Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-700/2025 18.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 etibarnamə üzrə nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 Cavabdeh qarşı «su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi.
1. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış 700,99 manat borcun (abonent kodu **********009) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7ə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(010)- 700/2025 nömrəli qərardadı ilə işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır.
İddia tələbinin əsaslandırıldığı hallar.
3. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” tərəfindən cavabdehə su təchizatı sistemindən suyun buraxılması və tullantı suların axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 700,99 manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə sayğac quraşdırılanadək ailə tərkibinə və sayğac quraşdırıldıdan sonra isə su sayğacının göstəricilərinə uyğun hesablanmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olara istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xx.xx.2024cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə əsasında Cavabdeh adına sayğacsız olmaqla kod açılmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri adam hesabına dörd nəfər olmaqla, hesablanmışdır. Müqavilə bağlandığı tarixdən 2024-cü il tarixə kimi Cavabdeh 700,99 manat borcu olduğu müəyyən edilmişdir. 2019-cu ildən bugünə kimi cavabdeh tərəfdən heç bir ödəniş həyata keçirilməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir.
5. Cavabdeh məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirmişdir ki, məhkəmə iclasına çağırılan günədək “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 tərəfindən onun adına kod açılması və mövcud borc haqqında məlumatı olmamışdır. Adına kod açılmış olan fərdi yaşayış evində anası və qardaşının yaşadığını, onların da mütəmadi deyil, 2019-cu ildən bəri cəmi bir və ya iki ay həmin evdə yaşadığını bildirmişdir. Kod açılması üçün heç kim tərəfdən ərizə təqdim olunmamışdır. Qeyd olunanlara əsasən ondan borcun tutulmasına etiraz etməməsini bildirmişdir.
İş materialları.
6. Ətraflı Abonent kartının surətindən görünür ki, xx.xx.2019-ci il tarixli, 41740367 saylı müqaviləyə əsasən Cavabdeh suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 700,99 manat borcu vardır.
7. Azərbaycan Respublikası “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli Xəbərdarlıq məktubunun surətindən görünür ki, su təchizatı və tullantı sularının axıdılması xidmətindən istifadəyə görə yaranmış borcun ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir.
8. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X7 Suraxanı Rayon Sukanal İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan müəyyən olunur ki, baza üzərində qeydiyyatda olan **********009 kodlu abonent(sayğacsız) Cavabdeh Əziz oğlu adına xx.xx.2019-cu il tarixdə bağlanmış müqavilə Suraxanı rayonu Hövsan qəsəbəsi Dənizkənarı küçəsi ev 11/13 kimi qeyd olunmuşdur, lakin abonentin ünvanı Quşçuluq yaşayış massivində fəaliyyət göstərən Türkan ticarət mərkəzinin yaxınlığında yerləşir. Hal-hazırda həmin ünvanda abonentin qardaşı X3 yaşayır. Abonent özü isə anası **********004 kodlu abonent (sayğaclı) X1 ilə birgə Quşçuluq yaşayış massivi ev 4 ünvanda yaşayır. Yuxarıda qeyd olunan ünvanın borcu 782,19 manatdır. Müqavilə bağlandığı tarixdən (xx.xx.2019-cu il) 2025-ci il tarixə kimi ödəniş etməmişdir. Həmin yaranan borc (782,19 manat) abonentin öz borcudur.
9. Abonent kartından görünür ki, xx.xx.2019-ci il tarixli, 41740367 saylı müqaviləyə əsasən Cavabdehnın suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılması xidmətindən istifadəyə görə 700.99 manat borcu vardır.
10. Azərbaycan Respublikası Bakı şəhəri Suraxanı rayonu İcra Hakimiyyəti Başçısının Hövsan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-20/2-2-40/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubdan müəyyən olunur ki, Hövsan qəsəbəsi Dənizkənarı küçəsinin adının dəyişdirilməsi barədə hər hansı məlumat müəyyən olunmamışdır.
İşin faktiki halları.
11. "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2019-cu il tarixli, 41740367 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən abonentə su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilmişdir.
12. Abonent Cavabdeh əhali qrupuna aid olmaqla, abonent kodu **********009 saylı kod üzrə 700,99 manat borc hesablanmışdır.
13. Abonent kartından müəyyən olunur ki, abonentə sudan istifadəyə görə xx.xx.2024-cü il tarixdə 700,99 manat pul vəsaiti tələb olunur. 14.Tətbiq edilən hüquq. Azərbaycan Respublikası Mülki Məcəlləsi
Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15.Su təchizatı və tullantı suları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 30. Verilən suyun həcminin hesablanması Su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 61. Xidmət haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Maddə 62. Xidmətlərə görə borcların alınması Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.
16.“Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı
6. Suölçən cihazların quraşdırılması və istismarı 6.1. STKM ilə istehlakçı arasında suyun sərfinə görə hesablaşmanın aparılması üçün balans mənsubiyyəti sərhədində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti (bundan sonra – Xidmət) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış, üzərində Xidmətin və STKM-in plombu olan müvafiq suölçən cihaz quraşdırılır. Həmin tələblərə cavab verməyən suölçən cihazların və digər ölçmə vasitələrinin quraşdırılması qadağandır. 6.6. Suölçən cihazlar Xidmətin müəyyən etdiyi dövlət standartlarının tələblərinə uyğun olaraq STKM tərəfindən dövlət yoxlamasından keçirilir. 6.7. Suölçən cihazların növbəti dövlət yoxlaması onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. 6.10. Zədələnmiş suölçən cihazın (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, üzərindəki plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu barədə müraciət edildiyi və ya belə halların aşkar olunduğu gündən sonra ən geci 15 (on beş) iş günü müddətində bu Qaydaların tələblərinə uyğun olaraq STKM tərəfindən həyata keçirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş suölçən cihazın təmir olunması, dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 6.5-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına STKM tərəfindən həyata keçirilir.
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
18. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.1 iddia qiyməti 1.000 manatadək olduqda 30 manat
Məhkəmənin mövqeyi.
19. İşin faktiki hallarından görünür ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X6 ilə Cavabdeh arasında müqavilə bağlanmış və müqaviləyə əsasən abonent suyun və kanalizasiya sisteminə tullantı sularının axıdılması xidmətindən istifadə etmişdir.
20. Təqdim olunmuş abonent kartından müəyyən olunur ki, abonent Cavabdehnın yaşadığı mənzildə sudan və kanalizasiya xidmətindən istifadə edilsə də, 700.99 manat borc yaranmışdır.
21. Məhkəmə hesab edir ki, abonent kartına əsasən abonentin borcu mövcud olduğundan 700,99 manat borc abonentdən tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 xeyrinə ödənilməlidir.
Məhkəmə xərcləri.
22. İş materiallarından görünür ki, iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 30 manat məbləğində dövlət rüsumu ödəmişdir. Hansı ki, bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən iddia qiyməti 1000 manatadək olduqda ödənilməli olan dövlət rüsumu məbləğinə uyğun olmuşdur. Hazırkı iş üzrə iddia tələbi təmin olunduğundan dövlət rüsumu Cavabdeh aid olmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
23. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış 700,99 manat borc və 30 manat dövlət rüsumu tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 xeyrinə ödənilsin. 24.Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ :
İddia təmin edilsin. Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış 700,99 (yeddi yüz manat, doxsan doqquz qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumu tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X4 xeyrinə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova