Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-7/2025 30.09.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh - Cavabdeh Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Şərq hissəsində “Q” massivində, 285 nömrəli məktəbin arxa hissəsində 300 kv.m torpaq sahəsinin zəbt edilmiş hissəsindən çıxarılması və zəbt edilmiş torpaq sahəsinin boşaldılması və həmin torpaq sahəsinin onun qanuni sahibliyinə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Daha sonra İddiaçı ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh - Cavabdeh Suraxanı rayon İcra Hakimiyyəti başçısının, 29 iyun 2001-ci il tarixli, 465 nömrəli sərəncamı əsasında ona verilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Şərq hissəsində, “Q” Y/Massivində, 285 nömrəli məktəbin arxa hissəsində 300 kv.m torpaq sahəsindən çıxarılaraq, həmin torpaq sahəsinin onun istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
3. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o 2001-ci ildə ailə vəziyyətinin və yaşayış şəraitinin yaxşılaşdırılması üçün Suraxanı rayon İcra Hakimiyyətinə müraciət edərək ona torpaq sahəsi ayrılmasını xahiş etmişdir. Onun bu müraciətinə baxılaraq 29 iyun 2001-ci ildə Suraxanı rayon İcra Hakimiyyəti başçısının 465 nömrəli sərəncamı ilə Qaraçuxur qəsəbəsinin Şərq hissəsində “Q” massivində, 285 nömrəli məktəbin arxa hissəsində 300 kv.m torpaq sahəsi ayrılmışdır. Həmin sərəncamla ona torpaq sahəsində yaşayış evinin tikintisinə də icazə verilmişdir. Bundan sonra ona ayrılmış torpaq sahəsini hasara alaraq oraya çoxlu ağac növləri əkmişdir. Həmin vaxt sonradan tanıdığı X2 da onun torpaq sahəsinin yaxınlığında 700 kv.m torpaq verilmişdir. Nazim öz torpaq sahəsini Taleh adlı şəxsə satmışdır. Bundan bir müddət keçdikdən sonra o torpaq sahəsinə gedib baxdıqda görmüşdür ki, Taleh onun torpaq sahəsinə çəkdiyi hasarı uçurdub, ağacları isə məhv edərək özü torpağını genişləndirib. O dəfələrlə cavabdehə ona məxsus olan torpaq sahəsini qanunsuz zəbtdən azad edilməsini və torpaq sahəsinin boşaldılmasını xahiş etmişdir. Lakin cavabdeh buna məhəl qoymamışdır. Taleh hər dəfə ona bildirmişdir ki, İcra Hakimiyyətinə pul verib torpaq alıb. Bundan sonra, o Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının qəbulunda olmuş və onun nümayəndələrini ünvana dəvət edərək torpağının zəbt olunduğunu bildirmişdir. Lakin oraya gələn İcra Nümayəndələri heç bir tədbir görmədən ona məhkəməyə müraciət etməyini bildirdilər. O həmin torpaq sahəsini özəlləşdirməmiş, lakin o torpaq sahəsinin ona dövlət tərəfindən ayrılması ilə bağlı adına sərəncam mövcuddur. Bu səbəbdən də hesab edir ki, cavabdeh onun adına sərəncam əsasında məxsus olan torpaq sahəsini zəbt etmiş və bununla da onun yerli və beynəlxalq qanunlarla qorunan mülkiyyət hüququnu pozmuşdur. Bu səbəbdən də cavabdeh onun torpağından çıxarılmalı və torpaq sahəsi ona qaytarılmalıdır. O öz torpaq sahəsinə hasarı X1 texnikası vasitəsi ilə çəkdirmişdir. Həmin şəxs də bunu öz ərizəsi ilə sübut edir. Həmçinin onun qonşuluğunda torpağı olan və həmin torpağı hazırki cavabdehə satan X3 da aralarında olan hasarın sağ tərəfində yerləşən torpaq sahəsinin ona məxsus olmasını öz ərizəsi ilə təsdiq edir.
Tərəflərin izahatı.
4. İddiaçı iddia ərizəsini müdafiə edərək bildirmişdir ki, müxtəlif vaxtlarda ilkin və yuxarı instansiya məhkəmələri tərəfindən müvafiq qərarlar qəbul edilmişdir. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə ona torpaq sahəsi ayrılmışdır. X2 da onun torpaq sahəsinin yaxınlığında torpaq sahəsi ayrılmışdır. İlk dəfə ona Nazimin özünə məxsus torpaq sahəsini satdığı məlum olduqda o sözügedən torpaq sahəsinə gedib baxmış və hər şeyin qaydasında olduğunu görmüşdür. Lakin, müəyyən müddət keçdikdən sonra ona məlum olmuşdur ki, ağacları, orada olan hər şey məhv edilmişdir. Bununla bağlı olaraq, o Suraxanı Rayon İcra Hakimiyyətinin başçısının qəbulunda olmuş və ona məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Artıq 10 ildir ki, onun bütün hüquqları pozulur. Sonuncu ekspert rəyində qeyd edilmişdir ki, guya onun torpaq sahəsi uçurumdadır. Bu əsasla məhkəməyə müraciət etmək məcburiyyətində qalmış və qeyd edilənlərə əsasən məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçıya torpaq ayrılmasına dair sərəncamı inzibati qaydada İnzibati Məhkəmədə mübahisələndirmişlər və aparılan araşdırmalar nəticəsində üç dəfə məhkəmə-torpaqşünaslıq ekspertizası keçirilmişdir. Həmin rəylərdən müəyyən olunur ki, iddiaçını iddia etdiyi torpaq sahəsinin koordinatlarıölçüləri bəlli deyildir. İddiaçı tərəfindən təqdim olunan Sərəncam Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 29 iyul 2001-ci il tarixli 455 və ya 465 saylı sərəncamıdır. Torpaq İslahatı haqqında AR qanuna əsasən xx.xx.2001-ci il tarixdən yerli İcra Hakimiyyəti orqanlarının yaşayış evi tikmək üçün torpaq sahəsi ayırmaq səlahiyyəti olmamışdır. Torpaq İslahatı haqqında AR qanuna və Torpaq Məcəlləsinə əsasən, torpaq sahəsi ayrılarkən onun ölçü və koordinatları müəyyən edilməli və Daşınmaz Əmlakın Dövlət Reyestri ilə razılaşdırılmalıdır. Qeyd edilənlərə əsasən iddianın rədd olunmasını xahiş etmişdir.
İş materialları.
6. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 465 nömrəli sərəncamının surətindən müəyyən olunur ki,
1. Vət. İddiaçı fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində, “Q” y/massivində 285 №-li məktəbin arxa hissəsində, 300/üç yüz/ kv.m. torpaq sahəsi ayrılsın.
2. Vət. Hüseynova ayrılmış sahədə İH-ti Təsərrüfat şöbəsi ilə razılaşdırılmış layihə əsasında fərdi yaşayış evinin tikintisinə icazə verilsin.
7. xx.xx.2020-ci il tarixli X3 tərəfindən verilmiş ərizədən müəyyən olunur ki, təqdim olunmuş sərəncamda 300 kv metr sahəsi olan yer İddiaçı məxsusdur. Aralarında hasar olmuş, o vətəndaş Cavabdeh 4 tərəfi hasarlanmış öz yerini satmışdır. Hasarın sağ tərəfində olan 300 kv metr sahə İddiaçı məxsusdur.
8. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhər Suraxanı rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli məktubdan müəyyən olunur ki, İddiaçı adına Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Şərq hissəsində “Q” massivində, 285 nömrəli məktəbin arxa hissəsində 300 kv.m torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Lakin Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(010)-1632/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərardadı xx.xx.2020-ci il tarixdə icra olunaraq qeydiyyata alınmamış əmlaklara qoyulmuş məhdudiyyətlər bazasında sözügedən torpaq sahəsinin üzərinə qadağa qoyulmuşdur.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1641/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadının surətindən müəyyən olunur ki, iddiaçı Cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı İddiaçı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “sərəncamın etibarsız hesab edilməklə ləğv olunması" barədə iddiası mümkün sayılmaması, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq iddiaçı Cavabdeh oğlundan 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:********** Hesab AZ34CTRE********************) köçürülməsi qərarara alınmışdır.
10. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-124/2023 saylı xx.xx.2023-cü il tarixli qərarının surətindən müəyyən olunur ki, iddia təmin edilmiş, cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 29 iyun 2001-ci il tarixli 465 №li sərəncamın etibarsız hesab edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq iddiaçı Cavabdeh 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır.
11. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2006/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadının surətindən müəyyən olunur ki, üçüncü şəxsin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-124/2023 saylı, 22 fevral 2023-cü il tarixli qərarı ləğv edilməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024cü il tarixli 2-1(102)-321/2024 saylı qərarının surətindən müəyyən olunur ki, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2006/2023 nömrəli qərardadı ləğv edilməsi qərara alınmışdır.
13. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2117/2024 saylı xx.xx.2024-cü il qərarının surətindən müəyyən olunur ki, apelyasiya şikayəti təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-124/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025cü il tarixli 2-1(102)-827/2025 saylı qərarının surətindən müəyyən olunur ki, kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2117/2024 nömrəli qərarı ləğv edilməsi, iddianın mümkün sayılmaması qərara alınmışdır.
15. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/6796 nömrəli ekspertiza rəyinin surətindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********94 nömrəli mütəxəssis rəyinə əsasən, Cavabdeh xüsusi mülkiyyətində olan 0.0729 ha torpaq sahəsinin (üzərindəki fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahə) şimal, şərq və qərb tərəfdən artırılmaqla faktiki sahəsinin 0.1470 ha təşkil etdiyi müəyyən olundu. Qərardadın ikinci sualı üzrə; Mütəxəssis rəyinə əsasən, üçüncü şəxs İddiaçı Əii oğluna fərdi yaşayış evi tikmək üçün Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 29 iyun 2001-ci il tarixli 465 nömrəli sərəncamına torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilmədiyi üçün faktiki sahə ilə bağlı müqayisə aparmaq mümkün olmamışdır.(Bundan əlavə olaraq 29 iyun 2001-ci ii tarixli 465 nömrəli sərəncamın verilmə tarixi mövcud qanunvericiliyə uyğun deyil), Qərardadın üçüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən, birinci sualın cavabında qeyd olunduğu kimi, faktiki sahənin şimal, qərb və şərq tərəfdən genişləndirilməklə faktiki olaraq 0,1470 ha təşkil etdiyi müəyyən olundu.
16. xx.xx.2022-ci il tarixli Mütəxəssis rəyinin surətindən müəyyən olunur ki, 1-ci sual üzrə cavab: Cavabdeh xüsusi mülkiyyətində olan 0.079 ha torpaq sahəsi( üzrərindəki fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahə) şimal, şərq və qərb tərəfdən artırılmaqla faktiki 0.1470 ha təşkil edir. 2-ci sual üzrə cavab: Bildirilir ki, üçüncü şəxs İddiaçı fərdi yaşayış evi tikmək üçün Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 29 iyun 2001-ci il tarixli 465 nömrəli sərəncamına torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilmədiyi üçün faktiki sahə ilə bağlı müqayisə aparmaq mümkün olmamışdır. Bundan əlavə olaraq 29 iyun 2001-ci il tarixli 465 nömrəli sərəncamın verilmə tarixi mövcud qanunvericiliyə uyğun deyil. 3-cü sual üzrə cavab: Yuxarıda qeyd olunduğu kimi faktiki sahə şimal, qərb vs şərq tərəfdən genişləndirilməklə faktiki olaraq 0,1470 ha təşkil edir.
17. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli 3-16- 16/2-10/4712 nömrəli ekspertiza rəyinin surətindən görünür ki, iddiaçının adına qeydiyyata alınmış torpaq sahəsinin hüdudlarından kənarda onun faktiki istifadəsində olan torpaq sahəsinin planlı yerləşmə vəziyyətini, konfiqurasiyasını, həmin torpaq sahəsində tikililər inşa edilməsini, boş qalan hissənin isə torpaq sahəsinin şimal tərəfində olan uçurum ilə həmsərhəd olan hissədə yerləşməsini nəzərə alaraq, həmin torpaq sahəsindən ölçülər baxımından fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin (3 sot) ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.
İşin faktiki halları.
18. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 465 nömrəli sərəncamı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində, “Q” y/massivində 285 №-li məktəbin arxa hissəsində, 300/üç yüz/ kv.m. torpaq sahəsi ayrılmışdır. İddiaçı Suraxanı rayon İcra Hakimiyyəti başçısının, 29 iyun 2001-ci il tarixli, 465 nömrəli sərəncamı əsasında ona verilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Şərq hissəsində, “Q” Y/Massivində, 285 nömrəli məktəbin arxa hissəsində 300 kv.m torpaq sahəsindən çıxarılaraq, həmin torpaq sahəsinin onun istifadəsinə verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Bakı İnzibati Məhkəməsinə, cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı (İddiaçı üçüncü şəxs qismində işə cəlb edilməklə) “sərəncamın etibarsız hesab edilməsi” tələbi ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1641/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə, iddiaçı Cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı İddiaçı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “sərəncamın etibarsız hesab edilməklə ləğv olunması" barədə iddiası mümkün sayılmaması, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq iddiaçı Cavabdeh oğlundan 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:********** Hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-124/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 29 iyun 2001-ci il tarixli 465 №li sərəncamın etibarsız hesab edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq iddiaçı Cavabdeh 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2006/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə üçüncü şəxsin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-124/2023 saylı, 22 fevral 2023-cü il tarixli qərarı ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-321/2024 saylı qərarı ilə, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2006/2023 nömrəli qərardadı ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2117/2024 saylı xx.xx.2024-cü il qərarı ilə, apelyasiya şikayəti təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-124/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-cü il tarixli 2-1(102)-827/2025 saylı qərarı ilə, kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2117/2024 nömrəli qərarı ləğv edilməsi qərara alınmışdır.
Tətbiq edilən hüquq.
19. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
20. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.
Maddə 1. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 135. Əşya hüququnun obyektləri 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə 159. Əşyaya sahiblik. Sahiblik əşyaya faktik sahibliyə nail olmaqla əldə edilir. Maddə 161. Özgə əşyasının sahibi və öz əşyasının sahibi. Əşyanın mülkiyyətçisi hüququ ilə əşyaya sahib olan öz əşyasının sahibidir, əşyanın hər hansı başqa sahibi özgə əşyasının sahibidir. Maddə 164. Sahibliyin müdafiəsi. 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir. Maddə 165. Sahibliyin pozulması. 165.1. Sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Maddə 166. Mülkiyyətin sahiblik əsasında ehtimal edilməsi. 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər. Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139.1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 140. Daşınmaz əmlakın dövlət reyestrinin məzmununun həqiqiliyi və tamamlığı prezumpsiyası Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyridəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
22. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 4. Torpaq sahəsi
1. Torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri
1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur.
3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı
1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Maddə 111. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaqların qaytarılması
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır.
3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
24. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
M a d d ə 8 . Məhkəməyə verilən iddia ərizələrinin və şikayətlərin, hüquqi əhəmiyyət kəsb edən faktların müəyyən edilməsi barədə ərizələrin, məhkəmə əmri haqqında ərizələrin və məhkəmə qərarları barəsində şikayətlərin verilməsi, məhkəmə tərəfindən sənədlərin surətinin təkrar verilməsinə görə dövləi rüsumunun dərəcələri 8.4.11. yaşayış binalarının (mənzillərin) icarə müqavilələrinin dəyişdirilməsi və ya ləğv edilməsi, vərəsəliyin qəbul edilməsi müddətinin uzadılması, əmlak üzrə həbsin götürülməsi barədə iddia ərizələrindən, qeyri-əmlak xarakterli və ya qiymət qoyulmayan digər iddia ərizələrindən 10 manat
Məhkəmənin mövqeyi.
25. İşin hallarından görünür ki, Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2001-ci il tarixli 465 nömrəli sərəncamı ilə İddiaçı fərdi yaşayış evi tikmək üçün Qaraçuxur qəsəbəsinin şərq hissəsində, “Q” y/massivində 285 №-li məktəbin arxa hissəsində, 300/üç yüz/ kv.m. torpaq sahəsi ayrılmışdır. İddiaçı Suraxanı rayon İcra Hakimiyyəti başçısının, 29 iyun 2001-ci il tarixli, 465 nömrəli sərəncamı əsasında ona verilmiş, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsinin Şərq hissəsində, “Q” Y/Massivində, 285 nömrəli məktəbin arxa hissəsində 300 kv.m torpaq sahəsindən çıxarılaraq, həmin torpaq sahəsinin onun istifadəsinə verilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Bakı İnzibati məhkəməsinə, cavabdeh Suraxanı rayon İcra Hakimiyyətinə qarşı (İddiaçı üçüncü şəxs qismində işə cəlb edilməklə) “sərəncamın etibarsız hesab edilməsi” tələbi ilə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1641/2021 saylı xx.xx.2021-ci il tarixli qərardadı ilə, iddiaçı Cavabdeh Bakı şəhər Suraxanı rayon İcra Hakimiyyətinə qarşı İddiaçı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmaqla “sərəncamın etibarsız hesab edilməklə ləğv olunması" barədə iddiası mümkün sayılmaması, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq iddiaçı Cavabdeh oğlundan 50 (əlli) manat məbləğində pul alınaraq, Azərbaycan Respublikası Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN:********** Hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-124/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 29 iyun 2001-ci il tarixli 465 №li sərəncamın etibarsız hesab edilməsi, aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq iddiaçı Cavabdeh 100 (bir yüz) manat məbləğində pul alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2006/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə üçüncü şəxsin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-124/2023 saylı, 22 fevral 2023-cü il tarixli qərarı ləğv edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-321/2024 saylı qərarı ilə, iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2-1(103)-2006/2023 nömrəli qərardadı ləğv edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2117/2024 saylı xx.xx.2024-cü il qərarı ilə, apelyasiya şikayəti təmin edilməməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-124/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025-cü il tarixli 2-1(102)-827/2025 saylı qərarı ilə, kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 25 oktyabr 2024-cü il tarixli, 2-1(103)-2117/2024 nömrəli qərarı ləğv edilməsi və iddianın mümkün sayılmaması qərara alınmışdır.
26. Bakı İnzibati Məhkəməsində araşdırma aparılarkən iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 10/6796 nömrəli ekspertiza rəyinin surətindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Reyestri" publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli **********94 nömrəli mütəxəssis rəyinə əsasən, Cavabdeh xüsusi mülkiyyətində olan 0.0729 ha torpaq sahəsinin (üzərindəki fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahə) şimal, şərq və qərb tərəfdən artırılmaqla faktiki sahəsinin 0.1470 ha təşkil etdiyi müəyyən olundu. Qərardadın ikinci sualı üzrə; Mütəxəssis rəyinə əsasən, üçüncü şəxs İddiaçı Əii oğluna fərdi yaşayış evi tikmək üçün Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 29 iyun 2001-ci il tarixli 465 nömrəli sərəncamına torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilmədiyi üçün faktiki sahə ilə bağlı müqayisə aparmaq mümkün olmamışdır.( Bundan əlavə olaraq 29 iyun 2001-ci ii tarixli 465 nömrəli sərəncamın verilmə tarixi mövcud qanunvericiliyə uyğun deyil), Qərardadın üçüncü sualı üzrə: Mütəxəssis rəyinə əsasən, birinci sualın cavabında qeyd olunduğu kimi, faktiki sahənin şimal, qərb və şərq tərəfdən genişləndirilməklə faktiki olaraq 0,1470 ha təşkil etdiyi müəyyən olundu.
27. xx.xx.2022-ci il tarixli Mütəxəssis rəyinin surətindən müəyyən olunur ki, 1-ci sual üzrə cavab: Cavabdeh xüsusi mülkiyyətində olan 0.079 ha torpaq sahəsi( üzrərindəki fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahə) şimal, şərq və qərb tərəfdən artırılmaqla faktiki 0.1470 ha təşkil edir. 2-ci sual üzrə cavab: Bildirilir ki, üçüncü şəxs İddiaçı fərdi yaşayış evi tikmək üçün Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 29 iyun 2001-ci il tarixli 465 nömrəli sərəncamına torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilmədiyi üçün faktiki sahə ilə bağlı müqayisə aparmaq mümkün olmamışdır. Bundan əlavə olaraq 29 iyun 2001-ci il tarixli 465 nömrəli sərəncamın verilmə tarixi mövcud qanunvericiliyə uyğun deyil. 3-cü sual üzrə cavab: Yuxarıda qeyd olunduğu kimi faktiki sahə şimal, qərb vs şərq tərəfdən genişləndirilməklə faktiki olaraq 0,1470 ha təşkil edir.
28. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli 3-16- 16/2-10/4712 nömrəli ekspertiza rəyinin surətindən görünür ki, iddiaçının adına qeydiyyata alınmış torpaq sahəsinin hüdudlarından kənarda onun faktiki istifadəsində olan torpaq sahəsinin planlı yerləşmə vəziyyətini, konfiqurasiyasını, həmin torpaq sahəsində tikililər inşa edilməsini, boş qalan hissənin isə torpaq sahəsinin şimal tərəfində olan uçurum ilə həmsərhəd olan hissədə yerləşməsini nəzərə alaraq, həmin torpaq sahəsindən ölçülər baxımından fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin (3 sot) ayrılmasının texniki cəhətdən mümkün olmadığı müəyyən edilmişdir.
29. Bakı İnzibati Məhkəməsində araşdırma aparılan zaman torpaq sahəsinin koordinatlarının müəyyən edilməsi məqsədilə məhkəmə-tikinti ekspertizası təyin olunmuş və verilmiş ekspertiza rəyinə əsasən Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 29 iyun 2001-ci il tarixli 465 nömrəli sərəncamı ilə iddiaçıya ayrılmış torpaq sahəsinin yerləşmə cizgisi təqdim edilmədiyi üçün faktiki sahə ilə bağlı müqayisə aparmaq mümkün olmamışdır.
30. Hazırda iddiaçı cavabdehin Suraxanı rayon İcra Hakimiyyəti Başçısının 29 iyun 2001-ci il tarixli 465 nömrəli sərəncamı ilə ona ayrılmış torpaq sahəsini zəbt etdiyini və onun həmin torpaq sahəsindən çıxarılmasını tələb etsə də, torpaq sahəsinin plan və ölçüsünü və onun yerləşmə cizgisini təqdim edə bilməmiş və bununla bağlı olaraq Daşınmaz Əmlakın Dövlət Reyestrindən mütəxəssis rəyi təqdim etməmişdir.
31. Məhkəmə qeyd edir ki, iş üzrə iddiaçı tərəfin iddia etdiyi torpaq sahəsinin Cavabdeh xüsusi mülkiyyətində olan 0.0729 ha torpaq sahəsinin və faktiki istifadəsində olan 0,1470 ha torpaq sahəsinin hüdudları daxilində yerləşməsi hazırkı təqdim olunmuş sübutlardan müəyyən olunmur.
32. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in 14.2 və 77.1-ci maddələri). Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.
33. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2025cü il tarixli 2-1(102)-827/2025 saylı qərarında qeyd olunur ki, iddiaçının hazırkı halda üçüncü şəxsə dair sərəncamı mübahisələndirməyə subyektiv hüququnun olması üçün üçüncü şəxsin hüquqmüəyyənedici sənədi ilə ona ayrılan torpaq sahəsi, xüsusi mülkiyyət hüququ əsasında iddiaçıya məxsus olan torpaq sahəsi ilə üst-üstə düşməlidir. İşin araşdırılan halları ilə müəyyən olunmuşdur ki, üçüncü şəxs iddiaçının qanuni mülkiyyətində olan torpaq sahəsinə deyil, faktiki mülkiyyətində olan torpaq sahəsinə iddialıdır. Başqa sözlə üçüncü şəxsin iddialı olduğu torpaq sahəsinə dair iddiaçının hüquqmüəyyənedici sənədi yoxdur, yəni qanuni sahibliyində və istifadəsində deyildir.
34. Məhkəmə hesab edir ki, hazırkı halda sübut etmə yükü iddiaçı tərəfin üzərinə düşür. Belə ki, iddiaçı tərəf məhkəməyə həmin torpaq sahəsinin ona ayrılması ilə bağlı müəyyən sənədləri təqdim etsə də, torpaq sahəsinin plan və ölçüsünü və onun yerləşmə cizgisini təqdim edə bilmədiyindən məhkəmə tərəfindən həmin torpaq sahəsinin harada yerləşməsinin müəyyən olunması mümkün olmamışdır. İş üzrə aparılmış ekspertiza rəylərinə əsasən İddiaçı ayrılmış torpaq sahəsinin cavabdeh tərəfin mülkiyyətində və faktiki istifadəsində olan torpaq sahəsinin hüdudları daxilində yerləşməsi də müəyyən olunmur.
35. Bundan əlavə nəzərə alınmalıdır ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. (Avropa İnsan Hüquqları Məhkəməsi, Saghinadze və başqaları Gürcüstana qarşı, № 18768/05, § 103, 27 may 2010-cu il)
36. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçı həmin daşınmaz əmlak üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmamış, məhz mübahisələndirildiyi ərazidə yerləşən torpaq sahəsinin onun istifadəsinə ayrılması, onun sahibliyində olması təqdim olunan sübutlardan müəyyən olunmur və təqdim olunmuş sübutlar əsasında iddiaçı tərəfindən ona qaytarılması iddia edilən torpaq sahəsinin cavabdehdən geri tələb olunması qeyri-mümkündür.
Məhkəmə xərcləri.
37. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
38. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir.
39. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt olunmuş torpaq sahəsinin geri qaytarılması” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Ödənilmiş - 10 (on) manat məbləğində dövlət rüsumu İddiaçı aid olunsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova