Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-701/2021 03.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın faktiki qəbul edilməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh1 və Cavabdeh2 qarşı mirasın faktiki qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3ndan miras qalmış Bakı şəhər X2 Bürosu tərəfindən ünvan 1 a ünvanında yerləşən evin (həmin evin 1/3 atasının mülkiyyətindədir) onun tərəfindən faktiki qəbul olunmasının müəyyən edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, o, xx xxx 1995-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X3 ilə anası X10 1993-cü il tarixdə faktiki nikaha daxil olmuşlar. Bakı şəhər X2 Bürosu tərəfindən ünvan 2 a ünvanında yerləşən evin 1/3 hissəsinə dair X3nun adına çıxarış verilmiş və atası həmin ünvanda yaşamışdır. 1993-cü ildən anası da həmin evə gəlin köçmüş, ailə kimi həmin ünvanda ikisi birgə yaşamış, təsərrüfatı birgə idarə etmişlər. 1995 –ci ildə həmin faktiki nikahdan o dünyaya gəlmişdir. Onlar, yəni atası Yusif Qafarov, anası Məmmədova Laləzar və o birlikdə həmin mənzildə yaşamışlar. Atası xx xxxxxxxx 2008-ci il tarixdə vəfat etmişdir. Həmin vaxtı o , orta məktəbdə oxuduğundan, anası isə yarım orta təhsilli olduğundan, həmçinin sonradan anasının səhhətində ciddi problem olduğu və bir müddət yataq xəstəsi kimi müalicəni davam etdirdiyindən, eyni zamanda hüquqi prosedur qaydalarını bilmədiklərindən mirasın qəbulu ilə bağlı rəsmi müraciət edə bilməmişlər. Lakin, 2008-ci il tarixdə atası vəfat etdikdən sonra anası ilə o qeyd edilən mənzildə yaşamağa davam etmiş, evin kommunal xərclərini ödəmiş, bir sıra təmir işləri aparmışlar. Yəni o atasından miras əmlaka həm sahiblik etmiş, həm də onu idarə etmişdir. Bu faktı onun bütün qonşuları, həmçinin inzibati dairə üzə nümayəndəlik də təsdiq edə bilər. Həmçinin, atasının anasından əvvəlki qadınla olan faktiki nikahından da Vüqar və əsmət adlı iki uşağı olmuşdur. Onların hər ikisi ailə sahibidirlər. Onlar ümumiyyətlə ünvan 1 a ünvanında yerləşən evin atasına məxsus 1/3 hissəsində yaşamamışlar. Sadəcə olaraq vaxtaşırı qonaq gəlirdilər. Qeyd edilən ünvanda yerləşən atasına məxsus evin 1/3 hissə onun bacısı Əsmətin və qardaşı Vüqarın yaşayış yeri olmamışdır. Ümumiyyətlə onların bu evdən hər hansı bir tələbləri yoxdur. Ona görə də, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, ərizədə qeyd edilənlərə uyğun izahat verib, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdehlər Cavabdeh1 və X13, məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbini bildirməmişlər. İş üzrə üçüncü şəxslər Bakı şəhəri, 10 saylı notariat ofisi və X10 işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmə MPM-nin 185-ci maddəsinə əsaslanaraq işə məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının izahatını dinləyərək iş materiallarını araşdıraraq, hesab edir ki, iddia tələbi əsaslıdır, ona görə də təmin edilməlidir. İş materiallarında olan: 31/Vİİ-1973-cü il tarixli Bakı şəhərində Bələdiyyələşdirilməmiş tikintilərin reestrindən Çıxarışa əsasən Oktyabr qəsəbəsi, Kirov (yeni Suraxanı) küçəsi 26 nömrəli evin 1/3 hissəsi X11 məxsusdur. XİX-ЖГ 300492 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx xxx 1995-ci ildə anadan olmuşdur. X3, anası X5r. AZ-İİ 124861 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X15 xx xxxxxxxx 2008-ci ildə vəfat etmişdir. Bakı şəhəri, 10 saylı Notariat ofisinin Notariat əməliyyatlarının aparılmasından imtina barədə xx xxxxxxx 2020-ci il tarixli Qərarından görünür ki, X16 xx.xx.2020-ci il tarixdə ərizə ilə notariat ofisinə müraciət edərək xx.xx.2008-ci ildə vəfat etmiş mərhum X3ndan miras qalmış və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı (keçmiş Kirov) qəsəbəsi, B.Mirqəzəb (keçmiş Oktyabr) küçəsi ev 26a ünvanında yerləşən fərdi yaşayış evinə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, notariat ofisi mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxıldığı və miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaf olduğu üçün notariat əməliyyatı aparılmasından imtina edilmişdir. -X17, X18 və X7 notarial tərtib edilmiş ərizə ilə şahidlik etmişlər ki, qonşuları İddiaçı anası X10 ilə birlikdə ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinin mərhum X3na məxsus olan 1/3 hissədə (V tikilisi) atasının sağlığında qeydiyyatsız yaşamış və mərhum atasının ölümündən (xx.xx.2008-ci ildə vəfat edib) sonra da hal-hazıra kimi göstərilən ünvanda qeydiyyatsız yaşayır. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında şahid kimi dəvət edilmiş X14 izahat verərək bildirmişdir ki, mərhum X15 onun qardaşıdır. Qardaşı 1994-cü ildə 3-cü dəfə ailə qurub, 1995-ci ildə Aytac dünyaya gəlib. Aytac həmişə sözügedən evdə yaşamışdır. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında şahid kimi dəvət edilmiş X12 izahat verərək bildirmişdir ki, o Aytacın qonşusudur, Mirqəzəb 24 də yaşayır. Aytac onun qızı ilə birlikdə yaşayıb, Aytac uşaq vaxtından həmin evdə yaşayıb. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında şahid kimi dəvət edilmiş X8 izahatında bildirmişdir ki, Aytacın əmisi arvadıdır, 1995-ci ildən həmin evdə yaşayır, Aytac uşaq vaxtından həmin evdə yaşayır. Məhkəmənin xx.xx.2021-ci il tarixli iclasında şahid kimi dəvət edilmiş X18 izahatında bildirmişdir ki, o Aytacın qonşusudur, Aytac doğulandan onların qonşuluğunda yaşayıb və hazırda da həmin evdə yaşayır. Məhkəmə şahid ifadələrini mötəbər sübut kimi qəbul edir və bu ifadələrə tənqidi yanaşılması üçün səbəb görmür. Beləliklə işin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı mərhum atasından qalma əmlaka faktiki olaraq yiyələndiyini, orada anası ilə birlikdə yaşadığını və təsərrüfat apardığını və bu əsasla mirasın faktiki olaraq qəbul edilməsini bildirir. Notariat orqanı mirasın qəbul edilmə vaxtının ötürülməsi və vərəsələr (mərhumun digər iki övladı) arasında mübahisə olması səbəbi ilə notariat işi açmaqdan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1.-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1.-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair xx xxxxxxx 2020-ci il tarixli Qərarında qeyd edilir ki, miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 2014-cü il 18 iyul tarixli Qərarı). Hazırkı işin hallarından göründüyü kimi, iddiaçı mərhum atasına məxsus əmlaka faktiki sahiblik etmiş və uzun müddətdir ki, həmin əmlakın atasına məxsus hissəsində yaşayır. Məhkəmə hesab edir ki, bu hal hazırkı iddia tələbinin əsaslı hesab edilməsi üçün səbəbdir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, mülki iş üzrə ödənilmiş dövlət rüsumu ilkin iddiaçıya aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X1 miras qalmış Bakı şəhər X2 Bürosu tərəfindən Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, B.Mirqəzəb küçəsi, 26A ünvanında yerləşən evin mərhum X11 məxsus 1/3 hissəsinin İddiaçı tərəfindən faktiki qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov İş № 2(010)-1867/2019 Azərbaycan Respublikası adından Q Ə T N A M ƏDƏN ÇİXARİŞ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi xx xxxx 2019-cu il Bakı şəhəri Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhərrəmov Orxan Kazım oğlunun katibliyi, İddiaçı X28, cavabdeh 4 saylı Bakı “Asan Xidmət” Mərkzində notariat kontorunun etibarnamə üzrə nümayəndəsi X19 iştirakı ilə, İddiaçı X20 cavabdeh 4 saylı Bakı “Asan Xidmət” Mərkzində notariat kontoruna qarşı miras amlakın qəbul edilməsi müddətinin buraxılmasının üzrlü hesab edilməsi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxıb, Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 233, 307-308, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X9 məxsus miras əmlakların qəbul edilməsi müddətinin buraxılması üzrlü hesab edilərək bərpa edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-701/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-701/2021
03.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver