərəfindən verilmiş 27.09.2018-ci il tarixli arayışa əsasən, Ərizəçi Gürcüstanın “Gürcüstan vətəndaşlığı haqqında” orqan qanununa və və “Gürcüstan vətandaşlığı məsələlərinin müzakirə və həlli qaydaları haqqında” Gürcüstan prezidentinin 2009-cu il 30 yanvar tarixli 34 №-li əmri ilə təsdiq edilən nizamnamənin tələblərinə müvafiq olaraq və agentliyin əldə etdiyi sənədlərinə əsasən, Gürcüstan vətandaşı hesab olunmur. İş materiallarında olan Gürcüstan SSR, Rustavi şəhər VVADQ şöbəsi tərəfindən Vİİİ-TИ seriyalı 354344 nömrəli, 09.09.1986-cı il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş sürətindən görünür ki, Ərizəçi 05.09.1988-ci il tarixdə anadan olmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 09 sentyabr 1988-ci il tarixdə 1986 sayla qeyd edilmişdir. Ata qrafasında X7, ana qrafasında X4 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Resoublikası Təhsil Nazirliyi Ə.Məmmədov adına 76№-li tam orta məktəbi tərəfindən verilmiş 15 oktyabr 2020-ci il tarixli 249 saylı arayışa əsasən Ərizəçi 1996/2007-ci tədris ilində 76№-li tam orta məktəbdə təhsil alıb. 10cu sinifdən çıxmışdır. İş materiallarında olan Bakı Qarnizonu Mənzil İstismar hissəsi 2№-li Mənzil - İstismar sahəsi tərəfindən verilmiş 22.10.2020-ci il tarixli 485 saylı arayışa əsasən Ərizəçi Ş.Mehdiyev 29.10.1993-cü ildən 24.07.1997-ci ilə kimi Təlim və Tədris Mərkəzində müvəqqəti qeydiyyatda olmuşdur. İş materiallarında olan Bakı Qarnizonu Mənzil İstismar hissəsi 10 №-li Mənzil - İstismar sahəsi tərəfindən verilmiş 15.10.2020-ci il tarixli 708 saylı arayışa Ərizəçi ünvan 4 ünvanda qeydiyyatsız yaşayır. O, həqiqətən 1993-cü ilin avqust ayından hal-hazıra kimi həmin ünvanda qeydiyyatsız yaşayır. Suraxanı Rayon Məhkəməsinin 28 avqust 2006-cı il tarixli qətnaməsi ilə iddiaçı X2 cavabdeh Suraxanı rayon Polis İdarəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsinə qarşı vəzifəli şəxsin hərəkətlərindən şikayəti təmin edilməklə, X2 ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Hövsan qəsəbəsi, hərği şəhərcik ev 48 “q” - yaşayış hüququ tanınsın və pasport qeydiyyatına alınması Suraxanı rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət vəsiqəsi bölməsinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Təşkilat- Nəzarət Baş İdarəsi tərəfindən verilmiş 18.02.2020-ci il tarixli R/M-521 saylı məktuba əsasən, Ərizəçi 03.02.2020-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 1998-ci il 30 sentyabr tarixli 527-İQ nömrəli Qanununun 14-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq bu qanuna müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər. Sözügedən Qanunun 14-cü maddəsinin dördüncü hissəsinə əsasən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.10-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bır dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş 11 iyul 2018-ci il tarixli, ******* saylı arayışa əsasən 05 sentyabr 1988-ci il təvəllüdlü Ərizəçi 12733/m nömrəli, 27 iyun 2018-ci il tarixli müraciətinə baxaraq, onun “Azərbacan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının 30.09.1998-ci il tarixli Qanununa əsasən Azərbaycan Respublikasının vətəndaşı olmadığı müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Bakı şəhər Regional Miqrasiya İdarəsi tərəfindən verilmiş 10.11.2020-ci il tarixli 15/219 nömrəli arayışa əsasən 05.09.1988-ci il təvəllüdlü, BMT QAK-ın himayəsində olan Mammadov Raufa (himayə sənədi № ***-*******9) ondan ötrü verilmişdir ki, o Dövlət Miqrasiya Xidməti tərəfindən 29 oktyabr 2020-ci il tarixindən 31 may 2021-ci il tarixinədək ünvan 6 ünvanına olduğu yer üzrə qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi tərəfindən verilmiş ərizəyə əsasən, Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəllənin 310.2-ci maddəsinə uyğun olaraq doğulduğu ölkənin vətəndaşı hesab edilməməsini təsdiq edən sənədlə şəxsin heç bir dövlətin (faktiki hala görə Gürcüstanın) vətandaşlığına mənsub olmaması və daimi yaşama faktı təsdiqləndiyi halda Ərizəçiin ərizəsinin təmin olunmasına tərəflərindən etiraz olunmadığı nəzərə almaqla müvafiq qətnamənin çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X3 tərəfindən verilmiş 09.03.2021-ci il tarixli ərizəyə əsasən, hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizənin təmin edilməsinə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti tərəfindən etiraz edilmir. Məhkəmə iş üzrə toplanmış yuxarıda göstərilən sübutlara müqayisəli şəkildə qiymət verərək aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Ərizəçi 05 sentyabr 1988-ci ildə Gürcüstan SSR-in Rustavi şəhərində anadan olmuşdur O, 1993-cü ildən Azərbaycan Respublikasına köçmüş və həmin vaxtdan daimi olaraq ölkə ərazisində yaşamışdır və hazırda qeyd edilən ünvanda yaşayır. O, heç bir dövlətin vətəndaşlığına mənsub deyildir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 311-ci maddəsinə görə məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədi əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmin Məcəllənin 307.2.10-1-ci maddəsinə əsasən Məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxır. “Azərbaycan Respublikası vətəndaşlığı haqqında” qanunun 14-cü maddəsinə görə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda keçmiş SSRİ vətəndaşının pasportu və ya digər sənəd əsasında 2006-cı il yanvarın 1-dək Azərbaycan Respublikasına gələrək burada daimi yaşayan, heç bir dövlətin vətəndaşlığına mənsub olmayan və şəxsiyyətini təsdiq edən etibarlı sənədləri olmayan şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilir. Bu müddəa könüllü olaraq mənsub olduğu dövlətin vətəndaşlığından çıxmış şəxslərə şamil edilmir. Mülki iş materialları ilə sübut olunur ki, Ərizəçi heç bir dövlətin vətəndaşı deyil və 1993-cü ildən daimi olaraq Azərbaycan Respublikasında yaşayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığına görə göstərilən hal hüquqi əhəmiyyətli olduğundan, məhkəmə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi barədə işlərə baxdığından, məhkəmə hesab edir ki, Ərizəçi 1993-cü il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 217, 307-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 1993-cü il tarixdən hazırki dövrədək Azərbaycan Respublikasında daimi yaşaması və heç bir dövlətin vətəndaşlığına mənsub olmaması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-697/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-697/2021
04.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver