Məhkəmə qərarları › İş №2(3-10)-450/2026

Şəki Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-10)-450/2026

06.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şəki şəhəri İş № 2(3-10)-450/2026 06.08.2026 ŞƏKI APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Kazımov Sabir Əlisaab oğlu, Həmidov Maarif Polad oğlu, Qurbanov Mübariz Həmid oğlu, Məmmədov Rəhim Əlisafa oğlu, cavabdeh2 və cavabdeh1 qarşı nəliyyat vasitəsinin qaytarılması, icarə haqqının və əldən çıxmış faydanın cavabdehlərdən tutulub ona ödənilməsi tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə (Açar sözlər: nəliyyat vasitəsinin qaytarılması, icarə haqqının və əldən çıxmış faydanın cavabdehlərdən tutulub ona ödənilməsi tələbi, qismən ləğv) Hakimlər X4 (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Mehdiyev Elçin Məhəmməd oğlundan ibarət tərkibdə, Isabəyli Ənvər Eldar oğlunun katibliyi, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Idarə Heyətinin sədri X1, iddiaçının nümayəndəsi və vəkili vəkil1, cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili vəkil2 iştirakları ilə, Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Kazımov Sabir Əlisaab oğlu, Həmidov Maarif Polad oğlu, Qurbanov Mübariz Həmid oğlu, Məmmədov Rəhim Əlisafa oğlu, cavabdeh2 və cavabdeh1 qarşı nəliyyat vasitəsinin qaytarılması, icarə haqqının və əldən çıxmış faydanın cavabdehlərdən tutulub ona ödənilməsi tələbinə dair mülki iş üzrə Göyçay Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Məmmədov Rəhim Əlisafa oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şəki Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi Işin halları

1. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Kazımov Sabir Əlisaab oğlu, Həmidov Maarif Polad oğlu, Qurbanov Mübariz Həmid oğlu, Məmmədov Rəhim Əlisafa oğlu, cavabdeh2 və cavabdeh1 qarşı nəliyyat vasitəsinin qaytarılması, icarə haqqının və əldən çıxmış faydanın cavabdehlərdən tutulub ona ödənilməsi tələbinə dair Göyçay Rayon Məhkəməsinə iddia ərizəsi vermişdir.

Birinci instansiya məhkəməsində icraat:

2. Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Kazımov Sabir Əlisaab oğlu, Həmidov Maarif Polad oğlu, Qurbanov Mübariz Həmid oğlu, Məmmədov Rəhim Əlisafa oğlu, cavabdeh2, cavabdeh6 və cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Kamaz 5410 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, texniki vəziyyəti saz olan nəqliyyat vasitəsinin, ODAZ-9370 markalı ** AC *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun (birlikdə dəyəri on iki min manat) və 15900 (on beş min doqquz yüz) manat borcun cavabdeh7 Əlisafa oğlundan; Kamaz 5410 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, texniki vəziyyəti saz olan nəqliyyat vasitəsinin, ODAZ-9370 markalı ** AC *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun (birlikdə dəyəri on iki min manat) və 15000 (on beş min ) manat borcun cavabdeh6 oğlundan; Kamaz 5320 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, texniki vəziyyəti saz olan nəqliyyat vasitəsinin (dəyəri doqquz min manat) və 18760 (on səkkiz min yeddi yüz altmış) manat borcun Həmidov Maarif Polad oğlundan; Kamaz 5320 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, texniki vəziyyəti saz olan nəqliyyat vasitəsinin ( dəyəri doqquz min manat) və 21030 (iyirmi bir min otuz) manat borcun cavabdeh4 Həmid oğlundan; Kamaz 5511 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, texniki vəziyyəti saz olan nəqliyyat vasitəsinin ( dəyəri doqquz min manat) və 14400 (on dörd min dörd yüz) manat borcun cavabdeh3; Kamaz 5511 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı, texniki vəziyyəti saz olan nəqliyyat vasitəsinin (dəyəri doqquz min manat) və 23700 (iyirmi üç min yeddi yüz) manat borcun cavabdeh2 Babalı oğlundan; KRAZ-256B 1 ** AC *** dövlət qeydiyyat nişanlı, texniki vəziyyəti saz olan nəqliyyat vasitəsinin (dəyəri yeddi min manat) və 14300 (on dörd min üç yüz ) manat borcun cavabdeh1 alınaraq “xxxx” ASC-yə qaytarılması, əmlakın naturada qaytarılması mümkün olmadıqda cavabdehlər - cavabdeh7 Əlisafa oğlundan, cavabdeh6 oğlundan, Həmidov Maarif Polad oğlundan, cavabdeh4 Həmid oğlundan, cavabdeh3, cavabdeh2 Babalı oğlundan və cavabdeh1 avtomobillərin dəyəri olan pulun alınaraq “xxxx” ASC-nin xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək Kamaz 5410 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin, ODAZ-9370 markalı ** AC *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun cavabdeh7 Əlisafa oğlundan, Kamaz 5320 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin Həmidov Maarif Polad oğlundan, Kamaz 5320 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdeh4 Həmid oğlundan, Kamaz 5511 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdeh3, Kamaz 5511 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdeh2 Babalı oğlundan, KRAZ-256B 1 ** AC *** dövlət qeydiyyat nişanlı texniki vəziyyəti saz olan nəqliyyat vasitəsinin cavabdeh1 alınaraq “xxxx” ASC-yə qaytarılması, 5100 (beş min bir yüz) manat məbləğində icarə haqqının və 10800 (on min səkkiz yüz) manat məbləğində əldən çıxmış faydanın cavabdeh7 Əlisafa oğlundan, 8640 (səkkiz min altı yüz qırx) manat məbləğində icarə haqqının və 10120 (on min bir yüz iyirmi) manat məbləğində əldən çıxmış faydanın cavabdeh5 oğlundan, 2730 (iki min yeddi yüz otuz) manat məbləğində icarə haqqının və 18300 (on səkkiz min üç yüz) manat məbləğində əldən çıxmış faydanın cavabdeh4, 900 (doqquz yüz) manat məbləğində icarə haqqının və 13500 (on üç min beş yüz) manat məbləğində əldən çıxmış faydanın cavabdeh3, 2940 (iki min doqquz yüz) manat məbləğində icarə haqqının və 20760 (iyirmi min yeddi yüz altmış) manat məbləğində əldən çıxmış faydanın cavabdeh2 Babalı oğlundan və 14300 (on dörd min üç yüz ) manat məbləğində əldən çıxmış faydanın cavabdeh1 alınaraq “xxxx” ASC-yə verilməsi barədə qətnamə qəbul olunmasını, Kamaz 5410 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin və ODAZ-9370 markalı ** AC *** dövlət qeydiyyat nişanlı yarımqoşqunun icarədarı cavabdeh6 heç bir tələb olmadığı üçün onu cavabdehlər sırasından çıxarılmasını xahiş etmişdir.

3. Göyçay Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Zəfər Quliyev) iddia tələbi qismən təmin edilmiş, Kamaz 5410 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, ODAZ9370 markalı ** AC *** dövlət qeydiyyat nişanlı yarımqoşqu cavabdeh7 Əlisafa oğlundan, Kamaz 5320 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Həmidov Maarif Polad oğlundan, Kamaz 5320 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh4 Həmid oğlundan, Kamaz 5511 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh3, Kamaz 5511 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi cavabdeh2, KRAZ-256B 1 ** AC *** dövlət qeydiyyat nişanlı texniki vəziyyəti saz olan nəqliyyat vasitəsinin cavabdeh1 alınaraq “xxxx” ASCyə qaytarılması, 10800 (on min səkkiz yüz) manat məbləğində əldən çıxmış fayda cavabdeh7 Əlisafa oğlundan, 10120 (on min bir yüz iyirmi) manat məbləğində əldən çıxmış fayda cavabdeh5 oğlundan, 18300 (on səkkiz min üç yüz) manat məbləğində əldən çıxmış fayda cavabdeh4, 13500 (on üç min beş yüz) manat məbləğində əldən çıxmış fayda cavabdeh3, 20760 (iyirmi min yeddi yüz altmış) manat məbləğində əldən çıxmış fayda cavabdeh2 Babalı oğlundan və 14300 (on dörd min üç yüz ) manat məbləğində əldən çıxmış fayda cavabdeh1 alınaraq “xxxx” ASC-yə verilməsi, iddia tələbinin qalan hissədə təmin olunmaması, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 20 (iyirmi) manatının cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 152.1, 157.2, 373.1, 373.2, 375.1, 375.2, 377.1, 384.0.4, 385, 441.2, 442, 448.2-ci maddələrinə, Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə ## #### 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə ## #### 2000-ci və ## #### 2004-cü il tarixli qərarlarına istinad etmişdir.

5. Birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən aşağıda göstərilən sənədlərə istinad etmişdir: ##.##.2019-ci il tarixli bank qəbzinə əsasən iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 30 manat dövlət rüsumu ödənilmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh7 arasında bağlanmış müqavilələrə əsasən “Kamaz-5410” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil və ODAZ-9370 markalı ** AC *** dövlət qeydiyyat nişanlı yarımqoşqu ##.##.2015-ci ildən ##.##.2015-ci ilədək sürücüyə verilir, sürücü nəqliyyat vasitəsinə qulluq etmək, onun təmirini təmin etmək, icarə haqqını ödəmək vəzifələrini üzərinə götürmüşdür. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh4 arasında bağlanmış müqaviləyə əsasən “Kamaz-5320” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2014-cü ildən ##.##.2014-cü ilədək sürücüyə verilir, sürücü nəqliyyat vasitəsinə qulluq etmək, onun təmirini təmin etmək, icarə haqqını ödəmək vəzifələrini üzərinə götürmüşdür. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən “Kamaz-5511” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2010-cu ildən ##.##.2010-cu ilədək sürücüyə verilir, sürücü nəqliyyat vasitəsinə qulluq etmək, onun təmirini təmin etmək, icarə haqqını ödəmək vəzifələrini üzərinə götürmüşdür. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh5 arasında bağlanmış müqaviləyə əsasən “Kamaz-5320” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2014-cü ildən ##.##.2014-cü ilədək sürücüyə verilir, sürücü nəqliyyat vasitəsinə qulluq etmək, onun təmirini təmin etmək, icarə haqqını ödəmək vəzifələrini üzərinə götürmüşdür. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə Məmmədov Rəhim Əlisafa oğlu arasında bağlanmış müqaviləyə əsasən “Kamaz-5511” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2015-ci ildən ##.##.2015-ci ilədək sürücüyə verilir, sürücü nəqliyyat vasitəsinə qulluq etmək, onun təmirini təmin etmək, icarə haqqını ödəmək vəzifələrini üzərinə götürmüşdür. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən “KRAZ-256B 1” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2007-ci ildən ##.##.2007-ci ilədək sürücüyə verilir, sürücü nəqliyyat vasitəsinə qulluq etmək, onun təmirini təmin etmək, icarə haqqını ödəmək vəzifələrini üzərinə götürmüşdür. AA ****** nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə “Kamaz-5410” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. AA ****** nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə ODAZ-9370 markalı ** AC *** dövlət qeydiyyat nişanlı yarımqoşqu “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. AA ****** nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə “Kamaz-5320” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. AA ****** nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə “Kamaz-5320” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. AA ****** nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə “Kamaz-5511” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. AA ****** nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə “Kamaz-5511” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. AA ****** nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinə KRAZ-256B 1” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil “xxxx” Açıq Səhmdar Cəmiyyətinə məxsusdur. “xxxx” Açıq Səhmdar Cəmiyyəti ##.##.2010-cu il, ##.##.2011-ci il, ##.##.2015-ci il, ##.##.2015-ci il teleqramlarla cavabdehlərə müraciət edərək icarə haqqının ödənilməsini və nəqliyyat vasitələrinin qaytarılmasını tələb etmişdir. cavabdeh2 ərizə verərək iddia tələbi üzrə iddia müddətinin tətbiq olunmasını xahiş etmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ##.##.2010-cu il, ##.##.2010-cu il, ##.##.2010-cu il, ##.##.2010-cu il tarixli kassa mədaxil qəbzlərinə əsasən cavabdeh2 tərəfindən 120 manat pul ödənilmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ##.##.2013-cü il tarixli, ** nömrəli əmrinə əsasən ##.##.2013-cü ildən mövcud icarə haqqları “Kamaz-5410” - 300 manat, “Kamaz-5320” – 300 manat, “Kamaz-5511” - 300 manat müəyyən edilmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ##.##.2008-ci il tarixli, ** nömrəli əmrinə əsasən ##.##.2008-ci ildən mövcud icarə haqqları “Kamaz-5410” - 140 manat, “Kamaz-5320” – 120 manat, “Kamaz-5511” - 120 manat müəyyən edilmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ##.##.2013-cü il, ##.##.2012-ci il, ##.##.2010-cu il, ##.##.2012-cui il tarixli kassa mədaxil qəbzlərinə əsasən cavabdeh3 tərəfindən 120 manat pul ödənilmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ##.##.2013-cü il, ##.##.2012-ci il, ##.##.2010-cu il, ##.##.2012-cui il, ##.##.2012-ci il tarixli kassa mədaxil qəbzlərinə əsasən cavabdeh5 tərəfindən 120 manat pul ödənilmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ##.##.2011-ci il, ##.##.2012-ci il, ##.##.2011-ci il, ##.##.2011-cui il tarixli kassa mədaxil qəbzlərinə əsasən cavabdeh4 tərəfindən 120 manat pul ödənilmişdir. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ##.##.2012-ci il, ##.##.2013-cü il, ##.##.2012-ci il, ##.##.2012-cui il tarixli kassa mədaxil qəbzlərinə əsasən cavabdeh7 tərəfindən 120 manat pul ödənilmişdir. Azərbaycan Respublikası DIN Göyçay RPŞ-nin ##.##.2019-cu il tarixli məktubuna əsasən “xxxx” Açıq Səhmdar Cəmiyyətinin dispetçer otağından 1 ədəd dəmir seyf oğurlanması ilə bağlı şikayət üzrə araşdırma aparılmış, lakin hadisəni törətmiş şəxsləri müəyyən etmək mümkün olmamışdır. “xxxx” Açıq Səhmdar Cəmiyyətinin ##.##.2019-cu il tarixli məktubuna əsasən icarə müqaviləsinə əsasən icarədə olan avtomaşınlara texniki xidmət icarədar sürücü tərəfindən həyata keçirilir.

6. Qətnаmədən nаrаzı qаlаn cavabdeh Məmmədov Rəhim Əlisafa oğlu аpellyаsiyа şikаyəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri

7. Cavabdeh Məmmədov Rəhim Əlisafa oğlu apellyasiya şikayətini əsaslandıraraq göstərmişdir ki, 2001-ci ildə Göyçay “xxxx” ASC –dən KAMAZ-5511 Yük markalı ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini icarəyə götürmüşdür. 2009-cu il tarixdə o, nəqliyyat hadisəsi törətdiyinə görə xəsarət almışdır və ASC-nin özlərinin razılığı ilə X2 təhvil vermişdir. 2015-ci il tarixə kimi avtomobil Sakit Əhmədovun istifadəsində olmuş, sonradan avtomobilin mühərriki işləmədiyinə görə istifadə olumamış və bu barədə iddiaçı təşkilatın məlumatı olmuşdur. Hazırda da avtomobil Sakit Əhmədovun həyətində saxlanılır. Bu barədə iddiaçı təşkilatın özünün məlumatı olmuş, 2015-ci il tarixə kimi avtomobildən istifadə olunmaqla icarə üzrə ödənişlər edilmişdir. 2017-ci ildə Göyçay “xxxx” ASC öz fəaliyyətini dayandırmışdır. Ona icarəyə verilmiş avtomobil 1987-ci il buraxılış olmuş demək olar ki, istifadəyə tamamilə yararsız olmuşdur. Ilkin icarə mqaviləsi onunla bağlansa da sonradan avtomobil Sakit Əhmədovun istifadəsində olmuş və 2009-cu ildən isə icarə ödənişləri onun tərəfindən ödənilmişdir. Eyni zamanda avtomobil istismara tamamilə yararsız vəziyyətdə olmuş və yararsız vəziyətdə olan avtomobilə görə ondan 13500 manat əldən çıxmış faydanın tələb edilməsi tamamilə əsassızdır. Lakin bütün bunlar məhkəmə tərəfindən tam araşdırılmamışdır. Birinci instansiya məhkəməsi bu qənaətə gələrkən öz qətnaməsində əsaslandırmışdır ki, cavabdehlər əldən çıxmış faydanın məbləğinin çox olduğunu bildirsələr də bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Bu Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin pirinsiplərinə ziddir. Çünki iddiaçı iddia tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir ki, cavabdeh də buna qarşı öz etirazının əsaslarını təsdiq etsin. Iddiaçı isə bununla bağlı heç bir sübut təqdim etməmiş, birinci instansiya məhkəməsi öz mülahizəsinə əsasən bunu əsaslandırmışdır. Iddiaçı özü əmrlər vermiş bu əmrlərə əsasən ondan pul tutulmasını tələb etmiş birinci instansiya məhkəməsi iddiaçının mövqeyindən çıxış etmişdir. Iddiaçı əmrlərin ona təqdim edilməsi, yaxud da göndərilməsinə dair sübut təqdim etməmişdir. Bu da əmrlərin formal, sonradan yazılma və qanunsuz olduğunu göstərir. Bundan başqa birinci instansiya məhkəməsi mübahisəli Kamaz markalı avtomobilin işlək vəziyyətdə olub-olmamasını, müqavilə müddətinin xeyli müddət bundan əvvəl bitməsinə, icarə müqavilələrinin hansı səbəbdən uzadılmamasına, bu müddət ərzində iddiaçının mübahisəli Kamaz markalı avtomobilləri və ya əldən çıxmış qazancının tələb etməməsini araşdırmamış, iddiaçı da bu tələblə bağlı sübut təqdim etməmişdir. Iddiaçının bu qədər müddət ərzində ondan qazanc tələb etməməsi, susması necə ağlabatan görünə bilər ? Onu da qeyd edir ki, Göyçay rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli qətnmasi Şəki Apellyasiya Məhkəməsinin ##.##.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti vermiş cavabdehlərə münasibətdə ləğv edilmişdir. Yalnız onun Göyçay rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli qətnamasindən 2026-cı ilin mart ayında xəbəri olmuş, daha sonra o, Göyçay Rayon Məhkəməsindən müvafiq qəbzə imza etməklə qətnaməni əldə etmişdir. Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamışdır. Məhkəmə onun heç bir öhdəliyim olmadığı halda əsassız olaraq əldən çıxmış fayda kimi məndən pulun tutulmasını tamamilə əsassızdır. Işin faktiki halları məhkəmə tərəfindən tədqiq edilməmiş, əsassız olaraq ondan pulun tutulması təmin edilmişdir. Halbuki həmin icrayəyə verilmiş avtomobil istismara tamamilə yararsız olmuş və bu barədə iddiaçı təşkilatın məlumatı olmuşdur. Sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Məhkəmə prosesində də iddiaçı həmin avtomobilin onun istifadəsində olması və həmin avtomobil gəlir gətirməsinə dair məhkəməyə heç bir sübut təqdim etməmişlər. 8.Ona görə də, Goyçay Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-****/**** saylı qətnaməsini ona dair hissədə ləğv edərək iddia tələbinin rədd olunması üçün qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh3 nümayəndəsi və vəkili vəkil2 apellyasiya şikayətinin məzmununa uyğun oxşar məzmunda izahat verərək şikayətin təmin edilməsini, Goyçay Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-****/**** saylı qətnaməsinin ona dair hissədə ləğv edilib yeni qətnamə çıxarılmasını xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin Idarə Heyətinin sədri X1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Goyçay Rayon Məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və vəkili vəkil1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və Goyçay rayon məhkəməsinin ##.##.2019-cu il tarixli *(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 21-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüqüqu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur; 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; 373.1-ci maddəsinə əsasən ümumi iddia müddəti on il təşkil edir; 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir; 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır; 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir; 384.0.4-cü maddəsinə əsasən iddia müddəti mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələbləri, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə şamil edilmir; 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 441.2-ci maddəsinə müvafiq olaraq mükəlləfiyyətli tərəf müqavilədə şərtləşdirilmiş öhdəliyin icrasını həyata keçirmədikdə və ya həmin icranın müəyyənləşdirilmiş müddətdə həyata keçirilməyəcəyini aşkar edən hallar olduqda qarşılıqlı icra öhdəsinə düşən tərəf öz öhdəliyinin icrasını dayandıra bilər və ya öhdəliyin icrasından imtina edib zərərin əvəzinin ödənilməsini tələb edə bilər; 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 445.8-ci maddəsinə əsasən kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərini hər bir təqsirli pozuntusu üçün (hərəkət və ya hərəkətsizlik) məsuliyyət daşıyır.

14. Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə ## #### 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə ## #### 2000-ci və ## #### 2004-cü il tarixli qərarları: Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 9.1-ci və 9.3-cü mаddələrinə əsаsən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci mаddəsinə görə məhkəmə sübutlаrа obyektiv, qərəzsiz, hərtərəfli və tаm bаxdıqdаn sonrа həmin sübutlаrа tətbiq edilməli hüquq normаlаrınа müvаfiq olаrаq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qаbаqcаdаn müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1-ci, 217.3-cü və 217.4-cü maddələrinə əsаsən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. 218.1-ci mаddəsinə əsаsən qətnаmə çıxаrıldıqdа hаkim sübutlаrı qiymətləndirir, iş üçün əhəmiyyətli olаn nə kimi hаllаrın müəyyən edildiyini, nə kimi hаllаrın müəyyən edilmədiyini, tərəflərin hаnsı hüquqi münаsibətdə olmаlаrını, həmin iş üzrə hаnsı qаnunun tətbiq edilməli olduğunu və iddiаnın təmin olunub-olunmаdığını müəyyən edir. 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci mаddəsinə əsаsən apellyasiya instаnsiyа məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1, 385.1.3 və 385.1.4-cü mаddələrinin tələbinə görə mаddi və yа prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi, habelə birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsasdır. 386-cı və 387.1-ci mаddələrinə əsаsən mаddi hüquq normаlаrı o hаldа pozulmuş və yа düzgün tətbiq olunmаmış hesаb edilir ki, birinci instаnsiyа məhkəməsi hüququn tətbiq edilməsində səhv burаxsın, tətbiq edilməli olаn qаnunu və yа digər normаtiv hüququ аktı tətbiq etməsin, yаxud qаnunu səhv təfsir etsin. Prosessuаl hüquq normаlаrının pozulmаsı və yа düzgün tətbiq edilməməsi qətnаmənin ləğv edilməsinə yаlnız o hаldа əsаs olur ki, bu düzgün olmаyаn qətnаmənin qəbul edilməsinə səbəb olur. 389-cu maddəsinə görə məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir. 390-cı maddəsinə görə məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ####### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” ## ####### 2020-ci il tarixli, **/**** nömrəli qərarının 60-cı bəndində göstərilir ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri qəbul etdikləri aktların əsaslandırıcı hissəsində aşağı instansiyası məhkəməsinin qərarının hansı hissədə yoxladıqlarını aydın ifadə etməli, məhkəmə aktını hissəvi yoxladıqda isə nəticə hissəsində hansı hissənin ləğv edildiyini, dəyişdirildiyini və yaxud dəyişdirilmədən saxlanıldığını xüsusi olaraq göstərməli, dəyişdirilmədən saxlanılan hissənin isə mübahisələndirilib-mübahisələndirilmədiyinə diqqət yetirməlidilər. Həmin qərarda göstərilmişdir ki, apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır.

17. Ona görə də, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə və birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə aşağıda qeyd edilən hallar üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab edir.

18. Cavabdeh Məmmədov Rəhim Əlisafa oğlu Göyçay Rayon Məhkəməsinin 22 oktyabr 2019- cu il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin ona aid olan hissədə ləğv edilməsini xahiş etdiyindən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını yalnız ona aid hissədə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin cavabdeh Məmmədov Rəhim Əlisafa oğluna aid hissəsində gəldiyi nəticə ilə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən həmin hissədə əsassız və reallığa uyğun olmayan nəticəyə gəlmişdir.

20. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri qismən əsaslıdır.

21. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini apellyasiya şikayəti vermiş cavabdehlərin izahatı və iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb verilən apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verərək belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Göyçay Rayon Məhkəməsinin 22 oktyabr 2019-cu il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi cavabdeh Məmmədov Rəhim Əlisafa oğluna münasibətdə əldən çıxmış fayda hissəsinin təmin olunmuş hissəsində ləğv edilməlidir.

22. Kollegiya iddia ərizəsində qeyd olunan mübahisəli avtomaşınla bağlı ilk növbədə mülkiyyət hüququna mümkün məhdudiyyətlərin hədlərini nəzərdən keçirməyi vacib hesab edir.

23. Belə ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalqhüquqi aktlarda (Insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, Insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya * saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir.

24. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.

25. Mülki Məcəllənin 152-ci maddəsində qeyd edilir ki, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdu-diy-yətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

26. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən isə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

27. Kollegiya qeyd edir ki, qeyd olunan mübahisəli avtomaşın mülkiyyət hüququ ilə iddiaçıya məxsus olduğundan iddiaçı həmin avtomobilə münasibətdə iddia qaldırmaq üçün subyektiv hüquqa malikdir və birinci instansiya məhkəməsi də avtomaşının iddiaçıya qaytarılması hissəsində düzgün qənaətə gəlmişdir.

28. Apellyasiya şikayəti vermiş cavabdehə münasibətdə “əldən çıxmış fayda” ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

29. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra- Mülki Məcəllə) 14.2.6cı maddəsinə görə mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də başqa şəxsə zərər vurulmasıdır. 30 Mülki Məcəllənin 21-ci maddəsinə müvafiq olaraq zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

31. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.

32. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.

33. Birinci instansiya məhkəməsi iddia tələbinin əldən çıxmış fayda hissəsini qismən təmin edilməsi qənaətinə gələrkən, tərəflər arasında bağlanmış icarə müqavilələrinə istinad etmişdir. Belə ki, yuxarıda sadalanan iş materiallarından göründüyü kimi iddiaçı ilə cavabdeh cavabdeh7 arasında bağlanmış müqavilələrə əsasən “Kamaz5410” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil və ODAZ-9370 markalı ** AC *** dövlət qeydiyyat nişanlı yarımqoşqu ##.##.2015-ci ildən ##.##.2015-ci ilədək, cavabdeh4 arasında bağlanmış müqaviləyə əsasən “Kamaz-5320” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2014-cü ildən ##.##.2014-cü ilədək, cavabdeh2 arasında bağlanmış müqaviləyə əsasən “Kamaz5511” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2010-cu ildən ##.##.2010-cu ilədək, cavabdeh3 arasında bağlanmış müqaviləyə əsasən “Kamaz-5511” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2015-ci ildən ##.##.2015-ci ilədək, cavabdeh5 arasında bağlanmış müqaviləyə əsasən “Kamaz-5320” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2014- cü ildən ##.##.2014-cü ilədək, cavabdeh1 arasında bağlanmış müqaviləyə əsasən “KRAZ-256B 1” markalı ** AC *** dövlət qeydiyyat nişanlı avtomobil ##.##.2007-ci ildən ##.##.2007-ci ilədək sonunculara verilmişdir. Birinci instansiya da məhz həmin müqavilələrdə qeyd olunmuş icarə haqlarına istinad etməklə əldən çıxmış qazancı hesablamışdır.

34. Lakin apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır.

35. Əvvəla ona görə birinci instansiya məhkəməsi bu qənaətə gələrkən öz qətnaməsində əsaslandırmışdır ki, cavabdehlər əldən çıxmış faydanıın məbləğinin çox olduğunu bildirsələr də bunun əksini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər. Kollegiya birinci instansiya məhkəməsinin bu əsaslandırmasına tənqidi yanaşaraq qeyd edir ki, əvvəla iddiaçı iddia tələbini təsdiq edən sübutları məhkəməyə təqdim etməlidir ki, cavabdeh də buna qarşı öz etirazının əsaslarını təsdiq etsin. Iş materiallarından isə göründüyü kimi iddiaçı tərəfindən belə bir sübut məhkəməyə təqdim edilməmiş, məhkəmə öz mülahizələri əsasında bunu əsaslandırmağa çalışmışdır.

36. Iş materiallarına əlavə edilmiş 03 və ** saylı əmrlərə gəldikdə isə cavabdeh tərəfin həmin əmrlərə tanış olması, əmrlərin cavabdeh tərəfə təqdim olunması, sonuncunun buna öz razılığının bildirməsi sübut olunmur. Kollegiya qeyd edir ki, ümumiyyətlə bu kimi icarə haqlarının dəyişməsi (artırılması və ya azaldılması) bir tərəfli qaydada əmrlə deyil, müqavilə münasibətləri ilə tənzimlənməlidir. Buradan da göründüyü kimi iddiaçı tərəf öz üstün mövqeyindən çıxış etməklə sözügedən formal əmrlər vermişdir.

37. Bundan başqa birinci instansiya məhkəməsi mübahisəli Kamaz markalı avtomobilin işlək vəziyyətdə olub-olmamasını, müqavilə müddətlərinin xeyli müddət bundan əvvəl bitməsinə, icarə müqaviləsinin hansı səbəbdən uzadılmamasına, bu müddət ərzində iddiaçının müabahisəli Kamaz markalı avtomobili və ya əldən çıxmış qazancının tələb etməməsini araşdırmamış, iddiaçı tərəf də tələbin bu hissəsi ilə bağlı hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

38. Bundan başqa, ötən bu qədər müddət ərzində cavabdehin mübahisəli avtomaşından “təyinatı üzrə istifadə edərək qazanc əldə etdiyi halda” iddiaçı tərəfin susması, öz əmlakını və əldə edə biləcək qazancını geri tələb etməməsi kollegiya tərəfindən heç də inandırıcı və ağlabatan görünmür. Iş materiallrına (səh. 62) əlavə edilmiş teleqrama münasibətdə kollegeya tənqidi yanaşaraq qeyd edir ki, həmin teleqram surət olmaqla, eyni zamanda cavabadeh tərəfə çatdırılması görünmür.

39. Kollegiya sonda geyd edir ki, mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

40. Işin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

41. Buradan da göründüyü kimi birinci instansiya məhkəməsinin iddia tələbinin apellyasiya şikayəti vermiş cavabdehə münasibətdə “əldən çıxmış fayda” hissəsi ilə bağlı gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, həmçinin müəyyən olunmuş hesab etdiyi iş üçün əhəmiyyəti olan hallar qeyri-mötəbər və ziddiyyətli sübutlarla təsdiq edilmişdir.

42. Bundan əlavə yuxarıda qeyd olunduğu kimi iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsinin müddəti xeyli müddətdir ki, bitmiş və tərəflərin heç birinin həmin müqavilənin müddətinin uzadılması barədə iradə ifadəsi iş materiallarından görünmür. Iddiaçının nümayəndəsinin “iddiaçı bununla bağlı bir neçə dəfə cəhd etmiş və humanistlik göstərmişdir” deməsinə gəldikdə isə kollegiya hesab edir ki, iddiaçı tərəfin bu dəlili iş materiallarında olan digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir ki, belə bir sübutlar da iddiaçı tərəfindən təqdim edilməmişdir.

43. Göründüyü kimi, iddia tələbinin bu dəlilləri kifayət qədər ziddiyyətli olmasını, yəni konkret olaraq cavabdeh tərəfin iddiaçıya maddi ziyan vurmasını təsdiq etmədiyini birinci instansiya məhkəməsi nəzərə almayaraq ətraflı araşdırma aparmamışdır.

44. Beləliklə, Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddia tələbinin “əldən çıxmış fayda” hissəsi (pulun alınıb verilməsi) birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar qeyri-mötəbər və ziddiyyətli sübutlarla təsdiq edildiyindən və məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından, eləcə də prosessual hüquq normalarının pozulması da düzgün olmayan qətnamənin çıxarılmasına səbəb olduğundan apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayəti vermiş cavabdeh Məmmədov Rəhim Əlisafa oğluna münasibətdə qismən ləğv edilməli, ləğv olunmuş hissədə yeni qətnamə qəbul edilməklə iddia tələbi həmin hissədə təmin edilməməli, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

45. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessuаl Məcəlləsinin 372, 384-385, 392, 393, 402-403, 404 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh Məmmədov Rəhim Əlisafa oğlu tərəfindən verilmiş аpellyasiya şikayəti qismən təmin edilsin. Göyçay Rayon Məhkəməsinin ## ####### 2019-cu il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi cavabdeh cavabdeh3 münasibətdə qismən yəni, “13500 (on üç min beş yüz) manat məbləğində əldən çıxmış faydanın cavabdeh3 alınaraq “Göyçay- xxxx” ASC-nə verilməsi hissəsində” ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. Yeni qətnamə ilə iddia tələbi 13500 (on üç min beş yüz) manat məbləğində əldən çıxmış faydanın cavabdeh3 alınaraq “xxxx” ASC-yə qaytarılması hissəsində təmin edilməsin. Qətnamə Kamaz 5511 markalı, ** AC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin cavabdeh3 oğlundan alınaraq “xxxx” ASC-yə qaytarılması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən, cavabdeh, üçüncü şəxslər və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar