Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-713/2022 14.02.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçı və onun vəkili X3, Cavabdeh direktoru X* iştirakı ilə, İddiaçı Cavabdeh qarşı *8 noyabr 202*-ci il tarixli 49 saylı əmrin ləğv edilməsi, məcburi işburaxma müddətinin əvəzi ödənilməklə işə bərpa tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı *8 noyabr 202*-ci il tarixli 49 saylı əmrin ləğv edilməsi, məcburi işburaxma müddətinin əvəzi ödənilməklə işə bərpa tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək *8 noyabr 202*-ci il tarixli, 49 saylı əmrin ləğv edilməsi və məcburi iş buraxma müddətinin əvəzi ödənilməklə iddiaçının işə bərpa olunması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, *5.**.20*9-cu ildən Kəlbəcər rayonu, Cavabdeh təsərrüfat müdiri vəzifəsində işləyir. İşlədiyi dövrdə işinə məsuliyyətlə, vicdanlı yanaşmış, heç vat işində nöqsan olmamışdır. 202*-ci ilin sentyabr ayından məktəbə yeni direktor Ələsgərova Sakibə təyin olunmuşdur, təyin olunduğu vaxtdan onunla məktəbin bütün inventarını siyahıya almış və onun və özünün imzası ilə təsdiq edilmişdir. *8 noyabr 202*-ci il tarixdə heç bir xəbərdarlıq olmadan məktəbin direktoru onu Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işinə xitam verilmişdir. Əmrin verilməsinə əsas məktəbin inventarı məktəbin inventarı olan QR-lı noutbukun rəhbərliyin icazəsi olmadan şəxsi münasibətlər çərçivəsində əməkdaşlıq etdiyi İnci Verdiyevaya hədiyyə etməsi, məktəbin üç noutbukunun məktəbin keçmiş direktoru Həqiqət Şükürovaya hədiyyə etməsi, məktəbdə fəaliyyət göstərdiyi müddətdə heç bir təmir işinin olmaması, təsərrüfat müdiri İddiaçı 20*9cu ildə işə daxil olarkən TŞ, Məşğulluq idarəsi, 8 saylı Maliyyə hesablaşma mərkəzi ilə razılaşma və Əmək müqaviləsi imzalanmadığına görə keçmiş direktor tərəfindən əmək kitabçası yazılmayıb və s. kimi əsassız səbəblər göstərilmişdir. İşlədiyi dövr ərzində ona verilən inventarların hamısını təhvil-təslim aktı ilə məktəbin müəllimlərinə təhvil vermişdir. *8.**.202*-ci il tarixli əmrdə qeyd edilən məktəbin üç noutbukunun məktəbin keçmiş direktoru Həqiqət Şükürovaya hədiyyə etməyini qeyd etsələr də, həmin məsələ ilə bağlı hazırkı direktora tərəfindən məlumat verilmiş, yəni dəfələrlə telefonla zəng edib keçmiş direktor Həqiqət Şükürovadan apardığı noutbukları geri qaytarmasını tələb etsə də, H.Şükürova onu təhqir etmişdir. Bununla bağlı akt Ələskərova Sakibə və məktəbin digər işçi heyəti tərəfindən imzalanaraq təsdiqlənmişdir. Eyni hal İnci Verdiyeva ilə də olmuşdur. Qeyd edilənlərə əsasən, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, onun haqsız olaraq işdən çıxarıldığını, noutbukların hazıkı direktorun razılığı ilə verdiyini bildirdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X4 iddia tələbini müdafiə edərək, iddiaçının işdən çıxarılarkən əmək qanunvericiliyinin tələblərinə əməl edilmədiyini, əmək qanunvericiliyində nəzərdə tutulmasa da, cavabdeh tərəfindən əmrdən çıxarışa əlavə tərtib etdiyini bildirdi və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri Suraxanı rayonu 327 nömrəli tam orta məktəbin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək iddiaçının işində yol verdiyi kobud qanun pozuntularına görə işdən azad edildiyini, sonradan himayəsində azyaşlı uşağının olması və nikahda olmaması nəzərə alınaraq onun yenidən işə bərpa edildiyini, lakin üzərində şiddətli töhmətin saxlanılmasının səbəbinin iddiaçının şagirdlərlə pis rəftar etməsi olmasını bildirdi. Dediklərinin təsdiqi kimi məkəməyə sinif otağının müşahidə kamerasından lentə alınan videogörüntüləri təqdim etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Bakı şəhəri üzrə Təhsil idarəsinin nümayəndəsi Əlican-zadə Şəbnəm İlham qızı idia tələbinə etirazını bildirərək tələbin əsassız olduğunu və təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçı və cavabdeh tərəfin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. İş materiallarına əlavə edilən: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron informasiya Sistemi üzrə iş yerinə dair arayışdan görünür ki, İddiaçı 0*.*2.20*9-cu ildə Kəlbəcər rayonu, 23 saylı məktəbdə təsərrüfat müdiri vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyi Kəlbəcər rayon Təhsil şöbəsinin 23 saylı orta məktəb direktorunun *8 noyabr 202*-ci il tarixli, 49 saylı Əmrdən çıxarışından görünür ki, həmin məktəbin 23 nömrəli tam orta məktəbinin təsərrüfat müdiri İddiaçı işində yol verdiyi höqsanlara görə Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç) bəndinə uyğun olaraq işinə xitam verilməsi qərara alınmışdır. Əsas kimi, işçinin öz əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi və bu əsasdan irəli gələn digər texniki səbəblər göstərilmişdir. İşə əlavə edilmiş sənədlərdən məlum olur ki, Kəlbəcər rayonu, Cavabdeh iddiaçının işlədiyi dövrdə məktəbin texniki təchizatı ilə problem yaşanmış, məktəbin işçi heyyəti bununla bağlı iddiaçıdan şikayət məzmununda aktlar tərtib etmişlər. Beləliklə, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, iddiaçı tam orta məktəbdə təsərrüfat müdiri vəzifəsində işləmiş, işlədiyi dövrdə məktəb üzrə yoxlamalar aparılmış və texniki təchizatla bağlı çatışmazlıqlar ortaya çıxmışdır. Həmin vaxtı iddiaçı qeyd edilən səbəbə görə işdən azad edilmişdir. İddia tələbinin əsaslandırması ondan ibarətdir ki, ona münasibətdə əmək qanunvericiliyinin tələbləri pozulmuş, işdən azad edilməsi qanunsuz olmuş, ona qarşı qərəzli münasibət olmuşdur.Cavabdeh tərəfin etirazı ondan ibarətdir ki, iddiaçının işdən azad edilməsinə səbəb onun işinin öhdəsindən gəlməməsidir, ona qarşı işlədiyi dövrdə heç bir qərəz olmamışdır. Əmək Məcəlləsinin *86-cı maddəsinə görə işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
2. İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin *0-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək;... Əmək Məcəlləsinin 70-ci maddəsinin ç) bəndinə görə işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək müqaviləsinin ləğv edilməsi qaydalarına işəgötürən tərəfindən əməl olunmamasının hüquqi nəticələrini tənzimləyən Əmək Məcəlləsinin 300-cü maddəsinin *-ci hissəsinə görə əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 7*, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Göründüyü kimi, iddiaçının iddia tələbində əsaslandığı hallar maddi hüquq normaları ilə öz təsdiqini tapmır. Belə ki, tərəflərin izahatlarından və işə əlavə edilən sübutlardan müəyyən olunur ki, iddiaçının işdən çıxarılmasına səbəb vəzifə öhdəliklərini yerinə yetirməməsi olmuşdur. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki-Prosessual Məcəllə sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM sübutların toplanması və verilməsi yükünü sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in *4.2 və 77.*-ci maddələri). Həmin Məcəlləsinin 78.*-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: *) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Hazırkı işdə iddiaçının tələbinin əsaslılığı maddi hüquq normalarının tələbləri baxımından öz təsdiqini tapmır. Azərbaycan Respublikası MPM-in *4.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istfadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ:
İddiaçı Hüseynova Gülmı̇ rə Dayandur qızının Cavabdeh qarşı *8 noyabr 202*-ci il tarixli 49 saylı əmrin ləğv edilməsi, məcburi işburaxma müddətinin əvəzi ödənilməklə işə bərpa tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Tural Məmmədov