Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-768/2023 28.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, İddiaçının nümayəndəsi X15 və İddiaçının vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi.
1. İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Cavabdeh azyaşlı uşaqları X6, X19 və X8 ilə birlikdə ünvan 2-dən istifadə hüququna xitam verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən tam pay hüququ ilə ona məxsusudur. Cavabdeh onun qızıdır. 08 aprel 2006-cı il tarixdə cavabdeh olan qızı X10 ilə rəsmi nikaha daxil olduqdan sonra onun evindən gəlin köçmüş və həmin vaxtdan onun mülkiyyətində olan mənzildə yaşamır. 2018-ci ildə isə ailəsi ilə birlikdə daimi yaşamaq üçün Türkiyə Respublikasına getmişdir. Hazırda da ailəsi ilə orada yaşayır. 2006-cı ildən sonra cavabdeh mənzilə qayıtmamış, oradan isrifadə etməmişdir. Cavabdeh mənzildən uzun müddət - 16 il və davamlı olaraq könüllü istifadə etməmişdir. Çünki mənzilə ehtiyacı olmamış və mənzillə bağlılığı itmişdir. Həmin mənzildə cavabdehə məxsus heç bir əşya yoxdur. Cavadehin ona məxsus mənzildə qeydiyyatda olması onun mülkiyyət hüquqlarını pozur.
İddia tələbinin dəyişdirilməsi.
3. İddiaçı məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə verərək Cavabdeh azyaşlı uşaqları X6, X19, X9 və X20 ilə birlikdə mülkiyyətində olan ünvan 2-dən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tərəflərin izahatları.
4. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X15 iddianı müdafiə edərək bildirdi ki, cavabdeh onun bacısıdır. Onlar 1989-cu ildən mübahisəli mənzildə yaşamışlar. Bacısı Cavabdeh 2006-cı ildə ailə quraraq mənzildən çıxıb getmiş, 2018-ci ildən isə ailəsi ilə birlikdə daimi yaşamaq üçün Türkiyəyə getmişdir. Həmin vaxtdan da Türkiyədə yaşayır və yalnız ildə bir dəfə gəlib qısa müddət qalaraq geri qayıdır. Bacısının həmin mənzillə heç bir əlaqəsi qalmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi.
5. Məhkəmə iclasında iddiaçının vəkili Vəkil iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Cavabdeh məhkəmə mübahisəsindən xəbəri var. Belə ki, cavabdeh özü Türkiyədən mübahisəli evə dair hər hansı sərancam verilməsinə etiraz etmədiyini təsdiq edən etbarnamə göndərmişdir. Cavabdeh 2018-ci ildə daimi yaşamaq üçün ailəsi ilə birlikdə Türkiyəyə köçdükdən sonra bir neçə dəfə Bakıya gəlmiş, qısa müddət qalıb işlərini həll etdikdən sonra geri qayıtmışdır. Bütün bunlar onu təsdiq edir ki, cavabdehin mübahisəli mənzilə dair heç bir iddiası yoxdur.
6. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.
İş materialları.
7. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı, ******* nömrəli çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 63.32 m2 olan mənzil xx.xx.2007-ci il tarixdə İddiaçı xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.
8. Bakı şəhər İcra Hakimiyyəti nəzdində 173 saylı MTK və Yeni Günəşli, “D” yaşayış sahəsi, 21-ci binanın icarədarları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 19 nömrəli aktdan görünür ki, Cavabdeh, X6, X8, X19 və X20 ünvan 2 ünvanında 2006-cı ildən yaşamır.
9. Türkiyə Respublikası Antaliya 20 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş xx.xx.2022-ci il tarixli, 26044 nömrəli etibarnamənin notariat qaydasında təsdiq edilmiş tərcüməsindən görünür ki, Cavabdeh ünvan 2 ünvanında yerləşən mənzil üzrərində istənilən formada sərancam verilməsini Qəniyev Elnura etibar etmişdir.
10. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş Cavabdeh sərhədkeçmə məlumatlarından görünür ki, Cavabdeh dövlət sərhədindən xx.xx.2019 – çıxış, xx.xx.2020 – giriş, xx.xx.2020 - çıxış, xx.xx.2021 - giriş, xx.xx.2021 - çıxış, xx.xx.2022 – giriş, xx.xx.2022 – çıxış etmişdir.
Şahid ifadələri.
11. Məhkəmə iclasında şahid qismində ifadəsi dinlənilmiş X7 bildirdi ki, İddiaçı onun qonşusudur. Onunla 1989-cu ildən qonşu olmuşdur, lakin hazırda orada oğlu, gəlini və nəvələri yaşayır. Cavabdeh isə iddiaçının qızıdır. Nuriyyə 2006-cı ildə ailə həyatı qurmuş, onun toyunda iştirak etmiş, ailə qurduqdan sonra oradan köçmüşdür. Hal-hazırda Türkiyədə yaşayır. Sonuncu dəfə bir il bundan əvvəl anasıgilə qonaq gəldiyini görmüş, ayaqüstü görüşmüşdür.
12. Məhkəmə iclasında şahid qismində ifadəsi dinlənilmiş X1 bildirdi ki, İddiaçı ilə 25 ildir qonşuluqda, eyni binada yaşayırlar. Cavabdeh isə iddiaçının qızıdır. O, 2006-cı ildə ailə həyatı qurmüş və mübahisəli mənzildən köçmüşdür. Onun toyunda özü də iştirak etmişdir. Nuriyyə həmin vaxtdan ailəsi ilə birlikdə Türkiyədə yaşayır.
İşin faktiki halları.
13. ünvan 3 ünvanında yerləşən mənzil iddiaçının İddiaçı xüsusi mülkiyyəti kimi xx.xx.2007-ci il tarixdə qeydiyyata alınmışdır.
14. İddiaçının qızı olan Cavabdeh yetkinlik yaşına çatmayan üç uşağı – xx.xx.2007-ci il təvəllüdlü X6, xx.xx.2008-ci il təvəllüdlü X8, xx.xx.2014-cü il təvəllüdlü X19 və xx.xx.2020-ci il təvəllüdlü X20 ilə birlikdə həmin ünvanda yaşayış yeri üzrə qeydiyyatdadır.
15. Cavabdeh 2006-ci ildən ailə quraraq həmin mənzildən köçüb getdiyini, 2018-ci ildən isə ailəsi ilə birlikdə Türkiyə Respublikasına köçdüyünü, mübahisəli mənzilə heç bir ehtiyacı olmadığını iddia edən İddiaçı cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqlarının mənzildən istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq.
16. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli Qərarı.
2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir.
17. Azərbaycan SSR Mənzil Məcəlləsi (Azərbaycan SSR-in xx.xx.1982-ci tarixli Qanunu ilə təsdiq edilmiş, xx.xx.2009-cu il tarixdə isə qüvvədə düşmüşdür).
Maddə 53. İcarədarın ailə üzvlərinin hüquq və vəzifələri. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Maddə 60. Müvəqqəti başqa yerə gedən vətəndaşların yaşayış sahəsinin saxlanması. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Maddə 87. Yaşayış sahəsini icarə müqaviləsinin icarədar tərəfindən pozulması. Yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
18. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarı.
Qanunverici yuxarıda göstərilən qaydaları təsbit edərkən hüquqları pozulması ehtimal olunan icarədarın və ya onun ailə üzvlərinin həmin qanundan irəli gələn hüquqlarının tam və hərtərəfli təmin olunmasını əsas götürmüşdür. Məhz ona görə də, bu kateqoriyadan olan iddialar yalnız məhkəmə qarşısında qaldırıla bilər. Mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Beləliklə, icarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Əksinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı, hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində nəzərdə tutulmuşdur ki, yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və ya onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsindən digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir.
19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
20. İşin faktiki hallarından göründüyü kimi İddiaçı ünvan 3 ünvanında yerləşən mənzilin mülkiyyətçisidir. İddiaçının qızı olan Cavabdeh isə bu mənzildə 1989-cu ildən yaşamağa başlamışdır.
21. Beləliklə, tərəflər arasındakı mübahisəli hüquq münasibətləri (cavabdehin evdən istifadə hüququ) 2000-ci ildən əvvəl yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, mülki mübahisənin həlli üçün tərəflər arasında hüquq münasibəti yaranan vaxt qüvvədə olmuş, yəni Azərbaycan SSR-in xx.xx.1982-ci tarixli Qanunu ilə təsdiq edilmiş, xx.xx.2009cu il tarixdə isə qüvvədə düşmüş Azərbaycan SSR Mənzil Məcəlləsinin normaları tətbiq edilməlidir.
22. Həmin Məcəllənin müvafiq normalarından (§ 16), eləcə də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun əlaqəli qərarından (§ 17) görünür ki, yaşayış sahəsindən müvəqqəti başqa yerə gedənin yaşayış sahəsinin cəmi altı ay saxlanıldığı müəyyən edilmiş, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmək isə icarə müqaviləsinin pozulması, beləliklə, yaşayış sahəsinin itirilməsinin əsası kimi qiymətləndirilmişdir. Lakin bu zaman həlledici məqam həmin Məcəllənin 87-ci maddəsində göstərilmiş “daimi yaşamaq üçün getmək” şərtinin məhkəmə araşdırması nəticəsində müəyyən edilməsidir.
23. Hazırkı iş üzrə iddia tələbindən görünür ki, iddiaçı cavabdehin mənzildən istifadə hüququnun itirilməsinə dair tələbini cavabdehin 2006-cı ildə ailə qurararaq mənzili tərk etməsi, daha sonra daimi yaşamaq üçün Türkiyə Respublikasına getməsi və bir daha yaşamaq üçün geri qayıtmaması ilə əsaslandırmışdır. “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə əldə edilmiş Cavabdeh sərhədkeçmə məlumatlarından görünür ki, Cavabdeh dövlət sərhədindən xx.xx.2019 – çıxış, xx.xx.2020 – giriş, xx.xx.2020 - çıxış, xx.xx.2021 - giriş, xx.xx.2021 - çıxış, xx.xx.2022 – giriş, xx.xx.2022 – çıxış etmişdir. Göründüyü kimi cavabdeh 2019-cu ildən bəri ölkə sərhədindən ildə bir dəfə giriş edir və qısa müddət qaldıqdan sonra geri qayıdır. Məhkəmə iclasında izahat verən iddiaçının nümayəndəsi və vəkili də cavabdehin Türkiyə Respublikasına köçdükdən sonra bir neçə dəfə qısa müddətlik Bakıya gəldiyini, işini həll etdikdən sonra çıxıb getdiyini bildirmişdir.
24. Məhkəmə hesab edir ki, cavabdehin 2006-ci ildən ailə quraraq mənzili tərk etməsi və uzun müddətdir Türkiyə Respublikasında yaşaması barədə şahid ifadələri və dövlət sərhədindən hərəkəti barədə əldə edilmiş məlumatlar cavabdehin həqiqətən də mübahisəli mənzildən köçməsi və 2019-cu ildən bəri, artıq üç ildən çoxdur ki, daimi olaraq Azərbaycan Respublikasından kənarda yaşaması, dolayısı ilə mübahisəli mənzili daimi olaraq başqa ünvanda yaşamaq üçün tərk etməsi barədə iddiaçının qeyd etdiklərini təsdiqləyir.
25. Belə olan halda məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində müəyyən edilmiş “daimi yaşamaq üçün getmək” şərti hazıkı işdə müəyyən edildiyindən Cavabdeh iddiaçının mülkiyyətindəki mənzildə olan yaşayış sahəsini itirmişdir. Odur ki, iddiaçı cavabdehin həmin mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsini tələb etməkdə haqlı olmuşlar.
26. Lakin məhkəmə hesab edir ki, iddiaçı cavabdehin yetkinlik yaşına çatmayan uşaqları - X6, X8, X19 və X13 mənzildən istifadə hüquqlarının itirilməsi barədə məhkəmədə iddia qaldırmaqda haqlı olmamışdır. Belə ki, məhkəməyə təqdim edilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan X2 xx.xx.2007, X4 xx.xx.2008, X11 xx.xx.2014, X13 isə xx.xx.2020-ci il olduğu müəyyən olunur. Əgər məhkəmə cavabdehin 2006-cı ildə ailə quraraq mübahisəli mənzili daimi tərk etməsi halını onun mübahisəli mənzildən istifadə hüququnu itirməsi tələbinin əsası kimi qəbul edirsə, cavabdehin ailə qurduqdan sonra doğulmuş və iddiaçının (mülkiyyətçinin) ailə üzvü olmamaqla həmin mənzildə onunla birlikdə yaşamayan uşaqlarının istifadə hüquqlarının olması nəticəsinə gəlməsi yalnış olardı. Bu vəziyyətdə mövcud olmayan hüquqların itirilməsi də qeyrimümkün və məntiqsizdir. Ona görə də iddia bu hissədə təmin edilə bilməz.
27. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Resbulikasının Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Həmin Qanunun 9-cu maddəsinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır.
28. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehin mübahisəli mənzildən istifadə hüququnu itirməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi Cavabdeh və mübahisəli mənzildə onunla birlikdə qeydiyyatda olan yetkinlik yaşına çatmayan uşaqlarının ünvan 3 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır.
Məhkəmənin gəldiyi nəticə.
29. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilməli, iddia qalan hissədə təmin edilməməlidir.
30. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 214, 216-220, 238-253, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh ünvan 3 ünvanında yerləşən mənzildən istifadə hüququ itirilmiş hesab edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə Cavabdeh və onun yetkinlik yaşına çatmayan uşaqları X6, X8, X19 və X13 mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva