Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-734/2022 08.04.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Mürsəlova Gülnur Firdovisi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbi barədə iddia ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı “pul” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC və onun direktoru Cavabdeh 06.09.2021-ci il tarixdə Bakı şəhəri 25 saylı Notariat ofisində bağlanmış podrat müqaviləsi üzrə ödədiyi 14.500 manat məbləğində pulun alınaraq ona geri qaytarılmasına, 20.10.2021-ci il tarixdən başlayaraq hər gecikdirilən günə görə (müqavilənin ümumi məbləğinin 18.000 manat pulun 0,1 faizihər geçikdirilən bir gün üçün 67 gün x18 manat=1206) 1206 manat məbləğində dəbbə pulunun, dəymiş zərərə görə 3.000 manat məbləğində pulun və ödədiyi 147 manat məbləğində dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Kardinal İnşaat MMC-nin direktoru Cavabdeh əsl cavabdehlə "xxxx" MMC-ilə əvəz edilməsi, cavabdeh "xxxx" MMC-dən 06.09.2021-ci il tarixdə Bakı şəhəri 25 saylı Notariat ofisində bağlanmış podrat müqaviləsi üzrə ödədyi 15.500 manat məbləğində pulun, evin təmiri ilə bağlı xərclədiyi 1.742 manat pulun alınaraq ona geri qaytarılmasına, 20.10.2021 ci il tarixdən başlayaraq hər gecikdirilən günə görə (müqavilənin ümumi məbləğinin 18.000 manat pulun 0,1 faizi- hər geçikdirilən bir gün üçün 67 gün x18 manat=1206) 1.206 manat məbləğində dəbbə pulunun, dəymiş zərərə görə 3.000 manat məbləğində pulun və ödədiyi 147 manat məbləğində dövlət rüsumunun, cəmi 21,594 manat pulun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, 06.09.2021-ci il tarixdə Bakı şəhəri 25 saylı Notariat ofisində cavabdehlə aralarında Podrat müqaviləsi imzalanmışdır. İddiaçı 18.000 manat məbləğində pulu podratçı "xxxx" MMC ödəmiş, həmin pul vəsaiti qarşısında isə podratçı ünvan 1 ünvanında yerləşən iddiaçının fərdi yaşayış evində təmir tikinti işlərinin aparılmasını, o cümlədən müqavilə bağlandığı vaxtdan 45 gün müddətinə ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində tikinti işlərinin təhvil verilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilədə qeyd olunan tikinti işlərini yekunlaşdırıb ona təhvil verilməsini öhdəsinə götürməsinə baxmayaraq öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh sözügedən ünvanda bir sıra tikinti işlərinə başlasa da, bu işləri yerinə yetirib yekunlaşdırmamışdır, apardığı tikinti təmir işləri isə çox keyfiyyətsiz vəziyyətdə olmuşdur. Belə olan halda cavabdeh tərəfindən podrat müqaviləsi üzrə öhdəlikləri yerinə yetirmədiyindən cavabdehə ödədiyi 15.500 manat vəsaiti cavabdehdən geri tələb edir. Həmin pulun geri qaytarılmasından ötrü cavabdehə pretenziya qaydasında 12.11.2021-ci il tarixdə müraciət etmişdir. Lakin cavabdeh həmin pulu ona geri qaytarmaqdan imtina edir. Həmin müqavilənin 5.3-cü maddəsinə əsasən tikintinin səbəbsiz gecikdirilməsinin hər bir günü üçün bu müqavilənin ümumi məbləğinin 0,1 faizi həcmndə dəbbə pulu ödəməlidir. Mənzildə tikinti işləri başlanması tarixi 06.09.2021-ci il- qutarma tarixi (45) gün- 20.10.2021-ci il Gecikdirirmiş gün-67 gün. Hər gecikdirilən günə müqavilənin ümumi məbləğinin 18.000 manat pulu 0,1 faizi- hər geçikdirilən bir gün üçün 18 manat x 67 gün=1206 manat dəbbə pulu ödəməlidir. Bundan başqa cavbadeh müqavilədə qeyd olunan müddətdə tikintini yekunlaşdırıb təhvil verməmiş və nəticədə o mənzilə daxil olub yaşaya bilmir, belə olan halda o kirayədə yaşamağa məcbur olmuş və hər ay 500 manat məbləğində kirayə haqqı ödəyir. Bildirir ki, ona 3000 manat məbləğində maddi zərər dəymişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia əizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 06.09.2021-ci il tarixli Podrat Müqaviləsindən görünür ki, iddiaçı ilə cavabdeh "xxxx" MMC aralarında razılaşma əldə olunmuşdur. Həmin Razılaşmaya əsasən sifarişçi İddiaçı 18.000 manat məbləğində pulun podratçı "xxxx" MMC ödənilməsini, Podratçı isə həmin pulun ödənilməsi qarşılığında ünvan 3 ünvanında yerləşən sifarişçinin fərdi yaşayış evində təmir tikinti işlərinin aparılmasını öhdələrinə götürmüşlər. İş materiallarına əlavə edilmiş 21 oktyabr 2021-ci il tarixli, 06 sentyabr 2021-ci il tarixli, 20 sentyabr 2021-ci il tarixli ödəniş tapşırıqlarından görünür ki, iddiaçı tərəfindən Podrat Müqaviləsinə görə cavabdehin hesabına 1500 manat, 8000 manat və 5000 min manat məbləğində, 27 dekabr 2021-ci il tarixli, 15-19 №-li Qəbzlə isə 1000 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 759.2-ci maddəsinə əsasən, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. Həmin Məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Həmin Məcəllənin 762.2-ci maddəsinə əsasən, podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. Həmin Məcəllənin 762.3-cü maddəsinə əsasən, Podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən,əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən,əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Yuxarıda təsvir olunanlardan müəyyən edilir ki, tərəflər arasında azad surətdə müqavilələr bağlanmış və müqavilə şərtləri müəyyənləşdirlmişdir. İddiaçı müqavilə şərtlərinə uyğun olaraq öz öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə Podrat müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri lazımınca və vaxtında icra etməmişdir. Belə olduğu halda yuxarıda sadalanan qanunvericilik aktı normaları baxımından məhkəmə hazırki iddia tələbi üzrə cavabdehin hərəkətlərini öhdəliyin icra edilməməsi kimi qiymətləndirir və bu nəticəyə gəlir ki, sonuncu kreditora dəymiş zərərin əvəzini ödəməyə, yəni öhdəliyini icra etməməsi ilə bağlı iddiaçıya müqavilə üzrə aldıqlarını qaytarmalıdır. Bu baxımdan məhkəmə qeyd etməyi zəruri hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 15 sentyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 iyun 2018-ci il tarixli qərarında əks olunmuş hüquqi mövqeyinə görə podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir. Bu isə ona dəlalət edir ki, cavabdeh aldığı pul müqabilində müəyyən işlər görülməsini bildirsə də, bu hal tərəflər arasında bağlanmış müqavilə üzrə onun tərəfindən öhdəliyin icra edildiyinə dəlalət etmir. Çünki, podrat müqavilələrinin məzmunu və predmeti baxımından cavabdehin (podratçının) öhdəliyi ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində “təmir tikinti işlərinin aparılması ” işlərini görüb sifarişçiya təhvil verilməsindən ibarət olmuşdur. Belə olan halda isə cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilməlidir. Odur ki, cavabdehdən 15.500 (on beş min beş yüz) manat cavabdehdən alınaraq iddiaçıya qaytarmalıdır. Eyni ilə, dəbbə pulunun tutulmasına dair iddia tələbini məhkəmə qismən əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə görə tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilməsi imkanlarını, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak, həm də bütün əsaslı mənafelərini, nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi üzrə dəbbə pulu 100 manat məbləğinə qədər azaldılmalıdır. Məhkəmə iddia tələbinin mənəvi ziyanla bağlı hissəsi ilə əlaqədar qeyd edir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Lakin iddiaçı tərəf bu mənəvi ziyanın nə də ifadə olunduğunu, hansı formada təzahür etməsini göstərməmiş, bunun təsdiqi ilə bağlı heç bir sübut təqdim etməmişdir. Buna görə də iddia tələbi həmin hissədə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddiaçının iddiası qismən təmin edilməli, cavabdeh “Kardinal İnşaat MMC”-dən iddiaçının xeyrinə 15,500 (on beş min beş yüz) manat və öhdəliyin icra edilməməsinə görə 100 manat məbləğində cərimə olmaqla cəmi 15600 manat məbləğində borcun tutulması barədə iddia tələbi təmin olunmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman 147 manat məbləğində dövlət rüsumu ödəmişdir. Təsvir olunanlara əsasən, iddiaçı tərəfindən ödənilmiş 147 manat dövlət rüsumu cavabdehə aid edilərək, həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 -ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “Kardinal İnşaat MMC”-dən 15,500 (on beş min beş yüz) manat və öhdəliyin icra edilməməsinə görə 100 manat cərimə pulu, eləcə də 147 manat dövlət rüsumu alınaraq iddiaçı İddiaçı verilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-734/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-734/2022
08.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver