Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-739/2022 17.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X6 qızının katibliyi, Ərizəçi, maraqlı şəxsin nümayəndəsi X2 iştirakları ilə, Ərizəçi “ahıl şəxsə qulluq edilməsi faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “ahıl şəxsə qulluq edilməsi faktının müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, onun 01.07.1937-ci ildə anadan olmuş anası X1 70 yaşının tamam olduğu 01.07.2007-ci il tarixdən vəfat etdiyi 03.09.2018-ci il tarixinə kimi 11 il qulluq etməyi faktının müəyyən edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılmasını xahiş etmişdir. Mülki iş üzrə sonuncu məhkəmə hazırlıq iclası 17 mart 2022-ci il tarixə, saat 10:45-ə təyin edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. (Mülki Prossesual Məcəlləsinin 306-310-cu maddələri ) Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Hazırki iş üzrə ərizəçi onun tərəfindən 01.07.1937-ci ildə anadan olmuş anası X1 70 yaşının tamam olduğu 01.07.2007-ci il tarixdən vəfat etdiyi 03.09.2018-ci il tarixinə kimi 11 il qulluq etməyi faktının müəyyən edilməsini istəyir. Bu faktın tanınmasında məqsəd isə həmin müddətin sığorta stajına daxil edilməklə ona təyin edilmiş pensiyanın yenidən hesablanmasıdır. Bu məqsədə çatmaq üçün isə qanunvericilikdə ayrı qayda nəzərdə tutulmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.4cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq edilməsi müddəti Sığortaolunanın sığorta stajına daxildir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.9-cu bəndinə əsasən İ qrup əlilə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxsə qulluq edilməsi müddəti sığortaolunanın sığorta stajına şəhər (rayon) icra hakimiyyəti orqanlarının, yaxud Şöbənin və ya İdarənin nümayəndələrindən ibarət komissiya tərəfindən, xidmət edilən şəxsin, onun qonşularının ifadələrinə və digər məlumatlara əsasən xidmətin faktiki olaraq həyata keçirilməsi barədə tərtib olunan akt əsasında daxil edilir. Göründüyü kimi, qanunvericilik ahıl şəxsə qulluq edilməsi müddətinin müəyyən edilməsinin məhkəmədənkənar qaydasını müəyyən etmişdir. Ərizəçinin müəyyən edilməsini tələb etdiyi hüquqi əhəmiyyətli fakt məhkəmə qaydasında müəyyən edilməli deyil. Ərizəçi izahat verərək bildirdi ki, onun tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət olunmuş və DSMF-nin nümayəndələri gələrək qonşuların ifadələrini almışlar. Lakin sonradan aktın alınması üçün Nazirliyə müraciət etdikdə onlar aktı verməkdən imtina etmiş və həmin faktı yalnız məhkəmənin təsdiq edə biləcəyəni bildirmişlər. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Maraqlı şəxsin nümayəndəsi X3 etiraz ərizəsi təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarında nəzərdə tutulmuş qaydada Şöbənin nümayəndərindən ibarət komissiya tərəfindən tərtib olunan akt əsasında ahıl şəxsə qulluq edilməsi müddətinin sığortaolunanın sığorta stajına daxil edilməli olduğu halda belə bir müraciətin edilmədiyini və ondan imtina edilmədiyini bildirərək, ərizənin təmin olunmaması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.3-cü maddəsinə əsasən bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.. Hazırki işdə ərizəçiyə ahıl şəxsə qulluq edilməsi müddətinin müəyyən edilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanına və yaxud DSMF-nun müvafiq Şöbəsinə müraciət etməli, onlar tərəfindən müvafiq komissiyanın yaradılmasını və bu faktın müəyyən edilməsini tələb etmək hüququ izah olunmalıdır. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52, 191, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Ərizəçi “ahıl şəxsə qulluq edilməsi faktının müəyyən edilməsi”nə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçiyə izah olunsun ki, ahıl şəxsə qulluq edilməsi müddətinin müəyyən edilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanına və yaxud DSMF-nun müvafiq Şöbəsinə müraciət etməli, onlar tərəfindən müvafiq komissiyanın yaradılmasını və bu faktın müəyyən edilməsini tələb etməlidir. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(010)-739/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-739/2022
17.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver