Azərbaycan Respublikası adından Qətnamə Bakı şəhəri İş № 2(3-6)-1824/2026 03.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı qarşı mülki iş (Açar sözlər: «qeyri-yaşayış sahəsinin təhvil verilməsi, preyudisiallıq, iki qeyri-yaşayış sahəsi üzrə mülkiyyət hüquqlarının fərqli müqavilələr əsasında qeydə alınmasının nəticələri») Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənzadə İlahə Novruz qızının katibliyi, İddiaçı İddiaçı nümayəndəsi X4, qətnamə ilə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs nümayəndəsi və vəkili İbrahimov Ramiz Hilal oğlunun, Cavabdeh MMC-nin qanuni təmsilçisi olmuş X1 vəkili vəkil1 İsmət oğlunun iştirakı ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2020-ci il tarixli qətnaməsindən qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İşin halları:
1. Birinci instansiya məhkəməsində işə mahiyyəti üzrə baxılarkən təqdim edilmiş sübutlara əsasən işin faktiki halları ilə müəyyən edilib ki: Cavabdeh MMC ilə X2 arasında bağlanmış ##.##.2009-cu il tarixli müqaviləyə əsasən xxxx” MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində yerləşən binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 440 m2 olan qeyri-yaşayış sahəsinin tikintisini üzərinə götürür, İddiaçı isə bunun müqabilində 352000(üç yüz əlli iki min) manat ödəməyi öhdəsinə götürüb.
2. ##.##.2009-cu il tarixli kassa mədaxil orderində Cavabdeh MMC-yə qeyri-yaşayış sahəsi üçün 352000(üç yüz əlli iki min) manat ödənildiyi göstərilib.
3. X2 ##.##.2012-ci il tarixdə ölüb.
4. Bakı şəhəri ** saylı Notariat ofsinin ##.##.2019-cu il taixli, *** №-li məktubunda göstərilib ki, X2 ##.##.2012-ci il tarixdə vəfat etməsi ilə əlaqədar vərəsə İddiaçı ərizəsi əsasında vərəsəlik işi açılıb, vərəsələrin dairəsi müəyyən edilib.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ######## 2018-ci il tarixli, 2(004)- ****/**** nömrəli qətnaməsi ilə iddiaçı Maraqlı şəxs cavabdeh Cavabdeh MMC-yə qarşı qeyriyaşayış sahəsinə dair bağlanmış müqavilənin verilməsinin cavabdehə həvalə edilməsi və qeyriyaşayış sahəsinə sahiblik və istifadə hüquqlarının tanınması tələbinə dair iddiası təmin olunmuş, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi (keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsi), Əsəd Əhmədov küçəsi, 26K ünvanında yerləşən 388 kv.m. qeyriyaşayış sahəsinə dair bağlanmış ## #### 2007-ci il tarixli müqavilənin iddiaçıya verilməsinin MMC-yə həvalə edilməsi, həmin qeyri-yaşayış sahəsinə iddiaçının istifadə və sahiblik hüququnun tanınması qət edilmişdir(hakim Xuraman Məhərrəmova).
6. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2022-ci il tarixli, *(***)- ****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ######## 2018-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır(hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Vahid Sadıqov).
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ## #### 2023-cü il tarixli *(***)-****/**** saylı qərarı ilə kassasiya şikayəti təmin edilərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının ## ###### 2022-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilmiş, mülki iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ######## 2018-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilərək, iddia təmin olunmamışdır(hakim Fuad Babayev (sədrlik edən və məruzəçi) Fərrux Qasımov, Cəmilə Musayeva).
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2024-cü il tarixli *(***)-***/**** saylı qərarı ilə iddiaçı Maraqlı şəxs kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin *(***)-****/**** nömrəli, ## ####### 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə ərizə təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ######## 2018-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin icrasında dönüş edilib, Maraqlı şəxs daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 314.6 kv. metr olan qeyri-yaşayış sahəsinə dair ##.##.2021-ci il tarixli ********** nömrəli çıxarış və ümumi sahəsi 117.4 kv. m olan qeyri -yaşayış sahəsinə dair ##.##.2021-ci il tarixli ********** nömrəli çıxarış isə qeyri-yaşayış sahəsinin 57.4 kv. metr hissəsinə aid olan hissədə ləğv edilib.
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin ## ###### 2024-cü il tarixli **(***)-***/**** saylı qərardadı ilə iddiaçı Maraqlı şəxs Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2024-cü il tarixli *(***)-***/**** saylı qərarından əlavə kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumuna göndərilməsindən imtina edilib.
12. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-2(006)- ***/**** nömrəli qətnaməsi ilə (hakim Vüsalə Musayeva) iddia tələbinin təmin edilərək cavabdehlər Maraqlı şəxs ilə X3 arasında ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 314.6 kv/m olan qeyriyaşayış sahəsinə dair bağlanmış ##.##.2024-cü il tarixli AN-İ seriyalı ******* saylı və ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 117.4 m2 olan qeyri-yaşayış sahəsinə dair bağlanmış ##.##.2024-cü il tarixli AN-İ seriyalı ******* saylı daşınmaz əmlakın alğı-satqısı müqavilələrinin etibarsız hesab edilməsi, Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən cavabdeh X3 adına ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 117.40 m2 olan qeyri-yaşayış sahəsinə dair verilmiş ##.##.2024-cü il tarixli, 011011007012- 05301-****** reyestr nömrəli və ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 314.60 kv.metr olan qeyri-yaşayış sahəsinə dair verilmiş ##.##.2024-cü il tarixli, 011011007012-05301-****** reyestr nömrəli çıxarışların ləğv edilməsi, iddiaçının hüquqi yardım üçün ödədiyi 1000 (min) manat xidmət haqqı və dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat pulun cavabdehlər Maraqlı şəxs və X3 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilməsi, ekspert tədqiqatının dəyəri olan 100 (bir yüz) manat pul cavabdehlər Maraqlı şəxs və X3 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba (X12, Kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ01360100000000003944, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab: AZ34CTRE00000000000002088501), “xxxx” MMC tərəfindən keçirilmiş qiymətləndirmənin dəyəri olaraq 500 (beş yüz) manat pulun cavabdehlər Maraqlı şəxs və X3 müştərək qaydada tutularaq "xxxx" MMC-nin təqdim etdiyi hesaba (VÖEN: **********, Bank Rekvizitləri: Azər-Türk Bank ASC, AZ1022, Azərbaycan, Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi 85; 192/193, VÖEN: **********, Kod: 507699, M/h: AZ02NABZ01350100000000022944, S.W.İ.F.T: AZRTAZN, H/h: AZ69AZRT4006001944**********) ödənilməsi qət edilmişdir.
Birinci instansiya məhkəməsində icraat:
13. İddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı qeyri-yaşayış sahəsinin təhvil verilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək atası X2 ilə Cavabdeh MMC arasında bağlanmış ##.##.2009-cu il tarixli müqavilədən irəli gələn öhdəliklərin yerinə yetirilməsinin cavabdehin üzərinə qoyulması, Cavabdeh MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində Cavabdeh MMC-yə məxsus binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 440 m2 olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi və müqavilə öhdəliklərinin icra olunmaması nəticəsində ona dəymiş minimum 264000 manat dəyərində zərərin cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş edib.
14. İddiada göstərilib ki, X2 ilə cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyəti arasında ## ###### 2009-cu il tarixdə podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən, cavabdeh “xxxx" MMC Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivindəki ərazisində tikilməkdə olan yaşayış binasının birinci mərtəbəsində yerləşən, sahəsi 440 kv.m olan qeyri-yaşayış sahəsinin tikintisini, Ələsgər Ömərov isə müqavilənin ümumi dəyəri olan 352.000 manatı müqavilə imzalandığı anda qarşı tərəfə ödəməyi öz öhdəsinə götürmüşdür. X2 ## #### 2012-ci ildə vəfat etmişdir və Bakı şəhəri ** saylı Notariat Ofisi tərəfindən verilmiş vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, İddiaçı qanun üzrə vərəsə kimi tanınmışdır. Ələsgər Ömərov müqavilənin bağlandığı tarixdə həmin müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyini tam şəkildə yerinə yetirmiş və qeyri-yaşayış sahəsinin ümumi dəyərini cavabdehə ödəmişdir. Nəticədə onun cavabdeh qarşısında heç bir maliyyə öhdəliyi qalmamışdır.
15. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2020-ci il tarixli qətnaməsi ilə (hakim Günay Axundova) iddia tələbi qismən təmin edilərək cavabdeh Cavabdeh MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində Cavabdeh MMC-yə məxsus binanın 1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 440 m2 olan qeyri-yaşayış sahəsinin İddiaçı təhvil verilməsi öhdəliyi cavabdeh Cavabdeh MMC-nin üzərinə qoyulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi qənaətində göstərib ki, Cavabdeh MMC ilə X2 arasında ##.##.2009-cu il tarixdə podrat müqaviləsi bağlanmış, X2 pay haqqını tam ödəmişdir. X2 ##.##.2012-ci il tarixdə vəfat etmişdir. İddiaçı X2 qanun üzrə vərəsəsi müəyyən edilmişdir. Bu hallar iddiaçının nümayəndəsi və vəkilinin izahatı və iş materialları ilə təsdiqini tapır. İddiaçı cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin ona təhvil verilməsini tələb edir. AR Mülki Məcəlləsinin ##.##.2017-ci il tarixli dəyişikliyə qədər qüvvədə olan 178.8-ci maddəsinə əsasən mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edir. Bundan əlavə, iddiaçı müqavilə öhdəliklərinin icra olunmaması nəticəsində ona dəymiş minimum 264000 manat dəyərində zərərin vurulmasını iddia etsə də, bu halları təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:
a) apellyasiya şikayətinin dəlilləri
17. Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs (nümayəndəsi və vəkili İbrahimov Ramiz Hilal oğlu) apellyasiya şikayətində qətnamənin iddia tələbinin qismən təmin edilməsi hissəsində ləğv edilib həmin hissədə də iddianın rədd edilməsini xahiş edib göstərir ki, qətnamə onun qanunla qorunan hüquq və maraqlarına toxunsa da, məhkəmə prosesinə cəlb edilməmiş və qətnamənin mövcud olmasından məlumatsız olmuşdur. Belə ki, qətnamə ilə iddiaçı İddiaçı təhvil verilməsi öhdəliyi cavabdeh Cavabdeh MMC-nin üzərinə qoyulmuş Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində (keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçəsinin kəsişməsində, hazırda Yasamal rayonu, Əsəd Əhmədov küçəsi ev 26K) inşa edilmiş binanın 1-ci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsi Cavabdeh MMC ilə bağlanılmış ##.##.2007-ci il tarixli müqaviləyə əsasən dəyəri onun tərəfindən tam ödənilməklə alınmış, əsaslı təmir edilərək 2008-ci ildən faktiki sahibliyində və istifadəsində, sonradan isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ ilə qeydə alınaraq ********** qeydiyyat nömrəli, ##.##.2021-ci il qeydiyyat tarixli Çıxarışa əsasən mülkiyyətində olmuşdur. Hazırda İddiaçı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2020-ci il tarixli qətnaməsinə əsaslanaraq onun mülkiyyəti olaraq sonradan başqa şəxsə satılmış qeyri-yaşayış sahəsinə dair mülkiyyət sənədlərini mübahisələndirir. Cavabdeh MMC ilə aralarında Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi (keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişməsində) Əsəd Əhmədov küçəsi, 26K ünvanında yerləşən 388 kv.m. qeyri-yaşayış sahəsinin alınmasına dair ##.##.2007ci il tarixli müqavilə bağlanılmışdır. Müqavilənin dəyəri Maraqlı şəxs tərəfindən tam həcmdə ödənilmiş və bu barədə ##.##.2007-ci il tarixli maliyyə arayışı verilmişdir. Həmin maliyyə arayışında göstərilir ki, Cavabdeh MMC-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivi, Dadaş Bünyadzadə ilə Talıblı küçələrinin kəsişmələrində yerləşən və MMC tərəfindən tikilməkdə olan hündürmərtəbəli yaşayış binasının, ümumi sahəsi 388 kv.m (yarımzirzəmi) olan qeyri-yaşayış sahəsinin 1(bir) kv.m dəyəri 500 (beş yüz) manat olmaqla, ümumi pay dəyəri 194000 (bir yüz doxsan dörd min) manat Maraqlı şəxs tərəfindən tam şəkildə ödənilmişdir. Onun ## #### 2007-ci il tarixli müqavilə üzrə Cavabdeh MMC-yə heç bir borcu yoxdur. Sonradan həmin maliyyə arayışı əlində olsa da, müqavilə onun tərəfindən tapılmadığından (itirildiyindən) Cavabdeh MMC-yə qarşı müqavilənin ona verilməməsi ehtimalı ilə həmin müqavilənin ona verilməsi öhdəliyinin cavabdeh Cavabdeh MMC-yə həvalə edilməsi və Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal yaşayış massivində (keçmiş Dadaş Bünyadzadə ilə Talıblı küçəsinin kəsişməsində) hazırda ünvan 3 ünvanda yerləşən 388 kv.m. qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüququnun tanınmasına dair iddia qaldırmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** nömrəli, ##.##.2018-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (Hakim Xuraman Məhərrəmova). Qeyri-yaşayış sahəsi 12 ildən çox müddətdə onun faktiki istifadəsində və sahibliyində olmasına, həmçinin ##.##.2018-ci il tarixli qətnamə ilə həmin qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüququnun tanınmasına baxmayaraq iddiaçı İddiaçı 2020-ci ildə hazırki iddianı qaldırmış və tələbini belə əsaslandırmışdır ki, həmin qeyri-yaşayış sahəsinə dair atası X2 ilə Cavabdeh MMC arasında ##.##.2009-cu il tarixdə müqavilə bağlanılmış, müqavilənin dəyəri atası tərəfindən ödənilmiş, atası ## #### 2012-ci ildə vəfat etmiş, o, qanun üzrə vərəsə kimi tanınmış və müvafiq Şəhadətnamə almış, ancaq cavabdeh həmin sahəni ona təhvil verməmişdir. Hazırki mülki iş Bakı şəhəri Yasamal rayon Məhkəməsində baxılarkən mübahisəli qeyriyaşayış sahəsinin 2008-ci ildən faktiki olaraq onun sahibliyində və istifadəsində olması iddiaçı İddiaçı və Cavabdeh MMC-yə məlum olsa da, bu barədə məhkəməyə məlumat verilməmiş və məhkəmə tərəfindən onun hüquq və maraqlarına toxunan qətnamə çıxarılmış, lakin məhkəmə prosesinə cəlb edilməmişdir. Qeyd edilməsi zəruridir ki, onunla Cavabdeh MMC arasında mübahisəli qeyri-yaşayış sahəsinə dair müqavilə ##.##.2007-ci ildə bağlanılmış, qeyri-yaşayış sahəsinin dəyəri həmin vaxt onun tərəfindən tam ödənilmiş, 2008-ci ildə əsaslı təmir edilərək onun tərəfindən istifadə edilmişdir. O və iddiaçının atası Ömərov Ələsgər birgə fəaliyyət göstərmiş, həmin binanın tikilməsində şəriklər olmuş və Ömərov Ələsgərə həmin qeyri-yaşayış sahəsinin Maraqlı şəxs tərəfindən alındığı və faktiki istifadəsində olduğu məlum olmuşdur. Onunla daima birlikdə olmuşlar. Qeyri-yaşayış sahəsinə dair Ömərov Ələsgər və Cavabdeh MMC arasında ##.##.2009-cu ildə müqavilə bağlaması reallığa uyğun deyildir. Əgər belə bir müqavilə bağlanılmış olsaydı, ondan məlumatları olardı. Ən azından müqavilə bağlandığı vaxtdan Ömərov Ələsgər vəfat etdiyi vaxta qədər 3 ilə yaxın vaxtda onun tərəfindən qeyriyaşayış sahəsi ilə bağlı hər hansı bir tələb irəli sürülərdi. Belə bir hal mövcud olmamışdır. Ömərov Ələsgərin vəfatından sonra vərəsə olan iddiaçı 2012-ci ilin mart ayında qanun üzrə vərəsə kimi tanınsa da, mübahisəli qeyri-yaşayış sahəsi ilə bağlı 2020-ci ilin oktyabr ayında, yəni 8 ildən sonra iddia qaldırmış və həmin sahənin faktiki olaraq Maraqlı şəxs məxsus olduğunu bildiyi halda bu barədə, həmçinin məhkəmədə iddia qaldırması barədə ona heç nə deməmiş, qeyri-yaşayış sahəsinin onun faktiki istifadəsində və sahibliyində olmasına dair məhkəməyə də məlumat verməmiş və qətnamə çıxarılandan 3 il sonra, 2023-cü ildə mübahisəli qeyri-yaşayış sahəsinə istifadə və sahiblik hüququnun tanınmasına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli qətnaməsini mübahisələndirmişdir. Hazırki mülki iş üzrə qətnaməni isə məhkəməyə ünvanladığı ##.##.2026-cil il tarixli ərizə əsasında ##.##.2026-ci ildə almışdır. İşdə iştirak etməyə cəlb edilmədiyindən hüquqlarının müdafiəsi üçün müvafiq sənədlərin təqdim edilməsindən məhrum olmuş, qətnamə ona təqdim olunmadığından isə onu mübahisələndirə bilməmişdir. Mübahisəli 388 kv.m. qeyri-yaşayış sahəsinə dair Cavabdeh MMC ilə bağlanılmış ##.##.2007-ci il tarixli müqavilə üzrə müəyyən edilmiş məbləğ onun tərəfindən tam ödənildiyinə görə həmin əmlak üzərində sahiblik və istifadə hüququ yaranmış, mülkiyyət hüququ isə ##.##.2021-ci ildə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin qeydiyyat aparılarkən hazırki iş üzrə qəbul edilmiş qətnamədən məlumatsız olmuşdur. Mübahisəli qeyri-yaşayış sahəsinin onun faktiki sahibliyində və istifadəsində olması iddiaçıya məlum olsa da, o, bu barədə məhkəməyə məlumat verməmiş, cavabdeh Cavabdeh MMC də məhkəmə iclasına gəlməmiş, məhkəmə də işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmiş, (əgər cavabdeh məhkəmədə iştirak etmiş olsa idi mübahisəli sahənin Maraqlı şəxs aid olmasını bildirərdi) və iddiaçı uzun müddət keçdikdən sonra 2020-ci ildə çıxarılmış qətnamə əsasında onun qeyri-yaşayış sahəsi ilə bağlı sənədlərini mübahisələndirmişdir.
b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları.
18. Məhkəmə iclasında qətnamə ilə hüquq və vəzifələrinə toxunan Maraqlı şəxs nümayəndəsi və vəkili İbrahimov Ramiz Hilal oğlu apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat verib qətnamənin ləğv və iddianın rədd edilməsini xahiş etdi.
19. Məhkəmə iclasında Cavabdeh MMC-nin qanuni təmsilçisi olmuş X1 vəkili vəkil1 İsmət oğlu apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi.
20. Məhkəmə iclasında iddiaçı İddiaçı nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək əsassız olduğundan təmin olunmamasını, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 21 İşə baxılmasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasında iştirak etmədi və səbəbi barədə məhkəməyə məlumat vermədi. Məhkəmə Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:
22. Azərbaycan Respublikasının Konstitusiyası:
Maddə 13, İ hissə. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Maddə 16.1.Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.6. Hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 385.2. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Bu hüquq əmlakın üçüncü şəxsə mülkiyyət hüququ ilə verildiyi halda aradan qalxır. Əgər əmlak hələ verilməmişsə, öhdəlik hansı kreditorun xeyrinə daha əvvəl əmələ gəlmişsə, üstünlük o kreditorundur, bunu müəyyənləşdirmək mümkün olmadıqda isə daha əvvəl iddia irəli sürənindir. Maddə 452.2. Kreditor öhdəliyin predmeti olan əmlakın ona verilməsini tələb etmək əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0. və 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1., 385.1.1, 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.4. məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə; Maddə 390. Məhkəmənin qətnamədə və ya qərardadda göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o hallarda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.
Apellyasiya baxışının hədləri:
25. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin qismən, yəni Maraqlı şəxs ##.##.2017-ci il tarixli müqaviləyə əsasən mülkiyyət hüququ əldə etdiyi ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 117.4 m2 olan qeyriyaşayış sahəsi hissəsinin təhvil verilməsinə aid hissədə ləğv edilməsi və həmin hissədə də iddianın rədd edilməsi üçün əsasdır.
26. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair ## ### 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
27. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ####### 2020-ci il tarixli **/**** nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.
28. Apellyasiya şikayətinin məzmunundan görünür ki, iddia qismən təmin edildiyi üçün şikayətin obyektini qətnamənin bir hissəsi, yəni iddianın təmin edilən hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də qətnamənin həmin hissədə ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.
29. Demək, mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi:
30. Əvvəla, mübahisələndirilən hissədə iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə qismən, yəni Maraqlı şəxs ##.##.2017-ci il tarixli müqaviləyə əsasən mülkiyyət hüququ əldə etdiyi ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 117.4 m2 olan qeyriyaşayış sahəsi hissəsinə uyğun olmadığından, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin həmin hissədə gəldiyi nəticə düzgün olmamışdır.
31. Çünki irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayıla bilər, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə mübahisələndirilən hissədə iddianın faktiki halları yuxarıda qeyd olunan normaların dispozisiya şərtləri ilə qismən uzlaşmadığından, üstəlik qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxsin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxdığından iddia qeyd olunan hissədə haqlı sayılmır.
32. Əlbəttə ki, bu cür mübahisənin düzgün həlli üçün yuxarıda sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinin mövcudluğunu sübuta yetirmək yükünün tərəflərdən hansının üzərinə düşdüyü düzgün müəyyən olunmalıdır. Təbii ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməyə borcludur.
33. Ancaq konkret mübahisəyə baxarkən hansı halların sübuta yetirilməli olduğunu məhkəmə müəyyən etdikdən sonra sübutetmə yükünün də hansı tərəfin üzərinə düşdüyü müəyyən edilməlidir. Bir qayda olaraq, sübutetmə yükü iddiaçının üzərinə düşür. Lakin bu qaydadan istisnalar da ola bilir. Çünki qanunla sübutetmə yükü qarşı tərəfin üzərinə qoyula bilər və ya qarşı tərəf mövcud vəziyyətin əksi olan yeni bir hala istinad edirsə sübutetmə yükü artıq onun üzərinə düşəcəkdir.
34. Məhkəmə tərkibi vurğulayır ki, işin həqiqi hallarının düzgün müəyyən edilməsi, əslində tərəflər arasında hansı mülkü hüquq münasibətlərinin yaranması, davam etməsi və xitam olunmasının düzgün müəyyən edilməsi, mübahisənin düzgün və qanuna uyğun həllini asanlaşdırır. İşin həqiqi hallarını dəqiq müəyyən edilməsi, həm də tərəflərdən hansının hüquqlarının pozulduğunu, kimin pozduğunu, qorunmalı olan hüququn və mənafenin kimə aid olduğunu, tərəflərdən hansının hüquqdan sui-istifadə etdiyini düzgün müəyyən etməyi mümkün edir. Bu mənada məhkəmə tərkibi birinci instansiya məhkəməsinin iddia üzrə işin halları və tərəflərin qarşılıqlı münasibətləri baxımından Maraqlı şəxs ##.##.2017-ci il tarixli müqaviləyə əsasən mülkiyyət hüququ əldə etdiyi ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 117.4 m2 olan qeyri-yaşayış sahəsi hissəsində düzgün nəticəyə gəlmədiyini müəyyən etdi. Çünki prosessual hüquq normalarını pozaraq, yəni işdə iştirak etməyə cəlb olunmayan Maraqlı şəxs hüquq və vəzifələrinə dair məsələni onun hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişdir. Bu hallar da məhkəmə qətnaməsinin apellyasiya qaydasında qeyd olunan hissədə ləğv edilməsi üçün əsas sayılır. Buna baxmayaraq, iddia tələbinin və apellyasiya şikayətinin dəlilləri ilə əlaqədar əlavə hüquqi dəyərləndirmə aparılmasını da məhkəmə tərkibi zəruri hesab edir.
35. Əvvəla, iddiaçının nümayəndəsi və vəkilinin apellyasiya şikayətinin icraata qəbul qərardadının ləğv edilməsi və işin apellyasiya baxışından çıxarılmaqla işin birinci instansiya məhkəməsinə qaytarılması haqqında vəsatəti əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddiaçı tərəf bu dəlil üzrə göstərir ki, yuxarıda qeyd olunan apellyasiya və kassasiya instansiyası üzrə qətnamə və qərarların hər biri Maraqlı şəxs qanunvericilikdə müəyyən edilmiş qaydada göndərilib və həmin qətnamə və qərarların hər birində bu gün almadığını iddia etdiyi *(***)- ****/**** saylı, ## ###### 2020-ci il tarixli qətnamədən bəhs edilir ki, bütün prosesin mahiyyəti də bu qətnamə üzərində qurulmuş, İddiaçı tərəfindən də digər işdə verilmiş apellyasiya şikayətinin ana xəttinin də həmin qətnamə təşkil edir. Ancaq hazırkı *(***)-****/**** saylı mülki iş üzrə Maraqlı şəxs işə cəlb edilmədiyindən və onun hüquq və vəzifələrinə dair məsələ hüquqlarının pozulması ilə nəticələnməklə həll edildiyindən bu iş üzrə ## ###### 2020-ci il tarixli qətnamədən apellyasiya şikayəti verməsi üçün müddət ötürülə bilməzdi. Üstəlik aşağıda göstəriləcək səbəblərə görə də Maraqlı şəxs bu qətnaməni ##.##.2017-ci il tarixli müqaviləyə əsasən mülkiyyət hüququ əldə etdiyi ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 117.4 m2 olan qeyri-yaşayış sahəsi hissəsinə aid hissədə mübahisələndirməkdə də açıq-aşkar haqlı olub.
36. Düzdü, İddiaçı qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi, eyni ünvanda yerləşən ## ###### 2021-ci ildə Maraqlı şəxs adına, sahəsi 314,6 kv. metr olan qeyri-yaşayış sahəsinin mülkiyyət hüququ qeydə alınmasına əsas olmuş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ######## 2018-ci il tarixli, 2(004)- ****/**** nömrəli qətnaməsini yuxarı instansiya məhkəməsində mübahisələndirdiyi zaman Maraqlı şəxs hazırda mübahisələndirdiyi qətnamədən məlumatlı ola bilər, lakin bu o demək deyil ki, o, cəlb edilmədiyi hazırkı iş üzrə, hüquq və vəzifələrinə toxunan hazırkı qətnaməni mübahisələndirə bilməz. Üstəlik digər 2(004)- ****/**** nömrəli iş üzrə Maraqlı şəxs xeyrinə olan qətnaməni İddiaçı mübahisələndirərkən, Maraqlı şəxs həmin iş üzrə yuxarı instansiya məhkəmələrində iştirakı, o cümlədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən kassasiya şikayəti verməsi, kassasiya instansiyası məhkəməsinin qərarının isə əlavə kassasiya qaydasında mübahisələndirməsi də ona dəlalət edir ki, onun həmin iş üzrə hüquqi müstəvidə mübarizəsini davam etdirməkdə ümidi və inamı tükənməmiş vəziyyətdə olub. Başqa sözlə, həmin iş üzrə Maraqlı şəxs iddiası uğurla nəticələnəcyinə inamı və ümidi olduğu üçün, bu baş verəcəyi halda, bəlkə də, cəlb edilmədyi hazırkı iş üzrə qətnaməni mübahisələndirməyə də lüzum qalmazdı. Çünki həmin iş üzrə birinci instansiya məhkəməsinin artıq ləğv olunmuş qətnaməsi ilə mübahisəli qeyri yaşayış sahəsinin 314,6 kv. metr hissəsinin Maraqlı şəxs adına mülkiyyət hüququ ilə qeydə alınmasına əsas olmuşdur. Sonradan isə 314,6 kv. metr hissədə Maraqlı şəxs iddiasının Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə rədd edilməsi də, qeyd olunduğu kimi, həmin işdə mübahisə predmeti olmayan 117.4 kv. metr qeyri-yaşayış sahəsinin hazırkı iş üzrə mübahisələndirilməsinə mane ola bilməz.
37. Bununla yanaşı, mübahisəli qeyri-yaşayış sahəsinin 314,6 kv. metr hissədə Maraqlı şəxs iddiasının Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə rədd edilməsi, bu qətnamədən isə onun verdiyi kassasiya şikayətinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2024-cü il tarixli *(***)-***/**** saylı qərarı ilə təmin edilməməsi hazırkı iş üzrə qeyri-yaşayış sahəsinin 314,6 kv. metr hissəsi üzrə yenidən hüquqi dəyərləndirmə aparılmasını mülki prosessual qanunvericiliyin tələblərinə görə hüquqi baxımdan mümkünsüz edib. Buna baxmayaraq, 314,6 kv. metr hissədə qeyri-yaşayış sahəsi üzrə qeyd olunan məhkəmə aktlarının əsaslılığının, qanuniliyinin və ədalətliliyinin yoxlanılması hazırkı icraatının predmetinə və məhkəmə tərkibinin səlahiyyətinə aid olmasa da, bu halın qeyri-yaşayış sahəsinin 117.4 kv metr hissəsinə heç bir aidiyyəti yoxdur. Çünki 117.4 kv metr sahə həmin işdə mübahsə predmeti olmayıb. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin 67-ci bəndində də 314,6 kv metr sahəsi olan qeyri-yaşayış sahəsi ilə bağlı Maraqlı şəxsla bağlanan ## #### 2007-ci il tarixli və Ələsgər Ömərovla bağlanan ## ###### 2009-cu il tarixli müqavilələr üzrə hüquqi dəyərləndirmə aparılıb. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2024-cü il tarixli *(***)-***/**** saylı qərarının 67-ci bəndində də sərgilənib.
38. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ####### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə qeyri-yaşayış sahəsinin, ## #### 2007-ci il tarixli müqaviləyə əsasən qeydə alınan 314,6 kv metr hissədə rədd edilməsi, bu qətnamədən Maraqlı şəxs verdiyi kassasiya şikayətinin də qeyd olunan ölçüyə aid hissədə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının ## ###### 2024-cü il tarixli *(***)-***/**** saylı qərarı ilə təmin edilməsə də, ## ####### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnamənin 52-54-cü bəndələrində də müəyyən edilib ki, Maraqlı şəxs 27 iyun 2017-ci il tarixli müqavilə əsasında əldə etdiyi 120 kv metr(çıxarışda 117,4 kv. metr)mübahisə doğurmur, həmin hissəyə maraqlı şəxsin (İddiaçı) iddiası yoxdur, mübahisə doğuran yer çıxarış üzrə 314,6 kv.metr sahəni əhatə edir, maraqlı şəxs(İddiaçı) məhz 314,6 kv metr olan hissənin ona məxsus olmasını iddia edir. Apellyasiya instansiyası məhkəməsinin ## ####### 2023-cü il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin 52-54-cü bəndlərindəki mövqeyi Ali Məhkəmənin ## ###### 2024-cü il tarixli *(***)-***/**** saylı qərarının 45-46-cı bəndlərində də göstərilib və həmin hal təkzib olunmayıb. Bu cür vəziyyətdə hazırkı iş üzrə iddiaçının mübahisəli qeyri-yaşayış sahəsinin 117,4 kv metr hissəsinə münasibətdə mövqeyi isə anlaşılan deyil. Başqa sözlə, iddiaçı İddiaçı digər işdə qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs kimi qeyri-yaşayış sahəsinin 117,4 kv metr hissəsinin Maraqlı şəxs aid olduğunu təsdiq etdiyi və mübahisələndirmədiyi halda, bu iş üzrə fərqli mövqe nümayiş etdirməsi ən azından vicdanlılığın tələb etdiyi tərz hesab edilmir və açıqaşkar hüquqdan pis niyyətlə başqasına, yəni Maraqlı şəxs zərər vurmaq məqsədi daşyır. İddiaçı bu cür davranış isə mülki hüquq münasibətlərinin iştirakçısı kimi yolverilməz hesab edilir.
39. Məhkəmə tərkibi xüsusilə vurğulayır ki, mübahisəli ünvandakı qeyri yaşayış sahəsinin 314,6 kv.metr və 117,4 kv metr ölçüdə daşınmaz əmlakın dövlət reyestrində ayrı-ayrılıqda qeydə alınması, həmin ünvanda(sahədə,ərazidə) qeyd olunan ölçülərdən əlavə qeyri-yaşayış sahəsi qalmadığı(olmadığı) həm qanuni qüvvəsini almış yuxarıda qeyd olunan məhkəmə aktları olan işlər üzrə müəyyən edilib, həm də hazırkı iş üzrə işdə iştirak edən şəxslər tərəfindən təsdiq edildiyindən işin mübahisəsiz halıdır yaxud mübahisəsiz halına çevrilib. Demək ki, İddiaçı qətnaməni ən azından qeyri-yaşayış sahəsinin 117,4 kv metr ölçüdə mübahisələndirməkdə açıqaşkar haqlı olub. Əks halda, belə çıxır ki, İddiaçı mübahisəli ünvandakı 440 kv. metr qeyriyaşayış sahəsinin ona təhvil verilməsini tələb edib buna nail olmaqla, faktiki olaraq Maraqlı şəxs heç bir işdə mübahisələndirilməyən, ## #### 2017-ci il tarixli müqavilə əsasında mülkiyyət hüququ əldə etdiyi 117,4 kv. metr ölçüdə olan qeyri-yaşayış sahəsini də qanunsuz olaraq öz mülkiyyətinə keçməsinə nail olmaq istəyir. Əlbətdə ki, bu cür istək yaxud düşünmək belə, hüquqdan pis niyyətlə istifadəni xarakterizə edir və hər bir halda xoş niyyət hesab edilmir.
40. Göstərilənlərlə yanaşı, məhkəmə tərkibi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ## ##### 2024-cü il tarixli, *(***)-****/**** nömrəli qərardadı ilə ərizənin təmin edilərək Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ## ######## 2018-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin icrasında dönüş edilməsini, Maraqlı şəxs daşınmaz əmlakın Dövlət reyestri tərəfindən verilmiş 314.6 kv. metr olan qeyri-yaşayış sahəsinə dair ##.##.2021-ci il tarixli ********** nömrəli çıxarışla yanaşı ümumi sahəsi 117.4 kv. metr olan qeyri -yaşayış sahəsinə dair ##.##.2021-ci il tarixli ********** nömrəli çıxarış üzrə də qeyri-yaşayış sahəsinin 57.4 kv. metr hissəsinə aid olan hissədə ləğv edilməsini görür(dəyərləndirir) və qeyd edir ki, bu qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmasa da onun qanuniliyinin yoxlanılması da hazırkı işə baxan məhkəmə tərkibinin səlahiyyətinə aid deyil. Buna baxmayaraq, qeyd olunan qərardadla müəyyən edilənlər, yəni ##.##.2021-ci il tarixli ********** nömrəli çıxarış üzrə olan 117,4 kv. metr olan qeyri-yaşayış sahəsinin 57.4 kv. metr hissəsində ləğv edilməsi hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edə bilməz. Çünki həmin iş üzrə ümumi sahəsi 117.4 kv. m olan qeyri -yaşayış sahəsi hər hansı bir formada ümumiyyətlə mübahisə predmeti olmamışdır.
41. Apellyasiya instansiyası məhkəməsi xüsusilə vurğulayır ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı və cavabdeh üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın mübahisələndirilən hissədə qismən rədd edilməsi, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsipləri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan başqalarına zərər vurmaq niyyətilə açıq-aşkar sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda müqavilə azadlığı, mülki hüquq subyektlərinin iradə sərbəstliyi, hüquqdan sui-istifadə etmənin qadağan olunması institutlarının yaranmasına da zərurət və əsas olmazdı.
42. Beləliklə, məhkəmə tərkibi hesab edir ki: Qətnamə ilə hüquq və vəzifələrinə toxunan toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilməli; Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2020-ci il tarixli qətnaməsi qismən, yəni Maraqlı şəxs ##.##.2017-ci il tarixli müqaviləyə əsasən mülkiyyət hüququ əldə etdiyi ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 117.4 m2 olan qeyriyaşayış sahəsi hissəsinin təhvil verilməsi hissəsində ləğv edilməli və həmin hissədə də iddia təmin edilməməli; Mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
43. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq apellyasiya instansiyası məhkəməsi
q ə t e t d i:
Qətnamə ilə hüquq və vəzifələrinə toxunan şəxs Maraqlı şəxs apellyasiya şikayəti qismən təmin edilsin. Mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ## ###### 2020-ci il tarixli qətnaməsi qismən, yəni Maraqlı şəxs ##.##.2017-ci il tarixli müqaviləyə əsasən mülkiyyət hüququ əldə etdiyi, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 117.4 m2 olan qeyriyaşayış sahəsinə aid hissədə iddiaçı İddiaçı cavabdeh Cavabdeh MMC-yə olan iddiası təmin edilməsin. Mübahisələndirilən qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.