Məhkəmə qərarları › İş №2(010)-71/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-71/2022

28.01.2022 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-71/2022 28.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Rzayeva Nərminə Cahangir oğlunun sədrliyi, Cəfərova Səltənət Ələsgər qızının katibliyi, Ərizəçi, ərizəçinin vəkili və nümayəndəsi X2 iştirakı ilə, X3 “Ölmüş elan edilməsi” barədə Ərizəçi ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi “Ölmüş elan edilmə” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X4 ilə birgə rəsmi nikahlarından 09 may 1988-ci ildə anadan olmuş oğlu X6 04 iyul 2013-cü ildə, səhər saat 08:00 radələrində öz şəxsi işi ilə əlaqədar, yaşadıqları Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi 7 saylı evin 108 saylı mənzilindən onlara məlum olmayan ünvana gedib bir daha geri qayıtmamışdır. Oğlunun axtarışı ilə bağlı, dərhal Suraxanı Rayon Polis İdarəsinə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə, Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı Səfrliyinə rəsmi məktublarla müraciət edib oğlunun axtarışına yardım edilməsini xahiş etmişdir. Oğlunun axtarışları nəticə verməmiş və ondan hazıradək heç bir məlumat olmamışdır. Güman etmişdir ki, oğlu ya avtomobil qəzası nəticəsində həlak olmuş, nəşini gizlincə dəfn etmişlər, yaxud da yay ayında istirahət etdiyi Xəzər dənizdə çimərkən suda batmışdır. X13 ölmüş elan ediməsinin müəyyən edilməsinə dair ərizəsinin təmin edilməsi ona, Xaçmaz rayonu, Ağaşirinoba Bələdiyyəsi tərəfindən, fərdi evin tikilməs üçün ona satılmış, 0,10 ha torpaq sahəsinə qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması üçün lazımdır. X3 ölmüş elan edilməsinin müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında Ərizəçi vəkili və nümayəndəsi X5 ərizəni müdafiə edərək ərizənin mahiyyətinə uyğun izahat vermiş və təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, onun nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Surxanı RPİ-i tərəfindən 21.10.20094-cu il tarixdə verilmiş AZE seriyalı, 03068167 nömrəli şəxsiyət vəsiqəsinin surətindən görünür ki, X6 ünvan 2 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətindən daxil olmuş 16.06.2021-ci il tarixli məktubdan görünür ki, X1 dəfə dövlət sərhədindən 04.07.2013-cü ildə çıxmışdır. Azərbaycan Respublikası DİN İNTERPOLUN Milli Mərkəzi Bürosunun 25 avqust 2013-cü il tarixli məktubuna əsasən X6 05 iyul 2013-cü il tarixdə Artvin Sarp sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Türsiyya Respublikasına daxil olmuş və o, bu ölkənin cinayət qeydiyyatlarından keçmir. Z.Piriyev Türskiyyə Respublikasında itkin düşmüş şəxslərə dair qeydiyyatlara daxil edilmiş və onun yeri müəyyən olunacağı halda əlavə olraq bildiriləcəkdir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Mənzil Təsərrüfatı Birliyi 08 saylı Mənzil-Komunal İstismarı sahəsindən daxil olmuş 17.06.2021-ci il tarixli, 392 nömrəli arayışdan görünür ki, X6 04 iyun 2013-cü il tarixinədək Z.Şərifov küçəsi ev 7, mənzil 108 ünvanında qeydiyyatsız yaşamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri Xidmətindən daxil olmuş 03.11.2021-ci il tarixli 05/2-10347/13 nömrəli məktubdan görünür ki, Z.Ərizəçi 22.06.1988-ci ildə Bakı şəhər Nizami rayon qeydiyyat şöbəsində tərtib edilmiş doğumu haqqında akt qeydi nəzərdən keçirilərkən atasının xx.xx.1959-cu il təvəllüdül Ərizəçi, anasının isə 26.12.1964-cü il təvəllüdlü X4 olduğu məlum olmuşdur. “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat inforasiya sisteminə baxış keçirilərkən Z.Ərizəçi nikahı, nikahının pozulması, ölümü, övladları, adının, soyadının və ata adının dəyişirilməsi haqqında hər hansı məlumat aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Notariat İdarəsindən daxil olmuş 10.11.2021-ci il tarixli, 05/7908-11 nömrəli məktubdan görünür ki, X3 iştirakı ilə notariat ofislərində notariat hərəkətləri rəsmiləşdirilməmişdir. İş materiallarına əlavə edilmiş “Məhkəmə Tibbi Ekspertiza və X8” PHŞ-dən daxil olmuş 18.11.2021-ci il tarixli, 3833 nömrəli məktubdan görünür ki, X7 PHŞ-in Bakı şəhərinin rayon, Sumqayıt şəhər və Abşeron rayon şöbələrində meyitlərin qeydiyyat kitabından qeydiyyatdan keçməmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestindən daxil olmuş 22.11.2021-ci il tarixli, 74 nömrəli məktubdan görünür ki, 08.05.1988-ci ildə anadan olmuş X6 adlı şəxsin balanslarında olan hər hansı qəbristanlıqda, o cümlədən qəbristanlığın “kimsəsizlər” sektorunda dəfn olunub-olunmaması barədə heç bir məlumat yoxdur. İş materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə Fondundan daxil olmuş 26.11.2021-ci il tarixli, **********7 nömrəli mktubdan görünür ki, X6 barədə Nazirliyin Mərkəzlədirilmiş Elektron İnformasiya Sistemində sosial ödəniş (pensiya, təqaüd, sosial müavinət) alan şəxslərə dair informasiya bazalarında hər hansı məlumat mövcud deyildir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı RPİ-dan daxil olmuş 22.12.2021ci il tarixli, 09632161-1221 nömrəli məktubda görünür ki, X6 barəsində 05.07.2013-cü il tarixdə qohumluq əlaqələrini itirmiş kimi material verilmişdir. 12.02.2021-ci il tarixdə həmin materialın icra müddəti bitdiyi üçün xitam edilmişdir. Hal-hazırda Surxanı RPİ-də Z.Ərizəçi barəsində heç bir material mövcud deyildir. İş materiallarına əlavə edilmiş Surxanı RPİ-dən daxil olmuş 27.01.2022-ci il tarixli məktubdan görünür ki, X6 barəsində heç bir təqsirləndirici material daxil olmamışdır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, 09 may 1988-ci ildə anadan olmuş oğlu X6 04 iyul 2013-cü ildə, səhər saat 08:00 radələrində öz şəxsi işi ilə əlaqədar, yaşadıqları Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi 7 saylı evin 108 saylı mənzilindən məlum olmayan ünvana gedib bir daha geri qayıtmamışdır. Həmin vaxtdan keçən müddət ərzində X3 harada olması barədə məlumat olmamış, Z.Ərizəçi hazırki vaxtadək gəlməmiş və onun olduğu yer aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 313-cü maddəsinə görə ərizədə şəxsi xəbərsiz itkin düşmüş hesab etməyin və onun ölmüş elan edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməli, habelə şəxsin xəbərsiz itkin düşməsini təsdiq edən hallar, yaxud xəbərsiz itkin düşənin ölüm təhlükəsi qarşısında olmasını və ya onun müəyyən bədbəxt hadisədən həlak olmasını güman etməyə əsas verən hallar şərh edilməlidir. Hərbi əməliyyatlar zamanı hərbi qulluqçuların və ya digər şəxslərin xəbərsiz itkin düşməsi barədə ərizədə hərbi əməliyyatın qurtardığı vaxt göstərilməlidir. Həmin Məcəllənin 315.2-ci maddəsinə əsasən şəxsi ölmüş elan edən məhkəmə qətnaməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı kitabına şəxsin ölməsi barədə qeyd etmək üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 41.1-ci maddəsinə görə əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Həmin Məcəllənin 41.3-cü maddəsinə görə şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır. Həmin Məcəllənin 41.4-cü maddəsinə əsasən bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Məhkəmə belə qənaətə gəlir ki, 09.05.1988-ci il təvəllüdlü X3 ölmüş elan edilməsi üçün əsaslar təqdim olunmuş sənədlərlə tam təsdiq olunur. Həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz, bu faktın təsdiq edilməsi X3 ölüm haqqında şəhadətnaməsinin alınması ilə əlaqədar tələb olunur. Məhkəmə toplanmış və tədqiq edilmiş sənədlərə məcmu halında qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 09.05.1988-ci il təvəllüdlü X6 ölmüş elan edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə görə işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 09.05.1988-ci il təvəllüdlü X6 ölmüş elan edilsin. 09.05.1988-ci il təvəllüdlü X3 ölmüş elan edilməsi haqqında məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gün onun ölüm günü hesab edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar