Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-815/2023 17.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizәçinin tәlәbi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsi) “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1948-ci il tarixdə Ermənistan SSR Krasnoselsk rayonu Ağbulaq kəndində doğulmasının qeyd edilməsi faktının (ata qrafasında X5, ana adının isə X1 göstərilməklə) müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizәnin әsaslandırıldığı hallar Ərizəçi tələbini onunla əsaslandırılmışdır ki, o, xx.xx.1948-ci ildə Krasnoselsk rayonu Ağbulaq kəndində dünyaya gəlmişdir. Həmin vaxt Krasnoselsk rayon VVAQşöbəsində qeydiyyat aparılmış və doğum haqqında şəhadətnamə verilmiş, atası X5, anası ilə X3 qeyd olunmuşdur. Məlum hadisələrlə bağlı məcburiyyət qarşısında qalıb yaşadıqları evdən Bakı şəhərinə gəlmişlər. Sənədləri və arxivləri orada qalmışdır. Hazırda doğum akt qeydinin bərpa olunması və dövlət orqanında rəsmiləşdirilməsi üçün hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə ehtiyac vardır. O, Suraxanı rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, faktiki olaraq ona imtina cavabı verilmişdir. Hazırki vəziyyətdə sənədlərdəki uyğunsuzluğu aradan qaldırmaq üçün rayon məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Tәrәflәrin izahatı Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsinə uyğun izahat verib ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, o, xx.xx.1948-ci il tarixdə Ermənistan SSR Krasnoselsk rayonu Ağbulaq kəndində doğulmuşdur. Doğulduğu rayonda doğum haqqında akt qeydiyyatı aparılsa da ailəsi ilə birlikdə məlum hadisələrlə bağlı məcburiyyət qarşısında qalıb yaşadıqları evdən Bakı şəhərinə gəlmişlər. Sənədləri və arxivləri orada qalmışdır. Sonradan rayon işğal altında qaldığında itirilmiş şəhadətnaməni tapmaq, yaxud arxivdən doğumunu təsdiq edən hər hansı sənəd almaq mümkün olmamışdır. Bu səbəbdən hazırkı tarixədək doğum haqqında şəhadətnamə ala bilməmişdir. Həmin sənəd ona tez-tez lazım olduğuna görə hazırkı ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş, buna baxmayaraq maraqlı şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Şahid ifadәlәri Məhkəmə iclasında şahid qismində dindirilən X6 ifadəsində göstərdi ki, Ərizəçi onun əmisi oğludur. Ərizəçinin atası Alı onun əmisidir, Qələndərin anası Gülüzar əmisinin arvadı idi. O, uşaqlıqdan Qələndəri öz evlərində görmüşdür. 1959-cu ildə Qələndərin atası vəfat etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində göstərdi ki, ərzəçi Ərizəçi onun doğma xalasının oğludur. Qələndərin atası rəhmətə gedəndə o, uşaq olmuşdur. Xalasının adı Gülüzar olmuşdur. İsmayıl onun ana babası olmuşdur. Ərizəçi Ermənistan SSR Krasnoselsk rayonu Ağbulaq kəndində doğulmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində göstərdi ki, Ərizəçi ilə qonşu olmuşlar, özü Əmirxeyir kəndində doğulmuşdur. Ərizəçi ilə aralarında heç bir qohumluq əlaqəsi yoxdur. Qələndər əmisi ilə yaşayıb. Ərizəçinin atasının adı Alı olub, sürgün olub, anası Ağbulaqda Göyçə mahalında işləyirdi. Arada Gülüzar onlara gəlibgedirdi. Qələndər ondan 3-4 yaş balacadır. Qələndər Ağbulaqda doğulub, onların kəndində böyüyüb. İş materiallarına әlavә edilәn: Bakı şəhər Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən *1.12.2*22-ci il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin bərpa edilməsinə dair Suraxanı rayon qeydiyyat şöbəsinə *1.12.2*22-ci il tarixdə daxil olmuş ərizəsinə baxılmışdır. Suraxanı rayon qeydiyyat şöbəsi cavab olaraq bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı *1,*3.2**1-ci il tarixli “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydində dəyişiklik edilməsi bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən kifayət qədər sübut olduqda qeydiyyat orqanı tərəfindən həyata keçirilir. Təqdim olunmuş sənədlər araşdırılarkən məlum olmuşdur ki, Ərizəçi xx.xx.1948-ci ildə Ermənistan, Krasnoselsk rayonunda doğulmuşdur. Doğum haqqında akt qeydinin bərpasına dair kifayət qədər sübut olmadığından ərizənin qeydiyyat şöbəsində təmin olunması mümkün deyildir. Suraxanı rayon qeydiyyat şöbəsi hüquqi əhəmiyyətli olan doğum faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, Ərizəçi ilə X9 arasında nikah 17.*1.1976-cı il tarixdə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra "Qələndərova" soyadı verilmişdir. Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1948-ci ildə doğulmuşdur. VP seriyalı *421*3 saylı SSR Silahlı Qüvvələrinin sərəncamda olan zabitinin hərbi biletindən görünür ki, xx.xx.1948-ci ildə Ermənistan SSR Krasnoselsk rayonu, Ağbulaq kəndində anadan olmuş, leytenant Ərizəçi Bakı şəhər Şaumyan rayon Hərbi Komissarlığı tərəfindən 22.*5.198*-cı il tarixdə verilmişdir. İşin faktiki halları Ərizəçi xx.xx.1948-ci ildə Ermənistan SSR, Krasnoselsk rayonu, Ağbulaq kəndində anadan olmuşdur. Onun “Elektron məhkəmə” informasiya sistemində yoxlanılmış şəxsi məlumatlarından görünür ki, doğum tarixi xx.xx.1948-ci il, doğum yeri Krasnoselsk rayonu kimi qeyd edilmişdir. Ərizəçi bildirir ki, ərizəçinin doğum haqqında şəhadətnaməsi Ermənistandan Azərbaycana köçdükləri dövrdə itmişdir. Hazırkı ərizə ilə məhkəməyə müraciət etməzdən əvvəl ərizəçi doğum haqqında şəhadətnamə almaq üçün qeydiyyat orqanına müraciət etsə də doğum akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənəd təqdim edilmədiyindən müraciətin təmin edilməsindən imtina edilmiş, məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəsini müdafiə etmiş, şahid kimi işə cəlb edilmiş şəxslər isə ərizədə qeyd edilən halları təsdiq etmişdir. Tәtbiq edilәn hüquq Azәrbaycan Respublikasının Ailә Mәcәllәsi. Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması. 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar. 159.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fəaliyyət istiqamətinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi vasitəsilə doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər. Maddə 162. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası. 162.1. Vətəndaşlıq vəziyyəti akt qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. 162.2. İtmiş akt qeydinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsi. Maddə 3*7. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 3*7.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 3*7.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 3*7.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının. Maddə 3*8. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3*9. Ərizənin verilməsi. 3*9.1. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin *1.*3.2**1-ci il tarixli qәrarı ilә tәsdiq edilmiş “Vәtәndaşlıq vәziyyәti aktlarının qeydindә dәyişiklik, bәrpa vә lәğv qaydalarını müәyyәn edәn әsas müddәalar”. İİ. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası qaydası.
13. Vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir.
14. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir.
16. Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. 16-1. Xarici ölkədə tərtib edilmiş vətəndaşlıq vəziyyəti akt qeydini və ya onun mövcudluğu barədə məlumatı əldə etmək mümkün olmadıqda qeydiyyat şöbələri və ya konsulluq idarələri həmin akt qeydini bərpa edir və müvafiq şəhadətnamə verir.
“Hüquqi әhәmiyyәti olan faktların müәyyәn edilmәsinә dair işlәr üzrә mәhkәmә tәcrübәsinin bәzi mәsәlәlәri haqqında” Azәrbaycan Respublikası Ali Mәhkәmәsi Plenumunun 12 aprel 2*19-cu il tarixli, *3 saylı Qәrarı.
4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 3*7.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.1. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər.
Mәhkәmәnin mövqeyi İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, ərizəçi xx.xx.1948-ci il tarixdə Ermənistan SSR Krasnoselsk rayonu, Ağbulaq kəndində atası X5, anası X3 olmaqla doğumunun qeyd edilməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, iş materiallarında ərizəçinin həqiqətən göstərilən tarixdə və göstərilən yerdə doğulması barədə qeyd aparılmasına kifayət qədər sübut vardır. Belə ki, Ərizəçi Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi var. Həmin vəsiqədə olan məlumatların “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə yoxlanılması nəticəsində müəyyən edilmişdir ki, vəsiqədə doğum tarixi xx.xx.1948-ci il, doğum yeri Krasnoselsk rayonu kimi qeyd edilmişdir. Nəzərə alınmalıdır ki, vətəndaşa ilk dəfə şəxsiyyət vəsiqəsi verilərkən tələb edilən sənədlərdən biri də onun doğum haqqında şəhadətnaməsidir. Belə olan halda məhkəmə hesab edir ki, ərizəçinin doğum aktı qeydə alınmış, lakin sonradan bu qeydiyyatı təsdiq edən sənəd itirilmişdir. İş materiallarından görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda ərizəçinin doğum faktını təsdiq edən müvafiq qeyd yoxdur. Nəzərə alınmalıdır ki, qeydiyyat şöbəsi və konsulluq idarəsi fəaliyyət istiqamətinə uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemi vasitəsilə doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti akt qeydlərində dəyişiklik edir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və ya arayışlar verirlər (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31.1*.2**3-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”, bənd 1.4). Bu baxımdan müvafiq qeydiyyat orqanlarından birinin ərizəçinin doğumu barədə akt qeydinin aşkar edilmədiyini müəyyən etməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində bu barədə məlumat aşkar edilmədiyi deməkdir. Bu vəziyyətdə ərizəçinin doğumun qeyd edilməsi faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməkdən başqa yolu qalmamışdır. Məhkəmə araşdırması gedişində isə şahid qismində cəlb edilmiş şəxslər də ifadələri ilə ərizədə qeyd edilənlər təsdiq edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizədə göstərilən hüquqi fakt təsdiq edilməlidir.
Mәhkәmәnin gәldiyi nәticә Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1948-ci il tarixdə Ermənistan SSR Krasnoselsk rayonunun Ağbulaq kəndində (ata X5 və ana X3) doğumunun qeyd edilməsi faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-22*, 227, 3*7, 36* və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. Ərizəçi ata X5 və ana X3 olmaqla xx.xx.1948-ci ildə Ermənistan SSR Krasnoselsk rayonunun Ağbulaq kəndində doğumunun qeyd edilməsi faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Rübabə Qafarova