Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-813/2021 18.02.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X3 iştirakı ilə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi, 14 saylı evin 37 saylı mənzilindən istifadə hüququnun itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi, 14 saylı evin 37 saylı mənzili Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırılma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin seriya ÖM, № 220208 saylı Hüququların Dövlət Qeydiyyat vəsiqəsinə əsasən onun mülkiyyətindədir. Qeyd olunan mənzil xx xxxxxx 2005ci il tarixdə özəlləşdirilmişdir. Onun mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi, 14 saylı evin 37 saylı mənzilində o və ailə üzvləri X7, X5, X4 başqa, qızı X1 əri Cavabdeh qeydiyyatdadırlar. O yuxarıda qeyd etdiyi ünvanda 25 ildən artıqdır ki, yaşayır. Cavabdeh ilə qızı Samirənin arasında rəsmi nikah xx xxxxxxxx 2020-ci il tarixli Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuş, qohumluq əlaqələri kəsilmiş və o mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxacaqına söz versə də, bunu etməmişdir. Cavabdeh mənzildə yaşamadığı halda onun əvəzinə kommunal xərclər ödəyir və o mənzildən qeydiyyatdan çıxmaqdan hələ də yayınır. Hesab edir ki, cavabdeh onun mülkiyyət və sahiblik hüquqlarını pozmuşdur. İddiaçı etibarnamə üzrə nümayəndəsi X6 iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi, 14 saylı evin 37 saylı mənzili iddiaçının mülkiyyətindədir. Cavabdeh isə iddiaçının keçmiş kürəkənidir. Cavabdeh faktiki olaraq Naxçıvan Muxtar Respublikası ərazisində yaşamış, mübahisəli ünvana isə yalnız qeydiyyata alınmış, lakin həmin ünvanda bir gün də yaşamamışdır. İddiaçı ilə cavabdeh arasında həmin yaşayış binasının tərkib hissəsindən istifadə hüquqları barədə notarial qaydada təsdiqlənmiş razılaşma mövcud olmamışdır. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını xahiş etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsinin təsdiq olunmuş surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi, 14 saylı evin 37 saylı mənzili xx.xx.2005-ci ildən xüsusi mülkiyyət kimi İddiaçı adına qeydiyyatdan keçirilmişdir. İş materiallarına əlavə edilmiş Suraxanı rayon MKTB 105 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, Q yaşayış sahəsi, 14 saylı evin 37 saylı mənzilində qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxxx 2020ci il tarixli qərarının 2-ci bəndindən müəyyən olunur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Göründüyü kimi, iddiaçının tələbi ərizə inzibati orqan ilə bağlı olduğundan, iddiaçı həmin orqanın və yaxud vəzifəli şəxsin qərar, hərəkət və yaxud hərəkətsizliyindən müvafiq qaydada “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə müraciət edilə bilər. Azərbaycan Respublikası MPM-nin 261.0.1.-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Həmin məcəllənin 262.1.-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Bu Məcəllənin 262.5.-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair mülki işə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. İddiaçı cavabdehin mənzildən qeydiyyatına xitam verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına müraciət etdiyi və həmin orqan tərəfindən müraciəti təmin olunmadığı halda onun müvafiq qurumun hərəkət və hərəkətsizliyini Bakı İnzibati Məhkəməsində mübahisələndirə bilər. Qeyd olunanları və Azərbaycan Respublikasının MPM-nin 261, 263-264, 267-268ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə şikayət verilə bilər. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-813/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-813/2021
18.02.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver