Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-703/2025 10.03.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, məhkəmə iclas katibi X6 oğlunun katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi.
1. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 1.207,03 manat borcun (abonent kodu:**********000) və 32.08 manat dövlət rüsumu üzrə xərclərin tutularaq "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsə ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin dəlilləri
2. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxsə tərəfindən cavabdehə su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 1207.03 manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə sayğac quraşdırılanadək ailə tərkibinə görə, sayğac quraşdırıldıqdan sonra isə su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Cavabdeh xidmətlərdən mütəmadi olaraq istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixində xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsinı təmin etməmişdir.
Tərəflərin izahatları.
3. İddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
4. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək, məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Eyni zamanda, məhkəmə iclasında bildirmişdir ki, uzun müddətdir ki, iddia tələbində qeyd olunan ünvanda yaşamır və həmin evi Kərimova Gülnaz adlı şəxsə satmışdır.
İş materialları.
5. Abonent kartından görünür ki, ünvan 1 ünvanında Cavabdeh hesabına su sərfiyatına görə 2016-cı ildən 2024-cü il daxil olmaqla qalıq 1207.03 manat borc məbləği hesablanmışdır.
6. İş matariallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh borc məbləğini 7 iş günü ərzində ödəməsi barədə xəbərdarlıq edilmişdir.
7. İş matariallarına əlavə edilmiş X1 Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış ərizəsindən görünür ki, X2 xx.xx.2013-cü il tarixdə həmin evi Cavabdeh almışdır və kommunal xidmətlərlə bağlı müqavilələri öz adına keçirmiş və ödənişlər etmişdir.
8. Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyəti başçısının Bülbülə qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Hüseynov X4 rayonu, Bülbülə qəsəbəsi, Samir Əliyev küçəsi, ev 146 ünvanında qeydiyyatda deyildir.
9. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti Nərimanov rayonu Mənzil- Kommunal Təsərrüfatı Birliyi 38 saylı Mənzil-Kommunal İstismarı Sahəsinin xx.xx.2025-ci il tarixli, 053309 nömrəli arayışından görünür ki, Hüseynov X3 rayonu, Ş.Mustafayev küçəsi, 44V ünvanında qeydiyyatdadır və 1996-cı ildən həmin ünvanda yaşayır.
İşin faktiki halları.
10. Hazırki iddia tələbində iddiaçı cavabdehin ona məxsus ünvanda istehlak etdiyi suya görə ödənilməmiş 1207.03 manat borcunun olduğunu bildirir və tələbin əsası kimi iş materiallarında olan abonent kartına istinad edir. İddiaçı tərəf eyni zamanda bildirir ki, cavabdeh həmin ünvanda yaşamasa da, nəqədər ki, abonent saldosu onun adınadır, yaranmış borca görə də o cavabdeh olmalıdır. Cavabdeh isə bildirir ki, iddia tələbini qəbul etmir. O, həmin evi uzun müddətdir ki satmışdır və həmin ünvanda yaşamır.
Tətbiq edilən hüquq.
11. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu
Maddə 61. Xidmət haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri 61.1 Su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Maddə 62. Xidmətlərə görə borcların alınması Qanunvericiliklə başqa hallar nəzərdə tutulmadıqda istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır.
12. “Sudan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında AR Nazirlər Kabinetinin Qərarı.
8. STKM-in vəzifələri 2.1.9.2. verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq tərtib edilmiş hesab istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra müvafiq vəsait 1 (bir) ay müddətində tam ödənilmədikdə suyun verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş təqdim edilməlidir.
13. Azərbaycan Respublikası Mənzil Məcəlləsi
Maddə 135. Yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqq ödəmək vəzifəsi. 135.1 Fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
Məhkəmənin mövqeyi.
15. Məhkəmə cavabdehi dinləyib, iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir.
16. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbində iddiaçı cavabdehin adına qeydə alınmış abonent kodu üzrə iddia tələbində qeyd olunan ünvana su sərfiyyatına görə 2016cı ildən 2024-cü il daxil olmaqla 1207.03 manat borc məbləğinin qalmasına istinad edərək həmin borc məbləğinin cavabdehdən tutulmasını xahiş etsə də, lakin iş materiallarının araşdırılması və cavabdeh tərəfin izahatı ilə müəyyən edilir ki, Cavabdeh Bakı şəhəri Nərimanov rayou ərazisində yaşayır və artıq uzun müddətdir ki, (Nərimanov rayonu Mənzil İstismar sahəsinin arayışına əsasən 1996-cı ildən Bakı şəhəri Nərimanov rayonu ərazisində yaşayır) iddia ərizəsində göstərilən ünvanda yaşamamışdır. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi cavabdehin həmin ünvanda yaşamamasına münasibətdə bildirmişdir ki, iddia tələbində göstərilən ünvanda kommunal xidmətlə əlaqədar müqavilə (abonent kodu) Cavabdeh adına olduğundan hazırki tələbdə borc məbləğinin ondan tutulmasını tələb edir. Məhkəmə iddiaçının əsaslandırması ilə razılaşmır. Ona görə ki, yuxarıda istinad edilən maddi hüquq normasının (“Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu, maddə 61) tələbindən də göründüyü kimi, istehlakçının sərf etdiyi suya görə əvəz ödəməsi öhdəliyi onun müəssisə ilə müqaviləsinin olub-olmaması və ya digər hüquqi əsasların olub-olmamasına yox, istehlakçının müvafiq obyektdə sudan istifadə faktına əsaslanır. Başqa sözlə, şəxsə qarşı öhdəliyin yaranması üçün həmin şəxs tərəfindən sudan istifadə edilməsi zəruridir. Deməli, maddi hüquq norması abonent kartında adın qeyd edilməsi əsasında öhdəliyin yaranması halını nəzərdə tutmamışdır. İddiaçının istinad etdiyi məqam, yəni cavabdeh həmin ünvanda yaşamasa belə, kommunal xidmətlə əlaqədar müqavilənin cavabdehin adına olması, həmin borc məbləğinin ondan tutulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Hazırki işdə Cavabdeh artıq borc məbləğinin əhatə etdiyi dövrdə (2016-2024-cü illər) həmin ünvanda yaşamadığı müəyyən edildiyindən iddiaçı həmin borc məbləğini hazırki iş üzrə cavabdehdən tələb etməkdə haqlı deyildir və bu səbəbdən iddia tələbi təmin edilə bilməz.
Məhkəmə xərcləri.
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
18. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. Məhkəmə qeyd edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 32.08 manat dövlət rüsumu iddiaçı ̇ ırİ" Şəhərlərı̇ n Bı̇ rləşmı̇ ş Su Təchı̇ zatı Xı̇ dmətı̇ " publik hüquqi şəxsinin özünə aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
20. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı ̇ ırİ" Şəhərlərı̇ n Bı̇ rləşmı̇ ş Su Təchı̇ zatı Xı̇ dmətı̇ " publik hüquqi şəxsinin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməməli və iş üzrə ödənilmiş 32.08 manat dövlət rüsumu iddiaçı ̇ ırİ" Şəhərlərı̇ n Bı̇ rləşmı̇ ş Su Təchı̇ zatı Xı̇ dmətı̇ " publik hüquqi şəxsinin özünə aid edilməlidir.
21. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddiaçı ̇ ırİ" Şəhərlərı̇ n Bı̇ rləşmı̇ ş Su Təchı̇ zatı Xı̇ dmətı̇ " publik hüquqi şəxsinin Cavabdeh qarşı su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış borcun ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. İş üzrə ödənilmiş 32.08 manat dövlət rüsumu iddiaçı ̇ ırİ" Şəhərlərı̇ n Bı̇ rləşmı̇ ş Su Təchı̇ zatı Xı̇ dmətı̇ " publik hüquqi şəxsinin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Tural Məmmədov