Məhkəmə qərarları › İş №2(010)-749/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-749/2025

03.02.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-749/2025 03.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə İddiaçılar İddiaçı2 və İddiaçı1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2, Cavabdehlər Cavabdeh1 və X1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə köçürülməsi tələbinə dair mülki işə hazırlıq iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı fərdi yaşayış evinə köçürülməsi tələbinə dair iddia ərizəsi ilə məhkəmyə müraciət edərək onların ünvan 1 ünvanda yerləşən analarının mülkiyyətində olan mənzilin 2014-cü ildən yaşadıqları otaqlarına köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 qarşılıqlı iddia üzrə İddiaçı2 və İddiaçı1 qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər İddiaçı2 və İddiaçı1 Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Qarayev küçəsi ünvanında yerləşən ümumi sahəsi 61 kv metr olan 29 saylı fərdi yaşayış evinə dair istifadə hüquqlarının itirilməsinə dair, İddiaçı1 məxsus əşyaların ona məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, Q.Qaryev küçəsi ünavında yerləşən ümumi sahəsi 61 kv.metr olan 29 saylı fərdi yaşayış evindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçılar İddiaçı2, İddiaçı1 etibarnamə üzrə nümayəndəsi Vəkil2 ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və X1 etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1 məhkəməyə ərizə təqdim edərək mülki iş üzrə verilmiş qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2011-ci il 31 mart tarixli 3 nömrəli qərarında aşağıdakı dəyişikliklər edilsin: 5.1. 2-ci bənd aşağıdakı redaksiyada verilsin: “2. Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur.”; Məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinə köçürülməsi” tələbinə dair ilkin iddia ərizəsi və ilkin iddia üzrə Cavabdeh1 iddia üzrə İddiaçı2 və İddiaçı1 qarşı “mənzildən istifadə hüququnun itirilməsi və əşyaların mənzildən çıxarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsinə görə, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170, 263-268-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ : İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, X2 və Cavabdeh2 qarşı “fərdi yaşayış evinə köçürülməsi” tələbinə dair ilkin iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İlkin iddia üzrə Cavabdeh1 iddia üzrə İddiaçı2 və İddiaçı1 qarşı “mənzildən istifadə hüququnun itirilməsi və əşyaların mənzildən çıxarılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar