Məhkəmə qərarları › İş №2(010)-791/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-791/2024

07.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-791/2024 07.05.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Rzayeva Fəridə İslam qızının sədrliyi, X4 iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçinin xahişi Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi və Bakı şəhəri Suraxanı Rayon İcra Hakimiyyətinə qarşı “doğum faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən X*2 3*.*2.20*4-cü ildə, X*3 09.08.20*6-cı ildə, X5 isə 06.06.20*7-ci ildə Suriya Ərəb Respublikasında doğulması faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə Yaqub Səfərovun və İzza Səfərovanın valideynləri kimi X23 və X7, Sevda Səfərovanın valideynləri qismində isə X*7 və X8 qeyd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin dəqiqləşdirilməsi Ərizəçi X*8 0*.02.2024-cü il tarixdə ərizənin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində doğum faktlarının müəyyən edilməsini xahiş etdiyi X*2 və X*3 doğum tarixlərinin iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasına Qayıdış Şəhadətnamələrində texniki olaraq səhv yazıldığını, X*2 doğum tarixinin 3*.*2.20*4-cü il və X*3 doğum tarixinin 09.08.20*6-cı il olduğunu bildirmiş və bu halların məhkəmə tərəfindən nəzərə alınaraq, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra ərizəçi X*8 ərizənin dəqiqləşdirilməsinə dair təkrar ərizə ilə məhkəməyə müraciət edərək, dəqiqləşmə ərizəsində texniki səhvə yol verildiyini, X*2 doğum tarixinin 09.08.20*6-cı və X*3 doğum tarixinin 3*.*2.20*4-cü il olduğunu bildirmiş və bu halların məhkəmə tərəfindən nəzərə alınaraq, ərizənin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.2005-ci ildə Sumqayıt şəhərində dünyaya gəlmişdir. X* və Səfərova (nikahdan əvvəlki soyadı – Haqverdiyeva) Aygün Əlisultan qızı *4.08.*994-cü ildə nikaha daxil olmuşdur. X22 Respublikasında döyüşən silahlı dəstələrin girovluğunda olmuş və orada vəfat etmişdir. Həmin dövlətin ərazisində ev şəraitində doğulmuş qardaşı 3*.*2.20*4-cü il təvəllüdlü X25 və 09.08.20*6-ci il təvəllüdlü X*3 doğumu bugünədək dövlət qeydiyyatına alınmamışdır. Bununla yanaşı böyük qardaşı X*7 və onun faktiki nikah münasibətində olduğu arvadı X3 vəfat etdiyindən onların 06.06.20*7-ci il təvəllüdlü övladı Sevda Səfərovanın doğumu da qeydiyyatdan kənarda qalmışdır. Məlumat üçün bildirmişdir ki, Azərbaycan Respublikasına repatriasiya edildikdən sonra doğum haqqında təkrar şəhadətnaməni əldə etməklə 30.**.2023-cü ildə şəxsiyyət vəsiqəsi əldə etmişdir. Yaqub, İzza və Sevdanın doğumu dövlət qeydiyyatına alındıqdan sonra onların üzərində onun qəyyumluğunun təyin edilməsi üçün İcra hakimiyyətinə müraciət edəcəkdir. Habelə, uşaqların hər biri Azərbaycan Respublikasının Türkiyədəki Səfirliyi tərəfindən qayıdış şəhadətnamələri ilə təmin edilmişdir. Həmin sənədlərin surətləri ərizəyə əlavə edilmişdir. Tərəflərin izahatları Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, doğum faktının qeydə alınması ilə bağlı məhkəməyə müraciət etdiyi uşaqlar onun bacısı, qardaşı və qardaşının qızıdır. Səfərova İzza onun bacısıdır və 20*6-cı ildə Suriyada doğulmuşdur. Səfərova Yaqub qardaşıdır və 20*4-cü ildə Suriyada doğulmuşdur. Səfərova Sevda isə qardaşının qızıdır və 20*7-ci ildə Suriyada doğulmuşdur. Qəyyumluqla bağlı da müvafiq orqana müraciət etmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş maraqlı şəxslər Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi və Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyəti məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Belə olan halda, məhkəmə işə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Şahid ifadələri Məhkəmə baxış iclasında şahid qismində dindirilmiş X** ifadəsində bildirdi ki, Mədinə, İzza və Yaqub onun nəvələri, Sevda isə nəticəsidir. Sevda nəvəsi Mikayılın qızıdır. Mədinənin anası, atası və qardaşı 20*3-cü ildə Azərbaycan Respublikasını tərk etmiş və bir daha geri qayıtmamışlar. Nəvəsi Mikayıl ilə Azimanın rəsmi qeydə alınmış nikahları olmayıb. Mikayılın övladı dünyaya gələndə Azimanın təxmini *3-*4 yaşı olmuşdur. Onlarla yalnız telefon vasitəsi ilə əlaqə saxlamışdır. Mədinəni və digər nəvələrini yenidən Azərbaycana dövlət qaytarmışdır. İş materialları Sumqayıt şəhəri qeydiyyat şöbəsi tərəfindən *4.**.2023-cü il tarixdə verilmiş AZ-T seriyalı, 25**37 nömrəli doğum haqqında təkar şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Ərizəçi (X*5, X7) xx.xx.2005-ci il tarixdə Sumqayıt şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixdə *862 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikasının Ankarada yerləşən Səfirliyi tərəfindən 03.*0.2023-cü il tarixdə verilmiş, AA0260524 nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin surətindən müəyyən olunur ki, şəhadətnamə 06.06.20*7-ci il tarixdə Suriya Respublikasında doğulmuş X5 adına verilmişdir. Azərbaycan Respublikasının Ankarada yerləşən Səfirliyi tərəfindən 03.*0.2023-cü il tarixdə verilmiş, AA0260525 nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin surətindən müəyyən olunur ki, şəhadətnamə 3*.*2.20*4-cü il tarixdə Suriya Respublikasında doğulmuş X*3 adına verilmişdir. Azərbaycan Respublikasının Ankarada yerləşən Səfirliyi tərəfindən 03.*0.2023-cü il tarixdə verilmiş, AA0260526 nömrəli Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsinin surətindən müəyyən olunur ki, şəhadətnamə 09.08.20*6-cı il tarixdə Suriya Respublikasında doğulmuş X*2 adına verilmişdir. Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən iş üzrə Ərizəçi ünvanlanan məktublardan müəyyən olunur ki, Ərizəçi doğumun qeydə alınmasının qanunla müəyyən edilmiş qaydası izah edilmiş və ona hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi tövsiyyə olunmuşdur. Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 24 nömrəli sərəncamının notarial qaydada təsdiq edilmiş surətindən müəyyən olunur ki, Ərizəçi 3*.*2.20*4-cü il təvəllüdlü bacısı X*9, 06.06.20*7-ci il təvəllüdlü X9 və 09.08.20*6-cı il təvəllüdlü qardaşı X20 qəyyum təyin edilmişdir. Sumqayıt şəhər qeydiyyat şöbəsi tərəfindən verilmiş *2.03.2024-cü il tarixli, 3-*6-5/8- 423/2024 nömrəli arayışdan müəyyən olunur ki, X23 və X2 nikahı haqqında *4.08.*994-cü il tarixdə 694 nömrəli akt qeydi tərtib olunmuşdur. Nikah bağlandıqdan sonra ərə Səfərov, arvada Səfərova soyadı verilmişdir. Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş 5/*242 nömrəli cavab məktubundan müəyyən olunur ki, əməliyyat məlumatlarında əsasən, Suriyada qanunsuz silahlı birləşmələrin tərkibinə qoşulmaq üçün AR vətəndaşları 20.03.*97*-ci il təvəllüdlü X23, *3.07.20*5-ci il tarixdə, *3.05.*974-cü il təvəllüdlü X7 və *2.04.*995-ci il təvəllüdlü X*7 28.09.20*3-cü il tarixdə ölkə ərazisini tərk etmiş və bugünədək geri qayıtmamışdır. 04.*2.2023-cü il tarixli, *309968462 nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, Ərizəçi iddia ərizəsi ilə məhkməyə müraciət etmək *00 manat məbləğində dövlət rüsumu ödəmişdir. Tətbiq edilən hüquq Azərbаycаn Respublikаsının Аilə Məcəlləsi Maddə *58. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. *58.*. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. *58.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə *59. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. *59.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə *66. Doğumun qeydə alınması qaydası. *66.*. Doğum bu barədə məlumat verən şəxsin seçdiyi, doğum faktı məhkəmə qaydasında müəyyən edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. *66.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müraciət edir. Maddə *68. Doğum haqqında qeydiyyat *68.*. Doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.**. qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların. Maddə 308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarı. *3. Məhkəmələr nəzərə alsınlar ki, məhkəmə qaydasında müəyyən edilən hüquqi əhəmiyyətli faktların siyahısı qanunla məhdudlaşdırılmamışdır. Azərbaycan Respublikası MPM-in 307.2.**-ci maddəsində qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi də nəzərdə tutulmuşdur. Belə faktlar müəyyənləşdirilərkən müvafiq olaraq həmin münasibətləri tənzimləyən qanunvericilik normalarına ciddi riayət edilməsi və belə faktların məhkəmədən kənar qaydada nizamlanmasını nəzərdə tutan şərtlərə əməl edilibedilməməsi sübutlarla təsdiq olunmalıdır. Məhkəmənin mövqeyi Məhkəmə ərizəçini dinləyib şahid ifadəsinə, işdə olan sənədlərə hüquqi qiymət verərək, hesab edir ki, ərizə əsaslıdır və ona görə də ərizə təmin edilməlidir. Ərizəçinin xahişindən müəyyən olunur ki, o, X*2 3*.*2.20*4-cü ildə, X*3 09.08.20*6-cı ildə, X5 isə 06.06.20*7-ci ildə Suriya Ərəb Respublikasında doğulması faktının müəyyən edilməsi, doğum haqqında şəhadətnamədə Yaqub Səfərovun və İzza Səfərovanın valideynləri kimi X23 və X7, Sevda Səfərovanın valideynləri qismində isə X*7 və X8 qeyd edilməsini xahiş edir. İşdə olan sübutlarla müəyyən edildi ki, ərizəçinin anası Səfərova Aygün, qardaşı Səfərov Mikayıl 20*3-cü ildə, atası Səfərov Faiq isə 20*5-ci ildə Azərbaycanı tərk edərək Suriyaya getmişlər və geri qayıtmamışdırlar. Ərizəçinin bacısı İzza, qardaşı Yaqub, elecə də qardaşı Mikayılın qızı Sevda Suriyada doğulmuşlar və *7.*0.2023-cü ildə dövlət tərəfindən Azərbaycan Respublikasına Qayıdış Şəhadətnaməsi ilə Azərbaycana qaytarılmışdırlar. Həmin uşaqların üzərində Ərizəçi qəyyum təyin edilmişdir. Ərizəçi izahatında uşaqların sənədi olmadığından onların təhsil ala bilməməsi, təhsilə cəlb edilməsinin qeyri-mümkün olduğunu nəzərə alaraq, doğum faktının müəyyən edilməsinin zəruri olduğunu bildirmişdir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, həmin sübutların mötəbərliyini şübhə altına alan hər hansı hal müəyyən edilmir. Belə olan halda X*2 09.08.20*6-cı ildə, X*3 3*.*2.20*4-cü ildə, X5 06.06.20*7-ci ildə Suriya Ərəb Respublikasında doğulması faktı sübuta yetirilir. Ərizəçi bu faktları təsdiq edən sənədləri başqa qaydada əldə edə bilmədiyindən ərizə təmin edilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X*2 09.08.20*6-cı ildə, X*3 3*.*2.20*4-cü ildə, X5 06.06.20*7-ci ildə Suriya Ərəb Respublikasında doğulması faktı müəyyən edilməli, doğum haqqında şəhadətnamədə X*2 və X*3 valideynləri qismində X23 və X7, X5 valideynləri qismində X*7 və X*4 qeyd edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X*2 09.08.20*6-cı ildə, X*3 3*.*2.20*4-cü ildə, X5 06.06.20*7-ci ildə Suriya Ərəb Respublikasında doğulması faktı müəyyən edilsin. Doğum haqqında şəhadətnamədə X*2 və X*3 valideynləri qismində X23 və X7, X5 valideynləri qismində X*7 və X*4 qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fəridə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar