Məhkəmə qərarları › İş №2(010)-713/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-713/2021

10.02.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-713/2021 10.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Bağırova (Cəfərova) Leyla Əlibala qızına qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Bağırova (Cəfərova) Leyla Əlibala qızına qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3 ilə Bağrova (Cəfərova) Leyla Əlibala qızı arasında xx xxxxxx 1989-cu il tarixdə Göygöl rayon Qarayeri İcra Nümayəndəliyində 48 nömrəli akt qeydi ilə qeydiyyata alınmış ikinci nikahın etibarsız hesab edilməsinə dair məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Mülki işin məhkəmə baxışı iclası xx xxxxxx 2021-ci il tarixə, saat 12:30-a təyin edilmişdir. Cavabdeh Bağırova (Cəfərova) Leyla Əlibala qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. İddiaçının vəkili və nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşərək qəhrəmancasına xx.xx.1992-ci il tarixində şəhid olmuş Azərbaycan Respublikasının Milli X1 ilə xx xxxxxx 1984-cü il tarixdə İİİ-JQ seriyalı, 272919 saylı Əlibayramlı (İndiki Şirvan) şəhər VVAQ Şöbəsində 2 nömrəli nikah haqqında akt qeydiyyatı kitabında rəsmi qeydiyyatdan keçərək nikah bağlamışdır. Birgə nigahdan xx.xx.1983-cü il təvəlüdlü X4 dünyaya gəlmişdir. Onların nikahları qeydiyyat şöbəsi və yaxud məhkəmə tərəfindən pozulmamışdır. Daha sonra məlum olmuşdur ki, hansısa saxta yollarla Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olaraq X2 adlı qadın onların nikahları pozulmadan mərhum həyat yoldaşı X3 ilə xx xxxxxx 1989-cu il tarixdə Xanlar (Göygöl) rayon Qarayeri İcra Nümayəndəliyində 48 nömrəli akt qeydi ilə qeydiyyatdan keçmiş, ikinci qanunsuz nikahı mövcuddur. Nikah bağlanarkən onlardan birinin başqa şəxslə pozulmamış nikahda olduğu halda yəni bağlanmış nikah nəticəsində hüquqları pozulmuş İddiaçı faktiki nikahda olduğu mərhum həyat yoldaşı X3 ilə X2 arasında xx xxxxxx 1989-cu il tarixdə Göygöl rayon Qarayeri İcra Nümayəndəliyində 48 nömrəli akt qeydi ilə rəsmiləşdirilmiş ikinci qanunsuz nikahın etibarsız hesab edilməsi barədə Şirvan Şəhər Məhkəməsində iddia qaldırmışdır. Belə ki, məhkəmə ərəfəsində X2 şirin vədlər verərək İddiaçı barışıq sazişini imzalamağa razı salmışdır. Beləliklə iddiaçı S. Bağırova nikahın etibarsız hesab edilməsi tələbinə dair iddiadan imtina etmiş və bu səbəbdən həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Həmin fakt Şirvan Şəhər Məhkəməsinin 2(032)- 899/2015 saylı xx xxxx 2015-ci il tarixli qərardadı ilə təsdiq olunmuşdur. Cavabdehlə İddiaçı arasında, həmçinin X5 arasında barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 2-ci bəndinə əsasən tərəflərdən hər hansı biri öhdəlikləri yerinə yetirmədiyi qaydada saziş müvafiq qanunvericiliyin tələblərinə əsasən qüvvədən düşmüş hesab edilir. Buna görə də qeyd olunanların nəzərə alınaraq iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq və tərəfin izahatını dinləyərək hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 2(032)-899/2015 nömrəli iş üzrə qəbul etdiyi xx xxxx 2015-ci il tarixli qərardadından görünür ki, tərəflər arasında barışıq sazişi imzalandığı üçün mülki iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52, 191, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Bağırova (Cəfərova) Leyla Əlibala qızına qarşı “nikahın etibarsız hesab edilməsi” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar