Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-831/2022 04.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X9 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “iş stajı faktının müəyyən olunması”na dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: Ərizəçi “iş stajı faktının müəyyən olunması”na dair ərizə ilə məhkəməyə müraciət edərək, onun *973-*975 və *977-2002-ci illərdə Ağdam rayonu Kənd Təsərrüfatı və Ərzaq İdarəsi M.Əsədov adına Üzümçülük Sovxozunda işləməyi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan Ərizəçi dəqiqləşmə barədə ərizə təqdim edərək, Ağdam rayonu Kənd Təsərrüfatı və Ərzaq İdarəsi Məhəmməd Əsədov adına Üzümçülük Sovxozunda *973- *975-ci illərdə fəhlə, *977-2002-ci illərdə isə ferma müdiri işləməyi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İş üzrə maraqlı şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumtlandırılsa da, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək və ərizəsinə uyğun izahat verərək bildirdi ki, o, *97*-*972-ci ildə orta məktəbi bitirdikdən sonra sovxozda fəhlə işləmişdir. *975-ci ildə əsgərliyə getmiş və qayıtdıqdan sonra sovxozda ferma müdiri işləməyə başlamışdır. *993-cü ildə Ağdam rayonu işğal olunduqdan sonra oradan çıxmış, bütün sənədləri isə orda qalmışdır. Sonra həmin fermada olan qoyunları Ağcabədi rayonunda Haramı deyilən yerə gətirib yerləşdirmişlər. *993-cü ildən 2002-ci ilədək qoyunlara orada baxmışdır. O, 2002-ci ilədək orada qoyun saxlamış və orada işləmişdir. Lakin işlədiyi vaxt ərzində heç bir sənədləşmə işləri aparılmamışdır. Onlarda yalnız hesabat işləri olurdu. Nümayəndələr Ağdamın Quzanlı kəndində olurdular, onlar ayda bir dəfə forma 24 verərək onlara qoyunların ölüm-qalım hesabatını verirdilər. Həmin vaxtlar əmək kitabçası da yazılmırdı. Ağdam Rayon İcra Hakimiyyəti Başçısının Şıxbabalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş məktubda da qeyd olunub ki, Şıxbabalı kənd sakinləri M.Əsədov adına Sovxozda işləmiş X4, X5 və X* şahidliyi ilə onun *973-*975-ci il tarixində fəhlə kimi, *977-*993-cü illər ərzində M. Əsədov adına Sovxozda ferma müdiri kimi vəzifəsində işlədiyi məlum olmuşdur. Şahidlər onunla birlikdə Sovxozda işləyiblər, ancaq onların da işlədiklərinə dair əmək kitabçaları yoxdur. Quliyev Xəlil sovxozun baş ekonomistidir, Quliyev Ənvər isə təsərrüfat briqadiri işləyib. Məhkəmə iclasına şahid kimi gətirdiyi şəxslərin hər biri onunla sovxozda işləmişdir. Həmçinin, sovxozun direktoru Abdullayevin verdiyi arayışdan da görünür ki, o, Ağdam rayonu Kənd Təsərrüfatı və Ərzaq İdarəsi M.Əsədov adına Üzümçülük Sovxozunda işləmişdir. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.**.*992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin *7-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin *6-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə isdən tanıyan və ərizəçinin isini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. Ən azı iki nəfər şahid olmalı; şahidlər ərizəçini birgə işdən tanımalı (eyni dövrdə işləməli), ərizəçidən fərqli olaraq, iddia olunan müddətlər ərzində özlərinin (şahidlərin) işləmələri barədə sənədləri olmalıdır. Yəni müəyyən edilmiş səbəblər üzündən iş stajı barədə sənədlərin təqdim edilməsi mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı iş stajını təsdiq edən sənəd kimi qəbul edilmişdir. Lakin məhkəmə qərarı ilə iş stajı yalnız şahid ifadələrinə əsasən müəyyən edildikdə, ifadə verən ən azı iki şahid ərizəçi ilə bir idarədə birgə işləmələri barədə öz sənədlərini təqdim etməli və həmin sənədlərdə ərizəçinin işlədiyini iddia etdiyi, məhkəmə qaydasında təsdiq etmək istədiyi həmin dövrlər (isə daxil olma və isdən azad olma barədə qeydlər) öz əksini tapmalıdır. Eyni zamanda, Əsasnamənin eyni bəndinin tələbinə görə, şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz. Lakin iş materiallarından göründüyü kimi, ərizəçinin həmin müəssisədə işləməsi faktını müəyyən etmək üçün tələb olunan şahidlərin əmək kitabçaları iddia ərizəsinə əlavə edilməmişdir. Şahidlərin həmin müəssisədə işləməsini təsdiq edən hər hansı fakt, sənəd, sübut yoxdursa, həmin şəxslərin digərinin xeyrinə şahidliyinin mötəbərliyi iş üzrə həlledici sübut kimi qəbul edilə bilməz. Həmçinin, “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin *6-cı maddəsinə əsasən, Şahid ifadələrinə əsasən müəyyən olunan əmək stajı dövrü bu hallarda pensiya təyinatı üçün tələb olunan iş stajının yarısından artıq ola bilməz (o cümlədən, imtiyazlı şərtlərlə). Lakin iş üzrə ərizəçinin tələb etdiyi əmək stajı 27 il müəyyən edilmişdir. Buna görə də 2(0*0)-83*/202* nömrəli mülki iş üzrə Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” dair ərizəsinin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X6 bildirmişdir ki, Ərizəçi onun kəndçisidir, eyni məktəbdə oxumuşlar və hazırda qonşudurlar. M.Əsədov adına kolxoz *969-cu ildən sovxoz olub. Natiq də həmin sovxozda işləyirdi. O, *972-*973-cü illərdən *993-cü ilin ortalarına kimi icbari işlərə baxmışdır və həmin vaxt Natiq də orada işləyirdi. Rayon işğal olunduqdan sonra sənədlərin hamısı rayonda arxivdə qalmışdır. Nəinki Natiq, elə özləri də sovxoz fermasında, hektarda kənddə birlikdə işləyirdilər. O, *993-cü ilə kimi Sovxozda inzibati işlərə baxırdı, *993-cü ildən sonra isə artıq sovxozda onluq iş yox idi. Ancaq Natiqgil sovxozda mal-qaraya, cücəyə baxırdılar. Onlar ordan köçdülər ancaq sonradan köçdükləri yerdə çoban və ya başqa vəzifədə işləməsi barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilən X4 bildirmişdir ki, o, kənddə pararab işləyirdi, yol çəkirdi. Başqa kənddə də işləyirdi və təsərrüfatlararası iş idi. Onun da sənədləri yoxdur və hamısı işğal vaxtı rayonda qalmışdır. Sonradan işi olduğu üçün işlədiyi dövrü bərpa etdirməmişdir. O, Natiqlə birlikdə işləməmişdir, sadəcə Natiqin orada işləməsi barədə məlumatı var. Natiq *993-cü ilə kimi orda işləyib, sonra harada işləməsi barədə isə məlumatsızdır. Məhkəmə iclasında şahid qismində dindirilən X3 bildirmişdir ki, o, Səhiyyədə işlədiyi üçün gedib arayış almış və onun əsasında pensiya almışdır. Başqa bir sənədi isə olmamışdır. Natiq əvvəllər sovxozda fəhlə, sürücü, *993-cü ildən isə fermada ferma müdiri işləmişdir. Natiq *972-ci ildə məktəbi bitirdikdən sonra əsgərliyə gedənə kimi fəhlə işləmiş, əsgərlikdən qayıtdıqdan sonra yenə sovxozda işləmişdir. Onlar bir kəndçi olduqları üçün bütün bunlardan məlumalıdır. O, 8-ci sinifə kimi Muğanlı kəndində oxumuş, sonradan Şıxbabalı kəndində oxumuşdur. Daha sonra ailə qurub Şıxbabalı kəndinə gəlin gəlmişdir və orada stasionar tibb məntəqəsində işləmişdir. İş materiallarına əlavə edilmiş: X7 filialı tərəfindən verilmiş 05.0*.2022-ci il tarixli, 0* №-li arxiv arayışından görünür ki, Ağdam rayon Şıxbbalı kənd “Məhəmməd Əsədov” adına üzümçülük sovxozun arxiv sənədlərini Ağdam rayonunun Ermənistan Respubilikası Silahlı Qüvvələri tərəfindən işğalı ilə əlaqədar olaraq, işgal altında qalmışdr. Ona görə də Ərizəçi həmin sovxozda işləməsi barədə staj vermək imkan xaricindədir. Ağdam rayonu Kənd Təsərrüfatı və Ərzaq İdarəsi M.Əsədov adına Üzümçülük Sovxozunun direktoru tərəfindən verilmiş 03.*2.202*-ci il tarixli 204 №-li arayışdan görünür ki, Ərizəçi *973-*975-ci illərdə sovxozda fəhlə işləmişdir. *975-ci ildə əsgərliyə getmiş, *977-ci ildən *993-cü ilə kimi sovxoz təsərrüfatında briqadir işləmişdir. *993-cü ildən 2002ci il tarixinə kimi sovxozun qoyun fermasında ferma müdiri işləmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə X2 Natiq Əzim oğluna ünvanladığı 05.03.202*-ci il tarixli məktubdan görünür ki, təqdim edilən Ağdam rayon Kənd Təsərrüfatı və Ərzaq İdarəsi, M.Əsədov adına Üzümçülük Savxozunun arayışında əks olunmuş *973-*975 və *977-2002-ci illər əmək kitabçasında qeyd olunmadığı üçün həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün hesab olunmur. Eyni zamanda 0*.0*.2006-cı il tarixindən 0*.07.20*8-ci il tarixinədək Ərizəçi məxsus fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Qeyd olunanlara əsasən Ərizəçi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. X4, X6 və X3 tərəfindən tərtib edilmiş *5.*2.20*2-ci il tarixli aktdan görünür ki, Ərizəçi *973-*975-ci illərdə sovxozda fəhlə işləmişdir. *975-ci ildə əsgərliyə getmiş, *977-ci ildən 2002-ci ilə kimi sovxozda ferma müdiri işləmişdir. X7 filialı tərəfindən verilmiş 2*.02.2022-ci il tarixli, 08 №-li arxiv arayışından görünür ki, Ağdam rayon M. Əsədov adına üzümçülük sovxozunun və Ağdam rayon Kənd təsərrüfatı və Ərzaq idarəsinin arxiv sənədləri Filiala təhvil verilmədiyi səbəbindən Filialda mühafizə olunmur. Ona görədə *97*-*975 və *977-2002-ci illərdə Ərizəçi işləməsi barədə heç bir məlumat vermək mümkün olmadı. Azərbaycan Respublikası Ağdam Rayonu İcra Hakimiyyəti Başçısının Şıxbabalı kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəliyi tərəfindən 30.03.2022-ci il tarixdə verilmiş ** nömrəli məktubundan görünür ki, nümayəndəliyin Şıxbabalı kənd sakini Ərizəçi M. Əsədov adına savxozda *973-*975-ci illər ərzində fəhlə kimi işləyib və *977-*993-cü illərdə həmin savxozda ferma müdiri işləyib işləməməsi barədə tərəflərindən araşdırma aparılmışdır. M. Əsədov adma savxozun arxiv sənədləri işğalda qaldığı üçün Şıxbabalı kənd sakinləri M. Əsədov adma savxozda işləmiş X4, X5 və X* şahidliyi ilə məlum olmuşdur ki, Ərizəçi *973- *975-ci il tarixində fəhlə kimi işlədiyini və *977-*993-cü illər ərzində M. Əsədov adma savxozda ferma müdiri kimi işləmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə görə məhkəmə xüsusi icraat qaydasında həmçinin hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 307.2.**-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.**.*992-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin *7-ci bəndinə əsasən iş stajı barədə sənədlər olmadıqda və idarə, təşkilat və müəssisənin tam ləğvi ilə əlaqədar olaraq, yaxud həmin əsasnamənin *6-cı bəndində göstərilən səbəblərdən başqa digər səbəblər üzündən arxiv sənədlərinin saxlanılmaması nəticəsində onları almaq mümkün olmadıqda, pensiya təyin edilməsi üçün çatışmayan iş stajı ərizəçini bir idarə, müəssisə, təşkilat, kolxoz və ya sistemdə birgə isdən tanıyan və ərizəçinin isini təsdiq etdikləri müddətdə özlərinin işləmələri barədə sənədləri olan iki nəfərdən az olmayaraq şahidlərin ifadələrinə əsasən müəyyən edilir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı Qərarının *.2-ci bəndində qeyd edilir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Həmin qərarın 3.4-cü bəndinə əsasən, əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi diqqət yetirilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın *-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.*. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı. “Əmək pensiyaları haqqında Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması qaydaları”nın 3.4-cü bəndinə əsasən də yalnız əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən təqdim edilə bilmədikdə və ya həmin sənədləri bərpa etmək mümkün olmadıqda, sığortaolunanların (o, cümlədən qaçqın və məcburi köçkünlərin) sosial stajı məhkəmə qaydasında müəyyən olunur. Məhkəmənin mövqeyi: İş materiallarını araşdırıb, ərizəçinin izahatını və şahidləri dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, ərizə qismən təmin olunmalıdır. Göründüyü kimi, qüvvədə olan qaydalara əsasən yalnız əmək fəaliyyətinə dair sənədlər üzrlü səbəblərdən təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, əmək stajı məhkəmə qaydasında müəyyən edilə bilər. Beləliklə də, məhkəmə toplanmış sübutlara qiymət verərək qeyd edir ki, Ərizəçi Ağdam rayonu Kənd Təsərrüfatı və Ərzaq İdarəsi M.Əsədov adına Üzümçülük Sovxozunda işləməsinə dair sənədlər Ağdam rayonunun işğalı ilə bağlı olaraq həmin rayonda qaldığından, həmin stajın başqa qaydada müəyyən edilməsi mümkün deyildir. Ərizəçi həmin sovxozda fəhlə və ferma müdiri işləməsini həmin illərdə onunla birlikdə işləmiş şahidlər təsdiq etmişlər. Şahid ifadələrinin təkzib edilməsi, başqa sözlə, qeyd edilən faktın mövcud olmaması ilə bağlı maraqlı şəxs isə hər hansı dəlil irəli sürməmişdir. Bununla belə məhkəmə bu nəticəyə gəlir ki, ərizə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.*-ci maddəsində qeyd edildiyi kimi hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. Ərizəçi tələbində *973-*975 və *977-2002-ci illərdə Ağdam rayonu Kənd Təsərrüfatı və Ərzaq İdarəsi M.Əsədov adına Üzümçülük Sovxozunda işləməyi barədə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etsə də, hamıya bəlli olan hal odur ki, Ağdam rayonunun Şıxbabalı kəndi *993-ci il iyulun 4-də Ermənistan ordusu tərəfindən işğal olunmuşdur. Həmçinin ərizəçinin özü izahatında *993-cü ildə Ağdamın işğalından sonra Ağcabədi rayonunda yerləşən Haramı adlana yerə köçərək, orada işlədiyini etiraf etmişdir. Buna görə də məhkəmə qeyd olunan məlumatları nəzərə alaraq hesab edir ki, Ərizəçi Ağdam rayonu Kənd Təsərrüfatı və Ərzaq İdarəsi M.Əsədov adına Üzümçülük Sovxozunda *973-*975-ci illərdə fəhlə, *977-ci il tarixdən *993-cü il iyulun 4-nə qədər isə ferma müdiri işləməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Beləliklə, ərizə qismən təmin edilməli, Ərizəçi Ağdam rayonu Kənd Təsərrüfatı və Ərzaq İdarəsi M.Əsədov adına Üzümçülük Sovxozunda *973-*975-ci illərdə fəhlə, *977-ci il tarixdən *993-cü il iyulun 4-nə qədər isə ferma müdiri işləməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutub məhkəmə, qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi Ağdam rayonu Kənd Təsərrüfatı və Ərzaq İdarəsi Məhəmməd Əsədov adına Üzümçülük Sovxozunda *973-*975-ci illərdə fəhlə, *977-ci il tarixdən *993-cü il iyulun 4-nə qədər isə ferma müdiri işləməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-831/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-831/2022
04.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver