Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-80/2022 17.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Məhkəmə iclas katibi X1 qızının katibliyi ilə, İddiaçı1 və qeyrilərinin Cavabdeh2 və qeyrilərinə qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı1 və qeyrilərinin Cavabdeh2 və qeyrilərinə qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2127/2021 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qərardadı ilə İddiaçı1 və qeyrilərinin Cavabdeh2 və qeyrilərinə qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair 2(010)-2127/2021 nömrəli mülki iş üzrə icraat Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-2196/2021 nömrəli iş üzrə yekun qərar qəbul edilənədək dayandırılmışdır. Mülki iş üzrə xx.xx.2022-ci il tarixli məktub ilə Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinova 2(103)-9119/2021 nömrəli iş üzrə yekun məhkəmə aktının qəbul edilib-edilmədiyi, qəbul edildiyi təqdirdə qanuni qüvvəsini alıb-almadığı barədə məlumat verilməsi və aktın surətinin göndərilməsi barədə sorğu verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli sorğuya cavab məktubunda qeyd olunmuşdur ki, iddiaçı Cavabdeh3 cavabdeh İddiaçı1 Əskər oğluna qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-9119/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi Ali Məhkəmənin 2(102)-1802/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə qanuni qüvvəyə minmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə icraat təzələnərək sonuncu məhkəmə baxış iclası 17 noyabr 2022-ci il tarixə, saat 11:15-ə təyin edilmişdir. İddiaçılara SMS bildiriş vasitəsi ilə, Cavabdeh4, Cavabdeh1 (həmçinin digər cavabdehlərə təqdim etməsi üçün) məhkəmə bildirişinin kötüyünə imza etdirməklə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, tərəflər göstərilən tarixdə məhkəməyə gəlməmiş və işə onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə, hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılsa da, onlar məhkəməyə gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərindən, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı1 və qeyrilərinin Cavabdeh2 və qeyrilərinə qarşı “mənzilə köçürülmə və s.” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(010)-80/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-80/2022
17.11.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver