Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-732/2024 13.02.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil Südeyub oğlunun iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs 6 saylı Bakı “Asan Xidmət” X7) “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizәçinin tәlәbi Ərizəçi atası- X2*, anası- X3 göstərilməklə xx xxx *970-ci il tarixində Ermənistan Respublikası Masis rayonu Sarvanlar kəndində doğumunun qeyd edilməsi faktının müəyyən edilməsi. Ərizәnin әsaslandırıldığı hallar Ərizəçi Ərizəçi xx xxx *970-ci ildə Ermənistan Respublikası Masis rayonu Sərvanlar kəndində anadan olmuşdur. X6, anası X3, bacısı X*4 və qardaşı X*5r. O, doğum haqqında şəhadətnaməsini itirmişdir. Doğum haqqında akt qeydinin bərpası ərizəçiyə Türkiyə Respublikası vətəndaşı ilə nikaha girmək üçün lazımdır. Elə bu səbəbdən də doğum haqqında akt qeydinin bərpası üçün Məhkəməyə müraciət etmişdir. Doğum akt qeydinin bərpası ilə bağlı müraciəti əsasında 6 saylı Bakı “ASAN xidmət” X8 24.* l .2023-cü il tarixli cavab məktubunda da, göstərir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 200*-ci il * mart tarixli 52 nömrəli 0*.03.200*-ci il tarixli “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğvi qaydalarını müəyyən edən Əsas Miiddəalar’ın *3-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin yaşadıqları ərazidə qeydiyyat şöbələri tərəfindən icra edilir. Tәrәflәrin izahatı Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Vəkil Südeyub oğlu ərizəyə uyğun izahat verib ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı şəxs 6 saylı Bakı “Asan Xidmət” X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. 6 saylı Bakı “Asan Xidmət” X7 27.0*.2024-cü il tarixdə məktubla məhkəməyə müraciət edərək, iş yükünün çoxluğunu və müraciətlərin sayının artmasını nəzərə alaraq, məhkəmə iclasına nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. 6 saylı Bakı “Asan Xidmət” X* 26.*2.2023-cü il tarixdə məhkəməyə daxil olmuş məktubundan görünür ki, Ərizəçi maraqlı şəxs qismində 6 saylı Bakı “Asan Xidmət” X9maqla doğumun qeyd edilmə tələbinə dair Suraxanı rayon Məhkəməsinə müraciət etmişdir. Bildirilir ki, ərizəçi 24.**,2023-cü il tarixdə şöbəyə müraciət edərək doğum haqqında şəhadətnaməsinin bərpa edilməsini xahiş etmişdir. Lakin ərizəçi tərəfindən bu cür qeydin olmasını təsdiq edən sənəd təqdim olunmadığından ərizəsinin təmin edilməsi şöbə tərəfindən mümkün olmamışdır. Belə ki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 200*-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaş vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəaları”-na əsasən vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarına әlavә edilәn: 6 saylı Bakı «Asan xidmət» X* 24.**.2023-cü il tarixli Ərizəçi ünvanladığı məktubundan görünür ki, doğum haqqında şəhadətnamənin bərpa edilməsi barədə 24.**.2023-cü il tarixdə şöbəyə daxil olmuş müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 0*.03.200*-ci il tarixli 52 saylı qərarı ilə təsdiq edilmiş ’’Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”-ın *3-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Müddəaların *4-cü bəndinə əsasən, itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Doğum haqqında akt qeydinin həqiqətən olduğunu təsdiq edən müvafiq sənədlər tərəfindən təqdim olunmadığına görə akt qeydinin bərpa edilməsi üçün kifayət qədər əsas olmadığından ərizənin icrası tərəfimizdən mümkün deyildir. Göstərilənlərlə əlaqədar məhkəməyə müraciət etməsi tövsiyə olunur. Masis rayonu Rəncpar kənd nümayəndəliyi tərəfindən *4.*0.*975-ci ildə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X*4 05.*0.*975-ci ildə doğulmuş, valideynləri X22 və X*0r. Masis rayonu Rəncpar kənd nümayəndəliyi tərəfindən 24.*2.*976-cı il tarixdə verilmiş evlənmə haqqında şəhadətnamədən görünür ki, X22 ilə X*2 arasında nikah 24.*2.*970-ci ildə bağlanmışdır. Masis rayonu Rəncpar kənd nümayəndəliyi tərəfindən *8.06.*973-cü ildə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X20 *0.06.*976-cü ildə doğulmuş, valideynləri X22 və X*0r. Qax rayon VVAQ şöbəsi tərəfindən 29.06.*995ci il tarixdə verilmiş nikahın bağanması haqqında şəhadətnamədən görünür ki, X*3 ilə Ərizəçi arasında nikah *9.06.*995-ci il tarixdə bağlanmışdır. Şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.*970-ci ildə Masis rayonunda doğulmuşdur. Tәtbiq edilәn hüquq Azәrbaycan Respublikasının Ailә Mәcәllәsi. Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *62. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası. *62.*. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. *62.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsi. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Ərizənin verilməsi. 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 0*.03.200*-ci il tarixli qәrarı ilә tәsdiq edilmiş “Vәtәndaşlıq vәziyyәti aktlarının qeydindә dәyişiklik, bәrpa vә lәğv qaydalarını müәyyәn edәn әsas müddәalar”. İİ. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qaydası. *3. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. *4. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. *6. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. *6-*. Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir. “Hüquqi әhәmiyyәti olan faktların müәyyәn edilmәsinә dair işlәr üzrә mәhkәmә tәcrübәsinin bәzi mәsәlәlәri haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qәrarı.
4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.*. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
Mәhkәmәnin mövqeyi İşin faktiki hallarından görünür ki, Ərizəçi xx.xx.*970-ci ildə Masis rayonunda doğulmuş, X6, anası X**r. Ərizəçi, özünün xx xxx *970-ci il tarixində Ermənistan Respublikası Masis rayonu Sarvanlar kəndində (atası- X2*, anası- X3 göstərilməklə) doğulması haqqında akt qeydinin bərpa edilməsini istəyir. Belə ki, ərizəçiyə məxsus doğum haqqında şəhadətnamə itmişdir. Hazırkı ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl ərizəçi doğum haqqında şəhadətnaməsini almaq üçün qeydiyyat orqanına müraciət etsə də, doğum akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənəd təqdim edilmədiyindən müraciətin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, iş materiallarında Ərizəçi həqiqətən də atası qrafasında X23, anası qrafasında X*6 göstərilməklə xx.xx.*970-ci ildə Masis rayonunun Sarvanlar kəndində doğulması barədə qeyd aparılmasına kifayət qədər sübut vardır. Belə ki, Ərizəçi məxsus şəxsiyyət vəsiqəsi var. Həmin rəsmi sənəddə ərizəçi Ərizəçi xx.xx.*970-ci ildə Masis rayonunun Sarvanlar kəndində doğulması qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən tələb edilən sənədlərdən biri də onun doğum haqqında şəhadətnaməsidir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin doğum aktı qeydə alınmış, lakin sonradan bu qeydiyyatı təsdiq edən sənəd itirilmişdir. İş materiallarından görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda ərizəçinin doğum faktını təsdiq edən müvafiq qeyd yoxdur. Nəzərə alınmalıdır ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3*.*0.2003-cü il tarixli, *45 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”, bənd *.4). Bu baxımdan müvafiq qeydiyyat orqanlarından birinin ərizəçinin doğumu barədə akt qeydinin aşkar edilmədiyini müəyyən etməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində bu barədə məlumat aşkar edilmədiyi deməkdir. Bu vəziyyətdə ərizəçi X4 mərhum atası X5 doğumun qeyd edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməkdən başqa yolu qalmamışdır. Belə olan halda məhkəmə hesab edir ki, ərizədə göstərilən hüquqi fakt təsdiq edilməlidir.
Mәhkәmәnin gәldiyi nәticә Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.*970-ci ildə Masis rayonunun Sərvanlar kəndində (ata qrafasında X2*, ana qrafasında X*6 göstərilməklə) doğumunun qeyd edilməsi faktı müəyyən edilsin və doğum akt qeydi bərpa edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi xx.xx.*970-ci ildə Masis rayonunun Sərvanlar kəndində (ata qrafasında X2*, ana qrafasında X*6 göstərilməklə) doğumunun qeyd edilməsi faktı müəyyən edilsin və doğum akt qeydi bərpa edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rübabə Qafarova