Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-788/2021 09.04.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızının sədrliyi, Məhkəmə iclas katibi İmanov Rəşadət Rəvayət oğlunun katibliyi ilə, Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Suraxanı Rayon şöbəsinə qarşı faktın müəyyən edilməsi tələbinə dair mülki işə 09 aprel 2021-ci il tarixdə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E TD İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Suraxanı Rayon şöbəsinə qarşı faktın müəyyən edilməsi tələbinə dair qətnamənin qəbul edilməsini xahiş edir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi xx.xx.1955-ci ildə anadan olmuş, hal-hazırda öz ailəsi ilə birlikdə yaşayır. Ərizəçi 1973-cü ilin noyabr ayının 18-dən 2000-ci ilin dekabrın 27-nə qədər 2 №-li Tikinti Quraşdırma İdarəsində (indiki Azərbayean Respublikası “xxxx” ASC) 1 elektrik qaynaqçı vəzifəsində işləmişdir. İddiaçı isə 2 №-li Tikinti Quraşdırma İdarəsinə (indiki Azərbaycan Respublikası “xxxx” ASC) əmək kitabçanın verilməsi üçün müraciət etsə də bildirilmişdir ki, 16 aprel 1997-ci il tarixində 2 №-li Tikinti Quraşdırma İdarəsində (indiki Azərbaycan Respublikası “xxxx" ASC) yanğın hadisəsi baş vermiş, hadisə yerində idarənin möhürləri və sənədləri yanaraq məhv olmuşdur. Ərizəçi isə əmək pensiyası alması üçün Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Bakı Şəhəri Suraxanı rayon Şöbəsinə müraciət etmişdir. Lakin maraqlı şəxs iş stajının yoxlanılmasının mümkün olmadığını bildirərək ərizəçiyə məhkəməyə müraciət etməsini məsləhət görmüşdür. Bu isə ərizəçinin hüquqlarının pozulması deməkdir. Ərizəçinin əlavə gəlir yeri yoxdur və artıq 65 yaşı tamam olacaq. Bununla əlaqədar Ərizəçi 18.11.1973-cü ildən 27.12.2000-ci il tarixinə qədər 2 saylı Tikinti Quraşdırma İdarəsində (indiki Azərbaycan Respublikası “xxxx” ASC) elektrik-qaynaqçı vəzifəsində işləməyi faktının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məkəmə iclasında Ərizəçi etibarnamə üzrə nümayəndəsi və vəkili X2 ərizəyə uyğun izhat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs AR Dövlət Sosial Müdafiə Fondu Suraxanı rayon şöbəsi məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia hazırki mülki iş üzrə icraatına xitam verilməlidir. İş materiallarına əlavə olunmuş əmək kitabçasına əsasən Ərizəçi 1973-cü ilin noyabr ayının 18-dən 2000-ci ilin dekabrın 27-nə qədər 2 №-li Tikinti Quraşdırma İdarəsində (indiki Azərbayean Respublikası “xxxx” ASC) 1 elektrik qaynaqçı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Yanında Dövlət Sosial Müdafiə Fondunun Suraxanı rayon şöbəsi tərəfindən verilmiş 11 iyul 2017-ci il tarixli məktubuna əsasən Ərizəçi bildirilmişdir ki, əmək pensiyası hüququnu zəruri edən vacib şərtlərdən biri tələb olunan iş stajının olmasıdır. Əmək kitabçasına əsasən tələb olunan iş stajını yoxlamaq mümkün olmadığından ərizəsinin təmin edilməsi mümkün olmadı. Belə ki, “Hüquqi əhəmiyyəti olan faktlarına müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsi bəzi məsəslələri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarına əsasən nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Həmin qərarın 13.2-ci bəndinə əsasən əmək stajını təsdiq edən sənədlər (əmək kitabçası, əmək stajını təsdiq edən arxiv arayışı, müəssisənin verdiyi arayış və s.) mövcuddursa, bu halda hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər istisna edildiyindən əmək stajının məhkəmə qaydasında müəyyən edilməsi yolverilməzdir. Həmin qərarın 13.3-cü bəndinə əsasən əmək kitabçasında və iş stajını təsdiq edən digər sənədlərdə işçinin əmək fəaliyyətinin qeyd edilməsinə baxmayaraq, həmin dövrün müxtəlif səbəblərdən sosial sığorta stajı kimi nəzərə alınmaması barədə DSMF orqanlarının imtinası həmin dövrün iş stajının hüquqi əhəmiyyətli fakt kimi məhkəmə qaydasında müəyyən edilməsi üçün əsas deyildir. Bu halda, həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalı və həmin sənədlərin mötəbərliyinə həmin icraatda qiymət verilməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun qərarının yuxarıda qeyd olunan müddəaları rəhbər tutaraq məhkəmə belə qənaətə gəlir ki, Ərizəçi 1973-cü ilin noyabr ayının 18-dən 2000-ci ilin dekabrın 27-nə qədər 2 №-li Tikinti Quraşdırma İdarəsində (indiki Azərbaycan Respublikası “xxxx” ASC) 1 elektrik qaynaqçı vəzifəsində işlənməsini təsdiq edən əmək kitabçası olduğu halda, ərizəçi Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Suraxanı Rayon şöbəsinə müraciət etməli, DSMF orqanlarının imtinası olduğu halda həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaqla, müvafiq pensiyanın təyin edilməsi üçün DSMF orqanlarına qarşı inzibati məhkəmə icraatı qaydasında iddia qaldırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.9-cu maddəsinə əsasən hakim iş üzrə icraata məhkəməyə müraciət etmiş maraqlı şəxs mübahisənin qabaqcadan məhkəmədən kənar həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qoyulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilmişsə xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasə iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Suraxanı Rayon şöbəsinə qarşı faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Suraxanı Rayon şöbəsinə qarşı faktın müəyyən edilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Nərminə Rzayeva
Məhkəmə qərarları › İş №2(010)-788/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-788/2021
09.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver