Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-704/2025 22.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Allahyarlı Eltac Rauf oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə, İddiаçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 Cavabdeh qarşı “borc” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi Саvаbdeh Cavabdeh qarşı “pul” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə yaranmış 937.30 manat borcun (abonent kodu: **********004) və 30 manat dövlət rüsumu üzrə xərclərin tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin hesabına ödənilməsi. İddia tələbinin əsaslandırıldığı hallar İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən cavabdehə su təchizatı sistemindən suyun buraxılması və tullantı sularının axıdılması xidmətləri göstərilir. Cavabdeh əhali qrupu abonentinə aid olmaqla ötən dövr ərzində istifadə etdiyi xidmətlərə görə 937,30 manat borcu yaranmışdır. Abonentin istifadə etdiyi su təchizatı və kanalizasiya xidmətlərinin dəyəri ünvan üzrə sayğac quraşdırılanadək ailə tərkibinə görə, sayğac quraşdırıldıqdan sonra isə su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Cavabdeh xidmətlərdən mütəmadi istifadə etsə də, istifadə etdiyi xidmətlərin dəyərini tam ödəməmiş, nəticədə borcu yaranmışdır. İddiaçı tərəfindən borcun ödənilməsi tələbi ilə cavabdehin ünvanına hər ay bildirişlər, sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilmiş, lakin cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, su Sabunçu ərazisinə keçənə qədər cavabdehə onların idarəsi tərəfindən satılmışdır. Hələ də cavabdeh onların idarəsində aktiv abonent kimi görünür. Hər ay istifadə etsə də, etməsə də 20 kub hesablanır. Artıq suyu cavabdehə Sabunçu su idarəsi satır. 2013-2016-cı ildə Suraxanıya aid olub. 2016-cı ildə Sabunçu ərazisinə təhvil təslim vaxtı damborc silinməyib və yığılıb. Cavabdehin 2016cı il üzrə 118 manat borcu var idi, 20 manat ödədikdən sonra 98 manat borcu qaldı. Ona görə də, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirmişdir ki, iddianı qismən qəbul edir. O, ailəsiylə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Samir Əliyev küçəsində yaşayır. Ev üzrə su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə xidmət haqlarını vaxtı-vaxtında tam şəkildə ödəmiş və indiyədək heç bir borcu yaranmamışdır. Eyni zamanda iddiaçı tərəfindən ona borcun olması barədə hər hansı məlumat verilməmiş və bu barədə yaşadığı ünvana hər hansı rəsmi xəbərdarlıq daxil olmamışdır. İddiaçı iddia tələbini heç bir sənədlə sübut etməmiş və xəyali mülahizələrə əsaslanmışdır. Hesab edir ki, iddiaçının iddia tələbi texniki səhv də ola bilər və əsassız olduğundan tələb rədd edilməlidir. İndiyədək onun iddiaçıya hər hansı borcunun yaranmadığını “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X1 Sabunçu rayon Sukanal İdarəsi tərəfindən verilmiş və xx.xx.2016 - xx.xx.2025-ci illər üzrə dövrü əhatə edən ödəniş cədvəli də təsdiq edir. Həmin cədvəldən də görünür ki, onun indiyədək hər hansı qalıq borcu yoxdur. Belə ki, 2016-cı ildən etibarən Sabunçu su idarəsinə ödəniş etmişdir. Əgər ki, iddiaçının dediyi 98 manat məbləğində borcu 2016-cı ilə qədərə aiddirsə onu ödəməyə razıdır. İş materialları xx.xx.2024-cü il tarixli, **********004 kodlu abonent kartından görünür ki, Cavabdeh 2016-cı il üzrə (əvvəlki illərdə olan qalıq borclar əlavə olunmaqla) su təchizatı və kanalizasiya xidmətlərinə görə 98 manat məbləğində borcu yaranmışdır. xx.xx.2024-cü il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcunun məbləği barədə məlumat verilmiş, həmin borcun 7 (yeddi) iş günü müddətində ödənilmədiyi təqdirdə iddia tələbi ilə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir. İşin faktiki halları “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ tərəfindən Cavabdeh (abonent kodu: **********004) su təchizatı və tullantı sularının axıdılması xidmətləri göstərilir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq. 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 560. Hüquqdan sui-istifadənin qadağan edilməsi 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Su Məcəlləsi. Maddə 97. Sudan ödənişli istifadə. Bu Məcəllənin 18-ci maddəsinin ikinci hissəsinin tələbləri nəzərə alınmaqla, Azərbaycan Respublikasında sudan ödənişli istifadə edilir. Sudan ödənişli istifadənin məqsədi su təminatına yönəldilmiş dövlət xərclərini ödəmək, su təsərrüfatı müəssisələrinin, idarələrinin və təşkilatlarının özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərməsini təmin etmək, su ehtiyatlarından səmərəli və qənaətlə istifadə olunmasına və suların mühafizəsinin yaxşılaşdırılmasına maddi maraq yaratmaq, suyun dəqiq uçotunu aparmaq və su təsərrüfatı sahəsinə investisiya qoyuluşunu stimullaşdırmaqdan ibarətdir. Azərbaycan Respublikasında sudan ödənişli istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Bələdiyyələrin su təsərrüfatı obyektlərində sudan ödənişli istifadə qaydaları və şərtləri bu Məcəllə, digər müvafiq qanunvericilik aktları, habelə bələdiyyə aktları ilə müəyyən edilir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 62. İstehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəmədikdə, su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görməlidir. Obyektin ayrılmasından sonra da borcların bütün məbləğinin ödənilməsi tələbi yerinə yetirilmədikdə, su təchizatı və kanalizasiya müəssisəsinin ödənilməyən məbləği məhkəmə qaydasında tələb etmək, o cümlədən qanunvericiliyə zidd olmayan hallarda borc məbləğinin borclunun əmlakı hesabına ödənilməsi barədə iddia qaldırmaq hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”. Maddə 4.1.3. Bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifəsidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iş materiallarına əsasən müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında su təchizatı və tullantı sularının axıdılması xidmətlərinə dair abunə müqaviləsi bağlanmış və cavabdehə müvafiq xidmətlər göstərilmişdir. Məhkəmə iddiaçının izahatına əsasən müəyyən edir ki, iddiaçı **********004 kodlu abonent olaraq Cavabdeh 2016-cı ilə kimi Suraxanı rayon Sukanal İdarəsi vasitəsilə su təchizatı və tullantı sullarının axıdılması xidmətlərini göstərmişdir. 2016-cı ildən indiyənədək isə Cavabdeh su təchizatı və tullantı sullarının axıdılması xidmətlərini **********560 kodlu abonent olaraq Sabunçu rayon Sukanal İdarəsi vasitəsilə istehlak edir və bunun əvəzini ödəyir. İddiaçı 2016-cı ildən Cavabdeh **********004 saylı abonent olaraq su təchizatı və tullantı sularının axıdılması xidmətlərini real olaraq cavabdehə göstərməsə də onun formal olaraq “aktiv” abonent kimi qaldığını əsas gətirərək cavabdehdən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin haqqını tələb edir. Məhkəmə yuxarıda adı çəkilən qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, iddiaçı yalnız göstərdiyi xidmətlərin əvəzini istehlakçıdan tələb edə bilər. Məhkəmə iddiaçının göstərmədiyi xidmətlərin əvəzini istehlakçı cavabdehdən tələb etməsini hüquqdan sui-istifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, iddiaçı Cavabdeh **********004 saylı abonent kimi qəbul etdiyi xidmətlərin əvəzi olaraq yalnız ödənilməmiş 98 manat məbləğində borcu tələb etməkdə haqlıdır. Məhkəmə xərcləri İş materiallarından görünür ki, iddiaçı qanunla nəzərdə tutulmuş dövlət rüsumunu düzgün ödəmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh **********004 saylı abonent kodu altında göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin dəyəri olan 98 (doxsan səkkiz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məlbəğində pul vəsaiti tutularaq “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” PHŞ-nin hesabına ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh **********004 saylı abonent kodu altında göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətlərinin dəyəri olan 98 (doxsan səkkiz) manat və ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” X2 ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-704/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-704/2025
22.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver